Windows 7 əməliyyat sistemi haqqında ümumi məlumat
Əməliyyat sistemi kompüterin ümumi işinin idarə olunması üçün nəzərdə tutulmuş proqramlar toplusudur. Windows əməliyyat sistemi pəncərələr üzərində qurulmuş əməliyyat sistemidir.Bütün qovluqlar, proqramlar standart pəncərələrin daxilində açılır. Windows 7 əməliyyat sisteminin əsas obyektləri fayllar və qovluqlardır.
Fayl şərti olaraq adlandırılmış hər hansı verilənlər toplusu adlanır. Fayllar müxtəlif şəkillərdə ola bilər.
Adətən faylların, qovluqların ekranda görünüş formalarına piktoqramlar və yaxud ikonlar deyilir. Hər bir faylın piktoqramı onun hansı proqrama aid olduğunu göstərir.
Windows 7 əməliyyat sistemi yükləndikdən sonra ilk olaraq ekranda üzərində sənədin, qovluqların, proqramların, Windows əlavələrinin qrafiki təsviri – nişanlar və yarlıqlar olan ( bunları obyekt də adlandıra bilərik) İşçi stol (Рабочий стол, Desktop) görünür.
Qovluqlar görünüş etibarı ilə müxtəlif şəkillərdə ola bilir.
Adətən ən çox istifadə etdiyimiz qovluq öz sarı rəngi ilə seçilir. Boş qovluq yaddaşda yer tutmur. Qovluğun həcmi dedikdə onun tərkibində olan fayllarin ümümi həcmi başa düşülür. Qovluqların aşağıdakı növləri vardır:
İstifadəçi qovluqlar
Şəbəkə qovluqlqrı
Arxiv qovluqlar
Xüsusi qovluqlar
İstifadəçi qovluqlar bizim ən çox istifadə etdiyimiz qovluqlardır.
Şəbəkə qovluqlqrı elə qovluqlardır ki, şəbəkəyə qoşulmuş kompüterlərdə
istifadə olunur və bu qovluğun tərkibindəki informasiyalar bütün işçilər tərəfindən istifadə oluna bilir.
Arxiv qovluqlar - bəzən informasiyanın yaddaşda tutduğu yer çox böyük olduğundan onu sıxmaq, arxivləşdirmək, həcmini azaltmaq tələb olunur. Bu zaman qovluq öz görnüşünü dəyişir.
Xüsusi qovluqlar - əməliyyat sistemi yüklənən zaman işçi stolda yaranan qovluqlardır. Məsələn, kompüter qovluğu, zibil qutusu
İşçi stolunda qovluq yaratmaq üçün Создать menyusundan Папку əmrini seçirik.
Bu zaman sarı rəngdə qovluq yaranacaq.
F ayl və qovluqlara ad verən zaman göstərilən simvollardan istifadə etmək mümkün deyil.
Bunu yadda saxlamağın ən yaxşı yolu adlandırma zamanı bu simvolların birindən istifadə etməkdir.
Windows 7 əməliyyat sistemində fayllarımızı adlandıran zaman 255 simvoldan istifadə edilir.
Həm qovluqların, həm də faylların qısa yolunu (Shortcut) yaratmaq mümkündür. Qısa yol – keçid deməkdir. Onu yaratmaq üçün qovluğun kontekst menyusundan Создать ярлыг əmrini seçirik.
Adətən ən çox istifadə edilən qovluqların qısa yolu işçi stolda yaradılır. Hər hansı qovluğun tərkibinə baxmaq üçün mausun sol düyməsini onun üzərində iki dəfə sıxmaq lazımdır.
Qısa yolu silməyimiz onun əslinə təsir göstərmir.
Hər bir qovluq pəncərə şəklində açılır. Pəncərə kiçik ölçüdə açılarsa onda, kursoru onun başlıq sətrinə qoyub mausun sol düyməsini sıxılı saxlayaraq, onu istənilən istiqamətdə hərəkət etdirmək mümkündür. Başlıq sətrinin sağ tərəfində idarəetmə düymələri yerləşir. Başlıq sətrinin aşağı hissəsinin sol tərəfində irəli və geri düymələri yerləşir.
Orta hissədə ünvan sətri yerləşir ki, bu da qovluğun hansı ünvanda yerləşdiyini göstərir. Sağ tərəfdə isə axtarış hissəsi yerləşir. Ondan aşağıda isə menyu sətri yerləşir. Ondan istifadə etməklə müxtəlif nizamlamalar aparmaq mümkündür.
Упорядочить menyusunun əmrləri ilə obyektləri kəsmək, köçürmək, yapişdirmaq, sonuncu əməliyyatı ləğv etmək, ləğv edilmiş əməliyyatı bərpa etmək, bütün obyektləri seçmək, pəncərənin görnüşü ilə bağlı müəyyən dəyişikliklər etmək və digər əməliyyatları yerinə yetirmək mümkündür.
Bu hissə qovluqları kitabxanaya daxil etmək üçündür.
Bu hissə qovluğun tərkibində olan faylları nizamlamaq üçündür.
Ön baxış panelini ekrana gətirmək və götürmək üçün istifadə edilir.
Ön baxış paneli qovluğumuzun tərkibində olan obyektləri açmadan qısaca nəzər salmaq üçündür. Yəni hər hansı obyekti seçsək onun haqqındakı məlumatlar sağ tərəfdə əks olunacaq.
Qovluq pəncərəsinin əsas hissəsini işçi sahə əhatə edir. İşçi sahə obyektlərin yerləşməsi üçün nəzərdə tutulub.Onun sol tərəfində hərəkət paneli yerləşir. Bu panel vasitəsilə aktiv olan qovluğu bağlamadan digər qovluğa keçə bilərik.
Hərəkət panelində yerləşən obyektlərin əksəriyyətinin qarşısında üçbucaq işarəsi var.
Göründüyü kimi qovluqların qarşısındakı üçbucaq işarələri bir birlərindən fərqlənir. Əgər üçbucaq işarəsi 45 dərəcəli bucaq altında aşağıya doğru meylli dayanıbsa, bu o deməkdir ki, onun tərkibindəki qovluqlar ondan aşağı hissədə dayanıb. Əgər həmin üçbucaq işarəsini mausun sol düyməsi ilə sıxsaq, həmin qovluqlar kompüter qovluğuna daxil olacaq.
Qovluqlardan hər hansı birini seçdikdə onun tərkibi sağ tərəfdə işçi stolunda əks olunacaq.
Pəncərənin aşağı hissəsi vəziyyət sətri adlanır. Burada aktiv olan qovluğun tərkibindəki obyektlərin sayı göstərilir. Qovluğun tərkibindəki obyekti seçsək, həmin obyekt haqqındakı məlumatlar, informasiya sətrində görsənəcək.
İşçi stol kompüter istifadəçisinin işçi yeri hesab olunur. Məlumdur ki, intellektual fəaliyyətlə məşğul olan hər bir şəxs gündəlik istifadə etdiyi sənədləri, qovluqlar, kitabları və əşyaları yazı masasının üzərində saxlayır.
Bu həmin obyeklərlə işləməyi asanlaşdırır və vaxt itkisini azaltmağa imkan verir. Stolun üzərindəki nişanlar, onların sayı, ümumiyyətlə, işçi stolun tərtibatı istifadəçinın zövqündən və tələbatında asılıdır.
İşçi stol 2 idarəedici elementə: Başla (Пуск, Start) düyməsinə və Məsələlər panelinə (Панель задач, Taskbar) malikdir.
Məsələlər paneli vasitəsilə bir sıra əməliyyatları həyata keçirmək mümkündür. Panelin sol tərəfində Başla (Пуск, Start) menyusu yerləşir. Bu menyuya əməliyyat sisteminin baş menyusu deyilir. Baş menyu əməliyyat sisteminin bütün imkanlarından istifadə etməyə imkan verən əmrlər siyahısından ibarətdir.
Baş menyunu klaviaturadan Win (Ctrl + Esc) düyməsini sıxmaqla da açmaq olar. Menyunu bağlamaq üçün həmin düyməni təkrar sıxmaq lazımdır. Mausun sol düyməsini bir dəfə sıxmaqlada baş menyunu açmaq olar.
Baş menyu açılan zaman iki hissədən ibarət olur. Sol hissədə ən çox istifadə edilən proqramların adları yerləşir.
Proqramların qarşısındakı ox işarələri onlarda hazırlanmış sənədləri göstərir.
Пуск menyusunun aşağı hissəsində Все программы əmri yerləşir. Bu əmr vasitəsilə əməliyyat sisteminin tərkibindəki standart və sonradan yaranmış proqramlara keçmək mümkündür. Ondan aşağıda isə Найти düyməsi yerləşir ki, onun vasitəsilə istənilən faylı və qovluğu tapa bilərik.
Пуск menyusunun sağ hissəsinə nəzər salaq.
Yuxarı hissədə istifadəçinin adı əks olunur. Bu hissə vasitəsilə əsas qovluqlara keçmək mümkündür.
Burda bir sıra keçidlər var. Kompüter keçidinin üzərinə mausla bir dəfə vursaq, aşğıdakı pəncərə açılacaq.
Açılan pəncərədən istədiyimiz diskə keçib lazım olan fayl və qovluqları tapa bilərik.
Növbəti keçid Панель управления – idarəetmə panelidir. Ən vacib elementlərdən biridir.
Bu panel vasitəsilə əməliyyat sistemi ilə bağlı ən vacib nizamlamaları həyata keçirmək mümkündür.
Система и безопасность – Sistemin təhlükəsizliyi
Сеть и Интернет – Şəbəkə və internet
Оборудование и звук – Səs və xarici qurğular
Программы (Удаление программы) – Proqramlar hissəsində kompüterə sonradan daxil edilmiş proqramların siyahısı yerləşir. Burdan silinən proqramları geri qaytarmaq mümkün olmur.
Оформление и персонализация – Görünüş və fərdiləşdirmə
Часы, язык и регион – Saat, dil və region. Açılan pəncərə iki bölmədən ibarətdir.
Дата и время əmrini seçdikdə ekrana pəncərə açılır.
Изменить дату и время düyməsini sıxıb, açılan pəncərədən düzəlişlər edirik.
Язык и региональные стандарты əmrlərini ardıcıl seçməklə ekrana pəncərə açılır. Bu pəncərəni məsələlər panelində
Параметры düyməsini seçməklədə açmaq olur. Açılan pəncərədən Добавить düyməsini sıxırıq.
Hər hansı əlifbanı seçib üzərində mausun sol düyməsini iki dəfə sıxırıq. Sonra klaviaturanın üzərində mausun sol düyməsini iki dəfə sıxırıq.
Sonra əlifbanı seçib – Ok – Применить – Ok.
Silmək üçün – Удалить (Əgər əlifba aktiv olarsa, onda silinməyəcək)
Dil panelini məsələlər panelində yerləşdirmək üçün Закреплена в панели задач əmrini seçirik.
Klaviaturanın işlədiyi dillərin tənzimlənməsi Переключение клавиатуры səhifəsinin əmrləri ilə tənzimlənir.
Специальные возможности – Müraciət formasını asanlaşdırmaq üçün istifadə edilir.
Mausun parametrlərini tənzimləmək üçün:
Klaviaturanın parametrlərini tənzimləmək üçün:
Устройства и принтеры - Qurğular və printer hissəsindən istifadə etməklə kompüterə qoşulmuş xarici qurğuların işini idarə etmək mümkündür.
Программы по умолчанию - Susmaya görə proqramlar hissəsindən istifadə edərək proqramların susmaya görə vəziyyətini nizamlamaq mümkündür.
Справка и поддержка – Kömək və dəstək hissəsindən istifadə etməklə əməliyyat sistemi ilə bağlı hər hansı çətinlik yarandıqda kömək almaq mümkündür.
İdarəetmə panelinin görnüşünü dəyişmək üçün Просмотр ( Baxış) hissəsindən istifadə edə bilərik.
Пуск menyusunu gizlətmək üçün Свойства – açılan pəncərədən Панель задач səhifəsinə keçib – Автоматически скрывать панель задач əmrini aktivləşdiririk.
Əgər Пуск menyusu hər hansı bir səbəbdən itərsə, Windows bələdçisindən istifadə edirik. Bunun üçün kursoru məsələlər paneli üzərində qoyub, Kontekst menyudan (Mausun sağ düyməsi ilə açılır) – Запустить диспетчер задач və yaxud da klaviaturadan (Ctrl + Shift + Esc ) düymələrini sıxırıq. Bu zaman ekrana Диспетчер задач Windows pəncərəsi açılır.
Файл – Новая задача ( Выполнить) əmrlərini seşirik.
Ekrana pəncərə açılır.
Explorer yazıb – Ok düyməsini sıxırıq.
Əgər Пуск menysunu özümüz gizlətmək istəsək, onda Диспетчер задач Windows pəncərəsindən Процессы səhifəsinə keçib- explorer.exe əmrini aktivləşdirib, Заверщить процесс düyməsini sıxırıq.
Ondan sonra sürətli müraciət etmə paneli yerləşir. Orada tez – tez istifadə olunan proqramların kiçik piktoqramları yerləşir.
Piktoqramları qruplaşdırmaq üçün Пуск - Свойства – açılan pəncərədən Панель задач səhifəsinə keçib – Кнопки панели задач sətrindən Всегда группироваь, скрывать метки əmrini seçirik.
Bu piktoqramlar işçi stolunda yerləşən piktoqramdan fərqli olaraq üzərində mausun düyməsini bir dəfə sıxdıqda açılır.
Qovluqları sürətli müraciət etmə panelində yerləşdirmək üçün kontekst menyunun Закрепить панель задач əmrindən istifadə edirik. (Qovluqları sürüşdürmə yolu ilə də yerləşdirə bilərik.)
Qovluqları sürətli müraciət etmə panelindən çıxartmaq üçün kontekst menyudan Изъять программу из панели задач əmrini seçmək lazımdır.
Qovluqları sürüşdürmə yolu ilə Пуск menyusunda yerləşdirə bilərik. Həmin qovluqlar baş menyunun sol tərəfinin üst bölməsində yerləşəcək. Çıxartmaq üçün qovluğun kontekst menyusundan Изятъ из меню “Пуск” əmrini seçirik.
Sürətli müraciət etmə panelindən sonra aktiv düymələrin piktoqramı yerləşir. Aktiv olan proqram düymələri üzərində gəzmək üçün klaviaturadan Alt + Tab və yaxud Win + Tab kombinasiyasından istifadə etmək lazımdır. Win düyməsi klavituranın sol tərəfində Alt düyməsinin yaxınlığında yerləşir və üzərində bayraq şəkli var.
Win düyməsini sıxılı saxlayıb, Tab düyməsini basdıqda aktiv pəncərələr aşağıdakı kimi düzüləcək.
Əgər ekranda heç bir proqram pəncərəsinin görünməsini istəmiriksə, əlimizi Win düyməsindən çəkirik.
Aktiv pəncərələr panelindən sonra dil paneli yerləşir. Dil paneli klaviaturanın dilini dəyişmək üçün istifadə olunur. Burada ən çox istifadə edilən dilləri yerləşdiririk. Alt + Shift düymələrinin kombinasiyasından istifadə edərək klaviaturanın dilini dəyişə bilərik.
Dil panelindən sonra bildiriş paneli yerləşir. Bu paneldən istifadə etməklə aktiv olan proqramların siyahısını görə bilərik.
Adətən kompüterin standart açılışında məsələlər paneli iş masasının aşağısında yerləşir. Mausun sol düyməsini sıxaraq onu işçi stolun istənilən yerinə qoymaq olar. Məsələlər panelini işçi stoluna bərkitmək üçün Закрепить панель задач əmrini aktivləşdiririk.
İşçi stol üzərindəki hər bir nişan və yarlıq konkret obyekti təmsil edir. Həmin obyekt haqqında informasiya almaq üçün kursoru nişanın üzərinə qoyub siçanın sağ düyməsini sıxmaq, açılmış menyuda Xassə (Свойства, Properties) əmrini yerinə yetirmək lazımdır. Bu zaman açılmış pəncərədə obyektin tipi, həcmi, yaranma tarixi, harada yerləşməsi və s. atributlar barədə məlumat əldə etmək mümkündür.
Dostları ilə paylaş: |