Vətəndaş Jurnalistikası Elektron Media Layihəsinin nəticələrini, layihənin uğur hekayələrini işıqlandırmaq üçün jurnalist tələb olunur



Yüklə 7,58 Kb.
tarix24.05.2018
ölçüsü7,58 Kb.
#51273




İşin təsviri

Vətəndaş Jurnalistikası Elektron Media Layihəsinin nəticələrini, layihənin uğur hekayələrini işıqlandırmaq üçün jurnalist tələb olunur

Avrasiya Əməkdaşlıq Fondu, Azərbaycan

İyul 24, 2012

Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) missiyası insanlara sosial ədalət və iqtisadi inkişaf üçün faydalı olan proqramlar vasitəsilə dəyişiklik etməyə imkan yaratmaq, onlara öz icmalarını və öz həyatlarını yaxşılaşdırmaqda yardım etməkdir. Azərbaycanda qeydiyyatdan keçmiş Fond, Avrasiya Fondunun (AF) – keçmiş Sovet ölkələrində yaranan vətəndaş cəmiyyəti təşkilatlarına ilkin maliyyə dəstəyi göstərmək üçün 1992-ci ildə yaradılmış özəl idarəetmə sisteminə malik gəlirsiz təşkilat – varis institutudur.


Hal-hazırda AƏF Azərbaycanda həyata keçirilən və Norveç Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən Vətəndaş Jurnalistikası Elektron Media Layihəsi 2012-ci ilin sentyabr ayında sona çatır. AƏF, layihənin nəticələrini və bu müddət ərzindəki uğur hekayələrini əhatə edən buklet hazırlamağı planlaşdırır. Buklet azərbaycan dilində nəşr olunacaqdır. Bukletin hazırlanmsı üçün cəlb olunacaq peşəkar jurnalistin görəcəyi işlər:


  1. Layihənin məqsədi, vəzifələri və nəticələri haqda yazı yazmaq;

  2. 6 uğur hekayəsi yazmaq;

  3. Regionlara səfər etmək;

  4. Bukletdə yerləşdiriləcək layihə şəkillərinə başlıqları hazırlamaq;

  5. Yazıları redaktə etmək.


Tələblər
Jurnalistən aşağıdakı bəndlərdə qeyd olunanlar tələb olunur, yalnız onlar ilə məhdudlaşmır:

  • Keyfiyyətli və maraqlı yazı;

  • Yaradıcı yanaşma;

  • Yazıları oxunaqlı olması.


Müraciət üçün tələblər


  • Tərcümeyi-hal;

  • Yazdığı yazılardan nümunə.

Sənədləri Azərbaycan və ya İngilis dillərində info@epfound.az ünvanına göndərin.


Xahiş olunur ki, elektron məktublarınızın başlıq hissəsində “Jurnalist” adını qeyd edəsiniz.
Ərizə formalarının qəbulu üçün son tarix: 2012-ci il avqustun 1-i saat 18:00 (Bakı).
Kataloq: ngos -> 1673 -> jobs
jobs -> Vətəndaş Jurnalistikası Elektron Media Layihəsinin Sosial Media düşərgəsi üçün sosial media mütəxəssisi və vebsayt mütəxəssisi tələb olunur
jobs -> Aəf vətəndaş Jurnalistikası Elektron Media layihəsi çərçivəsində açıq müsabiqə (Tender) elan edir
jobs -> Vətəndaş Jurnalistikası Elektron Media Layihəsi çərçivəsində e-media qrupları üçün təlim
jobs -> Bələdiyyə Xidmətlərində Şəffafliğin Təmin Edilməsi” mövzusunda Televiziya Verilişinin Istehsalı üzrə Açıq Müsabiqə (Tender)
jobs -> Pd prefix pd firstname pd lastname
jobs -> AəF qısametrajlı film/annimasiya filmin çəkilməsi ilə bağlı açıq müsabiqə (Tender) elan edir Müsabiqə (Tender) haqqında
jobs -> Pd prefix pd firstname pd lastname
jobs -> Saytının qurulmasına dair açıq müsabiqə (tender)
jobs -> AəF keramika sexinə avadanlıq və materialların satın alınması üzrə tender elan edir

Yüklə 7,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə