Vidadinerimanbeyov blogspot com



Yüklə 9,73 Kb.
tarix28.05.2018
ölçüsü9,73 Kb.
#51942

Vidadinerimanbeyov.blogspot.com

Yaratdığım sayt tipli blogspot Azərbaycanın xalq rəssamı Vidadi Nərimanbəyova həsr olunub. Bloqda rəssamın həyat və yaradıcılığı, əsərləri, layiq görüldüyü mükafatlar, haqqında çəkilən sənədli film, əsərlərinin təhlili, videoçarlar və s. məlumatlar yerləşdirilib. Qeyd etmək lazımdır ki, bloqda Vidadi Nərimanbəyovdan əlavə, rəssamın ailə üzvlərinin– qardaşı, görkəmli xalq rəssamı Toğrul Nərimanbəyovun, övladları– rəssam Nigar və Əmirbəy Nərimanbəyovun əsərləri, yaradıcılıqları haqqında geniş məlumatlar, fotoşəkillər “Nərimanbəyovlar” bölməsində öz əksini tapmışdır.

Rəssamın yaradıcılığının ana xəttini hərbi vətənpərvərlik mövzuları və batal janrı təşkil etdiyi üçün xüsusi bölmələrdə bu haqda ətraflı məlumatlar yerləşdirilib, şagirdlərimin mövzu üzrə təsvir etdikləri rəsm əsərlərindən ibarət sərginin fotoşəkilləri əks olunub. Tədris prosesində vətənpərvərlik mövzularına inteqrasiya etmək istəyən istənilən fənn müəllimi bloqdan səmərəli istifadə edərək, dərsinin keyfiyyətini yüksəldə bilər.

V. Nərimanbəyovun Fransada dünyaya gəlməsi və Azərbaycan ilə Fransa arasındakı yaradıcılıq əlaqələrini nəzərə alıb, bloqda “Fransada doğulanlar” bölməsi yaratmışam. Həmin bölməyə daxil olmaqla Fransada dünyaya göz açmış məşhur sənətkarlar haqqında məlumat alaraq həm təsviri incəsənət dərslərinin tədrisində, həm də digər fənnlərdə təsviri incəsənət fənninə inteqrasiya zamanı istifadə etmək mümkündür.

“Qalereya” bölməsində rəssamın yaratdığı əsərlərin fotoşəkilləri yerləşdirlib. Həmin əsərlər Milli İncəsənət Muzeyinin və Muzey Mərkəzinin arxiv fondundan rəsmi icazə ilə əldə edilmişdir.

Qeyd edim ki, Vidadi Nərimanbəyovun bədii irsini ilk dəfə elmi və yaradıcı cəhətdən araşdıran şəxs olaraq bu haqda elmi-tədqiqat işi (“Xalq rəssamı Vidadi Nərimanbəyovun bədii irsi”) təqdim etmişəm. Rəssamın 2016-cı il iyulun 13-ü 90 illiyi münasibəti ilə hazırladığım sayt tipli bloqun Milli İncəsənət Muzeyində təqdimat mərasimi keçirilmişdir. Tədbirdə rəssamın Fransada yaşayıb fəaliyyət göstərən qızı– rəssam Nigar xanım Nərimanbəyova, oğlu– Əmirbəy Nərimanbəyov iştirak etmiş, hazırlanan saytı yüksək qiymətləndirmişdirlər.



Tədbirlə bağlı dərc olunan xəbər saytları:

  • https://news.day.az/culture/802786.html

  • https://azertag.az/xeber/Xalq_Ressami_Vidadi_Nerimanbeyovun_yaradiciligina_hesr_olunmus_sayt_hazirlanib-973617#.V5I6FtZ7g0A.facebook

  • https://www.trend.az/life/culture/2560139.html

  • http://baku.ws/78952-v-baku-prezentovan-sayt-posvyaschennyy-velikomu-hudozhniku-vidadi-narimanbekovu.html

  • http://vzglyad.az/%D0%92_%D0%91%D0%B0%D0%BA%D1%83_%D0%BF%D1%80%D0%B5%D0%B7%D0%B5%D0%BD%D1%82%D0%BE%D0%B2%D0%B0%D0%BD_%D1%81%D0%B0%D0%B9%D1%82_-65824-xeber.html#.V5I35Uty3jo.facebook

  • http://echo.az/article.php?aid=103111

Nigar xanımın Azərbaycanı Fransada dəfələrlə və layiqincə təmsil etməsi ilə əlaqədar olaraq, bloqda ayrıca “Nigar Nərimanbəyova” bölməsi yaradıb, yaradıcılıq uğurları, video və fotoşəkillər əlavə etmişəm. Bloq mütəmadi olaraq yenilənmişdir. Bloqdan istifadə edənlər rəy bölməsində öz təkliflərini bildirə bilərlər.

Tədris prosesində interaktivliyi artırmaq üçün hazırladığım bloqdan, əsaslı mənbələrdən əldə etdiyim məlumatlardan yararlanmaq müəllimlərin dərslərinin uğurlu və müasir tələblərə cavab verəcək şəkildə keçməsinə şərait yaradacaq.
Yüklə 9,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin