Vətən
Vətəndir insana əziz anadan,
Onu müqəddəs buyurub yaradan
Vətən naminə tökülür hər qan,
Ölməyə hazırıq uğruna hər an.
Hər ürəkdə vətən odu alovlanır.
Damarlarda "vətən" deyib qan dolanır,
Tarixlərə zəfər günü həkk olunur,
Ömrümüzə yeni tarix yazılır.
Çox oğullar keçib candan,
Vətən üçün sipər oldular
Son qoyaraq ömürlərinə,
Haqq yolunda şəhid oldular.
Uğruna canını fəda edənlər,
Qəlbində vətən eşqi böyüdənlər.
Ömürlərin xalq yolunda bitirənlər
Ölməzlərdir Şəhidlər.
Dostları ilə paylaş: |