V siNİf texnologiya-ksq 4 Şagirdin adı, soyadı Sinif Tarix



Yüklə 14,87 Kb.
tarix02.06.2022
ölçüsü14,87 Kb.
#116516
5ci sinif ksq 4


V SİNİF TEXNOLOGİYA-KSQ 4
Şagirdin adı, soyadı_______________________________Sinif____Tarix_________
1.Nazik təbəqə metal nəyə deyilir? (5 b)
a)Qalınlığı 7mm-ə qədər olan metal təbəqəyə b)Qalınlığı 2mm-ə qədər olan metal təbəqəyə
c)Qalınlığı 15mm-ə qədər olan metal təbəqəyə d)Qalınlığı 2sm-ə qədər olan metal təbəqəyə
2)Aşağıda sadalananlardan hansılar nazik təbəqə polad növlərinə aiddirlər? (5 b)
a)Tənəkə, ağ tənəkə, sinklənmiş tənəkə b)Mis, tənəkə, alüminium
c)Latun, mis, sinklənmiş tənəkə d)Düralüminium,mis, sinklənmiş tənəkə
3)Çilingər verstakı hansı hissələrdən ibarətdir? (5 b)
a)Metal karkas, qapaq, qoruyucu tor, məngənə, alətlər üşün yeşik, oturacaq
b)Metal karkas, qapaq, məngənə, burğu, oturacaq
c)Qoruyucu tor, alətlər üşün yeşik, dəstək, metal vint
d)Məngənə, alətlər üçün yeşik, istilik tənzimləyicisi
4)Çilingər məngənələri nəyə xidmət edir? (5 b)
a)Verstakın dayanıqlı olmasına b)Pəstahın emalına c)Alətlərin saxlanmasına
d)Emaldan əvvəl pəstahın bərkidilməsinə
5)Təbəqə metalın düzəldilməsi zamanı hansı alət və tərtibatlardan istifadə edilir?( 10 b)
a)Çəkic, kəlbətin, yeyə b)Düzəltmə lövhəsi, taxta çəkic, qayçı, sumbata kağızı
c)Taxta çəkic, taxta tircik, düzəltmə lövhəsi d)Məngənə, düzəltmə lövhəsi, xətkeş
6)Çilingər məngənələri hansı əsas hissələrdən ibarətdir? (10 b)
a)Vint,hərəkətsiz dodaq,hərəkətli dodaq, dayaq plitəsi, dəstək b)Vint,metal tor,dayaq plitəsi,dəstək
c)Hərəkətsiz dodaq,hərəkətli dodaq,oturacaq, dəstək d)Alətlər üçün yeşik,qoruyucu tor,oturacaq
7)Qayçı ilə pəstahın əyri konturlarını necə kəsirlər? (10 b)
a)Əvvəlcədən bucaqlarını kəsməklə b)Məmulatı yarı bölməklə
c)Əvvəlcədən məmulatı əyməklə d)Əvvəlcədən bucaqları əyməklə
8. Metalın iti kənarlarını nə ilə təmizləyirlər? (15 b)
a)Sumbata kağızı və itiağız kəlbətinlə b)İtiağız kəlbətinlə və yeyə ilə c)Çəkiclə
d)Xırda kərtikli yeyə və sumbata kağızı ilə
9.Əymədən sonra ölçülərə nəyin köməyi ilə nəzarət edirlər? (15 b)
a)Şablon ilə b)Xətkeşlə c)Bucaqlıqla d)Pərgarla
10)Aşağıda verilmiş məmulatları cədvəlin müvafiq xanalarına yazın: (20 b)
Avtomobilin kuzovu,qab-qacaq, mismarlar,konserv bankaları, elektrik naqilləri, şuruplar

Nazik təbəqə metaldan hazırlanır

Məftildən hazırlanır



















Yüklə 14,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin