VirtualMekteb com saytı şagirdl



Yüklə 14,92 Kb.
tarix22.10.2017
ölçüsü14,92 Kb.
#10904


VirtualMekteb.com saytı şagirdlərimiz vəəllimlərimiz üçün geniş imkanlar verən, yeni fəaliyyətə başlamış saytdır. Sayt müəllimlərə öz dilimizdə müxtəlif öyrədici oyunlardan istifadə etmək, öz tapşırıqlarını yaratmaq, şagirdlərə fərdi yanaşmaq, nəticələrini izləmək imkanları verir.

Əsas səhifədə müxtəlif fənnlərə aid öyrədici oyunlar verilmişdir. Oyunlar müxtəlif yaş qruplarını və müxtəlif mövzuları əhatə edir. Sayta əlavə olunan öyrədici oyunlar şagirdlərdə dərsə qarşı yüksək maraq yaradır, onların oynayaraq həvəslə öyrənmələrini təmin edir. Müxtəlid fənnlərə aid oyunlar müxtəlif rənglə göstərilmişdir.

Şagirdlər hissəsindən siz sinifinizdə olan hər bir şagird üçün istifadəçi hesabı yarada bilərsiniz . Şagird hesabları ilə müxtəlif əməliyyatlar bu hissədən yerinə yetirilir.

Tapşırıqlar bölməsi müəllim tərəfindən açıq suallardan və testlərdən ibarət tapşırıq nümunəsinin hazırlayıb şagirdlərə təqdim edilməsi üçün nəzərdə tutulmuşdur. Hazırladığınız tapşırıqlar Sinif- Fənn- Bölmə- Mövzu şəkilində qruplaşdırılır ki, bu da sizə lazım olan tapşırığı qısa vaxtda tapmağa imkan verir. Hazırlanmış tapşırıqlar üzərində redaktə işi aparmaq, yeni sual artırmaq , sualı silmək kimi funksiyalar mövcüddur. Testlərdə və açıq suallarda şəkillərdən istifadə edilə bilməsi, saytımızı fərqləndirən digər bir xüsusiyyətdir.

Əlaqələndir bölməsi müəllim tərəfindən hazırlanmış tapşırıqların və oyunların şagird hesabı ilə əlaqələndirilməsi üçündür. Bu səhifəyə daxil olduqda şagirdlər bölməsində əlavə edilmiş şagirdlər siniflər şəkilində görünür, sinifin qarşısında isə şagirdlərin sayı və şagirdlərlə əlaqələndirilmiş tapşırıqların sayı görünür. Sinifi seçməklə həmin sinifdəki şagirdlərə təyin olunmuş tapşırıqlara (oyunlara ) yenisini əlavə etmək və ya əvvəlcədən əlavə edilmiş tapşırıq və yaxud oyun haqqında məlumat almaq ( adı, təyin edildiyi vaxt, yerinə yetirmək üçün başlama vaxtı və bitirmə vaxtı görünür.) , əlavə edilmiş tapşırığı və yaxud oyunu silmək mümkündür. Yeni düyməsinə klikləməklə şagirdlərin fərdi xüsusiyyətləri nəzərə alınmaqla bütün sinifə, qrup şəkilində və fərdi şəkildə tapşırıqlar və oyunlar təyin etmək mümkündür. Bu isə müəllimə hər bir şagirdə fərdi yanaşmaq imkanı verir. Müəllim tapşırıqlar bölməsindən saytda özü yazdığı tapşırığı və ya oyunlar bölməsində siyahıdan şagirdlərə təyin etdiyi oyunu seçir. Daha sonra tapşırığı və yaxud oyunu təyin edəcəyi şagirdi və yaxud şagirdləri seçir. Əgər müəllim tapşırığın və yaxud oyunun müəyyən müddət şagirdlər üçün aktiv olmasıını istəyirsə, bunun üçün səhifənin aşağısındakı başlama bitimə vaxtında tarixləri qeyd etməlidir. Əks halda tapırıqlar şagird üçün daimi aktiv olacaqdır.

Nəticələr- əlaqələndir bölməsindən təyin olunan tapırıqların və oyunların nəticəsi şagird tərəfindən yerinə yetrildikdən sonra nəticələr hissəsində qeyd olunur. Müəllim burda şagirdin nəticəsi haqqında müxtəlif məlumatları əldə edə bilər. Eyni zamanda müəllim rəy yaz hissəsindən şagirdin əldə etdiyi nəticəyə öz münasibətini şərh kimi yaza bilər. Axtarış hissəsindən müxtəlif nəticələr arasında axtarış aparmaq üçün nəzərdə tutulmuşdur. Bu bölmə müəllimə şagirdlərin naliyyətlərini daimi izləməyə, eyni zamanda onların güclü və zəif olduqları məqamları üzə çıxarmaqa imkan verir.



Mesaj- müəllimin sinif daxilində müzakirə aparmasına imkan verən hissədir. Bundan başqa müəllimlər öz istifadəçi məlumatlarnı adlarının üzərinə klikləməklə dəyişə bilərlər.

Sayt qrup şəkilində hazırlanmışdır. Saytdakı oyunların, müəllimlər və şagirdlər üçün funksiyaların ideyası İmanova Arzu tərəfindən verilmişdir. Saytın texniki məsələlərini isə Milli Aviasiya Akademiyasının tələbəsi Ruslan Rəcəbi tərəfindən həll edilmişdir.
Yüklə 14,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin