İşin təsviri
Bloqqinq sahəsində
Vətəndaş Jurnalistikası Elektron Media Layihəsi çərçivəsində e-media Avrasiya Əməkdaşlıq Fondu, Azərbaycan Fevral 24, 2011
Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) missiyası insanlara sosial ədalət və iqtisadi inkişaf üçün faydalı olan proqramlar vasitəsilə dəyişiklik etməyə imkan yaratmaq, onlara öz icmalarını və öz həyatlarını yaxşılaşdırmaqda yardım etməkdir. Azərbaycanda qeydiyyatdan keçmiş Fond, Avrasiya Fondunun (AF) – keçmiş Sovet ölkələrində yaranan vətəndaş cəmiyyəti təşkilatlarına ilkin maliyyə dəstəyi göstərmək üçün 1992-ci ildə yaradılmış özəl idarəetmə sisteminə malik gəlirsiz təşkilat – varis institutudur.
Hal-hazırda AƏF Azərbaycanda həyata keçirilən və Norveç Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən Vətəndaş Jurnalistikası Elektron Media Layihəsi çərçivəsində e-media qruplarına bloq mövzusunda nəzəri və praktik təlim keçəcək təlimçi/mütəxəssis axtarışındadır.
İki günlük təlimlərin 5 regionda keçirilməsi nəzərdə tutulur.
Təlimin məqsədi
Təlimçidən/mütəxəssisdən bloq, bloq növləri haqqında məlumat, bloq yazmaq, bloq yazısını daha oxunaqlı etmək (web writing) barədə təlim keçməsi tələb olunur.
Təlimin ümumi məqsədi azad, qərəzsiz məlumatların çoxalmasını və müstəqil medianı gücləndirmək məqsədilə layihə çərçivəsində yaradılacaq e-media qruplarını maarifləndirmək, dəstəkləmək və texniki yardım göstərməkdir
Tələblər
Təlimçidən/mütəxəssisdən aşağıdakı bəndlərdə qeyd olunanlar tələb olunur, yalnız onlar ilə məhdudlaşmır:
-
Təlim modulları və metodologiyası AƏF ilə razılaşdırılması və təkmilləşdirilməsi;
-
İki günlük təlimin keçirilməsi;
-
Təlim iştirakçıları tərəfindən təlimin məzmununun anlaşılma dərəcəsinin qiymətləndirilməsi;
-
Təlim hesabatının hazırlanması.
Ərizə forması tələbləri və təqdim olunması:
AƏF bu təlimi keçmək üçün fərdlərdən ərizə formaları qəbul edir. Ərizəçilər aşağıda qeyd olunanları təqdim etməlidirlər:
-
Tərcümeyi-hal və həyata keçirdiyi ən son təlimlərin təsviri daxil olmaqla, təlimçinin ixtisaslılığının detallı təsviri;
-
Təlimi həyata keçirmək və iştirakçıların qazanılmış bilik dərəcəsini qiymətləndirmək üçün istifadə olunacaq metodların və texniki üsulların qısa məzmunu daxil olmaqla, təklif olunmuş təlim metodologiyasının təsviri və əsaslandırılması;
-
Təlimin ilkin variantda gündəliyi;
Ərizə forması Azərbaycan dilində təqdim olunmalıdır.
Ərizələr 2 yolla təqdim etmək mümkündür:
-Çap olunmuş formada AƏF-in aşağıdakı ünvanda yerləşən ofisinə:
Avrasiya Əməkdaşlıq Fondu
Cəfər Cabbarlı küç. 44, 6-cı mərtəbə
Bakı, Azərbaycan AZ1065.
-E-mail vasitəsilə raliyev@epfound.az ünvanına.
Xahiş olunur ki, elektron məktublarınızın başlıq hissəsində Vətəndaş Jurnalistikası Elektron Media Layihəsi. Bloq sahəsi mövzusunda təlim sözlərini qeyd edəsiniz. Suallarınızı AƏF-in proqram assistenti Rəşad Əliyevə ünvanlandıra bilərsiniz.
Ərizə formalarının qəbulu üçün son tarix: 2011-ci il mart 4-ü saat 18:00 (Bakı).
Ərizə formaları AƏF-in baş idarəetmə və proqram heyəti nəzərdən keçirəcək. Qalib ərizəçinin seçimi barədə qərar 2011-ci il martın 7-dən gec olmayaraq elan olunacaq.
Dostları ilə paylaş: |