Wiley finance



Yüklə 2 Mb.
səhifə9/32
tarix17.08.2018
ölçüsü2 Mb.
#71584
növüXülasə
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

MİSAL

Silinmənin kreditlərə təsiri aşağıdakı kimi qəbul olunur.




  1. Əvvəlki misalda 1-ci addımdan sonra – bankın mənfəət-zərər hesabatda kredit zərərlərinin əvəzinin ödənilməsi üzrə təminatlarda 2 milyon ABŞ dolları – balans hesabatının Mega Construction krediti ilə əlaqədar olan hissəsi belə görünür:

İri korporasiyalara kreditlər, cəmi 510 milyon

- kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyat 10 + 2 = 12 milyon

İri korporasiyalara kreditlər, xalis 498 milyon


Kreditlərin dəyəri ehtiyatlara 2 milyon ABŞ dollarlıq ümumi təminat qədər azaldılmışdır.


  1. Əvvəlki misalda 2-ci addımdan sonra – 1 milyon ABŞ dolları xüsusi ehtiyat – balans hesabatının Mega Construction krediti ilə əlaqəli hissəsi belə görünür:

İri korporasiyalara kreditlər, cəmi 510 milyon

- kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyat 12 + 1 = 13 milyon

İri korporasiyalara kreditlər, xalis 497 milyon

Kreditlərin xalis dəyəri ehtiyatlara edilmiş əlavə 1 milyon ABŞ dolları məbləğində xüsusi təminatla azaldılır.


  1. Əvvəlki misalda 3-cü addımdan sonra – kreditin 1 milyon ABŞ dolları məbləğində azaldılması – balans hesabatının Mega Construction krediti ilə əlaqəli hissəsi belə görünür:

İri korporasiyalara kreditlər, cəmi 510 - 1 milyon

- kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyat 13 – 1 = 12 milyon

İri korporasiyalara kreditlər, xalis 497 milyon


Kreditlərin xalis dəyəri dəyişməmişdir, çünki kreditin azaldılmasını əvəz etmək üçün Mega Constructionın gözlənilən zərərlərinə qarşı xüsusi təminat istifadə edilmişdir.


  1. Əvvəlki misalda 4-cü addımdan sonra – kreditin 4 milyon ABŞ dollarlıq məbləğdə silinməsi – balans hesabatının Mega Construction krediti ilə əlaqəli hissəsi belə görünür:

İri korporasiyalara kreditlər, cəmi 509 - 4 milyon

- kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyat 12 – 4 = 8 milyon

İri korporasiyalara kreditlər, xalis 497 milyon


Kreditlərin xalis dəyəri dəyişməmişdir, çünki azaldılmaların təsirlərini əvəzləmək üçün yaradılmış kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyatlar istifadə edilmişdir.
FirstBank 5 milyon ABŞ dollarındakı krediti silmişdir. Bankın balans hesabatında xalis təsir yalnız 1 milyon ABŞ dollarıdır, çünki 5 milyon ABŞ dolları aktivlərə yalnız qismən təsir edir. Bank tərəfindən edilmiş ümumi və səciyyəvi kredit zərərlərinin əvəzinin ödənilməsi üçün təminatlara görə, Mega Construction krediti üzrə 5 milyon ABŞ dolları məbləğindəki zərər iki yolla cəlb olunur:

  1. Bankın aktivləri 1 milyon ABŞ dolları azalmışdır, 498 milyon dollardan 497 milyon dollara.

  2. Kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyat 4 milyon ABŞ dolları azalmışdır, 12 milyon dollardan 8 milyon dollara.

Balans hesabatında xalis təsir 1 milyon ABŞ dolları olduğu üçün; bu həmçinin bank üçün bu sövdələşmənin yaratdığı xalis kapital təsiridir.

Kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyata həmçinin bankın əvvəllər silinmiş kreditlərdən bərpa etdiyi hansısa məbləğlər təsir edir. Bank bir krediti azaltdığına və ya sildiyinə baxmayaraq, bu o demək deyil ki, bank itirdiyi bu zərərini bərpa etmək cəhdlərini dayandırır. Bərpa olunmuş hər hansı məbləğ bankın kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyatlara əlavə olunacaq və ehtiyatları faktiki olaraq tamamlayacaq. Əgər bərpa olunan məbləğlər bankın məruz qaldığı bütün gözlənilən və gözlənilməyən kredit zərərlərini əhatə etmək üçün kifayət qədər böyükdür, bank kredit zərərləri üzrə hər hansı əlavə təminatları yaratmaqdan boyun qaçıra bilər.
MİSAL

First Bank misalını davam etdirərək biz indi potensial bərpanın silinməyə təsirinə baxırıq. Əvvəlki misalda, FirstBank birinci Mega Construction-ın 5 milyon ABŞ dollarlıq kreditini birinci azaltdı və sonra sildi (addım 1-4). Şəraitin dəyişməsinə görə, bank 5 milyon ABŞ dolları məbləğindəki kreditin 2 milyon ABŞ dollarını bərpa edə bilmişdir. Bu bərpanın 5-ci addımdakı təsirləri aşağıdakı kimidir:


Kredit zərərlərinin əvəzinin ödənilməsi üzrə ehtiyatlar üzrə başlanğıc balans 10 milyon dollar

+ kredit zərərlərinin əvəzinin ödənilməsi üzrə təminat (mənfəət – zərər hesabatı) 2 milyon dollar (1)

+ Mega Construction krediti üzrə səciyyəvi ehtiyat 1 milyon dollar (2)

- Mega Construction kreditinin azaldılması 1 milyon dollar (3)

- Mega Construction kreditinin silinməsi 4 milyon dollar (4)

+ Mega Construction kreditinin bərpası 2 milyon dollar (5)

Kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyatın son balansı 10 milyon dollar

Kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyatlar və kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyatlardan istifadə banklara kredit zərərlərinin təsirlərinin idarə edilməsində çox böyük sərbəstlik verir. Bankın rəhbərliyi zamanla əsaslı kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyat yaratmaq qərarına gələ bilər, hansı ki, kredit zərərlərinin potensial mənfi təsirlərini azalda bilər.


FƏSİL 3

BANKIN TƏNZİMLƏNMƏSİ

Fəsil 3 bank tənzimlənməsindən bəhs etməklə, tənzimlənmənin bank əməliyyatları üzərində təsirlərinin xüsusiyyətlərini müəyyən edir. Bu fəsildə bankların nə üçün tənzimlənməyə ehtiyacları olduğundan, qüvvədə olan tənzimləyici proseslərin hansılarının mövcud olmasından, beynəlxalq əməkdaşlığın bank tənzimlənməsinin formasının müəyyənləşdirilməsinə necə yardım etməsindən və bankların sabitliyində depozitlərin sığortalanmasının hansı rola malik olduğuna dair məsələlərdən bəhs edir. Fəsil 1, 2 və 3, qalan fəsillər üçün hərtərəfli əsaslı mənbə rolunu oynayır:



Fəsildə bəhs edilən mövzular:

  • 3.1. Likvidlik böhranından bank təşvişinədək

  • 3.2. Bank tənzimlənməsinin əsasları

  • 3.3. Bank riskləri üzrə beynəlxalq tənzimlənmə

  • 3.4. Depozit sığortası

  • 3.5. İrəliyə doğru


Əsas Məqamlar

  • Bankın tələb olunduğu zaman depozitorlarına ödəniş etmək üçün vəsaitlərinin olmaması onun likvidlik böhranı içində olmasını göstərir. Likvidlik böhranı ilə bağlı adi məlumatlar depozitorların əksəriyyətinin bir bankda olan əmanətlərinin eyni vaxtda qaytarılmasını istəməsinə və beləliklə də banka tələb axınıına səbəb ola bilər. Əgər banka tələb axınıı digər banklara da yayılarsa, bu zaman digər banklarda da təşviş yaranması və tələb axınılarının olması üçün potensial yoluxma halı mövcud olacaqdır.

  • Bank tənzimlənməsi böhran həddinə çatmamış, bankların prudensial idarə edilməsini, qeyri-sistematik risklərin azaldılmasını, banklara yardım və sabitliyin təmin edilməsi məqsədilə bütöv sistemi əhatə edən dəstək mexanizminin mövcudluğunu təmin etmək məqsədi daşıyır. Bank tənzimlənməsi öz hədəfinə əsas iki sənədləşmə işlərindən istifadə etməyə nail olur: lisenziyalaşdırma, bankın fəaliyyətə başlamasına icazə vermək hüququ və nəzarət, bankların fəaliyyət və əməliyyatlarının tənzimləyici və mütəmadi monitorinqi vasitəsilə.

  • Bazel Sazişləri bankların fəaliyyətinə rəhbərlik edən beynəlxalq tənzimləyici çərçivələrdir. Hər iki Bazel Sazişi bankların aktivləri və əməliyyatlarının riski minimum məcmu kapital standartı ilə əlaqəli olmasını və bunun vasitəsi ilə minimallaşdırıla bilməsini qəbul edir. Bazel II Sazişində bu minimum məcmu kapital kredit, bazar və əməliyyat risklərini əhatə edir.

  • Depozitlərin sığortalanması bankların likvidlik böhranından əziyyət çəkdikləri dövrdə əmanətçilər üçün qorunmanı təmin edir və depozitorların banklardan öz vəsaitlərini çəkmələri təşəbbüslərini azaltmaqla banka tələb axınıı və bank təşvişini azaltmaq niyyəti daşıyır.



Əsas Terminlər


  • Beynəlxalq Hesablaşmalar Bankı

  • Bank təşvişi

  • Banka tələb axınıı

  • Bazel Komitəsi

  • Kapital Adekvatlığı

  • Kapital nisbəti

  • Yoluxma

  • Kredit riskinin azaldılması texnikası

  • Depozit sığortası

  • Maliyyə sabitliyi

  • Qeyri-likvidlik

  • Ödəmə qabiliyyətsizliyi

  • Son instansiya kreditoru



  • Lisenziyalaşdırma

  • Likvidlik böhranı

  • Monetar sabitlik

  • Sistemsiz risk

  • Balansdan kənar hesabat

  • Bazel II Sazişinin 1,2 və 3-cü

Prinsipləri

  • Tənzimləyici nəzarət

  • Məcmu kapital tələbi

  • Risklə ölçülən aktivlər

  • Əlavə təsir

  • Sistemli risk

  • 1-ci və 2-ci dərəcəli kapital

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin