XəZƏr universiTƏSİ



Yüklə 28,9 Kb.
tarix09.07.2018
ölçüsü28,9 Kb.
#56070

XƏZƏR UNİVERSİTƏSİ

Təhsil Fakültəsi

Təhsil Departamenti

Təşkilatlarda Davranış

kursunun iş planı (syllabus)

Dönəm: 2014-2015 tədris ili, yaz semestri

Müəllim: i.ü.f.d Oqtay QULİYEV

E-mail: oqtay1982@gmail.com


Kursun təsviri:"Təşkilatlarda davranış” fənninin tədrisinin əsas məqsədi, ali məktəblərin pedoqoji fakültə və ixtisaslarında təhsil alan tələbələrə, təşkilati davranış haqqında məlumatların verilməsi və praktiki nümunələrlə yaşayaraq öyrənməyi təmin etməkdir. Bundan əlavə, kursun digər məqsədi, təşkilatların uğuru üçün hansı davranışların hansı şərtlərdə təsirli ola biləcəyini, fərdi və qrup davranışları və bunların səbəblərini, motivasiya və stres kimi şərtlər altında insan davranışlarının necə istiqamətləndirilə biləcəyini araşdırmaqdır.
Dərsin məqsədləri və gözlənilən təlim nəticələri:


  1. İnsan davranışları ilə əlaqədar əsas məlumatları öyrənmək,

  2. İnsan psixologiyası ilə əlaqədar əsas məlumatları öyrənmək,

  3. Ümumi motivasiya nəzəriyyələrini bilmək,

  4. Ünsiyyət prossesinə təsir edən əsas dinamikaları anlamaq,

  5. Əmək fəaliyyətində insan davranışlarının xüsusiyyətlərini anlamaq.


Kursun sonunda tələbələrdə aşağıdakı bacarıqların inkişaf etdirilməsi gözlənilir:
Fərdlərin davranışlarını anlamaq, stres və stresin idarə olunması, komanda işi, liderlik təşkilat daxıli qarşıdurmalar və həlli yolları, güc və siyasət, motivasiya haqqında məlumat sahibi olmaq.

Dərsin işlənmə forması: fəal təlimin müxtəlif forma (məs. fərdi, qruplarla iş ) və üsullarından (məs. müzakirə, mühazirə, beyin fırtınası, təqdimatlar və.s.) istifadə ediləcəkdir. Hər həftənin ilk dərsində keçmiş həftə mövzuları 15-20 dəqiqə ərzində təkrar olunacaq və tələbələrin anlamadığı mövzularda verəcəkləri suallar cavablandırılacaqdır.

Qiymətləndirmə forması:


Tələbə biliyinin qiymətləndirilməsi formaları

Faiz

Aralıq imtahanı:

35

Final imtahanı:

35

Davamiyyət (participation):

5

Dərsə hazırlıqlı gəlmə və fəallıq (activity)

10

Qrup və fərdi işlərin hazırlanması və təqdimat

15

Cəmi:

100

İmtahan haqqında:

  1. İmtahana hazırlaşarkən dərslərdə götürülmüş qeydləri öyrənməklə yanaşı, dərsin iş planınnda göstərilmiş ədəbiyyatlara, o cümlədən başqa dillərdə olan, mənbələrə də müraciət etmək lazımdır.

  2. Aralıq və Final imtahanlarının hər ikisində imtahan tapşırıqları qısa cavablı və ya cavabı məhdudlaşdırılmış açıq suallar, geniş açıqlanması tələb olunan nəzəri və praktik suallar, müqayisəli təhlil tipli suallardan ibarət ola bilər.

  3. İstifadə ediləcək ədəbiyyatın bir qismi (xarici mənbələr) tərəfimizdən təmin ediləcəkdir.


Fəallıq, qrup və fərdi işlərin qiymətləndirilməsi:

  1. Hər bölmənin sonunda aparılacaq müzakirə mövzuları və sualları tələbələrə əvvəlcədən veriləcəkdir və tələbələr bu mövzulara və tapşırıqları fərdi və ya qrup işi olaraq hazırlamalıdırlar.

  2. Müzakirə mövzuları və tapşırıqlar dərs zamanı tələbələrə bildirilərək qeyd olunan həftə içərisində təqdim olunmalıdır. Geçikdirilən işlərə bal verilməyəcəkdir.


Müzakirə mövzuları (1-ci bölmə üçün nümunə):

  1. Təşkilat və davranış terminləri nədir?

  2. Təşkilatlarda davranış nəyi öyrədir?

  3. Təşkilatlarda davranış hansı elmlərdən faydalanır?

  4. Qloballaşmanın təşkilatlardakı davranışlara təsiri nədir?


Dərs kitabları :

  1. Şerif Şimşek, Tahir Akgemci, Adnan Çelik "Davranış Bilimlerine Giriş ve Örgütsel Davranış", Adım Matbaacılık, Konya, 2003.

  2. M. Kemal Demirci, "İşletmelerde Örgütsel Davranış", Gazi kitapevi, Ankara, 2008.

  3. İntiqam Bəşirov, Oqtay Quliyev, "Təşkilatlarda Davranış", Dərs Notları.


İstifadə ediləcək digər mənbələr:

  1. Salih GÜNEY,Örgütsel Davranış, Nobel Yayın Dağıtım, İstanbul, 2012.

  2. R. KREITNER-A.KINICKI, Organizational Behavior, 5th Edition, Irwin-McGraw-Hill,Boston, 2000.



Həftə

MÖVZULAR

SAAT

1

Təşkilatlarda Davranışın Əsasları

4

2

Təşkilatlarda Davranışın Tarixi İnkişafı

4

3

Fərdlər və Xüsusiyyətləri, Hissləri və Dəyərlər

4

4

Təşkilatlarda Qruplar və Komanda İşi

4

5

Təşkilat Mədəniyyəti

4

6

Təşkilatlarda Motivasya

4

7

Təşkilatlarda Etik Davranışlar və İdarəolunması

2

8.

Aralıq imtahanı

4

9.

Stres Və Stresin İdarəolunması

4

10

Təşkilatlarda Qarşıdurmalar və İdarəolunması

4

11.

İdarəetmə Labirenti və Təşkilat üçün Əhəmiyyəti

4

12

Liderlik

4

13

Təşkilatlarda Güc və Siyasət

4

14

TəşkilatlardaVətəndaşlıq Davranışları

4

15

Final imtahanı

2


Kataloq: files
files -> Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi”
files -> Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti adau-nun 80 illik yubileyinə həsr edilir adau-nun elmi ƏSƏRLƏRİ g əNCƏ 2009, №3
files -> Ümumi məlumat Fənnin adı, kodu və kreditlərin sayı
files -> Mühazirəotağı/Cədvəl I gün 16: 40-18: 00 #506 V gün 15: 10-16: 30 #412 Konsultasiyavaxtı
files -> Mühazirə otağı/Cədvəl ivgün saat 13 40 15 00 otaq 410 Vgün saat 13 40 15 00
files -> TƏDRİs plani iXTİsas: 050407 menecment
files -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ XƏZƏr universiteti TƏHSİl faküLTƏSİ
files -> Mühazirə otağı/Cədvəl Məhsəti küç., 11 (Neftçilər kampusu), 301 n saylı otaq Mühazirə: Çərşənbə axşamı, saat 16. 40-18. 00

Yüklə 28,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə