Vilayət bağÇasi


Yeni təfəkkür və elmi nümunələr35



Yüklə 0,92 Mb.
səhifə19/19
tarix28.02.2020
ölçüsü0,92 Mb.
#102215
1   ...   11   12   13   14   15   16   17   18   19

Yeni təfəkkür və elmi nümunələr35

Bismillahir-Rəhmanir-Rəhim.


Söhbətimə başlamazdan öncə iki qısa məqamı xatırladım: Biri budur ki, bu möhtərəm dostumuz - adını sonra deyər ki, daha artıq tanış olarıq - bulud məsələsi barədə danışdı. Təsadüfən, bu iki-üç gündə bu məsələ məni çox düşündürür. Bu bölgənin bulud baxımından heç bir çatışmazlığı yoxdur, lakin buludların yağmurluluğu və yağıntı baxımından məhrum bölgələrdəndir. Həmişə susuzdur. Bu torpaq susuzdur. Mən fikirləşirəm ki, bunu necə xilas etmək olar. İstərdik tövsiyə edək ki, bir elmi mərkəz bu işlərlə məşğul olsun, bəlkə nəticə əldə edildi. Əlbəttə, bu sahədə qabaqca bəzi işlər görülüb. Heyfdir ki, belə istedadlı, hazırlıqlı və işə həvəskar insan resursu məhrum olsun. Buna görə mən sizə təşəkkür etməklə yanaşı, xahiş edirəm dediyinizi, yaxud geniş demək istədiyinizi kağız üzərində yazıb aşağısını da imzalayıb mənə göndərəsiniz ki, lazımi işləri görək.
Allah üçün və xalqın xeyrinə iş

Sizə gəlincə isə, şübhəsiz, elmi istedad, alim, şair olmaq bir imtiyazdır. Lakin bu imtiyaz o zaman min qat dəyərli olar ki, Allahın nəzərində olsun və Allah qəbul etsin. Qəbul olunmasının yolu da çətin deyil. Elə bir iş seçin ki, öz fikrinizcə, ölkənizin və onun gələcəyinin xeyrinədir. O işdə öz dəyərli istedadınızı işə salın. Çalışın niyyətiniz xalqla xeyir yetirmək olsun. Bu olur Allah üçün iş. Allah üçün iş təkcə bu deyil ki, insan dili ilə desin və dilinə gətirsin ki, İlahi, mən bu işi yalnız Sənin razılığın üçün görürəm. Bəzən insan bunu dilində deyir, halbuki ürəyi belə deyil. İş Allahın razılığı üçün olsun. Allah-Taala buyurub ki, sizin ən xeyirliniz xalqa ən faydalı olanınızdır. Baxın, İslamın dəyər sistemi budur: xalqın xeyrinə bir iş görəndə Allaha yaxınlaşırsınız.

Bəli, mömin insan və Allahı tanıyan ürək bunu Allahın istədiyini bilə-bilə yerinə yetirəndə təbii ki, Allah üçün yerinə yetirir. Deməli, məqsəd hasil olacaq. Bu, mühüm məsələdir.
Heysiyyət və müstəqilliyin qorunması

İkinci məqam budur ki, sənəti, kimliyi, müstəqilliyi və başucalığını qorumaq lazımdır. Mümkündür bunu sizdən heç kim tələb etməsin. Siz dəyərli işi görməyə iradə göstərin.


Yeni düşüncə, yeni cücərmə

İstedadlı bir insanın canında yeni bir düşüncənin meydana çıxması, yeni bir nəticənin yaranması təbii bir cücərmədir. Qoyun bu cücərmə baş versin, inadkarlıq etməyək. Deməyək ki, məmurlar bizim işimizi yaxşı qarşılamadılar, onda biz də... Xeyr, sizin işinizin dəyəri o qədər yüksəkdir ki, onun davam edib-etməməsi məmurların köməyindən asılı deyil. Bəllidir ki, məmurların köməyi bəzən həyati olur, bu öz yerində.


Düşmənin gözü kor olsun!”

Bu gün ölkəmiz inkişaf halındadır; istər istəsinlər, istər istəməsinlər. Onlar bizə, İran xalqına qarşı səmimi deyillər. Bu ölkə inkişaf halındadır; istər bəhanə tapmaq və şübhə yaymaq istəyən şəxslər qəbul etsinlər, istər inkar etsinlər. Bu, baş verməkdədir. Bəzi vasvası, eyib tutan, yaxıngörən adamların qəbul etməməsi bu inkişafı yoxa çıxarmır. Onlar qəbul etməsələr də, inkişaf var, biz bunu gözlərimizlə görürük. Görürük ki, hərəkət var. İnsan bir maşınla gedəndə bəzən böyük bir düzənlikdə sürəti anlamır. Lakin yol üstündəki nişanları görür: bir yerdə yazılıb 70 kilometr, bir neçə dəqiqə ötür, görürsən yazılıb 60 kilometr, məqsədə doğru gedirsən, görürsən yazılıb 10 kilometr... Deməli, irəliləmişik; insan hiss etməsə də, başı danışmağa qarışsa da. Biri hey deyinir ki, nə üçün irəliləmirik, hərəkət etmirik? Buyur, bu da yol nişanı: Onda 70 kilometr qalırdı, indi isə 10 kilometr. Bu göstərir ki, biz hərəkət etməkdəyik. Bəziləri sevinirlər - nuş olsun! Bəziləri də narahat olurlar - gözləri kor olsun! İran xalqı inkişaf etməkdədir.


Hərtərəfli və davamlı inkişaf

Siz elmi istedadlar bu inkişafda gərək istedadınıza uyğun rol ifa edəsiniz. Bu, bütün sahələrə aiddir. Mən elə quru adamlardan deyiləm ki, deyim biz şeiri, incəsənəti neyləyirik, hələlik elmi işlər görək. Belə adamlardan deyiləm. Baxmayaraq ki, elm mənim fikrimcə, ölkənin inkişafında birinci dərəcəli əhəmiyyətə malikdir. Dəfələrlə də bunu tələbə gənclərə, müəllimlərə və digərlərinə demişəm. Eyni zamanda düşünürəm ki, hər şey birgə irəliləməlidir: elm, din, incəsənət, sənaye, müxtəlif quruculuqlar, əkinçilik, xidmətlər, xarici əlaqələr. Bunların hamısı bir məcmudur və gərək birgə inkişaf etsinlər.

Sizi bundan artıq yormayım. Çıxış edən dostlara təşəkkür edirəm. Çıxış etməyən dostların da sözləri var idisə, üzr istəyirəm. Hamınıza, xüsusən də zəhmət çəkib digər şəhərlərdən təşrif buyuranlara minnətdarlığımı bildirirəm. Ümidvarıq hamınız müvəffəq olasınız.

Allahın salamı və rəhməti olsun sizə!




1 Kerman vilayətinin universitetlərinin müəllim və tələbələrilə görüşdə çıxışı: 9 may 2005.

2 Nisa/69.

3 Bəqərə/40, 47, 122.

4 Səbə/17.

5 "Vəsail əş-şiə" c. 27, səh: 27.

6 Bəsic üzvü olan tələbələrlə görüşdə çıxışı: 26 may 2005.

7 Ölkənin gənc elmi elitası və tələbələrlə görüşdə çıxışı: 25 sentyabr 2005.

8 Nümunəvi tələbələr və tələbə birliklərinin nümayəndələri ilə görüşdə çıxışı: 16 oktyabr 2005.

9 İmam Sadiq (ə) Universitetinin müəllim və tələbələri ilə görüşdə çıxışı: 19 yanvar 2006.

10 "Misbah əş-şəriə", səh. 16.

11 Universitet rektorları, ali təhsil müəssisələrinin və tədqiqat mərkəzlərinin başçıları ilə görüşdə çıxışı: 14 avqust 2006.

12 Universitet müəllimləri və Elmi Şura üzvləri ilə görüşdə çıxışı: 5 oktyabr 2006.

13 Nümunəvi tələbələrlə və müxtəlif tələbə təşkilatlarının nümayəndələrilə görüşdə çıxışı: 17 oktyabr 2006.

14 Simnan vilayəti universitetlərinin müəllim və tələbə kollektivi ilə görüşdə çıxışı: 9 noyabr 2006.

15 "İsra"/20.

16 Rəd/11.

17 Ənfal/53.

18 Məşhədin Firdovsi universitetində Xorasan vilayəti universitetlərinin müəllimləri ilə görüşdə çıxışı: 15 may 2007.

19 Məşhədin Firdovsi universitetində tələbələrlə görüşdə çıxışı: 15 may 2007.

20 İnşiqaq/6.

21 Maidə/105.

22 Əraf/32.

23 Tələbə Bəsicinin minlərlə üzvü ilə görüşdə çıxışı: 21 may 2007.

24 Royan tədqiqat mərkəzində keçirilən görüşdə çıxışı: 16 iyul 2007.

25 "Tövbə"/108.

26 Gənc elmi nümunələrlə görüşdə çıxışı: 3 sentyabr 2007.

27 Universitet rektorları və müəllimlərilə görüşdə çıxışı: 1 oktyabr 2007.

28 Nümunəvi tələbələr, qəbul imtahanlarında yüksək bal toplamış abituriyentlər və universitetlərin siyasi və mədəni təşkilatlarının fəalları ilə görüşdə çıxışı: 9 oktyabr 2007.

29 Zabit universitetinin məzunlarının toplantınsında çıxışı: 24 oktyabr 2007.

30 Bəsic üzvü olan şagird və tələbələrlə görüşdə çıxışı: 31 oktyabr 2007.

31 Füssilət/30.

32 Polis akademiyasının tələbələrinin on yeddinci məzuniyyət tədbirində çıxışı: 7 noyabr 2007.

33 Ölkənin elm hövzələrinin müəllim, tələbə, təbliğatçı və tədqiqatçıları ilə görüşdə çıxışı: 29 noyabr 2007.

34 Yəzd vilayətinin universitetlərinin tələbələri ilə görüşdə çıxışı: 3 yanvar 2008.

35 Yəzd vilayətinin elmi nümunələri ilə görüşdə çıxışı: 5 yanvar 2008.



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin