S. Rəhimov və S.Vurğun küçələrin kəsişməsində
“World Business Center”,3-cü mərtəbə
Bakı şəh., AZ 1009, Azərbaycan
Tel + 994 12 597 30 67/56
Fax + 994 12 597 30 68
E-mail: office@bcaudit.az,
Bakı şəhəri 14 mart 2011-ci il
Azərbaycan Respublikası Qeyri Hökumət təşkilatlarına
“Baltik Kaspian Audit” MMC audit xidmətlərinin göstərilməsi haqqında öz təklifini təqdim etmək imkanına görə öz təşəkkürünü bildirir. Biz Qeyri Hökumət təşkilatlarına yardım göstərməyə məmnun olardıq və ümid edirik ki, bizim xidmətlərimiz, tövsiyələrimiz və qərarlarımız bu yardımın əhəmiyyətini artıracaq.
Bununla biz göstərəcəyimiz xidmətlər haqqında təklifi nəzərinizə çatdırırıq və eyni zamanda tələblərinizi anladığımızı təsdiq edirik.
“Baltic Caspian Audit” şirkəti 2008-ci ilin iyul ayında təsis edilmişdir, audit və məsləhətçilik xidmətlərinin göstərilməsi ilə məşğuldur. 2008-ci ildə şirkət Azərbaycan Respublikasının Auditorlar Palatasından 031603 saylı auditor lisenziyasını əldə etmişdir. Şirkətin təsisçiləri Crowe Horwath International-ın üzvü olan Donoway Assurance Ltd şirkəti (Estoniya Respublikası) və Latviyanın Baltic Caspian Alliance şirkətidir.
Məqsədimiz auditor xidmətləri sahəsində yalnız ölçüləri və göstəricilərinə görə deyil, həmçinin innovasiya fəaliyyəti, xidmət və şəffaflıq səviyyəsinə görə ən yaxşı şirkətə çevrilməkdir. Üstünlük investisiya qoyuluşunun göstəriciləri və nəticələrindən başlayır, bunları isə şirkət regionda uğurlu işi ərzində dəfələrlə nümayiş etdirmişdir.
Hal-hazırda “Baltic Caspian Audit” şirkəti Crowe Horwath International-ın üzvü olan “Donoway Assurance Ltd” audit şirkətinin (Estoniya Respublikası) icraçı tərəfdaşıdır.
Donoway Group şirkətlər qrupu audit və məsləhətçilik xidmətlərinin geniş spektrini təklif edir. Bu gün Donoway Estoniyada, Latviyada, Ukraynada və Belorusda uğurla fəaliyyət göstərir.
Şirkət dünyanın 100-dən çox ölkəsində təmsil edilən Crowe Horwath International beynəlxalq şəbəkəsinə daxildir.
Baltik regionu səviyyəsində beynəlxalq şəbəkənin üzvləri Crowe Horwath Baltic birliyini təşkil edirlər. "The Unique Alternative to the Big Four" vahid məqsədinə xidmət edərək şirkət sahibkarlıq sahəsində audit, vergilər və məsləhət vermə üzrə ixtisaslı xidmətlər göstərməklə müştərilərimizə biznesin inkişafında kömək göstərir.
Biz müştərilərimizin ehtiyaclarına qayğı göstərir və beynəlxalq təcrübə və qlobal yanaşma ilə birlikdə yerli reallıqlar haqqında biliklər və operativ həll yolları təklif edirik.
Biz 31 dekabr 2010-cu il tarixində sona yetən maliyyə ili üçün Qeyri Hökumət təşkilatlarının mühasibat sənədlərinin Azərbaycan Respublikasının milli standartları üzrə audit yoxlanışını həyata keçirməyə hazırıq.
Audit Azərbaycan Respublikasının Auditorlar Palatasının qəbul edilmiş yerli Standartlarına uyğun şəkildə həyata keçiriləcək. Bu standartların müddəalarında deyilir ki, biz auditi elə planlaşdırıb həyata keçirməliyik ki, mühasibat sənədlərində əhəmiyyətli xətaların olmadığı haqqında kifayət qədər sübutların mövcudluğunu təmin etmək iqtidarında olaq. Audit çərçivəsində test əsasında təftiş, məbləğlərin yoxlanılması və onların hesabatlarda kifayət qədər mühasibat işlənməsi həyata keçirilir. Audit yoxlanışı zamanı həmçinin Qeyri Hökumət təşkilatlarının tətbiq etdikləri mühasibat uçotu prinsiplərinin, rəhbərliyin mühüm rəyləri və hesabatların ümumi tərkibinin qiymətləndirilməsi həyata keçirilir. Biz Qeyri Hökumət təşkilatlarının il ərzində əməliyyatlarının qiymətləndirilməsini apararaq işə başlayacağıq. Qeyri Hökumət təşkilatlarının fəaliyyət sahələrini, risklərlə bağlı maddələri təhlil edəcəyik, və bu riskli sahələrin hesabatlarda necə xəta və təhriflərə gətirə bilməsinin təhlilini verəcəyik. Bu cür qiymətləndirmədən sonra, biz, Qeyri Hökumət təşkilatlarının müxtəlif səviyyələrində aşkar edilmiş spesifik risklərin nəzərə alınması ilə auditin həyata keçirilməsini planlaşdıracağıq.
Biz aşağıdakı məqamlara xüsusi diqqət yetirmək niyyətindəyik:
-
Azərbaycan Respublikasının normativ tələblərinə əməl edilməsi;
-
Bütün müvafiq vergi tələblərinin düzgün tətbiq edilməsi.
Lazım olan hallarda, biz, mühasibat registrlərində və digər mənbələrdə olan məlumatların tam etibarlı olmasını müəyyən etmək üçün, digər sənədlərin təftişini həyata keçirəcəyik. Biz həmçinin bu məlumatın hesabatda düzgün əks edildiyinə əmin olmaq üçün məlumatın tutuşdurulmasını aparacağıq.
Baltic Caspian Audit şirkətinin mütəxəssisləri Azərbaycanda uzun müddətli iş təcrübəsinə malikdirlər. Məsələn, ölkənin Kapital Bank, Xalq Bank, Rabitə Bank kimi ən iri bankları üçün, servis və neft şirkəti olan Nobel Oil, XALQ INSURANCE sığorta şirkəti, AUTO STAR CAUCASUS, PAREX LEASING & FACTORING şirkətləri üçün, beynəlxalq standartlar üzrə auditor rəyləri hazırlanmışdır, daşınmaz əmlakın və biznesin qiymətləndirilməsi sahəsində bizim mütəxəssislərimiz Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Vergilər Nazirliyi ilə, MUGAN BANK-la, ATƏŞGAH sığorta şirkəti ilə və bir sıra sənaye və kənd təsərrüfatı müəssisələri ilə işləyirlər. Mühasibat uçotu sahəsində xidmətlər Latviyanın BALTIKUMS bankının nümayəndəliyinə, Moldovanın GRUPUL PROIECTELOR INTELIGENTE" LLC şirkətinə və bir sıra xarici şirkətlərə göstərilir.
Hazırkı məktuba Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən verilmiş lisenziya əlavə olunur.
“Baltik Kaspian Audit” MMC şirkəti aşağıdakı qiymətləri təklif edir:
Yerinə yetirilmiş işlərin dəyəri müəssisənin illik dövriyyəsindən asılı olaraq aşağıdakı kimi dəyişir:
-
10 000 manatadək, 200 – 600 manat (yoxlama müddəti 2 iş günü);
-
10 000 manatdan – 50 000 manatadək, 600 – 1 500 manat;
-
50 000 manatdan – 100 000 manatadək, 1 500 – 2 500 manat;
-
100 000 manatdan yuxarı, razılaşma yolu ilə.
Yekun hesabatın təqdim edilmə tarixi sonrakı danışıqlardan asılı ola bilər.
Hörmətlə,
“Baltik-Kaspian Audit” MMC-nin
Direktoru
Samir Əsədullayev
Dostları ilə paylaş: |