Vətəndaş iştirakçılığı və ictimai hesabatlılıq Vətəndaş iştirakçılığı və ictimai hesabatlılığa dair Avropa Şurasının sənədləri



Yüklə 35,35 Kb.
səhifə1/3
tarix02.01.2022
ölçüsü35,35 Kb.
#12514
  1   2   3

Vətəndaş iştirakçılığı və ictimai hesabatlılıq
1. Vətəndaş iştirakçılığı və ictimai hesabatlılığa dair Avropa Şurasının sənədləri

Yerli özünüidarənin həyata keçirilməsində ictimai iştirakçılığın əhəmiyyəti və əvəzolunmazlığı ilk növbədə Yerli Özünüidarə Haqqında Avropa Xartiyasında təsbit olunub. Sənədin “Preambula” hissəsində qeyd olunub ki, bu xartiyanı imzalayan dövlətlər “dövlət işlərinin idarə edilməsində vətəndaşların iştirakı hüququnun Avropa Şurasının üzvü olan bütün dövlətlər üçün ümumi sayılan demokratik prinsiplərə aid olduğunu əsas götürərək” razılığa gəldilər.

Yerli əhəmiyyətli məsələlər barədə qərar qəbuluna əhalinin cəlbi, ictimai iştirakçılığın təşviqi barədə Avropa Şurasının 4 əsas sənədində danışılır. Bunlar:


  • Gənclərin bələdiyyələrin işində və regional həyatda iştirakı haqqında Avropa Xartiyası”. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi tərəfindən 1992-ci ildə 237 saylı qətnamə ilə qəbul olunmuşdur;

  • Yerli demokratiya haqqında: Vətəndaş layihəsi”. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 1995-ci il tarixli, 15 saylı qətnaməsi;

  • İctimaiyyətin yerli əhəmiyyətli işlərdə və seçkilərdə iştirakı haqqında” Avropa Şurası Nazirlər Komitəsinin 2005-ci il tarixli, 182 saylı Tövsiyəsi;

  • Yerli ictimai həyatda vətəndaş iştirakçılığı haqqında” Avropa Şurası Nazirlər Komitəsinin 6 dekabr 2001-ci ildə qəbul etdiyi 19 saylı Tövsiyəsi və ona Əlavələr.

İlk 2 sənəd barədə qısaca onu demək olar ki, “Gənclərin bələdiyyələrin işində və regional həyatda iştirakı haqqında Avropa Xartiyası”nda cənclərin yerli əhəmiyyətli qərarların qəbulunda rolunun artırılması, “Yerli demokratiya haqqında: Vətəndaş layihəsi” qətnaməsində bələdiyyələrin işində ictimai iştirakçılıq prosesində rasizmə, antisemitizmə, dini dözümsüzlüyə və ksenofobiyaya yol verilməməsinin vacibliyi vurğulanır.

“İctimaiyyətin yerli əhəmiyyətli işlərdə və seçkilərdə iştirakı haqqında” 182 saylı (2005) Tövsiyədə Konqres:


  • Seçkili demokratiya ictimai iştirakçılığın ən elitar formasıdır ki, vətəndaşların qərarların qəbulu prosesinə birbaşa təsir imkanlarını artırır;

  • Vətəndaşların seçkidə və yerli idarəetmədə iştirakı qərarların səmərəli qəbuluna və effektiv idarəetməyə böyük töhfə verir;

  • Vətəndaşların seçkidən kənar ictimai fəallığının yüksək olması yerli özünüidarəetmədə müxtəlif iştirak formalarının tətbiqini stimullaşdırır;

  • İctimai içtirakçılığın səviyyəsinin artması vətəndaşların təhsil səviyyəsinin və sosial-iqtisadi statusunun yüksəlməsi ilə birbaşa bağlıdır.

kimi prinsipləri nəzərə alaraq Konqres Avropa Şurasının Nazirlər Komitəsinə üzv dövlətlərə aşağıdakıları təklif etməyi məsləhət görür:


  1. Yerli özünüidarə hakimiyyətini ictimai iştirakçılığın müxtəlif formalarını tətbiq etməyə həvəsləndirilməsi;

  2. Bələdiyyələri qərarların qəbulunda kənar təsirlərdən qorumaq üçün ictimai iştirakçılığın dəqiq sərhədlərini və konkret formalarını (məhəllə komitələri, məsləhət şuraları, vətəndaş forumları, ictimai sorğular və sair.) nəzərdə tutan intitusional əsasların yaradılması;

  3. Vətəndaş iştirakçılığının qeyri-fəal qruplarının (qadınlar, gənclər, təhsil səviyyəsi aşağı olanlar, kasıblar və sair) həvəsləndirilməsi;

  4. Yaxşı təcrübəni bölüşmək və kollektiv yeni qərarlar qəbul etmək üçün toplaşmağın təmini;

  5. Yerli əhəmiyyətli prioritet məsələlərin Yerli rəy sorğusu vasitəsilə qəbulununin vacibliyinin başa düçülməsi.

Konqresin əsas götürdüyü prinsiplərdən və verdoiyi tövsiyələrdən məlum olur ki, Avropa Şurası yerli özünüidarəetmədə ictimai iştirakçılığı prioritet hesab edir.

“Yerli ictimai həyatda vətəndaş iştirakçılığı haqqında” Avropa Şurası Nazirlər Komitəsinin 19 saylı (2001) Tövsiyəsində və sənədə Əlavələrdə


  • Vətəndaşların yerli özünüidarə ilə bağlı müxtəlif məsələrlə bağlı informasiya əldə etmək hüququnun təmin olunması;

  • Vətəndaşların təmsil etdikləri icmanın işinə töhfə vermək üçün təşviq edilməsi;

  • Yerli demokratiyanın inkişafı üçün ictimai iştirakçılıq məsələsinə kompleks yanaşmanın tətbiqi;

  • Yerli səviyyədə qərarların qəbulu və əhalinin idarəetmədə birbaşa iştirakının təmin edilməsi;

  • Yerli iştirakçılığın qiymətləndirilməsi üçün müvafiq kriteriyaların müəyyən olunması, müsbət və mənfi tərəflərinin aşkar edilməsi üçün monitorinqlərin aparılması;

  • Vətəndaş iştirakçılığı sahəsində qabaqcıl təcrübənin tətbiqi üçün ölkələrarası və ölkə daxili informasiya mübadiləsinin aparılması;

  • Aktiv iştirak imkanları məhdud olan, yerli ictimai həyatdan təcrid olunmuş əhali kateqoriyasına xüsusi diqqətin ayrılması;

  • Qadınların yerli siyasətin müəyyənləşdirilməsində rollarının artırılması, uşaqların və gənclərin yerli cəmiyyətlərin dayanıqlı inkişafındakı əvəzolunmaz rolu nəzərə alınaraq onların ictimai iştirakçılıqda yerlərinin müəyyən olunmasının

vacibliyi vurğulanaraq aşağıdakı üz dövlətlərə aşağıdakı konkret addımların atılması tövsiyə olunub:




  1. Yerli özünüidarə orqanlarına və onların nümayəndələrinə vətəndaş iştirakşılığını stimullaşdırmaq və onların motivə olunması üçün imkanlar yaratmaq. Bu kontekstdə funksional əksmərkəzləşmə üçün əlindən gələni etmək. Məsələn, məktəblərə, uşaq bağçalarına, qocalar evinə, xəstəxanalara, idman və əyləncə mərkəzlərinə böyük səlahiyyət və müstəqillik vermək;

  2. Vətəndaşların təhsil səviyyəsini yüksəltmək, dərs kitablarına və tədris planlarına demokratik cəmiyyətdə, o cümlədən yerli icmalarda vətəndaşın vəzifə və öhdəlikləri barədə maarifləndirici məlumatlar salmaq;

  3. Yerli özünüidarə orqanlarını mümkün vasitələrlə ictimai iştirakçılığa həvəsləndirmək, o cümlədən, bələdiyyələr üçün davranış kodeksi hazırlamaq və ona əməl olunmasına nəzarət etmək;

  4. Yerli qərarların qəbulunun ictimai xarakter almasını təmin etmək;

  5. Vətəndaşların yerli əhəmiyyətli məsələlər barəsində informasiyalara əlçatanlığını təmin etmək;



Yüklə 35,35 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin