Wiley finance



Yüklə 2 Mb.
səhifə2/32
tarix17.08.2018
ölçüsü2 Mb.
#71584
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   32

6.3

Birja Ticarəti




6.3.1

Fundamental Birja Ticarəti Mövqeləri




6.3.2

Satıcı-Alıcı Qiymətləri Arasında Fərq




6.3.3

Birja və Birjadan Kənar Bazarlar




6.4

Bazar Riskinin Ölçülməsi və İdarə Olunması




6.4.1

Bazar Riski Növləri




6.4.2

Riskli Məbləğ




6.4.3

Stress Sınağının Keçirilməsi və Ssenarinin Təhlili




6.4.4

Bazar Riski üzrə Hesabatlılıq




6.4.5

Hecinq




6.5

Bazar Riskinin Tənzimlənməsi - 1996-cı il tarixli Bazar Riski Düzəlişi













FƏSİL 7




Əməliyyat Riski




7.1

Əməliyyat Riski Nədir?




7.2

Əməliyyat Riski Halları




7.2.1

Daxili Proses Riski




7.2.2

İnsan Riski




7.2.3

Sistemlər üzrə Risk




7.2.4

Xarici Risk




7.2.5

Hüquqi Risk




7.3

Əməliyyat Zərəri Halları




7.3.1

Yüksək Tezlikdə Aşağı Təsir Riskləri




7.3.2

Aşağı Tezlikdə Yüksək Təsir Riskləri




7.4

Əməliyyat Risklərinin İdarə Olunması




7.4.1

Əməliyyat Risklərinin İdarə Olunması Tədbirlərinin Funksional Strukturu




7.4.2

Əməliyyat Risklərinin Müəyyənləşdirilməsi, Qiymətləndirilməsi və Hesablanması




7.4.3

Əməliyyat Riskinin Hesablanması və İdarəetmə Nümunəsi




7.5

Bazel II və Əməliyyat Riski




7.5.1

Əsas Göstərici Yanaşması




7.5.2

Standart Yanaşma




7.5.3

Üstün Ölçmə Yanaşması




7.5.4

Müxtəlif Yanaşmaların Tətbiqi Meyarları




7.5.5

Bazel II və Əməliyyat Risklərinin İdarə Olunması













FƏSİL 8




Bazel II üzrə Məcmu Kapital və Nəzarət




8.1

Bankın Məcmu Kapitalı




8.1.1

Bankın Məcmu Kapitalı




8.1.2

1-ci Dərəcəli Kapital




8.1.3

2-ci Dərəcəli Kapital




8.1.4

3-cü Dərəcəli Kapital




8.1.5

Məcmu Kapitaldan Çıxarışlar və Düzəlişlər




8.1.6

Yeni Kapital




8.2

Bazel II üzrə Minimal Kapital Tələbi




8.3

Prinsip 2 – Nəzarət Yoxlaması




8.3.1

Nəzarət Yoxlamasının Dörd Əsas Prinsipi




8.3.2

Nəzarət Yoxlaması Müddətində Həll Olunacaq Xüsusi Məsələlər




8.3.3

Bank Mühasibat Kitabında Faiz Riski




8.4

Prinsip 3 – Bazar İntizamı




8.4.1

Mühasibat Açıqlamaları




8.4.2

Açıqlama üzrə Ümumi Tələblər




8.4.3

Riskə Məruz Qalma və Riskin Qiymətləndirilməsi Hallarının Açıqlanması




8.5

Məcmu Kapitalın Fövqündə




8.5.1

İqtisadi Kapitalın Hesablanması




8.5.2

Riskə Uyğunlaşdırılmış Fəaliyyət Hesablamaları




8.6

Banklar, Bank Riskləri və Tənzimləmələr













Lüğət













İndeks





Giriş

Dünyada mövcud olan banklar və nəzarətçilər riskin idarə olunması üzrə təcrübələrin təkcə fərdi bankların uğuru üçün deyil, həmçinin bütövlükdə bank sisteminin şəffaflığı üçün vacibliyini qəbul etdiklərinə görə riskin idarə olunmasının rolunun vacibliyi günü gündən artmaqdadır.

Nəticədə dünyanın aparıcı bank nəzarətçiləri risklərin idarə olunması istiqamətində istifadə olunan bir sıra “müsbət təcrübə” metodlarına əsaslanan qaydalar hazırlamışlar. Bu qaydalar bir çox yüksək nüfuzlu bankların risklərin idarə olunması sahəsindəki təcrübələrini sistemləşdirməklə həmçinin Bazel II Sazişi olaraq tanınan Kapitalın Ölçülməsi və Kapital Standartlarının Beynəlxalq Konvergensiyasında əks olunmuşdur.

Bu risklərin idarə olunmasının metodlarının vacibliyinin tənzimləmə əsasları kimi qiymətləndirilməsi düzgün olmazdı. Onların beynəlxalq bank icmasının dəstəyi ilə hazırlanmış olması faktı bütün dünyadakı banklarda risklərin idarə olunması istiqamətində normaların və ya standartların qəbul olunduğunu göstərir.

Risk əsaslı tənzimlənmələrin həyata keçirilməsi bank əməkdaşlarının, eləcə də bank nəzarətçilərinin riskləri tanıması və risklərin idarə olunması yanaşmalarını düzgün tətbiq edə bilməsi üçün təhsil və təlim proqramından keçmələrinə ehtiyacın olduğunu göstərir. Bu səbəbdən GARP, bankın işçi heyətinin bankçılıq, bank riskləri və bankın tənzimlənməsi və nəzarəti ilə bağlı anlayışlarına sahib olmalarını təmin etmək üçün Bank Riski və Bank Tənzimlənmələrinin Əsasları adlı proqramı təklif edir.

Bank Riski və Bank Tənzimlənməsinin Əsasları - proqramdan keçmək üçün tələbələrdən müəyyən olunan əlavə yazılı materialları nəzərdən keçirmələri və başa düşmələri, həmçinin test üsulu ilə keçirilən imtahandan keçmələri tələb olunacaqdır.

Bu təlimat kitabının hazırlanma məqsədi tələbələrin Bank Riski və Bank Tənzimlənməsinin Əsasları üzrə qiymətləndirmə imtahanına hazırlaşmalarına yardım etməkdir. Namizədlərin bankçılıq, bank riskləri və risk əsaslı tənzimlənmələr üzrə əsas termin və konsepsiyaları anlamalarına imkan yaradacaq formada yəni, istifadəçiyə daha rahat formatda təqdim olunur.

Təlimat kitabında bankçılıq və risklərin idarə olunması sahəsində istifadə olunan bir çox terminlər əks olunur. Bu terminlər həm mətnlərdə və ya lüğətlərdə izah olunur. Material başlanğıc səviyyə üçün nəzərdə tutulduğundan, namizədlərdən risklərin idarə olunması üzrə əsaslı biliyə və ya bank işi sahəsində təcrübəyə malik olmaları tələb olunmur. Onların maliyyə sahəsində istifadə olunan bütün terminləri bilmələri önəmli deyil.

Hər bir fəsildə bankçılıq, bank riskləri və risk əsaslı tənzimlənmələri izah edəcək aktual maliyyə vəziyyətləri üzrə nümunələr, öyrənmə məqsədli ümumi təsvirlər, diaqramlar və cədvəllər əks olunur.

Bu təlimat kitabı bazar qiymətlərinin göstərilməsi, ticarət və tənzimləmə məqsədilə valyutaların müəyyənləşdirilməsi üçün dünya bankları tərəfindən istifadə olunan standart kodları özündə əks etdirir. Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən müəyyən olunan kodlar bir sıra valyutaların oxşar adlara malik olması ilə bağlı yarana biləcək qarışıqlığın qarşısını alır. Məsələn, kitabda ABŞ dolları üçün USD, Britaniya funtu üçün GBP, avro üçün EUR və Yapon yeni üçün JPY qısaltmalarından istifadə olunur.


Minnətdarlıq


GARP-ın Bank Riski və Bank Tənzimlənməsinin Əsasları adlı təlimat kitabı ona öz töhfəsini verən müəlliflərin fəaliyyətinə rəhbərlik və nəzarət edən GARP Risk Akademiyasının Bank Riski və Tənzimlənməsi Komitəsinin himayəsi altında hazırlanıb. Barselonanın (İspaniya) Pompey Fabra Universitetinin İqtisadiyyat və Biznesin İdarə Olunması Məktəbinin dekanı və müəllimi, həmçinin İqtisadi və Siyasi Tədqiqatlar Mərkəzində (CEPR) elmi işçi olan Professor Xavier Freyxasın rəhbərlik etdiyi Komitə Akademiyanın tədris proqramının strateji inkişafına nəzarət edir.

Komitə və müəlliflər proqramın hazırlanmasında əməyi keçən Professor Rene Şultsa (Ohayo Dövlət Universitetin Bank işi və Monetar İqtisadiyyat Bölməsinin rəhbəri, həmçinin Maliyyə İqtisadiyyatının Tədqiqi üzrə Dice Mərkəzinin direktoru), Professor Corc M. MakKeybə (Nebraska Universitetində maliyyə üzrə müəllim), Caydev Ayerə (GARP-ın baş direktoru) və Dr. Satyacit ilə Vilyam H. Meyə (GARP Tədqiqat Mərkəzindən) öz minnətdarlığını bildirir.


FƏSİL 1



Bankçılığın Funksiya

və Formaları
Fəsil 1 Banklar və bankçılıq sistemini, iqtisadi fəaliyyətin asanlaşdırılmasında bankların oynadıqları rol və bankların qarşılaşdıqları müvafiq risklər haqqında məlumatları əks etdirir. Bu fəsildə bankçılığın üç əsas funksiyası – depozitlərin yığımı, ödənişlərin həyata keçirilməsi və kreditlərin verilməsi – və onlarla bağlı müvafiq risklər təsvir olunur. Bu fəslin məqsədi növbəti fəsillərdə təqdim olunacaq daha təfərrüatlı müzakirələr üçün əsası təmin etmək olduğuna görə əsas mövzuların əksəriyyəti risklərin idarə olunması mövzusu çərçivəsində verilir. Əsas terminlərin təfərrüatlı lüğəti kitabın sonunda təqdim olunur.
Fəslin İcmalı
Banklar və Bankçılıq



Əsas Məqamlar


  • Banklar üç əsas bank xidmətini yerinə yetirir: depozitlərin yığımı, ödənişlərin həyata keçirilməsi və kreditlərin verilməsi. Banklar həmçinin nağd pul, aktiv və risklərin idarəedilməsi kimi maliyyə xidmətləri təklif edə bilərlər.

  • Banklar üç əlaqəli proses vasitəsilə iqtisadi fəaliyyəti asanlaşdırmaqda əsas rol oynayırlar: maliyyə vasitəçiliyi, aktivlərin çevrilməsi və pulun yaradılması.

  • Reteyl banklar əsasən kiçik müştərilərə, ümumi xidmət bankları isə əsasən korporativ müştərilərə xidmət edirlər. Ölkənin mərkəzi bankı digər bankların fəaliyyətini tənzimləyir, onları xidmətlərlə təmin edir və hökumətin adından ölkənin pul siyasətini müəyyən edir.

  • Bankların qarşılaşdıqları əsas risklər kredit, bazar və əməliyyat riskləridir. Digər risk növlərinə likvidlik, biznes və reputasiya riski daxildir.

  • Tənzimlənmə, rəqabət, məhsulların yenilənməsi, texnologiyanın dəyişməsi və gələcək faiz və inflyasiya dərəcələrini əhatə edən qeyri-müəyyənlik daxil olmaqla, bankçılıq sahəsini çoxsaylı qüvvələr formalaşdırır.




Əsas Terminlər


  • Aktivlərin çevrilməsi

  • Bankın mühasibat kitabı

  • Banklar

  • Bazel Sazişləri

  • Biznes riski

  • Mərkəzi bank

  • Əmtəə riski

  • Kredit riski

  • Kapital riski

  • Maliyyə vasitəçiliyi

  • Xarici valyuta riski

  • Qismən ehtiyat bankçılıq

  • İnflyasiya dərəcəsi

  • Faiz dərəcəsi



  • Faiz dərəcəsi riski

  • Beynəlxalq və ya qlobal banklar

  • Likvidlik riski

  • Bazar riski

  • Pul multiplikatoru

  • Əməliyyat riski

  • Məcmu ehtiyat kapitalı

  • Reputasiya riski

  • Risklərin idarə olunması

  • Ticarət kitabı

  • Kreditlərin verilməsi

  • Universal banklar

  • Ümumi xidmət bankları


Bankçılığın Funksiya və Formaları


    1. BANKLAR VƏ BANKÇILIQ

Banklar və bankçılıq uzun müddətdir ki, mövcuddur. Bank riski və tənzimlənməsini anlamaq üçün biz ilk növbədə bankların təklif etdikləri xidmət növlərini və müasir iqtisadiyyatda bankların oynadıqları əsas rolu başa düşməliyik.




      1. Əsas Bank Xidmətləri

Banklar bir çox məhsul və xidmətlərı təklif edirlər. Banklar və region bankları arasında müxtəliflik olmasına baxmayaraq, bankların ənənəvi olaraq təklif etdikləri əsas xidmətlər bunlardır:




  • Depozitlərin yığımı – bank hesabında qorunması üçün fərdi şəxslərdən və müəssisələrdən (depozitorlardan) gələcəkdə istifadə oluna biləcək nağd pulun və ya pulun (depozitlərin) qəbul olunması prosesi.

  • Ödəniş xidmətləri – onların bank xidmətlərindən istifadə edən müştərilərin adından ödənişlərin qəbul edilməsi və ödənişləri həyata keçirməsi prosesi.

  • Kreditlərin verilməsi – müştərinin (borcalanın) borc və ya kredit alma qabiliyyətinin müvafiq olub-olmadığının qiymətləndirilməsi və müəyyənləşdirilməsi və daha sonra həmin müştəriyə borcun və ya kreditin verilməsi prosesi.

Banklar inkişaf etdikcə, yuxarıda qeyd olunan üç əsas bankçılıq funksiyasının mürəkkəbliyi artmışdır. Misal üçün, ilkin bankçılıq dövründə hər hansı bir bankda vəsait yerləşdirmiş əmanətçilər bunun əvəzində bankda yerləşdirdikləri pulun miqdarının qeyd olunduğu istiqraz bileti alırdılar. Daha sonra, depozit sertifikatları ödənişlərin həyata keçirilməsi üçün istifadə oluna bilərdi. İlkin mərhələlərdə genişhəcmli bir proses olan depozit sertifikatlarının ödəniş üçün istifadə edilməsi anlayışı sonralar “əmanət kitabçalarına”, çeklərə və əmanətlərin bankdan rahat şəkildə çıxarılması üçün digər metodlara çevrildi. Hal-hazırda, depozitlər, pul çıxarmaları və ödənişlər bir anda həyata keçirilir: pul çıxarmaları və ödənişlər debet kartları vasitəsilə və ödənişlər asanlıqla elektron pul köçürmələri vasitəsilə yerinə yetirilə bilər. Bank məhsulları və bankların hər birinin təklif etdiyi xidmətlərin nümunələri ilə tanış olmaq üçün Şəkil 1.1-ə baxın.

Maliyyə və bank sahəsində pul vermənin müxtəlif mənaları var. Bu kitabda diqqət borcvermə və ya kreditə yönəlir. Banklar kreditləri iki mərhələdə verirlər. Birincisi, bank borcalanın maliyyə vəziyyətini və ya borcalanın borcu və ya krediti geri ödəmə qabiliyyəti və istəyini müəyyənləşdirir. Bu proses Fəsil 5-də təfərrüatı ilə müzakirə olunacaqdır. Daha sonra, bank borcalana krediti (pul və ya nağd pul) ödəyir və ya borclarını maliyyələşdirir.


Şəkil 1.1 Bank məhsulları və əsas bank xidmətləri üzrə nümunələr

Xidmətlər Bank Məhsullarının Nümunələri


Depozitlərin toplanması və ya

depozit yığımı


  • Cari hesablar

  • Depozit sertifikatları

  • Əmanət hesabları



Ödənişlərin həyata keçirilməsi və ya

ödəniş xidmətləri


  • Debet kartları

  • Elektron bankçılıq

  • Xarici valyuta

  • Cari hesablar



Kreditlərin verilməsi



  • Kommersiya və istehsal kreditləri

  • İstehlak kreditləri

  • Daşınmaz əmlak/ipoteka kreditləri

  • Kredit kartları




Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin