XiDMƏt müqaviLƏSİ № Müqavilənin tarixi



Yüklə 68,54 Kb.
səhifə1/3
tarix02.06.2022
ölçüsü68,54 Kb.
#116526
  1   2   3
Xidmət müqaviləsi


XİDMƏT MÜQAVİLƏSİ №___
Müqavilənin tarixi – “___” ______ 2022-ci il Qüvvəyə minmə tarixi: “___” ______ 2022-ci il

Sifarişçinin hüquqi ünvanı: _________________________________
Sifarişçi - ____________________________________
Sifarişçinin VÖEN-ni daxil edin - ___________________________________

İcraçı - ____________________________
İcraçının şəxsiyyət vəsiqəsinin nörmrəsiAZE 18554454
İcraçının VÖEN-ni daxil edin - 8301344892
İcraçının ünvanını daxil edinXırdalan şəhəri.Əziz Əliyev küçəsi 24
Xidmətlərin göstəriləcəyi sahəni daxil edin - _____________________________

XİDMƏTLƏR GÖSTƏRİLMƏSİ BARƏDƏ MÜQAVİLƏ
BU XİDMƏT MÜQAVİLƏSİ (“Müqavilə”) “___” ______ 2022-ci il tarixində:
Azərbaycan Respublikasında, [Xırdalan şəhəri.Məhəmməd Əmin Rəsulzadə 2] ünvanında yerləşən [Bələdçi Tədris Mərkəzinin] [direktoru] [Sofuyev Tural Alı oğlu] şəxsində, və
[AZE 18554454] şəxsiyyət vəsiqəsinin sahibi, VÖEN № [8301344892], [Xırdalan şəhəri.Əziz Əliyev küçəsi 24] ünvanında yaşayan [Mirzəyev Rəsul Möhübbət oğlu] (bundan sonra “İcraçı” adlanacaq), arasında bağlanmışdır.
NƏZƏRƏ ALARAQ Kİ:

  1. Sifarişçi, bu Müqavilənin şərt və müddəalarına müvafiq qaydada [sahəni daxil edin] məsələlər üzrə, öz müraciəti əsasında İcraçının göstərdiyi xidmətlərindən istifadə etmək niyyətindədir; və

  2. İcraçı Xidmətləri Sifarişçiyə göstərmək istəyindədir,

BUNUNLA ƏLAQƏDAR, aşağıdakı razılaşma əldə olunmuşdur.
  1. Xidmətlər


1.1 İcraçı Sifarişçiyə bu Müqavilənin 1-ci Əlavəsində göstərilən xidmətləri (bundan sonra “Xidmət” və ya “Xidmətlər”) göstərməyi üzərinə götürür.
1.2 İcraçı Xidməti ondan gözlənilən peşəkarlıqla və ehtiyyatlıqla göstərməyi üzərinə götürür. Xidmətlərin göstərilməsində İcraçı, Sifarişçinin tapşırıqları üçün ağlabatan müddətləri nəzərə alaraq, müstəqil olacaq, Xidmətin göstərilməsi vaxtını və yerini özü müstəqil müəyyən edəcək. Xidmətləri göstərən zaman İcraçı, Azərbaycan Respublikasının və Xidmətlərə tətbiq olunan qanunvericiliyin tələblərini və Tərəflərin tabe olduğu etik normaları nəzərə alaraq, Sifarişçinin maraqlarını üstün tutacaq.
1.3 Tərəflər razılaşır ki, tapşırıqların tamamlanması üçün onların təyin etdikləri vaxtlar təqribidir, ancaq İcraçı Xidmətləri bu vaxtlar ərzində göstərmək və tamamlamaq üçün ağlabatan səylər göstərəcək.
1.4 Xidmətləri göstərən zaman İcraçı Sifarişçinin adından çıxış edə və özünü üçüncü şəxslər qarşısında Sifarişçinin əməkdaşı kimi təqdim edə bilər. Burada qeyd edilən hər hansı müddəaya baxmayaraq, bu məktub və onda nəzərdə tutulan Müqavilə Tərəflər arasında əmək, ortaqlıq və kommersiya agentliyi münasibətləri yaratmır və bu Müqavilə Sifarişçi adından hər hansı hərəkətləri etmək üçün etibarnaməni əks etdirmir.
1.6 İşin gedişatı zamanı sifarişin məzmununa əlavə edilən dəyişikliklər xidmətin təslim zamanına təsir göstərərsə icraçı bu haqda sifarişçini məlumatlandırmalıdır.
1.6.1 1.6 bəndindəki hal baş verərsə Əlavə 1-də müvafiq sahədə dəyişiklik aparılmalıdır.

  1. Yüklə 68,54 Kb.

    Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə