Valentlik”anlayişinin tədrisi təCRÜBƏsində Mürşüd Fərəcov Dossent Kəmalə Quluyeva



Yüklə 118 Kb.
səhifə1/12
tarix10.01.2022
ölçüsü118 Kb.
#108014
  1   2   3   4   5   6   7   8   9   ...   12

Kimya məktəbdə




VALENTLIK”ANLAYIŞININ TƏDRISI TƏCRÜBƏSINDƏ
Mürşüd Fərəcov

Dossent

Kəmalə Quluyeva

Binəqədi r. 299 nömrəli məktəbin kimya müəllimi
Əsirlərin və minilliklərin qovuşduğu bir vaxtda sürətlə n dəyişən, durmadan qloballaşan çağdaş dünyamızda bəşəriyyət üçün tamamilə yeni olan problemlər yaranmışdır. Elmin sürətlə inkişaf etməsi, sənaye ölkələrində elmi-texniki tərəqqinin geniş vüsət alması dünya üzrə enerji, xammal və ekoloji problemləri kəskinləşmişdir. Göstərilən həyati əhəmiyyətli, dünyəvi problemlərin həlli yeni insanın dünya, cəmiyyət və təbiətlə qarşılıqlı münasibətlərində yeni düşüncə tərzi tələb edir. Bütün bunlar isə təhsil sistemindən keçir, təhsillə əldə edilir

Göstərilən problemlərin həlli təhsildə mütləq əsaslı dəyişikliklərin aparılmasını, onun müasir cəmiyyətin maraqlarına uyğunlaşmasını labüd edir. Dəyişikliklər təhsilin məzmunundan, strukturundan tutmuş təlim metodikalarınadək, demək olar ki, bütün sahələri əhatə etməlidir.

Bu gün milli təhsil sistemləri üçün ən vacib və son dərəcə zəruri olan odur ki, öyrənənlərdə sadəcə oxumaq, yazmaq və hesab vərdişləri yaratmaq, onlara təbiət, social və digər elm sahələrindən biliklər verməklə kifayətlənməyərək, vətəndaşlarda heç kəsin, o cümlədən gələcək nəsillərin hüquq və maraqlarına xələl gətirmədən özünün, xalqının və ümumən insanın inkişafına yönələn dərk edilmiş fəal həyat mövqeyi formalaşdırmaq, layiqli yaşayış üçün lazımi qabiliyyət, bacarıq və vərdişlər aşılamaqdır. Başqa sözlə, müasir təhsil sistemi insana ilk növbədə təbiətlə ahəgdar yaşamağı öyrətməli, insanı, şəxsiyyəti əsas götürən, təbiətə istiqamətləndirən dünyagörüşü formalaşdırlmalıdır.

Dünya təcrübəsi göstərir ki, fəal (interaktiv) və inteqrativ təlim metodları dərsin keyfiyyətini artırmaq məqsədilə güclü vasitə ola bilər. Bu metodlar şagirdlər üçün dərsi çox maraqlı və cəlbedici edir. Fəal (interativ) təlim həm məzmunun öyrənilməsinin, həm də tətbiqinin səmərəliliyini artırır və şagirdlərin dərketmə fəaliyyətini daha da fəallaşdırır.

Təhsilin məzmununa xüsusi konstruksiya verən fənlərarası və fəndaxili əlaqələr təhsil sektorunun inkişaf layihəsi çərçivəsində inteqrativ kurrikulumun mahiyyətini təşkil edir. Təcrübəli müəllimlərin fikrincə inteqrativ təlim bacarığı olmadan hər hansı bir fənnin tədrisində müvəffəqiyyət əldə etmək mümkün deyil. Şagirdlərə dayanıqlı və kompleks şəkildə biliklər vermək, onların dünyagörüşünü genişləndirmək, şagird təfəkkürünün inkişafında tədqiqatçılığa meyl yaratmaq, qazanılan nəzəri bilikləri praktik olaraq həyata tətbiq etmək və s. bacarıqların formalaşdırılmasında interaktiv və inteqrativ təlimin əhəmiyyəti əvəzedilməzdir/.

Qabaqçıl iş təcrübəsinə və şəxsi mülahizələrimizə əsaslanaraq “Valentlik”anlayışının tədrisində inteqrasiya və interaktiv təlim metodlarından istifadəyə aid dərsin gedişini nəzərdən keçirək




Yüklə 118 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə