Üzrə tədqiqat Müəlliflər qrupu


-cu cədvəl 2007-cı ilin əvvəlinə elmin sahələri üzrə tədqiqatçıların sayı



Yüklə 0,67 Mb.
səhifə8/15
tarix17.11.2018
ölçüsü0,67 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

9-cu cədvəl

2007-cı ilin əvvəlinə elmin sahələri üzrə tədqiqatçıların sayı


Yekuna görə, nəfər və cins bölgüsü, faizlə

  İxtisas qrupları

Yekuna

görə faizlə

Cins bölgüsü

Qadınlar

Kişilər

Qadınlar

Kişilər

Humanitar elmlər

15,4

12,3

57,1

42,9

Tibb elmləri

7,5

4.9

61,9

38,1

Təbiət elmləri

41,5

45,4

49,3

50,7

Kənd təsərrüfatı elmləri

6,0

8,7

42,4

 57,6

Texniki elmlər

24,2

22,4

53,5

46,5

İctimai elmlər

5,4

6,3

47,8

52,2

Cəmi, faizlə

100

100

51,5

48,5

nəfər

6 029

5669

-

-

(Mənbə: Azərbaycanda qadınlar və kişilər-2007)

Tədqiqatlarla məşğul olan qadınların 41,5 faizi təbiət elmləri ilə məşğuldur. Qadıi-tədqiqatçıların 24 faizi texniki, 5,4 faizi humanitar, 7,5 faizi tibb, 6 faizi kənd təsəərrüfatı və 5,4 faizi ictimai elmlər sahəsində araşdırmalar aparır (Sxem 9).


Sxem 9. Tədqiqatçı qadınların elmin sahələri arasında bölgüsü


Tədqiqat institutlarında çalışan tibb elmləri üzrə tədqiqatçıların 62 faizi, humanitar elmlər üzrə 57 faizi, texniki elmlərdə 54 faizi, təbiət elmlərində isə 49 faizi qadınlardır (Sxem 10). İctimai və kənd təsərrüfatı elmləri ilə məşğul olan qadınların sayı nisbətən azdır.

Sxem 10. Elm sahələri üzrə tədqiqatçıların cinsi bölgüsü


2007-ci ilin əvvəlinə ölkəmizdə elmi tədqiqat və işləmələrlə ümumiyyətlə 17973 mütəxəssis məşğul olmuşdur ki, onların da 11698 nəfərini (65 faizi) tədqiqatçılar təşkil etmişdir. Mütəxəssislərin hər beş nəfərindən birinin elmlər doktoru, elmlər namizədi alimlik dərəcəsi olmuşdur. Bundan başqa, elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirən, lakin elmi-tədqiqat bölmələrində ştatda olmayan 11591 elmi pedaqoji işçi ali məktəblərdə çalışırlar. Onların yarıdan çoxu elmlər doktoru və elmlər namizədi alimlik dərəcəsinə malikdirlər. Elmi dərəcəsi olanların qender əmsalını təhlil etdikdə məlum olur ki, fərq xeyli böyükdür. Belə ki, həm elmlər namizədləri (sxem 11), həm də elmlər doktorları (sxem 12) arasında kişilər çoxluq təşkil edir. Bununla belə, elmlər namizədlərinin ümumi sayında qadınların xüsusi çəkisi illər üzrə sürətlə artmaqdadır: 2000-ci ildə ölkədə elmlər namizədi elmi dərəcəsi olan 8380 nəfərin 30,8 faizi (2572 nəfəri) qadın olduğu halda, 2006-cı ildə 8644 nəfərin 59,5 faizi, yaxud 3062 nəfərini qadınlar təşkil edib. Qeyd olunan dövrdə ölkədə kişilər arasında elmlər namizədlərinin sayı 5808-dən 5582-yə düşdüyü (başqa sözlə, 4 faiz azaldığı) halda, elmlər namizədi olan qadınların sayı 2572-dən 3062-yə yüksəlib (yəni 19 faiz artıb).

Sxem 11. Elmlər namizədi olan qadın və kişilərin sayının dinamikası

2000-ci ildə ölkədə elmlər doktoru elmi dərəcəsi olan 1512 nəfərdən 152-si, yaxud 10 faizi qadın idisə, artıq 2006-cı ildə 1696 nəfərin 226-sı, yaxud 13,3 faizi qadınlar olub. Bu dövr ərzində elmlər doktoru dərəcəsinə malik qadınların sayı 49 faiz (74 nəfər), ki.ilərin sayı isə cəmi 8 faiz (110 nəfər) artıb.

Sxem 12. Elmlər doktorları olan qadın və kişilərin sayının dinamikası

2007-ci ilin əvvəlinə Azərbaycan Milli Elmlər Akademiyasının 57 həqiqi üzvündən 2-si və 99 müxbir üzvündən 9-u qadın olub.



4. Azərbaycan iqtisadiyyatında qadınlar

Artıq yuxarıda qeyd olunduğu kimi, Azərbaycanda qadınlar əhalinin əksər hissəsini (51,2%) təşkil edir. Əhalinin cinsi tərkibinə görə yoxsulluq səviyyəsinin təhlili göstərir ki, 2002-ci ildə olduğu kimi 2003-cü ildə də kişilər üzrə yoxsulluq səviyyəsi 44,4%, qadınlar üzrə isə 44,9%-dir. Kişilərin və qadınların yoxsul olmaq ehtimalı az və ya çox dərəcədə eynidir. Qadın və kişilər yoxsulluğun fərqli aspektləri ilə müxtəlif səviyyələrdə üzləşirlər. Məsələn, məşğulluq üzrə məlumat göstəricilərindən aydın olur ki, qadınlar arasında işsizlik riski daha yüksəkdir. 2006-cı ildə ölkədə iqtisadi fəal əhalinin sayı 4 milyon 264,2 min nəfər olub ki, bunların 3 milyon 973 min nəfəri məşğul olanlar tə.kil edib (10-cu cədvəl). İqtisadi qeyri-fəallıq səviyyəsi qadınlar arasında (68,4 faiz) kişilərə nisbətən (31,6 faiz) daha yüksəkdir. Evdə çalışan əhali iqtisadi qeyri-fəal əhalinin 30,3 faizini təşkil etdiyi halda, bu kateqoriya üzrə qadınların nisbəti 44,2 faizdir. Bu ona dəlalət edir ki, iqtisadi qeyri-fəal qadınlar əsasən uşaqlara qayğı, təmizlik və digər haqqı ödənilməyən işlərlə məşğul olurlar.



İqtisadi fəal əhalinin sayı (10-cu cədvəl)

 

2000

2001

2002

2003

2004

2005

2006

İqtisadi fəal əhali -cəmi, min nəfər

3748.2

3763.4

3777.5

3801.4

3865.0

3906.5

4264.2

İqtisadi fəal əhalinin ümumi sayından məşğul olanlar - cəmi, min nəfər

3704.5

3715.0

3726.5

3747.0

3809.1

3850.2

3973.0

Məşğulluq xidmətlərində işsiz statusu alan şəxslər - cəmi, nəfər

43739

48446

50963

54365

55945

56343

53862

kişilər

19283

21808

23088

25313

26669

27265

26323

qadınlar

24456

26638

27875

29052

29276

29078

27539

İşsizliyə görə müavinət alanlar -

cəmi, nəfər



2768

3117

3292

3111

3084

2087

2281

kişilər

1313

1520

1601

1808

1887

1316

1488

qadınlar

1455

1597

1691

1303

1197

771

793

(Mənbə: Azərbaycanda qadınlar və kişilər-2007)

Dövlət məşğulluq xidməti orqanlarında işsizlil statusu alanlar arasında qadınlar kişilərdən bir qədər çoxdur. Xüsusilə, 2000-2004-cü illərdə bu fərq kifayət qədər ciddi rəqəmlərdə (təqribən 4000-4500 nəfər olmaqla) ifadə olunurdu. Son illər fərq xeyli dərəcədə azalıb (sxem 13).





Sxem 13. Məşğulluq orqanlarında işsizlik statusu alanların cinslər üzrə sayı

Maraqlıdır ki, işsizlik statusu alanlar arasında qadınlar çox olmasına rəğmən onlardan işsizliyə görə müavinət alanların sayında qadınlar azlıq təşkil edir (sxem 14). 2006-cı ildə işsizlik statusu almış kişilərin 5.6 faizinə, qadınların isə yalnəz 3 faizinə müavinət verilib. Ümumiyyətlə 2003-cü ildən başlayaraq ölkədə işsizliik statusu alanalr arasında işsizliyə görə müavinət odənilənlərin sayı azalmaqdadır. Bundan daha çox ziyan şəkənlər isə, 10-cu cədvəldən və 13 və 14-cü sxemlərdən göründüyü kimi, qadınlardır.





Sxem 14. İşsizliyə görə müavinət alanların cinslər üzrə sayı

Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da qadın və kişilər iqtisadiyyatın müxtəlif sektorlarında qeyri-bərabər təmsil olunurlar. Buna baxmayaraq, qadınların üstünlük təşkil etdiyi sektorlar üçün adətən, nisbətən aşağı əmək haqqı və bir qədər aşağı status səciyyəvidir. Yuxarıdakı təhlildə artıq gördüyümüz kimi, hətta orta və ali təhsil sferasında şalışanlarlar arasında da qadınlar daha aşağı statuslu vəzifələrdə təmsil olunurlar. Qeyd edilməlidir ki, eyni vəzifədə çalışan kişi və qadınların əmək haqlarında heç bir fərq müşahidə olunmur. Fərq rəhbər vəzifələr/yüksək məvacibli işlərdə çalışan kişi və qadınların nisbətindən ibarətdir. Bütün məşğul qadınlar arasında dövlət müəssisələrində çalışanlar üstünlük (32,3 faiz) təşkil edir.



11-ci cədvəl

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə