Üzrə tədqiqat Müəlliflər qrupu


/2007-ci tədris ilinin əvvəlinə gündüz ümumtəhsil



Yüklə 0,67 Mb.
səhifə6/15
tarix17.11.2018
ölçüsü0,67 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15

2006/2007-ci tədris ilinin əvvəlinə gündüz ümumtəhsil

müəssisələrində rəhbər işçilərin sayı


Yekuna görə, nəfər və cins bölgüsü, faizlə

 İxtisas qrupları

Yekuna

görə faizlə

Cins bölgüsü

Qadınlar

Kişilər

Qadınlar

Kişilər

Direktorların sayı:

 

əsas

3,0

9,6

13,6

86,4

orta

17,5

32,4

21,8

78,2

Direktor müavinlərinin sayı:

 

əsas

5,2

6,5

29,4

70,6

orta

74,3

51,5

42,7

57,3

Direktorlar və onların müavinlərinin sayı - cəmi, faizlə

 

100


 

100


 

34,0


 

66,0


nəfər

4040

7839

-

-

(Mənbə: Azərbaycanda qadınlar və kişilər-2007)

Bununla belə, 2006-cı ildə gündüz ümumtəhsil məktəblərində direktor vəzifəsində çalışan qadınların xüsusi çəkisi əvvəlki illə müqayisədə 20,9 faizdən 21,8 faizə və direktor müavinləri üzrə isə 42,1 faizdən 42,7 faizədək artmışdır. Gündüz ümumtəhsil məktəblərində çalışan qadınların ümumi sayında direktor və direktor müavini vəzifələrini tutanların xüsusi çəkisi 2,7 faiz artmışdır.   



Qadın və elm. Ölkənin elmi-tədqiqat institutlarında qadınlar kişilərlə bərabər fəal yaradıcı işlə məşğul olurlar. Elm sahəsində çalışan qadınların sayı ilə kişilərin sayı arasında fərqin olmasına baxmayaraq, bu fərq o qədər də böyük deyil. Bütövlükdə, elm sahəsində çalışanlar arasında qadınlar 43 faiz təşkil edir ki, bu da bir sıra inkişaf etməkdə olan ölkələrdəki faizə yaxındır. 2007-ci ilin əvvəlinə dövlət ali məktəblərində müxtəlif vəzifələrdə çalışan 12367 nəfərin 5494 nəfəri (44,4 faizi) qadınlar olub. Bu qadınların əksəriyyəti - 41,5 faizi - müəllim və assistent, 31,1 faizi baş müəllim və 19,3 faizi dosent vəzifələrində çalışıb (bax: 7-ci cədvəl). Qadınlar arasında professor, kafedra müdiri, şöbə müdiri, dekan, prorektor və rektor kimi vəzifələrdə çalışanlar çox azdır.

7-ci cədvəl

2006/2007-ci tədris ilinin əvvəlinə dövlət ali məktəblərində

professor-müəllim heyətinin sayı


Yekuna görə, nəfər və cins bölgüsü, faizlə

  İxtisas qrupları

Yekuna

görə faizlə

Cins bölgüsü

Qadınlar

Kişilər

Qadınlar

Kişilər

Rektor

0,0

0,4

7,1

92,9

Prorektorlar, filial direktorları

0,2

1,6

8,9

91,1

Laboratoriya və şöbə müdirləri

  3,4

  4,0

40,4

59,6

Fakultə dekanı

0,4

2,2

12,3

87,7

Kafedra müdiri

2,5

10,5

15,8

84,2

Kafedra heyətindən professorlar

 1,6

7,1  

15,2

84,8

Kafedra heyətindən dosentlər

  19,3

 36,8

 29,6

70,4

Baş müəllimlər

31,1

22,5

52,5

47,5

Müəllimlər, assistentlər

41,5

14,9

69,0

31,0

Cəmi, faizlə

100

100

44,4

55,6

nəfər

5494

6873

-

-

(Mənbə: Azərbaycanda qadınlar və kişilər-2007)

2007-ci ildə ölkənin dövlət ali məktəblərində rektorların 7 faizi (2 nəfər), prorektor və filial direktorlarının isə 9 faizi (6 nəfər) qadınlar olub. Fakültə dekanlarının 12,3 faizini, kafedra müdirlərinin 16 faizini, kafedra heyətində professorların 15 faizini qadınlar təşkil edib. Laboratoriya və ya şöbə müdiri vəzifəsi 40 faiz hallarda qadınlara həvalə olunub. Dosentlər arasında qadınlar 30 faiz olsa da, baş müəllim və müəllim ştatlarının yarıdan çoxu (uyğun olaraq 53 və 69 faizi) qadınlar tərəfindən tutulub (Sxem 8). Bu vəziyyət həm də ali məktəblərdə şalışan qadınlar arasında elmi dərəcə müdafiə edənlərin sayının kişilərlə müqayisədə az olması ilə izah oluna bilər.





Sxem 8. Dövlət ali məktəblərində olan vəzifə ştatlarında çalışanların cinsi tərkibi

2007-ci ildə aspiranturada oxuyan 1705 nəfərin 484-ü, yaxud 28,4 faizi qadınlar olub. Aspirant qadınların 16,3 faizi filologiya, 14,3 faizi tibb, 10,8 faizi kimya, 10,3 faizi biologiya, təqribən 10 faizi fizika və riyaziyyat və 9,5 faizi texnika istiqaməti üzrə araşdırmalar aparırdı (bax: 8-ci cədvəl). Əczaçılıq istiqamətində olan bütün aspirantların 80 faizini, pedagigikada 62, sənətşünaslıqda 60, psixologiyada 58, kimyada 55, tibbdə 54, filologiyada 51, biologiyada 48 faizini qadınlar təşkil edib. Sosiologiya, siyasi elmlər, hüquq, fəlsəfə, iqtisadiyyat, yer elmləri kimi sahələr üzrə oxyyan aspirantlar arasında qadınlar çox az olub. Aspirantların əksəriyyəti (670 nəfər) Milli Elmlər Akademiyasında hazırlanır. Təhsil Nazirliyi sistemində 561 nəfər, Sahiyyə Nazirliyi sistemində 136 nəfər, Kənd Təsərrüfatı Nazirliyində 87 nəfər təhsillərini davam etdirirlər.



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə