Üzrə tədqiqat Müəlliflər qrupu


Sxem 4. Pensiya təyin olunmuş pensiyaçıların cinslər üzrə sayı



Yüklə 0,67 Mb.
səhifə4/15
tarix17.11.2018
ölçüsü0,67 Mb.
#83962
1   2   3   4   5   6   7   8   9   ...   15

Sxem 4. Pensiya təyin olunmuş pensiyaçıların cinslər üzrə sayı


Ana ölümü səviyyəsi. Dünya Səhiyyə Təşkilatının məlumatlarında Azərbaycanda ana ölümü səviyyəsinin yüksək olduğu ölkələr sırasına daxil edilir. Bu məsələdə terli statistık məlumatlar beynəlxalq təşkilatların məlumatlarından fərqlənir. Belə ki, BMT-nin Uşaq Fondu tərəfindən 2000-ci ildə həyata keçirilmiş ÇGKS məlumatlarına əsasən ölkəmizdə bu göstərici 1988-ci ildə 79 nəfər olduğu göstərilmişdir. Dövlət Statistika Komitəsinin (DSK) məlumatında isə həmin il üzrə müvafiq göstəricinin səviyyəsi bundan bundan dəfələrlə aşağı elan olunub. Bu, əsasən ölüm hallarınım düzgün qeydiyyata alınmaması ilə izah olunur.

DSK-nın statistik məlumatlara əsasən, ana ölümü səviyyəsi kənd yerləri ilə müqayisədə şəhər yerlərində daha yüksəkdir (2002 və 2003-cü illər istisna olmaqla). Həm də son illər ölkədə ana ölümü səviyyəsinin artması diqqəti cəlb edir (bax: 4-cü cədvəl).



4-cü cədvəl

1980-2006-cı illərdə şəhər və kənd yerlərində ana ölümü


(hər 100 000 nəfər diri doğulmuş uşağa düşən ana ölümü)

  İllər

Cəmi

Şəhər

Kənd

1980

38,7

47,6

30,2

1990

9,3

10,5

8,2

1993

34,4

39,1

30,2

1994

43,8

43,1

44,5

1995

37,0

46,1

29,4

2000

37,6

46,3

31,2

2001

25,4

34,2

18,1

2002

19,9

18,1

21,3

2003

18,5

15,7

20,8

2004

25,8

42,4

12,4

2005

28,9

42,0

18,1

2006

34,2

43,9

25,5

(Mənbə: Azərbaycanda qadınlar və kişilər-2007)

Bu, bir tərəfdən, ümumiyyətlə ana ölümü hallarının qeydiyyata alınmasında həyata keçirilən dəyişikliklər və şəhər yerlərində bu prosesin daha dəqiq aparılması ilə əlaqədar ola bilər. Kənd yerlərində isə hələ də ana ölümü hallarının qeydiyyatının düzgün təşkilində ciddi problemlər qalmaqda davam edir. Ana ölümünün səviyyəsi 2006-cı ildə əvvəlki illə müqayisədə şəhər yerlərində 1,05 dəfə, kənd yerlərində isə 1,4 dəfə artmışdır. Ümumilikdə 2006-ci ildə ana ölümü 2005-ci illə müqayisədə 1,2 dəfə artmışdır.





Sxem 5. 1980-2006-cı illərdə ölkədə, o cümlədən şəhər və kənd yerlərində ana ölümü
Müşahidələr göstərir ki, əslində kənd yerlərində ana ölümü səviyyəsi daha yüksəkdir və artmaqdadır. Bunun bir neçə səbəbi ola bilər. Belə ki, kənd yerlərində tibb məntəqələrinin maddi-texniki təminatı pis vəziyyətdədir, rayon mərkəzlərində zəruri tibbi müayinə avadanlıqları kifayət qədər yoxdur, təcrübəli tibb işçilərinin çatışmazlığı problemi mövcuddur. Kənd yerlərində hamilə qadınlar vaxtlı-vaxtında müayinədən keçmirlər, hamiləlik dövründə baş verən ayrı-ayrı xəstəliklərin müalicəsinə kifayət qədər diqqət yetirmirlər. Ana ölümünə təsir göstərən digər bir amil təcrübəli tibb işçilərinin iştirakı olmadan doğuşların qəbül olunmasıdır. Bəzi kəndlərdən yaxınlıqdakı xəstəxanaya məsafənin uzaq olması, yolların bərbad vəziyyəti, nəqliyyat problemləri, eləcə də maliyyə vəsaitinin məhdudluğu səbəbindən kənd yerlərində qadınların bir qismi hamiləlikdən evdə azad olmaq məcburiyyəti qarşısında qalırlar. Bütün bu səbəblər kənd yerlərində daha yüksək olan körpə ölümü göstəricisinə də təsir edir.

Qadın və təhsil. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsi hər bir vətəndaşa təhsil almaq hüququ verir. Təhsil qender bərabərliyinə və qadınların imkanlarının genişləndirilməsinə nail olmağın mühüm və daha əhəmiyyətli vasitələrindən biridir. Keyfiyyətli təhsil həm də əhalini yoxsulluqdan müdafiə etməyə imkan verən ən vacib amillərdən biridir. Bu, qismən onunla izah olunur ki, təhsili olanlar əmək bazarında daha çox rəqabət qabiliyyətinə malik olurlar.

Azərbaycanda təhsil sistemi Konstitusiya, "Təhsil haqqında” Qanun və təhsil sahəsinə dair digər hüquqi-normativ aktlarla tənzimlənir. Azərbaycanda ənənəvi olaraq yüksək təhsil səviyyəsi mövcud olmuşdur. DSK-nın 1999-cu ildə keçirdiyi siyahıyaalmanın nəticələrinə görə ölkədə 15 və ondan yuxarı yaşda olan əhali qrupuna aid qadınlar arasında savadlılıq dərəcəsi 98,2 faiz, kişilər arasında isə 99,5 faiz olmuşdur. 2006/2007-ci tədris ilinin əvvəlinə dövlət ali məktəblərində əvvəlki ildə olduğu kimi kişilərin xüsusi çəkisi 52 faiz, qadınların xüsusi çəkisi isə 48 faiz olmuşdur (5-ci cədvəl). 2005/2006-cı tədris ili ilə müqayisədə qadınların sayı 1 faiz, kişilərin sayı isə 0,7 faiz artmışdır.



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin