Və vasiTƏLƏRİ fənnindən mühazirələr toplusu hazirladi qaim cəFƏrov metrologiya haqqında ümumi məlumat



Yüklə 1,11 Mb.
səhifə1/99
tarix01.01.2022
ölçüsü1,11 Mb.
#105591
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   99

AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ NƏZDİNDƏ

BAKI DÖVLƏT RABİTƏ VƏ NƏQLİYYAT KOLLECİ

ELEKTRİK ÖLÇMƏLƏRİ

VƏ VASİTƏLƏRİ

fənnindən

mühazirələr toplusu

HAZIRLADI QAİM CƏFƏROV

Metrologiya haqqında ümumi məlumat

Metrologiya çox dəqiq fiziki eksperimentə, həmçinin riyaziyyat, fizika, kimya və digər elmlərin nailiyyətlərinə əsaslanaraq ölçmə, ölçmələrdə vəhdət və lazımi dəqiqlik yaratmaq haqqında elmdir. Metrologiya yunanca metron – ölçü və loqos – qanun, kəlam sözlərindən əmələ gəlib, ölçülər haqqında elm mənasını verir. Metrologiyanın əsas məsələlərinə ölçmələrin ümumi nəzəriyyəsi, fiziki kəmiy­yətlərin vahidlərinin və vahidlər sisteminin yaradılması, ölçmə üsulları və vasitələri, ölçmələrin dəqiq­liyinin təyini üsulları, ölçmə xətası nəzəriyyəsi, ölçmə vasitələri arasında vəhdət yaratmaq üsulları, vahidlərin qiymə­tini etalonlardan işçi ölçmə vasitə­lərinə ötürmək daxildir.

Metrologiya elmində fiziki kəmiyyətlərlə vahidlər sistemi­nin yaradılma prinsipləri arasında əlaqənin nəzəri məsələləri öyrənilir.

Qanunvericilik metrologiyasına aid olan məsələlərin həlli üçün adətən metroloji xidmət yaradılır. 1960-cı ildən Bey­nəlxalq vahidlər sistemini təşkil edən yeni standart qəbul edil­mişdir.

Ölkədə ölçmə və ölçmə vasitələri arasında vəhdət yarat­mağa xidmət edən dövlət və metrologiya orqanları şəbəkəsi olan metroloji xidmətin elmi əsaslarını metroloji institutlar yaradır. Respublikamızda bu sahəyə Azərbaycan Respubli­kası Nazirlər Kabinetinin Standartlaşdırma, Metro­logiya və Patent üzrə Dövlət Komitəsi başçılıq edir.

Dövlət Metrologiya xidməti dövlət idarəetmə sisteminin bir həlqəsi kimi metroloji təchizat sahəsində idarə və müəssisələrin fəaliyyətində kompleks tədbirlər həyata keçirən bir orqan­dır. Vəzifəsi tələb olunan ölçmə­lərin dəqiqliyini və vahidliyini təmin etməklə məhsulun keyfiyyətini yüksəltmək və istehsal sahəsinin effektliyini qaldırmaqdır. Dövlət Metrologiya xidmətinin fəaliyyətinin əsas istiqamətlərinə metroloji xidmət idarə, müəssisə və təşkilatlarının işinin koordinasiyası, sahə və dövlət stan­dart­larının və yeni texnikanın tətbiqi, ölçmə vasitələ­rinin dövlət sınaqları və onların yerinə yetirilməsinə nəzarət, etalon­ların və yoxlayıcı avadanlığın işlənib hazırlanması, ölçmə vasitələrinin işlənib hazırlanması sahəsində texniki tapşırıqlar, kadrların hazırlanması, dövri informasiya nəşr­lərinin buraxıl­ması, metrologiya sahəsində yeni nailiyyətlər barədə konfrans­ların, seminarların keçirilməsi daxildir.




Kataloq: wp-content -> uploads -> 2020
2020 -> Kiçik summativ qiymətləndirmə №-1
2020 -> Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1
2020 -> Pedaqogikanın ümumi əsasları Plan
2020 -> Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları
2020 -> Uşaq psixologiyası imtahan sualları Uşaq psixologiyası psixologiyanın sahəsi kimi
2020 -> Mühazirələr DƏDƏ qorqud" eposu azərbaycan türklərinin ulu babası oğuz türklərinin yaratdığı "
2020 -> Informatika fənninin predmeti. Informasiya nəzəriyyəsi və informasiya texnologiyaları. Informasiya ölçü vahidləri
2020 -> Kompüter avadanlıqlarının profilaktikası və texniki təmiri
2020 -> Grammar: Write about: “The Reciprocal Pronouns and their teaching methods” – “Qarşılıq əvəzliyi və onun tədrisi metodikası” haqqında yaz
2020 -> Azərbaycan Tarixi XIX xxi əsrin əvvəli

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə