İşin təsviri
Vətəndaş Jurnalistikası Elektron Media Layihəsinin Sosial Media düşərgəsi üçün sosial media mütəxəssisi və vebsayt mütəxəssisi tələb olunur Avrasiya Əməkdaşlıq Fondu, Azərbaycan İyun 27, 2012
Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) missiyası insanlara sosial ədalət və iqtisadi inkişaf üçün faydalı olan proqramlar vasitəsilə dəyişiklik etməyə imkan yaratmaq, onlara öz icmalarını və öz həyatlarını yaxşılaşdırmaqda yardım etməkdir. Azərbaycanda qeydiyyatdan keçmiş Fond, Avrasiya Fondunun (AF) – keçmiş Sovet ölkələrində yaranan vətəndaş cəmiyyəti təşkilatlarına ilkin maliyyə dəstəyi göstərmək üçün 1992-ci ildə yaradılmış özəl idarəetmə sisteminə malik gəlirsiz təşkilat – varis institutudur.
Hal-hazırda AƏF Azərbaycanda həyata keçirilən və Norveç Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən Vətəndaş Jurnalistikası Elektron Media Layihəsinin fəal bloqqerləri üçün sosial media düşərgəsi keçirtməyi planlaşdırır. Düşərgədə görüləcək işlər:
-
Layihə iştirakçıları ilə birlikdə social media ideyalarının inkişaf etdirilməsi
-
Social media ideyalarının layihə formasına salınması
-
Layihə ideyasının həyata keçirilməsi (mümkündürsə)
-
Layihənin təqdimatı
Düşərgənin məqsədi
Düşərgənin ümumi məqsədi layihə çərçivəsində fəal olan region bloqerlərinin öz ideyalarını reallaşdırmağa imkan yaratmaq, bölgə icmalarına xeyirli olacaq social media vasitələrinin yaranmasını dəstəkləməkdir.
Tələblər
Mütəxəssisdən aşağıdakı bəndlərdə qeyd olunanlar tələb olunur, yalnız onlar ilə məhdudlaşmır:
-
Social media sahəsində təcrübəsi və geniş bilik;
-
Sosial Yeniliklər Düşərgəsində iştirak və ya xəbərdar olmaq.
-
Yeni veb sayt yaradılması;
-
Müxtəlif cms-lərlə işləmək, dəyişiklikləri etmək.
Müraciət üçün tələblər
-
Tərcümeyi-hal və iştirak etdikləri və ya həyata keçirdiyi ən son social media layihəsi də daxil olmaqla, mütəxəssisin ixtisaslılığının detallı təsviri;
Sənədləri Azərbaycan və ya İngilis dillərində info@epfound.az ünvanına.göndərin.
Xahiş olunur ki, elektron məktublarınızın başlıq hissəsində “Social Media Düşərgəsi üçün mütəxəssiz” adını qeyd edin.
Ərizə formalarının qəbulu üçün son tarix: 2012-ci il iyulun 7-si saat 18:00 (Bakı).
Dostları ilə paylaş: |