Xətayi rayon məhkəməsinə



Yüklə 10,76 Kb.
tarix21.10.2017
ölçüsü10,76 Kb.
#8999

Həşimabad rayon məhkəməsinə

İddiaçı: İstəkli İstəksiz İstək oğlu

Ünvan: Bakı şəhəri, ____ qəsəbəsi, ____,

ev __, məzil __

Cavabdeh: İstəkli Sevindik Şərəf qızı,

Ünvan: Bakı şəhəri, _____ qəsəbəsi, ______,

ev ____, məzil ___
İDDİA ƏRİZƏSİ

(nikahın pozulması barədə)


Mən, İstəkli İstəksiz İstək oğlu cavabdeh İstəkli Sevindik Şərəf qızı ilə 18.07.1969-cu il tarixdə rəsmi nikah bağlamışıq. Rəsmi nikahdan 3 övladımız var:

  1. İstəkli İlkin İstəksiz oğlu, 21.03.1974-cü il təvəllüdlü;

  2. İstəkli Afərin İstəksiz qızı, 05.05.1975-ci il təvəllüdlü;

  3. İstəkli Sonbeşik İstəksiz oğlu; 14.06.1976-cı il təvəllüdlü.

Mən və cavabdeh 1992-ci ildə Bakı şəhəri, ______ qəsəbəsi, ______, ev ___, məzil ___ ünvanında yerləşən evə köçmüşük. Həmin ünvanda yaşadığımız müddət ərzində münasibətlərimiz normal olmuş, adi bir ilə kimi həyatımızı davam etmişik. Son dörd il ərzində münasibətlərimiz gərginləşməyə, soyuqluq yaranmağa başlamış ailədə hər gün söz söhbət yaranmış, vəziyyət dözülməz həddə çatmışdır. Son üç ay ərzində isə cavabdeh mənimlə münasibətlərini tamamilə kəsmiş, yemək hazırlamaqdan, paltarlarımı yumaqdan imtina edir. Münasibətlərimizi normallaşdırmağa, yenidən sağlam bir ailə kimi birləşməyimizə cəhd edib cavabdehlə danışıqlar aparmağa çalışsamda heç bir nəticə əldə etməmişəm və bundan sonrada nəticə əldə edəcəyimə və ya cavabdehlə normal münasibət qura bilməyəcəyimə əminəm. Hər iki oğlum ailəsi ilə birgə bizimlə bir evdə yaşayır, bütün bu proseslər onlara çox pis təsir bağışlayır və bu vəziyyətin bu şəkildə davam etməsini istəmirlər.

Cavabdehlə bir evdə yaşamaq mümkün olmadığı üçün övladlarımızın yetkinlik yaşını keçdiyini hər birinin ailə sahibi olduğu üçün VVADQ idarəsinə ərizə ilə müraciət edərək cavabdehlə boşanmaq istədiyimi bildirdim. Cavabdeh VVADQ idarəsinə boşanmağa görə gəlmədiyi üçün qeydiyyat idarəsi məhkəməyə müraciət etməyimi tövsiyə etmişdir.



Gələcəkdə ailənin qorunub saxlanmasını, cavabdehlə birgə yaşamaq və mənimlə cavabdehin barışması qeyri mümkündür. Yuxarıda qeyd olunanları nəzərə alaraq AR Ailə Məcəlləsinin 19, 20-ci maddələrini rəhbər tutaraq:
Xahiş edirəm:
mənim cavabdeh İstəkli Sevindik Şərəf qızı ilə 18.07.1969-cu ildə bağlanmış nikahımızın pozulması barədə qətnamə qət edəsiniz.
İddia ərizəsinə əlavə olunan sənədlərin siyahısı:

  1. Nikah haqqında şəhadətnamənin;

  2. Suraxanı rayon VVADQ idarəsindən arayış;

  3. Yaşayış yerindən arayış;

  4. doğum haqqında şəhadətnamə;

  5. şəxsiyyət vəsiqəsinin surəti;

  6. İddia ərizəsinin surəti;

  7. Dövlət rüsumunun ödənilməsi haqqında qəbz.


Tarix: İmza:________________İstəkli İ. İ.
Yüklə 10,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin