Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,06 Mb.
səhifə11/41
tarix20.01.2017
ölçüsü4,06 Mb.
#726
1   ...   7   8   9   10   11   12   13   14   ...   41

Lalə Əlİzadə

(Ədəbiyyat İnstitutu)
Fələkİ Şİrvanİ dİvanının əlyazma nüsxələrİ və nəşrİ tarİxİndən
Klassik Azərbaycan ədəbiyatında önəmli yerlərdən birini tutan, XII yüzil korifey sənətkarları sırasında dəsti–xətti ilə se­çilən Məhəmməd Müəyyəddin Fələki Şirvani irsindən dövrü­mü­zədək cüzi bir hissə gəlib çatmışdır.Ümumiyyətlə, XII əsr Azərbaycan mədəni həyatında tutduğu mövqeyi,onun ictimai – siyasi tarixinin bir sıra səhifələrini özündə əks etdirmək ba­xımından bu şeir nümunələrinin əhəmiyyəti misilsizdir. Fə­ləki Şirvani irsindən təşkil olunmuş divan iki dəfə nəşr olunmuş, bir dəfə isə elektron kitabxana seriyasından – disk formasında işıq üzü gör­müş­dür. İlk dəfə Hind alimi Hadi Həsənin təşəb­büsü ilə Londonda iki cild­də nəşr olunan “Falaki – i Shirwani : his times, life, and works” adlı kitab dünyanın müxtəlif kitab­xanalarında, şəxsi fondlarda saxlanı­lan 12 əlyazma nüsxəsi, təz­kirə və cünglərə əsasən tərtib olunmuşdur. Həmin əlyazma nüsxələrindən dördü Britaniya muzeyinin kitabxana­sına, ikisi Münhen, biri Leninqrad (Sankt – Peterburq), biri Hindistan, biri Paris, ikisi şəxsi fond, biri İran kitabxanalarına məxsus­dur. Hadi Həsən haqqında söz açılan kitabının birinci cildində Şirvanşahlar döv­rünə ekskurs etmiş, şairin şeirlərindən gətir­di­yi nümunələrlə Fələki döv­rü­nü işıqlandırmışdır. (1) Həmin əsə­rin I cildi 5 bölmədən ibarətdir. Bölmələr aşağıdakı təs­ni­fat­dadır:

Şirvanın şahları (səh. 1 – 3)

Hicri VI əsrdə Şirvanşahlar (səh.4 40)

Fələki Şirvaninin həyatı (səh.41 – 66)

Fələki Şirvaninin divanı (səh. 67 – 94)

Əlavələr (səh. 95 – 96)

Birinci fəsildə şirvanşahların nəsil şəcərəsini göstərən cəd­vəl də Hadi Həsən tərəfindən tərtib olunmuşdur. Şirvanşahlar dövlə­ti­nin coğ­ra­fi arealını təqdim edən alim hökmdarların hakimiyyət illərini, qo­hum­luq əlaqələrini də açıqlayır. Əsərdə I Fəriburz, I Mənuçehr, I Fəridun (bəzi mənbələrdə Afridun), II Mənuçehr, onun bacısı İsmətəddin, I Axsitan haqqında məlumat verilmişdir. Hadi Həsən I Fəriburzun Fələ­ki­nin məmduhu II Mənuçehrin babası olduğunu qeyd edir. (1,12) Mənbə­lərdə Fələkinin məmduhu kimi III Mənuçehr göstərilsə də, bunu şairin divanındakı qəsidələrin ünvanı təsdiqləsə də, nədənsə H.Həsənin əsərində II Mənuçehr kimi qeyd olunmuşdur. Hadi Həsən heç III Mə­nuçehrdən öz əsərində bəhs etmir, onun dövründə olmuş hadisələri II Mənuçehrin adı ilə əlaqələndirir.

İkinci fəsil nisbətən geniş həcmə malik olub, 36 səhifədən ibarətdir. Bu fəsil sonraki dövrlərdə bir sıra tarixçi alimlərin tədqiqlərində sıx olaraq müraciət olunan mənbə rolunu oyna­mış­dır. O çümlədən, Sara Aşurbəyli “VI – XVI əsrlər Şirvan­şahlar dövləti” adlı fundamental mo­noqrafi­yasında Hadi Hə­sə­nin gətirdiyi faktlara söykənir.(3)

“Fələki Şirvaninin həyatı” adlı III bölmədə Hindistanlı alim əldə etdiyi sənədlərə əsasən şairin həyatını, onun anadan ol­duğu və vəfat et­diyi tarixləri dəqiqləşdirməyə səy etmiş­dir. Alim, eyni zamanda, tarixdə Fələki təxəllüsü ilə tanınan üç nə­fərin mövcudluğunu, onlardan birin­cisinin hicri 429 – cu ildə vəfat etmiş, “Muntahal – kamal fi marifati –r Rical” adlı kita­bın müəllifi Əbülfəzl Əli bin Hüseyn Fələki olduğunu qeyd edir. Adı çəkilən kitabın ənənəvi motivləri əks etdirərək Əska­la­ni­nin “Nuzhatu – l əlbab fi- l əlqab” əsərinin üslubunda oldu­ğu da vur­ğulanır (1,41). Alim, tarixdə mövcud olan ikinci Fələki kimi Şirvanşah III Mənuçehrin (Hadi Həsənin təd­qiqində II Mənuçehrin - L.Ə.) məd­dahı Fələki Şirvanini qeyd edir (1,41). Nəhayət, Fələki imzası ilə tanı­nan üçüncü şəxsin Mövlana Musa Fələki olduğunu, əsərinin Britaniya muzeyində saxlandığını, “Mövlana Cəmaləddin ibn Hüsama cavab” baş­­lıqlı müstəzadın müəllifi kimi tanındığını qeyd edir və həmin şeiri tam şəkildə misal gətirir (1,43).Alimin fikrincə, şərti ola­raq üçüncü ad­landırılan Fələki hicri VIII əsr şairi olmuşdur. Hadi Həsən bu mülahi­zə­sini Britaniya muzeyi kitabxanasında saxlanılan or 4110 şifrəli namə­lum müəllifin əlyazma nüsxəsi əsasında irəli sürmüşdür.

“Fələki Şirvaninin həyatı” adlı bölmədə H.Həsən əlyazma və mən­bələrə əsaslanaraq şairin doğum və ölüm tarixini də mü­­əy­yən­ləşdirir. Şairin vəfat tarixinə toxunarkən Xaqaninin Fələkinin ölümünə həsr et­diyi aşağıdakı beytləri sitat kimi göstərir:

عطسه سحر حلال من فلکی بود بود به ده فن ز راز نه فلک آگاه

زو د فرو شد که عطسه دیر نماند آه که کم عمر بود عطسه من آه

جانش یکی عطسه داد و جسم پرداخت هم ملک الموت گفت بر حمد الله

(1, 44)


(Mənim sehrimin asqırığı Fələki idi. On fənn və doqquz fə­lək sirrinə bələd idi. Tez keçib getdi, çünki asqırıq uzun (müd­dət) qalmır. Ah! Mə­nim asqırığım az ömürlü oldu, ah! Canı bir asqırıq ilə cismini tərk etdi. Ölüm mələyi də “ona Allahın həm­di olsun!” –dedi.)

Şairin anadan olduğu ili müəyyənləşdirmək üçün Hadi Hə­sən aşa­ğı­dakı beytləri şairim divanından önə çəkir:

روزطرب رخ نمود روزه بپایان رسید

رایت سلطان عید بر سر میدان رسید

دیده ابر آب ریخت چهره آبان بشست

تاب مه آب رفت تری آبان رسید

چون فلکی در جفا با فلکی طرفه نیست

گر فلکی را ز درد بر فلک افغان رسید

(1,45)

(Şadlıq günü üz göstərdi, orucluq sona çatdı. Bayram sul­ta­nı­nın bay­rağı meydan başına çatdı. Buludun gözü su tökdü, Abanın üzünü yudu. Ab ayının istisi getdi, Abanın nəmliyi ye­tiş­di. Fələki cəfada fələk ilə həmfikir deyil, (ona görə) Fələkinin dərdindən fələyin üzərinə əfqan (göz yaşı) çatdı.)



Fələki divanından aşağıdakı beytləri nümunə gətirərək mü­qa­yi­­səli şəkildə hər iki sitatda adları çəkilən ayları Yəzdigird təqviminə əsasən müəyyənləşdirir:

رایت عید شد عیان موکب روزه شد نهان

سنت عید فرض دان فرض صیام نافله

گر چه بصحن گلستان از پی نزهت روان

نیست صفیر بلبلان هست صفیر بلبله

عید و خزان و مهرگان هر سه شدند هم قران

گشت میان هر سه شان بندگی تو واصله

هر سه بشکل صوفیان خرقه نهاده در میان

پیر تویی بکن بیان مشکل این مشاکله...

(1,45-46)

(Bayram bayrağı göründü, müşaiyət edənlərin orucu aşkar oldu. Bayram adətini fərz bil, orucluğun fərzi qənimətdir. Bax­ma­­yaraq ki, ruhunu təzələmək üçün getdin, bülbüllərin cəh-cəhi yoxdur, bülbülənin (şərab kuzəsinin) səsi orada var. Bay­ram, xəzan və mehriqan, hər üçü yaxınlaşdı. Onların hər üçü­nün ortasında sənə qulluq bir vasitədir. Hər üçü sufilər sayağı xir­qələrini ortaya qoymuşlar, yol göstərən sənsən, bu oxşarlıq­la­rın çətinliyini söylə).

Əsərinin 47-48-ci səhifələrində həmin təqvimə əsasən ab, aban, şəv­val aylarının şairin yaşadığı dövrdə hansı günə, aya, ilə təsadüf et­məsini təyin edərək miladi təqvimlə ekviva­len­tini təqdim edir. Əlbəttə, bu alimdən böyük hövsələ tələb edirdi. Beləliklə, Hadi Həsən birinci şeirin hicri 523, ikincinin isə hicri 525 – ci ildə, müvafiq olaraq miladi 1129 və 1131-ci illərdə yazıldığı qənaətinə gəlir. (1,48-49). Alimin qənaə­tin­cə, bu qəsidələrin qələmə alındığı vaxt Fələkinin, heç olmasa, 20 yaşı olmalı idi. Buna əsasən də şairin təqribən 1108 – 1110 – cu illər arasın­da anadan olmasını əsaslandırır. (1,52)

Dördüncü bölmədə Hadi Həsən “Fələki Şirvaninin diva­nı”nın tərtib prinsiplərindən bəhs edir. 12 əlyazma nüsxəsinə, təzkirə və cüngə mü­ra­ciət etdiyini, həmin mənbələrin saxlan­dığı ünvanların siyahısını təq­dim edir.(1,67)

Həmin bölmədə “Fələki divanının orijinalı” sərlövhəli ya­zı­da, alim, Təğiəddin Kaşinin “Külliyyati əşar və zübdətül əf­kar” (“Şeirlərin kül­liy­yatı və fikirlərin ən seçılmişi”) təzkirə­sində getmiş bir fikrə diqqəti yönəldir: “Deyilənə görə, Fələki divanındakı şeirlərin sayı 7000 beytə yaxın olub, qəzəl,qəsidə, rübailəri əhatə edir. Lakin nadir, tapılmaz nüs­xədir. Katib çox zəhmətdən sonra ondan bir neçə qəsidə toplayaraq bu “xülasə” yə artırmışdır. Inşallah, o divanı tapdıqdan sonra, yerdə qalan şeirlər də seçilərək bu vərəqlərə artırılacaq” (1,67). Doğrudan da, Fələki şeirlərinin nə üçün tarixin keşməkeşlərindən qoru­naraq tam şəkildə əldə olunmaması təəssüf doğurur. Hadi Hə­sən XVI yüzildə Təğiəddin Kaşi­nin qələmə aldığı sözlərə əsa­sən, həmin divanın sorağını bir sıra kitab­xana fondlarında, əl­yazma xəzinələrində axtardığına diqqəti yönəldir, lakin şairin divanı kimi təqdim edilən kataloqlarda çox cüzi sayda beyt­ləri əhatə edən material ilə üzləşir. Bu nümunələri toplayıb, müqa­yisəli təhlil apararaq şairin yalnız 1197 beyt şeirini əldə edə bilir ki, kitabın ikinci cildi də həmin şeirlərin təqdimindən ibarətdir.

Şairin divanı ikinci dəfə də çap olunmuşdur. Onu İran alımı Tahiri Şəhab hicri 1345-ci (miladi 1966) ildə Tehranda nəşr etdirmışdir. Ta­hi­ri Şəhabın təşəbbüsü ilə nəşr olunmiş “Di­van”a Fələkinin 1193 beyt şeiri toplanmışdır. Şairin məşhur qəsidəsindən bir parça olan 4 beytlik “Kür çayı üzərindəki Ba­qilani körpüsünün yenidən qurulması ilə bağlı mədhiyyə” bu divana salınmamışdır. Kitab 6 əlyazma nüsxəsi əsasında tərtib olunmuşdur. Divanın müqəddiməsində Fələkinin adı, ləqəbi, kün­yəsi, təxəllüsü, doğulduğu yer, təhsili, ustadları,şerinin üs­lubu, elmi bi­liyi, məzhəbi,ailə vəziyyəti, müasiri olduğu şair­lər, müasiri olduğu hökm­darlar haqqında 16 səhifəlik xülasə verilmişdir.(2) Həmin xülasə­ni qısa şəkildə oxucuların diqqəti­nə yetiririk. Alim şairin qəsidə­ləri içə­ri­sindən aşağıdakı beytə əsasən adının Məhəmməd olduğunu göstərir:

بنده محمد بمدیحت شها گوی سخن برد بشعر دری ( 2.1)

(Ey şah! Sənin mədhində bəndən Məhəmməd dəri şeirində söz qu­yu­nu (quy - çovqan oyunundakı topu nəzərdə tutur- L.Ə.) apardı . (Yəni dəri şeirində uğur qazandı – L.Ə.)

Tahiri Şəhab müxtəlif məxəzlərdə şairin adının fərqli göstə­rilməsinə diqqəti yönəldir. Belə ki, “Reyhanətül ədəb” adlı təz­kirənin müəllifi Məhəmməd Əli Müdərris Təbrizi Fələki­nin adının Məhəməd Mömin, Rzaquluxan Hidayət və Əmin Əhməd Razi Nəcməddin və ya Əfsəhəd­din, Xaqani divanının tədqiqatçısı Əbdülvahab Hüseyni isə Müəy­yəd­din olduğu qənaətindədirlər. Yeri gəimişkən, Mücirəddin Beyləqaninin Fə­lə­kinin ölümünə həsr etdiyi mərsiyənin sərlövhəsində də şair Müəy­yəddin kimi xatırlanır. Lakin şairin ən doğru tə­xəl­lüsünü əlbəttə ki, onun öz şeirlərindən süzülüb gələn məlumat təsdiqləyir. Şair divanı bo­yu bir neçə yerdə öz təxəllüsünü qeyd etmişdir . Tahiri Şəhab da on­lar­dan bəzilərini misal kimi göstərir. Aşağıdakı beytlər bu baxımdan sə­ciy­yəvidir:

چه زادی ای فلکی زین نوایب ایام که در سخن سیم بو تمام و نواسی ( 2.2)

(Ey Fələki, bu əyyamda katib kimi niyə doğuldun?!

Ki,sən söz yaratmaqda Bu Təmmam və Nüvasdan sonra üçüncü­sən.)



ای فلکی زآن دو لبش بوسه جوی تو باری ز چه غم میخوری( 2.2)

(Ey Fələki, onun iki dodağından öpüş axtar. Sən bir daha niyə qəm çəkirsən?

افغان و ناله فلکی بیتو بر فلک چندان رسید کز فلک افغان بر آمده( 2.2)

(Sənsiz Fələkinin fələyə doğru (çəkdiyi) nalə və əfqanı fələyə elə çatdı ki ,fələk əfqana (ağlamağa) başladı).

“Fələkinin doğum yeri” sərlövhəli yazıda Tahiri Şəhab onun tam adı­nı və künyəsini belə verir: “Şəmsüş­şüəra, Məli­külfüzəla, Əbunizam Hə­kim Cəlaləddin Məhəmməd Fələki. Alim, şairin hicri VI yüzildə Şa­maxı qəsəbəsində anadan oldu­ğunu, yaradıcılığında Şirvanşahlardan baş­qa kimsəyə həsr et­diyi şeirin mövcud olmadığını xüsusi vurğulayır. ( 2.3)

Tahiri Şəhab Fələkinin təhsili ilə bağlı müxtəlif tədqiqat­çıla­rın fik­rindən iqtibas edir. Belə ki, o, Rzazadə Şəfəqin İran ədə­biyyatı tarixi ki­tabına əsasən, şairin təhsilinin ardıcıl olma­sı və astronomiya elmi sa­həsində püxtələşdiyini yazır (2.3) Lütfəli bəy Azərin təzkirəsindən belə bir sitat verir: “Cavan­lığında ... nücum elmi sahəsində təhsil alaraq döv­rü­nün birin­cisi olmuşdur. Fitri istedadı sayəsində şeir deməyə başla­mış, Fələki təxəllüsünü də həmin elmə əsasən təxəllüs kimi seç­mişdir. Həkim Xaqani ilə nəzmin incəliklərinə Əbüləla Gəncə­vinin yanında dərs almış, az bir zaman ərzində dünyanın məş­huru olmuşdur.”( 2.3) Əmin Əhməd Razinin “Həft iqlim” təz­kirəsinə istinadən Tahiri Şəhab onun şair haqqında söylədiyi bu fikri önə çəkir: “Fəzlin dəryası onun təbi qədər fələklərə məx­sus olmayıb, fazillər onun elminin dənizini (çox­luğunu L.Ə.) etiraf etmişlər” ( 2.3).

Tahiri Şəhabın tərtib etdiyi kitabın “Fələki şeirinin üslubu” adlı bölməsində şairin bədii irsi haqqında fikir yürüdən müx­təlif müəllif­lərin mülahizələrindən seçmələr təqdim olunur. Dövlətşah Səmər­qəndinin, Rzazadə Şəfəqin, Zəbihullah Səfa­nın, Həsən Sadat Naserinin, Bədiüzzaman Foruzanfərin və baş­qa ünlü alimlərin Fələki Şirvani haqqında fikirləri maraq doğurur.(2.4-6)

Fələkinin bilik dairəsinin genişliyini Tahiri Şəhab da yük­sək dəyər­ləndirir, onun ərəb dili və ədəbiyyatından bəhrələn­di­yi­ni, hətta özünü “şeir aləmində Əbu Nüvas və Əbu Təm­mam­­dan sonra üçüncü” adlan­dır­dığını,heyət, nücum elmləri­ni, ri­yaziyyatı, botanikanı dərindən bildi­yini nəzərə çatdırır ( 2.7).

Şairin etik görüşlərindən bəhs edərkən, tərtibçi – alim, onun o qədər də zöhdə maraq göstərmədiyini, “dikbaşlıq edərək dünyanın bütün ge­niş­liyini özünə dar etməsini” – həbsə düş­mə­sini də qeyd edir ( 2.7). Fə­ləkinin ailə vəziyyətinə də T.Şə­hab diqqət yetirmiş, onun həyat yolda­şını, qohum - əqrəbasını itirərək təkcə bir oğlu ilə qalmasını əks etdirən beyti nümunə gətirmişdir:

کز نر و ماده جز من و طفلی هیچکس زنده در تبارم نیست ( 2.8)

(Kişi və qadın (cinsindən) məndən və bir körpəmdən başqa

Nəslimdə heç kəs sağ deyil. )

Şairin məzhəbi haqqında verdiyi məlumatında Şirvan şahla­rı­nın sün­ni məzhəbinə, onun isə şiə məzhəbinə meyl göstərmə­sinə, imam Əli­ni öyməsinə diqqəti çəkən müəllif, Fələkinin zin­da­na salınmasının şiə­liyə meylli olmasından da irəli gələ bilməsini ehtimalının mümkün­lüyünü qeyd edir ki, ( 2.9) bu da az inandırıcı görünür. Sonrakı səhi­fə­lərdə Tahiri Şəhab Fələkinin müasiri olduğu şairlər və şahlar haqqında məlum həqiqətləri açıqlayır ( 2.9-16).

Tahiri Şəhab Fələki divanının mətnindən sonra kitabın sonunda “Bi­rinci haşiyə” və “İkinci haşiyə” sərlövhəli iki his­sə­dən ibarət şərh xa­rak­terli yazısını da oxuculara təqdim edir. “Birinci haşiyə”də on üç xü­susi ad haqqında,”İkinci haşiyə”də isə Şirvanşahlar dövlətinin tarixini qısa şəkildə diqqətə çat­dırır, hicri 6 – cı əsrdə Xaqani, Fələki, İzzəddin Şirvanilərin, hicri VII yüzildə Seyid Zülfəqar Şirvaninin, hicri 13-cü əsrdə Bahar Şirvaninin,Təmkin ləqəbi ilə məşhurla­şan,sufi şair və səy­yah Hacı Zeynalabdin Şirvaninin bu tor­pağın yetirməsi olduqlarını xüsusi vurğulayır. Tahiri Şəhab, eyni zamanda, tarixən Şirvan adlı üç coğrafi məkanın möv­cudluğunu, birinin Xorasanın məşhur “Qoçan vi­layətinin şalı ilə şöhrət tapmış kən­di”, ikincinin “İndiki Lorestanda ki­çik bir yaşayış yeri olduğunu”, üşüncünün isə “Aran, Azərbaycanla bağ­lı”lığını qeyd edir. O, Şirvan toponimində “Ş” hərfindən sonra “i” hər­fi­nin işlənməsini kobud səhv adlandırır və fikrini Xaqani, Fələki şeirlərində “Şərvan” şəklində ifadə olunmuş beytlərlə əsas­landırır, həmin sözün “Şirvan” şəklində işlənmə­sini mon­qol hücumlarından son­ra rəvac tapmasına işarə edir (2.129-131). Yaqut Həməvinin “Möcəm əl Buldan” əsərində öz ifadəsini tapmış belə bir fikrə diqqəti yönəldir: “...oranı Ənuşərvan (Ənuşirəvan - L.Ə.) saldırdığından onun adı ilə “Şərvan” kimi tanınmışdır ( 2.131). Tahiri Şəhab isə bu fikirlə razılaş­mır, Ənuşirəvan kəlməsinin iki hissədən “Ənuş” və “rə­van”-dan ibarət olmasını, mənasının isə “asudə ruha malik” anlamına gəlməsinə fikri yönəldir, “ənuş” –sözündən “ş” hərfi­nin heç bir vəchlə “rəvan” kəlmə­sinə artıraraq toponim for­malaşdırmağın mümkün olmamasını söyləyir. “Şərvan” to­po­nimi ilə bağlı mötəbər orta əsr coğrafiya kitablarına mü­ra­­ciət edən T.Şəhab fikrini o mənbələrə əsasən sübuta yetirərək topo­nimin “Şərvan” şəklində yazılması və oxunmasını vacib sayır ( 2. 132-133).

Kitabın sonunda Tahiri Şəhab “Tamamlama” başlıqlı üç səhifədən ibarət yazısında Şirvanşahlar dövləti haqqında Bar­told, Minorskinin tədqiqlərinə söykənərək bu diyarın hakimlə­rinin növbə ilə adlarını qeyd edib, onların şahlıq etmə tarix­lə­rini göstərir ( 2.137-139).

Kitabın sonunda ədəbiyyat siyahisi, xüsusi və coğrafi adla­rın gös­təricisi də təqdim olunmuşdur ( 2.140-148)

Yuxarıda da qeyd etdiyimiz kimi şairin divanının elektron kitabxana seriyasından – disk şəklində hazırlanaraq işüq üzü görməsi də təqdirə­la­yiq bir hadisə kimi qeyd olunmalıdır. Fələki Şirvani divanının bu ver­siyası üzərində qeyd edilməsə də Tahiri Şəhabın tərtibi ilə nəşr olunmuş divan əsasında hazırlanmış, şeirlərin ardıcıl sırasında qəzəllər və tərkib­bəndlər bölmələrinin yeri dəyişdirilmişdir ( 3).

ƏDƏBİYYAT:
1. Hadi Hasan. Falaki – i Shirwani : his times, life and works. v.1, and v.2.

2.دیوان فلکی شیروانی . به اهتمام طاهری شهاب .تهران 1345

3. کتابخانه الکترونیک شعر فارسی . درج 3 ، یک میلیون بیت شعر ، تهران 1387

Əfsanə Məmmədova

(Şərqşünaslıq İnstitutu)


Tanınmayan müəllİf Əhməd İbn Məhəmməd əş-Şİrvanİ haqqında İlkİn bİlgİlər
İslamın təşəkkülündən sonra vahid ərəb mədəniyyəti anla­yışı ümum­müsəlman mədəniyyəti anlayışı ilə əvəz olundu. Müx­təlif xalqla­rın səyi ilə yaradılan ərəbdilli mədəniyyəti məf­­humu formalaşdı ki, onun təşəkkülündə ərəblərlə yanaşı, digər xalqlar, o cümlədən azər­bay­canlılar da aktiv iştirak et­miş­dilər. Ərəb Xilafətinin hakimiyyəti illərin­də ərəb dilinin va­hid dövlət dili kimi təsdiq edilməsi elmi və bədii nü­mu­nələrin ərəb dilində qələmə alınmasına və yayılmasına imkan ver­di. Ərəb dilində formalaşmış Azərbaycan mədəniyyəti və ədə­biyyatı zən­gin maddi mədəni irs kimi xalqımızın mədəni inkişaf tarixini forma­laşdırdı. Hər bir xalq, hər bir sivilizasiya əsrlər boyu yaranan milli də­yərləri əsasında tanınır, tarixini, mənsubiyyət və kimliyini formalaş­dırır. Azərbaycan xalqı zən­gin tarixi və mədəni keçmişi olan, dünya mədəniyyətinə qiy­mətli töhfələr vermiş qədim xalqlardandır. Tək ədə­biy­yat sahəsində deyil, müxtəlif elmlər, oz cümlədən, ilahiyyat, riyaziy­yat, həndəsə, arxitektura, tibb, astronomiya, fəlsəfə və digər sahələrə dair yaradılan dəyərli əsərlər müəlliflərinə tək Şərqdə deyil, bütün dün­yada geniş şöhrət qazandırmışdır. Seyyid Yəhya Bakuvi, Şihabəddin Sührəverdi, Bəhmənyar ibn Mərzban, Xətib Təbrizi, Füzuli, Nizami Gən­cəvi, Xaqani Şirvani, Nəsimi, Nəsirəddin Tusi və başqa görkəmli adlar mənşəcə Azərbaycanlı olub, İslam tarixində özlərindən sonra zən­gin irs qoyub getmiş tanınmış simalardır. Ərəb, fars və türk dillərində yaratdıqları əsərləri ilə nəinki Azərbaycan, dünya mədəniy­yəti və tarixi səhifələrinə adlarını qızıl hərflərlə yazmış bu ustadlar əsrlər boyu alim və tədqiqatçıların maraq dairəsində olmuşdular. Lakin hələ tədqiq olu­nacaq onlarla və hətta yüzlərlə müəlliflər var ki, haqla­rında məlumat çox azdır. Bizim bir azərbaycanlı kimi ən ümdə vəzi­fəmiz öz milli maddi mənəvi irsimizə sahib çıxmaq, tariximizi və mə­dəniyyətimizi layiqlincə tanıtdırmaq və təbliğ etməkdir. Ərəb dilində yazıb yaradan azərbaycan əsilli müəlliflərə bağlı apardğım araşdır­malar da məhz bu müqəddəs amala xidmət edir. Qeyd edim ki, ilk belə tə­şəbbüslə fil.e.d., prof. Malik Mahmudov çıxış etmişdir. Onun VII-XII əsrlər ərəbcə yazmış Azərbaycanlı şair və ədiblər adlı monoq­rafi­ya­sında İsmayıl ibn Yəssar, Musa Şəhəvat, Eynəl-Qüzat, Şihabəddin Süh­rəverdi, Yusif Tahir oğlu Xoylu və yüzlərlə tanınmayan azərbaycan müəl­lifinin adlarına rast gəlmək olar (bax: 1). Malik Mahmudovla ya­naşı, Həmid Araslı, Əkrəm Cəfər, Əbdülkərim Əlizadə, Məmməda­ğa Sultanov, Ziya Bünyadov, Cahangir Qəhrəmanov, Zakir Məm­mədov, Tahir Məhərrə­mov, Ə.Rəhimov, Cənnət Nağı­ye­va, Azadə Musabəyli, Kamandar Şəri­fov, Nəsib Göyüşöv (2) və b. ərəb, fars və türk dillərində yazıb-yarat­mış azərbaycanlı müəlliflərin həyat və yaradıcığı ilə bağlı bir sıra də­yər­li tədqi­qat işləri ortaya çıxarmışdılar. Haqlı olaraq deyə bi­lə­rəm ki, bu yaxınlarda işıq üzü görən prof. Azadə Musabəylinin tərtib etdiyi 3 cilddə toplu kataloq xarici ölkələrdəki kitabxana və fond­larda sax­lanılan azərbaycan müəlliflərinə aid örnəkləri üzə çıxarmaqla ədə­biy­yatşünaslığımıza gözəl töhfə vermişdir. Kataloqla tanışlıqdan sonra Av­ropa və Amerikanın Nyu-York, Kembric, Harvard, Filadelfiya uni­ver­siteti, Paris, Britaniya, Bodlean, İndia Office, Kembric, Leyden, Roma, Vatikan, Drez­den, Marburq, Berlin, Münxen, İsveç Upsala, Vya­na, Ham­burq və d. nüfuzlu kitabxanalarında saxlanılan azərbaycan əsilli müəlliflərə aid olan çox sayda əsərlərin olduğunu gör­düm. Təəs­süflə qeyd edim ki, bunların çoxu Azərbaycan Res­publikası Əlyazmalar Fon­dunda yoxdur. Kitabdakılar Arthur Arberry, Barbara Flemming, Blochet E., Charles Rieu, Hanna Sohrveide, Hermann Ethe, Leon Ne­moy, Manfred Götz, Lud­vig Feket kimi Avropalı şərqşünas alimlərin kataloqları əsasın­da toplanmışdır (bax: 3). Kataloqla tanışlıq zamanı XVIII əsrin sonu-XIX əsrin əvvəllərində yaşamış və Azərbaycanlı olduğu güman edilən Əhməd ibn Məhəmməd əl-Ənsari əl-Yəməni əş-Şirvani adlı müəllif marağımı çəkdi. Sözügedən kataloqun birinci cildində ədibin müəllifi olduğu “Töhfət əl-Yəmin” əsə­ri­nin h. 1201, 1235, 1246 tarixli nüsxələrininin və tarixi qeyd edilməmiş digər iki nüs­xənin Məşhədin Astane Qüds və Teh­ra­nın İlahiyyat fakültəsi kitabxa­na­larında saxlandığı göstərilir (3, c. 1, səh. 110-111). Lakin ilkin araşdır­malarım nəticəsində əş-Şirvaninin əlyazma və çap nüsxələrinin tək Məşhəd və Tehranda deyil, Amerika və Avropanın London, Bodlean, Yel, Britaniya muzeyi, Edinburq, Oslo, Vaşinqton, Kolumbiya və bir sıra digər nüfuzlu kitabxanalarda saxlanıldığı məlum oldu (bax: 4; 5; 6) Müəl­lifin əsərlərinin köçürülərək bir neçə nüsxədə yayılması faktı onun öz dövrünün tanınmış ədiblərin­dən olmasına dəlalət edir. Qeyd edim ki, Əhməd əş-Şirvaninin yuxarıda adı çəkilən “Töhfətül-Yəmin” (əsərin tam adı belə səslənir: “Kitəb Nəfəhət al-Yəmən fī-mə yəzūlu bi-zikrihi əl-şəcən”) əsərinin h. 1304-cü ilə aid olan bir nüsxəsi Azərbay­can Res­pub­likası Əlyazmalar Fondunda saxlanılır (bax: 7). (Burada eyni za­manda, ədibin redaktoru olduğu Kəab ibn Zü­heyrə aid olan “Burdə qə­sidəsi”nin şərhi də var (bax: 8).

Əminliklə deyə bilərəm ki, nə Şərqdə, nə də Qərbdə Əhməd əş-Şirvani haqqında geniş tədqiqat işi aparılmışdır. Belə bir ehtimal ola bilər ki, müəllif səhvən başqa biri ilə qarışdırılmış, yaxud fərqli adla ta­nınmışdır. Belə ki, araşdırdığım əksər mən­bələrdə onun adı tam olaraq verilmir: Şeyx Əhməd Ərəb, Şeyx Məhəmməd Abbas, Məhəmməd əl-Yəməni və s. Ədibin həyat və yaradıcılığı barədə nisbətən dolğun mə­lumatı XX əsrin gör­kəmli alimi Məhəmmədəli Tərbiyət özünün “Daniş­məndani - Azərbaycan” adlı əsərində verir. Müəllif görkəmli elm və sə­nət adamları içərisində adını çəkdiyi əş-Şirvaninin hicri qəməri tarixi ilə 1200 (1785)-cü ildə Yəmən şəhərinin Hədidə kəndin­də anadan oldu­ğunu və burada oxuyub bilik əldə etdikdən son­ra Hindistana köçdüyünü bildirir (9, səh. 143). Bir çox müəl­lif­lər Şeyx Əhmədin Yəməndə ana­dan olmasını və Hindistan­da yaşamasını əsas götürərək, onu ərəb və hindli kimi qələmə verirlər (məsələn, Tomas Roebuk onu ərəb əsilli müəllif (10, səh. 41), İntizar Huseyn isə müsəlman hindli (bax: 11) kimi qələmə verir). Lakin yuxarıda səsləndirilən iddialar elmi əsası olmayan fərziyyələrdir. Belə ki, ədibin mənşəyi onun elə öz adında əksini tapıb. Ərəb adlarında sonuncu isim – nisbə, şəxsin qəbiləsinə, soyuna, do­ğulduğu yer və mənsubiyyətinə dəlalət edir – Şirvani, yəni, soyu və kökü Şirvan mahalından gəlmə anlamına gəlir. Türk dünyası ədəbiy­yatının müəllifi Ha­lik Açıkgöz bəzi azərbaycanlı ədiblərin Hindistana köç etməsi faktını doğrulayır. Müəllif onların içərisində Məsihi, Saib Təb­rizi, İbrahim Ordubadi, Məhməd Sadiq Təbrizi və b. xatırlayır (12, səh. 157).

Şeyx Əhmədin mənşəyi və mənsubiyyəti ilə bağlı fərqli mü­lahizə ilə Dehli universitetinin professoru Çandra Şikhar çıxış edir. Belə ki, müəl­lif ədibin Cabir ibn Abdullah Ənsari nəslindən törəməsini və əcdad­la­rı­nın İraqdan Həmədana köçü­rül­düyünü deyir (13, səh. 15). Çox güman ki, onlar Səfəvilərin hakimiyyətinin zəifləməsindən sonra Osmanlı döv­lətinin haki­miy­yəti altına keçən ərazilərdən köçmək məcburiyyətində qal­mışlar. Hind tədqiqatçısının sözlərinə görə Şeyx Əhmədin ba­bası Mirzə Məhəmməd İbrahimin h. 1147-1160-cı illərdə (təx­mini olaraq m. 1735-1747-ci illər) Nadir xan Əfşarın yanında və­zirlik etmişdir (13, səh. 15). Lakin bilinməyən səbəblərə görə Mirzə Məhəmməd vəzifəsin­dən kənarlaşdırılmış və Nə­cəfə qaçmışdır. Burada o, Nadir xanın əmri ilə qətlə yetiril­mişdir. Məhz bu hadisədən sonra Şirvanın nüfuzlu şəxs­lərin­dən olan Mirzənin oğlu və Əhmədin atası Mirzə Məhəmməd Tağı xan Mustafa Əlmülk Nadir şahin qorxusundan Yəmənə qaçmış və ora­da öz adına şeyx ünvanı əlavə edərək, bir müd­dət burada qalmışdır. Daha sonra o, Hindistana yola düşmüş, ilk öncə Benaresdə (Varanasi) yaşayan qardaşı Mirzə Məhəm­məd Həsənxanın yanına getmiş (14), lakin onun acil ölümün­dən sonra yenidən Yəmənə geri qayıtmış və burada yaşayan bagdadli tacir Seyyid Heydərin qızı ilə evlənmişdir. Əhməd də burada dünyaya gəlmiş, ilk təhsilini də elə burada alımışdır (13, səh. 15). Hind tədqiqaçısı ötəri olaraq, Əhmədin müəllim­lərini də qeyd edir, ədəb elmini Şeyx Möhsün ibn İsa ən-Nəcəfi və Şeyx Bəhaəddin ibn Qazi, fiqh elmini Əli bin Yəhya Əfif Yəməni və Seyyid Zeynalabdin Ələvidən öyrəndiyini, şiəlik haqqında atasından eşitdiyini deyir. Ədibin şiəlik təri­qətinə mənsubluğu danılmazıdır. Bu faktı Sey­yid Möhsün Əmin də təsdiqləyir. O, “Ə`ayan əş-şiəti” (Tanınmış şiə xa­­dim­ləri) adlı əsərində Şeyx Əhmədin şiəliyin zeydi qoluna mənsub olduğunu bildirir (15, səh. 130). Seyyid Möhsünün di­gər maraqlı müla­hi­zəsi şiə təriqətinin başqa nümayəndəsi Mir­zə Əhməd ibn Məhəmməd Əli ibn İbrahim əl-Həmədani əş-Şirvani ilə bağlıdır. Belə ki, Şeyx Əh­mədlə adlarında oxşar­lığın olduğunu söyləyən tədqiqatçı birincinin so­nun­cudan fərq­li­liyini “Şirvani” adında “i” hərfinin olub-olmaması ilə izah et­məyə çalışır və buna əsasən Şeyx Əhmədi ərəb, Mirzə İbra­himi isə əcəm adlandırır (15, səh. 130). Lakin sonradan ölüm tarixlərinin və əsər adlarının (“Cəvahiri-vəqqad”, “Bənət Suəd” qəsidəsinin şərhi) eyni olmasını yəqin edən müəllif on­la­rın eyni adam olması ehtimalını irəli sürür. Möhsünün sözlə­rinə görə, Mirzənin babası Mirzə İbrahim Xan Həmədani Na­dir şahın vəzirlərindən idi. Ahıl çağlarında istefa etmiş və Nə­cəflə sərhəd olan ərazilərə köçmüşdür. Müəllif Şihabəddin əl-Hüseyni əl-Mur`işidən gətirdiyi istinadda mütərcim, ədib və şair kimi vəsf etdiyi Mirzə İbrahim Xan əl-Həmədanini Şeyx Əhməd əş-Şir­vaninin babası adlandırır və hər ikisinin nisbəsi­nin “Şiirvani” yox, “Şir­vani” olduğunu bildirir (15, səh. 130).

Şeyx Əhmədin vəfatına gəlincə, araşdırdığım bütün mənbə­lər yek­dilliklə ədibin h.1256 (miladi 1840) – cı ildə Puanda və­fat etdiyini söy­lə­yir (9, səh. 143).

Qeyd edim ki, yuxarıda səsləndirilən bütün fikirlər əş-Şir­va­ninin həyatı və əsil-nəcabəti haqqında əlimdə olan yeganə is­tinadlardır. İlkin mənbələr kimi çox faydalı olan bu məlu­matları gələcək tədqiqatlarımda daha əsaslı şəkildə araşdır­ma­ğı düşünürəm.

Beləliklə, Yəməndə təhsilini aldıqdan sonra Hindistanın Kəl­küt şə­hə­rinə gedən Əhməd əş-Şirvani burada fəaliyyət gös­tərən Britaniya yön­lü Fort Viliam kollecində ərəb dilindən dərs demişdir (16, səh.14-15). Fort Viliam kolleci ingilis şərq­şünas alim və linqvisti Gilxrist Con Bortvikin təşəbbüsü ilə Bri­taniya təbəəliyində olan Hin­distanın general-qubernatoru Uels lordu Riçard Koli Vesli tərəfindən m.1800-ci ildə Şərq tədqiqatları mərkəzi və akademiyası olaraq təsis edil­mişdir (bax: 17). Kollecin rektoru ilk ingilis şərqşünas alim Viliam Cons idi (1746-1794) (bax: 18). Təhsil mərkəzinin yaradılma­sından məq­səd East-İndia kompaniyasında çalışan britaniyalı işçilərə və Hin­distanda hərbi xidmət keçən əsgərlərə hind, sanskrit, eləcə də fars və ərəb dillərini öyrətmək və bununla da, G.C.Bortvikin dediyi kimi “Hin­distanın adət-ənənələrinə və qanun-qaydalarına daha yaxından bələd olmaqla daha yaxşı iqtisadi və siyasi nəticələrə nail olmaq” idi (19, c. 1, səh. 9). Məhz bu mərkəzin təşəbbüsü və səyi ilə ərəb, sanskrit, urdu, fars və benqal dillərində olan minlərlə Şərq mədəniyyəti nümunələri tərcümə edilərək Qərb oxucularına tanıtdırılmışdır. Fort Viliamın zən­gin irsini təşkil edən bu abidələr hazırda Kəlküt Milli Kitabxanasında qorunub saxlanılır (bax: 20).

Şeyx Əhmədin Kəlkütdən sonra Şimalı Hindistanın müsəl­man vila­yətlərinin hökmdarı Qaziəddin Heydərin dəvətiylə Lakxnauya getdiyi və onun “Mətbəə-Sultan” nəşriyyatında redaktor və naşir kimi çalışdığı məlumdur. Bu fikirlə ilə Pakis­tanda Beynəlxalq İslam Universitetinin professoru Muniddin Aqil çıxış edir (16, səh. 14). Tədqiqatçının söz­lərinə görə Q.Hey­dərin təşəbbüsü ilə 1818-ci ildə təsis edilən bu mət­bə­­ənin yaradılmasında ingilis şərqşünas alim, Fort Viliam kolle­ci­nin aparıcı müəllimi C.Gilxristin çox böyük rolu olmuşdur. Mətbəədə Şeyx Əhmədlə yanaşı, dövrünün digər tanınmış zi­ya­lıları – Maulvi Bilqrami, Qazi Məhəmməd Sadiq Axtar və b. redaksiya heyətində çalışırdılar (16, səh. 15). Muniddin Aqil bu illər ərzində Şeyxin rəhbərliyi altında ərəb, fars və urdu dil­lərində silsilə kitabların çap olunduğunu bildirir; onların sıra­sında “Zaad əl-Məad”, “Həft əl-Gülzəm”, “Tac əl-Luğa” və b. gös­tərmək olar. Çap üsulu ilə nəşr olunan ilk kitab isə Əhməd əş-Şirva­ninin özünün müəllifi olduğu Qaziəddin Heydərə ithaf etdiyi ərəbcə yazılmış “Mənaqibu-l-Heydəriyyə” adlı əsər idi (16, səh. 14). Əl-Həriri məqamələri üslubunda qələmə alınmış bu əsərin ərəbcə yazılması təsa­düfi deyildi, belə ki, ümum­müsəlman mədəniyyətinin başlıca dili olan ərəb dili o dövrdə çox böyük nüfuz qazanmışdır. Mətbəəyə gəlincə, onun fəaliy­yəti uzun sürmədi, belə ki, çap üsülu xaqlın zövqünü ox­şa­ma­dığından nəşrlərin ardı tezliklə kəsildi. Digər bir versiyaya görə mətbəənin fəaliyyətini dayandırmasına səbəb Qaziəddin Heydərlə Şeyx Əhməd arasında yaşanan xoşagəlməz hadisə və sonuncunun işini bu­raxması olmuşdur (21, səh. 161).

Qeyd edim ki, pedaqogika və naşirlik ədibin tək fəaliyyət sahələri deyildi. Məhəmmədli Tərbiyət Şeyx Əhmədin bəla­ğətli dil və səlis yazı üslubuna işarə edərək, ədibin qələmindən çıxan bir neçə əsərin adını çəkir: “Nəfəhatu-l-Yəmən” (Yəmən töhfəsi), “Hadiqatu-l-əfrah” (Se­vinc­lər bağı), “Bəhru-n-nəfais” (Qiymətli şeylər dənizi), “Cəvarisut-təf­rih” (Şənlik arıları), “Mən­həcu-l-bəyan” (Aydınlaşdırmaq metodu), “Cə­vahiri vəqqad” (Parıldayan incilər), “Əcaibul-əcaib əs-sami fi-l-əruz va-l-qafiyə” (Əruz və qafiyə elmlərində ən qəribə şeylər), “Mənaqibu-l-heydəriyyə” (Heydərə xas olan üstün xüsusiyyət­lər), və “Tacu-l-iqbal” (Bəxtiyarlıq tacı). Müəllifin sözlərinə görə bu əsərlərin hamısı Hinsdis­tanda çap edilərək yayılmışdır (9, səh. 143). Bahauddin Zəkəriyyə Universitetinin dosenti Məhəmməd Fəruq 19-cu əsrədək Pakistan və Hindistan əra­zilərində ərəb dilində yaradılan ədəbiyyatın dini yox, daha çox dünyəvi mahiyyət daşıdığını və orta əsr ədəbi-bədii ənənələri təbliğ etdiyini söyləyir. Şeyx Əhməd əş-Şirvaninin əsərləri də bu kateqo­riyadan idi. Məhəmməd Fəruq ədibin “Nəfəhat əl-Yəmən” əsərinə istinad verir (bax: 22). Tələbələr üçün nəzərdə tutulmuş sözügedən əsər­də ərəb ədəbiyyatından seçmə irili-xırdalı çox sayda hekayə toplan­mışdır. Tədqiqatçı bu əsərin 20-ci əsrədək Dərsi-Nizami və Deobandi mədrəsələrində dərs vəsaiti kimi istifadə olduğuna, lakin sonradan dili­nin İslam dəyərlərinə və mənəviyyatına zidd olduğunu əsas gətirərək onu Məhəmməd Əziz Əlinin (?-1955), əş-Şirvaninin əsərinə cavab olaraq İslam ruhunda qələmə aldığı “Nəfəhat əl-Ərəb”lə əvəz olun­du­ğu­nu bildirir (23, səh. 21).

Müəllifə aid olduğu güman edilən digər bir əsər “Tərix əl-Usmən” (Osmanlı tarixi) adlı əsərdir. Bu haqda Möhsün Əmin qeyd edir. Çox güman ki, bu əsər Hakim İbrahim Əfən­diyə aid olan “Tərix Qeysər ər-Rum” əsəridir (24, səh. 23). Türkiyədə sultanlıq tarixini XIX əsrədək olan dövrünü işıqlandıran müəl­lif Suriya tarixinə də nəzər salır, Misir və Avropaya etdiyi sə­yahətlərdən qısa qeydlər verir. Ərəbcə qələmə alı­nan əsərin orijinalda adı “Misbah əl-sari va nuzhat əl-qari” (Yolçunun çırağı və oxucunun uzaq yolu) olub fars dilinə Şeyx Əhməd əş-Şirvani tərəfindən tərcümə edilmişdir. Onun əlyazma nüs­xə­si Özbəkistan Res­publikası Əbu Reyhan əl-Biruni İnstitu­tu­nun Əlyazmalar Fondunda (Inventory No. 2672/I, fol. 2' şrifti altında) (bax: 24), çap variantı isə Londonun Britaniya Muze­yində ('8, f. 14773) saxlanılır (bax: 25).

Şeyx Əhmədə məxsus olan digər bir əsər “Hadiqatu-l-əf­rah” əsəri­dir. Seçmə poeziya nümunələrinin toplandığı bu əsər bir neçə başlıqdan ibarətdir: Yəmən, Hicaz, Misir, Şam və Əcəm, İraq, Rum və Məğrib, Hind, Bəhreyn və Oman əhli şairlərinin şeirləri. Burada eləcə də nadir hekayələr və məzəli əhvalatlar toplanmışdır. Sözügedən əsər əş-Şir­vaninin tək ya­zıçı kimi deyil, şair kimi də bacarığına dəlalət edir. Çox gü­man ki, bu əsərə müəllifin öz şeirləri də salınmışdır. Təsadüfi deyil ki, Şeyxin müasiri olan Məhəmməd Sadiqxan Əxtər özünün “Afitabe-aləmtab” əsərində ədibin Novruzla bağlı bir şeirindən qısa parça verir (9, səh. 143):



Novruz yeli əsdi, dünyanı cavanlatdı,

Bağda çiçəkləri çıraq kimi parlatdı.

Gözəl yaz fəslində bülbüllərin nəğməsi,

Dilbərə çatmaqçün bizdə həvəs oyatdı...

(tərcümə edən: İsmayıl Şəms)

Şeyx Əhməd əş-Şirvani ilə bağlı apardığım ilkin araşdır­malar onun pedaqoq, mütərcim, naşir, yazıçı və şair kimi zən­gin və çoxşaxəli ya­radıcılığa sahib tükənməz istedad olduğuna dəlalət edir. Qeyd edim ki, yuxarıda sadalananlardan ziyadə ədib şərhçi və redaktor kimi də fəaliy­yət göstərmişdir. Onun redaktə etdiyi əsərlər içərisində “1001 gecə” nağılları ilə ya­naşı, “Töhfətü-l-kəsir” (müəllifi Şirvanlı Mah­mud), “Tərix Ti­mur” (müəllifi İbn Ərəbşah) (32, səh. 398), “Qamusu Firuzi­ba­di”, Mütənəbbi divanı, İxvani-Səfa, Kəab ibn Züheyrin “Bənət Suəd” qə­si­də­sinin şərhi və s. göstərmək olar. Şeyx əş-Şirvani şərhində olan bu əsər­­lərin çoxu bir neçə nüsxədə çoxaldılmış və hazırda Avropa və Ame­rikanın nüfuzlu kitab­xa­nalarda qorunub saxlanılır (bax: 26; 27; 28; 29).

Qeyd edim ki, tədqiqata cəlb etdiyimiz mənbələrdə Şeyx Əhmədin redaktoru olduğu “1001 gecə” nağılları iə bağlı çox sayda maraqlı mə­lu­matlara rast gəldim. İngilis tədqiqatçı­ları­nın dediyinə görə Avropanın Şərq mədəniyyətinə duyduğu hədsiz maraqdan dolayı “1001 gecə” nağıllarının ilk çap mət­ni­nin hazırlanması qərara alınmışdır ki, bu da Şərqi Hindistan Təşkilatının (East-India) himayəsi altında Fort Viliam kolle­cin­də Şeyx Əhməd əş-Şirvaninin rəhbərliyi altında həyata ke­çi­ril­mişdir (30, səh. 222; 35, c. 3, səh. 4). Şərq mədəniyyətinə dair bir sıra əsərlərin tərcümə və nəşr edilməsi Britaniya hökumətinin Hindistanda həyata keçirdiyi siyasətin əsasında dururdu. 1814-18-ci illərdə 2 cilddə bu­raxılmış Kəlküt nəşrinə 200 hekayə daxil edilmişdir. Ümumilikdə, əsərin ərəbcə 4 çap versiyası hazırlanmışdır: Kəlküt I (1814-18), Bres­lau (1824-43), Bulaq (1835) və Kəlküt II (1839-42) (bax: 31). Bu 4 mən­­bə sonrakı tərcümələr üçün əsas olmuşdur.

Əsərin müqəddiməsində Şeyx Əhməd orijinalın primitiv və qaba bir dillə yazıldığını və müəllifinin tanınmayan Suriyalı ərəb oldğunu etiraf edir. Əsərdən anlaşdığı kimi o, orijinalın dilinə xeyli dəyişikliklər et­miş, əsəri üslub baxımından daha gözəl, məzəli və bəlağətli, bədii dil cə­hətdən daha mükəmməl tərtib etmişdir (33, səh. 68-69) Şeyx Əh­mədin etdiyi digər bir dəyişiklik hekayələrin məzmununa uygun olaraq, onlara baş­lıq­lar qoyması və “1001 gecə” nağıllarına aid olmayan bəzi hekayələri də buraya əlavə etməklə, nəsihətamiz yönlü geniş metodik vəsait hazırlaması olmuşdur (34). Təəssüf ki, bu nüs­xə natamam ol­muşdur.

Yekun olaraq qeyd edim ki, yuxarıda səsləndirilən bütün fikirlər dövrünün nüfuzlu şəxsiyyəti və ziyalısı olaraq tanınan Əhməd ibn Məhəmməd əş-Şirvani haqqında ilkin araşdırma­ları­mın nəticəsi olub, geniş tədqiqata ehtiyac duyur. Azərbay­can əsilli müəllifləri tanıtdırmaq və onların yaradıcılığını təd­qiq etmək alim və tədqiqatçılarımızın qar­şısında duran ən üm­də vəzifələrdən biri olub, dövlətçilik maraqlarımıza xidmət edir. Azərbaycan mədəniyyətinin sərhədləri tək Azərbaycanla məhdudlaşmır. Bu mədəniyyət tək bizim şanlı keçmişimi, milli-mədəni tariximiz deyil, həm də zəngin adətləri və dərin kökləri olan gələcə­yi­mizdir. Keçmişimizə sahib çxaq ki, gələ­cə­yimizi sağlam zəminlər üzə­rində qura bilək!



Qaynaqlar:


  1. Malik Mahmudov. Ərəbcə yazmış Azərbaycanlı şair və ədiblər (VII – XII əsrlər), Bakı: Şərq-Qərb, 2006, 189 s.

  2. Sıralanma doğum tarixlərinə görə olub şərti xarakter daşı­yır.

  3. Azadə Musabəyli. Xarici ölkələrdəki Azərbaycan əlyaz­ma­la­­rı­nın toplu kataloqu, 3 cilddə. Bakı: Elm, 2012.

  4. http://solo.bodleian.ox.ac.uk/primo_library/libweb/action/

  5. http://www.archive.org/stream/acataloguelibra01compgoog/acataloguelibra01compgoog_djvu.txt

  6. http://ia600307.us.archive.org/29/items/catalogueofarabi03brit/catalogueofarabi03brit.pdf

  7. Əhməd ibn Məhəmməd əş-Şirvani. Nəfhətu-l-Yəmən. h.1304 (ərəbcə çap), 2043. IX-121 (534)

  8. Ənsari Şeyx Camal əd-Din. Şərh qasidə Kəab ibn Zuheyr. Б-47 5475, 1749 (1163).

  9. Məhəmmədəli Tərbiyət. Danişməndani-Azərbaycan (Gör­kəm­li elm və sənət adamları). Bakı: Azərbaycan Dövlət nəş­riyyatı, 1987.

  10. Thomas Roebuck. The Annals of the College of Fort William. Calcutta: Hindustani Press, 1819, 80 p.

http://books.google.az/books?id=EmoBAAAAQAAJ&printsec=frontcover&hl=ru&source=gbs_ge_summary_r&cad=0#v=onepage&q&f=false

  1. İntizar Husain. The garb of a storyteller / The Kashmir Monitor, September 2011

http://kashmirmonitor.org/09182011-ND-the-garb-of-a-storyteller-11599.aspx

  1. Halik Açıgöz. Türk dünyası edebiyatı. İstanbul: Yuluğ Tekin Dizgi, 1991.

  2. http://www.persianacademy.ir/UserFiles/File/Daneshname/da15.pdf

  3. Bəzi mənbələrin verdiyi məlumata görə Yəməndən olan ərəb mü­ha­cir­ləri əsasən Heydərabadda məskun olmuşdular; on­la­rın içərisində müx­təlif zümrənin nümayəndələri - hərbi qul­luq­çular, şair və yazıçılar var idi. Bax:

http://en.wikipedia.org/wiki/Hyderabadi_Muslims#Sherwani

  1. Seyyid Mohsun Əmin. Ə`yan əş-şiəti.

http://shiaonlinelibrary.com/%D8%A7%D9%84%D9%83%

  1. Moinuddin Aqeel. Commencement of Printing in the Muslim World: A View of Impact on Ulama at Early Phase of Islamic Moderate Trends // Kyoto Bulletin of Islamic Area Studies, 2-2 (March 2009), pp. 10-21 http://www.asafas.kyoto-u.ac.jp/kias/1st_period/contents/pdf/ kb2_2/04aqeel.pdf

  2. http://en.wikipedia.org/wiki/Fort_William_College

  3. Sanskrit dilinin ilk bilicilərindən olan Viliam Cons tək şərqşünas deyil, həm də ilk Anqlo-Hind şair idi. Onun himnləri məşhur idi.

  4. M.Winternitz. A history of Indian literature. In 3 v. Delhi: Motilal Banarsidass, 1996.

  5. Katharine Smith Diehl Seguin. College of Fort William., Texas. Retrieved 2007-02-19.

http://nationalarchives.nic.in/writereaddata/html_en_files/html/Pub_Sec_C.html

  1. Muhammad Zahiruddin Bilgirami. “Taqreez e Misbahul Hidayat” // Tehqeeq (Journal of Department of Urdu, Sidh University) // no. 7, 1993, pp. 161

  2. Ahmed bin Muhammad Shirwani al-Yamani. Nafhat al-Yaman, trans. in Urdu, Maulwi ‘Ali Asghar, Matba‘-i-Nizami, 1869.

  3. Muhammad Farooq. Objectification’ of Islam: A Study of Pakistani Madrassah Texts / Latest English Journal, N 2, pp.21

http://www.nihcr.edu.pk/Latest_English_Journal/2.%20Objectification%20of%20islam,%20M%20Farooq.pdf

  1. The Treasary of Oriental Manuscripts / Abu Reyhan Al-Biruni İnstitute of Orinetal Studies of the Academic of Sciences of the Republic of Uzbekistan, TashkentI 2012.

  2. http://unesdoc.unesco.org/images/0021/002173/217377e.pdf

  3. A Catalogue of the Persian Printed Books in the British Museum. Compiled by Edward Edwards M.A.

http://www.archive.org/details/catalogueofpersiOObrituoft

  1. http://www30.us.archive.org/stream/descriptivecatal00hukk/descriptivecatal00hukk_djvu.txt

  2. https://library.villanova.edu/Find/Summon/Record?id=FETCH- hathitrust_primary_oai_quod_lib_umich_edu_MIU01

  3. http://primocat.bl.uk/F/KH9S3ERV6Y65MPVJNXFEUFKVSXG3GS4256EYRBGMVD2N351243-03091?

  4. http://clio.cul.columbia.edu:7018/vwebv/holdingsInfo?bibId=8315981

  5. Footnotes of the Book of the Thousand Nights and One Night by John Payne.

http://www.wollamshram.ca/1001/Payne/tnon/p09_essay.htm

  1. http://www.arabiannightsbooks.com/background.do

  2. Şəhabəddin İbn Ərəbşahın müəllifi olduğu bu əsərin başqa adı “Əcaib əl-Məqdur”dur, 1818-ci ildə Şeyx Əhmədin redak­torluğu altında nəşr olunmuşdur. Bax: Mackenzie Collection: A Descriptive Catalogue of the Oriental Manuscripts and other articles illustrative of the literature history, statics and antiquities of the South India by Colin Mackenzie and Horace Hayman Wilson. Calcutta: (1828), 661 p.

http://www.lexic.us/definition-of/sherwani

  1. Zahid Numan Mahir. Roots of Oral Tradition in the Arabian Nights // An Application of oral performance theory to the story of the King of China`s Hunchback. December 2007. 116 p.

https://mospace.umsystem.edu/xmlui/bitstream/handle/10355/4943/research.pdf?sequence=3

  1. Antoine Galland. The Book of the Thousand Nights and One Night: Its history and character.

http://www.wollamshram.ca/1001/Payne/tnon/p09_essay.htm

  1. Richard Burton. Supplementary Nights in 3 volume&11 parts.

http://www.fullbooks.com/Supplemental-Nights-Volume-31.html

Həsənağa NƏCƏFOV

(Əlyazmalar İnstitutu)
Hafİz Hüseyn Kərbəlayİnİn təzkİrəsİ Məğrİbİ Təbrİzİ haqqında
Klassik irsin öyrənilməsində lazım olan məlumatlar ilkin qaynaq­lardan əldə edi­lir. Buraya ədib və şairlər, onların əsər­ləri haqqında ümu­mi və yığcam mə­lu­mat verən müxtəlif ədəbi təz­kirələr, toplular, şəxsiyyətlər barədə soraq kitabları, ta­rixə aid əsərlər və s. daxildir. Süfi şairlərin haqqında isə çoxsaylı təz­kirələr və baş­qa qaynaqlardan məlu­mat almaq mümkündür. Belə qaynaqların çeşidi müx­tə­lif olmaqla ya­naşı, burada top­lanan məlumatlar öz həcmi və əhəmiyyəti ba­xı­mın­dan da fərq­lənir. Bəzən isə ilkin qaynaqlarda yanlışlıqlar və qeyri-dəqiq mə­­lu­matlar da olur. Ona görə də araşdırıcılar ayrı-ayrı mən­bələrdən aldığı ma­te­rial­la­rı saf–çürük etməli, dəyərləndirməli və müqayisəli təhlil əsasında daha mötəbər mə­lumat verməli olurlar. Qeyd etmək lazımdır ki, ayrı-ayrı sənətkarların haq­qın­­da xüsusi araş­dırma aparmayan, ümumi ədəbiyyat tarixin­dən bəhs edən təd­qi­qat­çılar onlar ba­rədə yığcam məlumat ver­məklə kifayətlənir, yalnız əldə etdiyi tək-tək ilkin qaynaqlar əsasında ümumi fikir söyləyirlər. Ona görə də klassik ədib­lərin dövrü, həyatı və yaradıcılığını ayrıca elmi araşdırma mövzusu kimi qar­şı­ya qoyduqda, burada bütün qaynaqlar diqqət mərkə­zində da­yanır.

XV əsrdən başlayaraq yazılan müxtəlif qay­naq­larda – təz­ki­rə, cüng, tarixi mənbə, biblioq­ra­fi­ya, en­siklo­pediya və əl­yazma kata­loq­­­larında Mə­həm­məd Şirin Məğribi Təbrizi haqqında mü­­əy­yən məlumat ve­rilmiş, şeirlərindən nümunələr gös­tə­rilmişdir. Bunlardan başqa, İran, Türkiyə, Hin­distan, Orta Asi­ya, Avropa və Rusiya şərqşünasları Məğ­­ri­binin həyat və ya­radıcılığı haqqında çox qı­sa məlumat vermiş, şeirlərindən nü­mu­nələr gətirmişlər.



Məğribi Təbrizi haqqında məlumat ve­rən mən­bə­lər­dən növ­bəti əsər Hafiz Hüseyn Kərbəlayi ibn Kər­bəlayi ibn Dərviş Həsən Baba Fə­rəcinin «Rövzatül-cinan və cənnatül-cinan» ad­lı kitabıdır. Bu əsər üzə­rin­də xü­su­si dayanmaq lazımdır. Çünki bu qaynaq istər özün­dən əv­vəl­ki, istərsə də özün­dən son­ra yazılan təzkirə və digər qaynaqlarla mü­qa­yi­sə­də həm Məğ­ribi Təbrizi, həm də başqa şəxsiyyətlər haqqında daha ətraflı və da­ha mötəbər məlumatlarla zən­gindir. Əv­və­la, əsərin müəllifi haqqında bir neçə söz demək lazım gəlir. Belə ki, Azər­bayca­nın XVI əsr məş­hur sufi təriqə­ti­nə mən­sub olan bu alim və şair haq­qında heç bir mə­lu­mat gəlib bizə çatmamışdır. Müəllif Əmir Səfiyəddin Şah Müc­təba bin Əmir Bədrəddin Əhməd Laləvinin (h.892-983/­m.1486-1575) mü­rid­lər­in­dən olmuşdur. Onun təriqət silsiləsi Əmir Səfi­yəd­din vasitəsilə Əmir Seyyid Ab­dul­­lah Bərzeşa­ba­di­yə, Əmir Seyyid Əli Həmədani (vəf. h.786/m.1384) və Əlaüd­­­döv­­lə Simnani (h.659-736/m.1260-1335) vasi­tə­silə məş­­hur sufi Nəc­məd­din Küb­ra­ya (h.540-618/ m.1145-1221) çatır. Kitabı çapa ha­zır­­layan Cəfər Sultanül-Qur­­rai əsərin məziyyətlərindən bəhs edərkən qeyd edir ki, burada Təb­ri­zin gör­kəm­li me­marlıq abi­də­ləri, məscidləri, mə­bədləri, tarixi şəx­siyyətlər, məşhur şeyx­lər, ülə­ma­lar, şairlər, xət­tatlar, incəsənət xadimləri və s. haqqında geniş məlumat ve­­ril­­miş­dir. Əsərin mötəbərliyinə də­la­lət edən cə­hətlərdən bi­ri də budur ki, müəl­lif bu­­rada bəhs olunan şəxsiyyətlər haqqındakı mə­lu­mat­la­rı ixtiyarında olan mən­­­­bə­­lərdən başqa mürşid və müridlərindən, o cüm­lə­dən mür­­şidi Səfiyəddin Şah Müc­­təba, onun qardaşı Əmir Şiha­bəd­din Abdullah Laləvi (h.886-947/ m.1481-1540) və Sə­fi­yəddinin oğlu Əmir Xəlilullahın (vəf. h.955/ m.1548) dilin­dən, onlar isə ataları Əmir Bəd­rəddin Əh­məd Laləvidən (h.840-912/m.1436-1506) eşit­miş­lər (1, 9). Məğ­ribi Təbrizi haqqında bəhs olunan hissənin ilkin təh­­lili gös­tərir ki, müəl­lif onun haqqında olan məlumatları həm Caminin «Nə­fəhatül-üns», Sey­yid Mə­həm­məd Nurbəxşin «Sil­silətül-övliya» əsərlərindən, həm mür­şi­di Əmir Sə­fi­yəddin, həm də onun atası Əmir Bəd­­rəddinin qeyd­ və söhbətlərindən gö­tür­müş­dür. İndi isə həmin məlumatların təhlilinə keçmək lazım gəlir. Yuxarıda gös­tə­ri­lən məlu­mat­dan aydınla­şır ki, Məğribinin adı müəl­lif tərə­fin­dən Mövlana Mə­həm­məd Şirin əl-müştəhər bil-Məğribi, mən­şə və doğulduğu yer isə Təbrizin Ru­də­qat ma­ha­lının Ən­bənd (Əm­mənd) kəndi göstərilmişdir. Kərbə­la­yi Hüseyn şairi «qüd­­və­­tül-ari­fin» (ariflərin rəhbəri) və «züb­dətül-vasilin» (ən yax­şı­ların cövhəri) kimi epi­­tet­lər­lə ad­landırmışdır. Müəllif bu arif şairə qiy­mət verərkən qeyd edir ki, onun fə­zilət və ka­ma­lının zahiri və mənə­vi zən­gin­liyi məş­riq və məğribi bürü­müş­dür. O, zahiri və ba­tini elm­­lərə yiyə­lənmiş, lətif şeirlər və qiymətli əsərlər ya­rat­mış­dır. Kər­bəlayi Hüseynin verdiyi məlumatdan bəlli olur ki, şair təh­silini Təb­rizdə məş­hur şeyxlərin və alimlərin ya­nın­da almış, tə­səvvüfün seyr və sülu­kundan (mürşidin rəhbərliyi altında keçirilən təri­qət mərhələləri) də bəh­rə­­lən­miş­dir. Müəllif tə­rəfindən Məğ­ribi Təbrizinin aşağıdakı əsər­­lərinin adı çə­ki­lir:

1. Divan. 2. «Əsrari-Fatihə» («Fatihənin sirləri»). 3. «Cami-cahan­nü­ma» 4. «Dü­rə­rül-fərid fi mərifətit-tövhid» («Tövhidi ta­­nı­­maq­da ye­ga­nə dürr»). 5. «Nüz­hətüs-Sasaniyyə» («Sasani­lər hərəkatı») və s. (1, c.1, 67).

Kərbəlayi Hüseyn Seyyid Nur­­bəx­şin «Silsilətül-övliya» əsə­rinə istinad edərək gös­tə­rir ki, Mə­həmməd Şirin Məğribi Təbrizi böyük övliyalar­dan olmuş, tövhid həqi­qət­lə­­rinə yi­yə­lənmiş, təsəvvüfün kəşf və şühud (daxili işıq­lanma və mistik hal) an­lam­­­ların­dan bəhrələnərək bu möv­­zuda əsərlər yaz­mış­dır. Onun təsəvvüf və töv­hid möv­zu­sun­da yazdığı şeirləri incə mət­ləblərdən soraq verir. Həmin əsərə əsas­la­nan Kər­bəlayi Hü­seyn Təbrizi Məğribinin şeirlərini hirzi-can (canın til­simi) və tə­vizi-rə­van (ruhu əvəz edən) adlan­dır­mışdır. Məğ­ribinin təsəvvüf yoluna düş­mə­sindən bəhs edən bu qaynaq onun Şeyx İsmayıl Sisinin müridi olması, Məğrib di­ya­rına səfəri və İbn Ərəbi təriqətinə mə­n­sub olan bir şey­xin əlindən xirqə geyməsi haqqında mə­lumat verir.

Bəlli olduğu kimi, təsəvvüfün təşkilatlanma prosesində təri­qət­lər və silsilə önəm­li yer tutur. Bu prosesdə böyük təriqətlər çoxlu şöbə və şa­xə­lərə də ayrılır. Adə­tən, silsilə dedikdə bu və ya digər təriqətə mənsub olan sufilər öz şəcərə sil­si­lə­sini Həz­rəti-Məhəmmədə (s.ə.) (570-632) bağlayırlar. Əsərin dəyərli cə­hətlərin­dən biri də Məğribi Təb­ri­zinin təri­qət silsiləsinin Kər­­bəlayı Hüseyn tərəfindən müəy­yən­ləş­dirilməsidir. O, Əmir Səfi­yəd­­di­nin öz əlilə yazdığı qeydə əsaslanaraq şai­rin mənsub olduğu tə­ri­qət silsi­lə­sini tam ardıcıllıqla aşağıdakı kimi açıq­lamış­dır:

1. Şirin adı ilə məş­hur olan Məhəmməd ibn İzzəddin ibn Adil ibn Yusif Təb­rizi elm və təlqini Şeyx Bə­haəd­din əl-Hə­mədani, o isə öz növbəsində Şeyx Qüt­­bəddinin atası və ustadı Şeyx Ziyaəddindən, o da İzzəddin Tavusi­dən, o, Şeyx Sədəd­din əl-Həməvi əl-Cüveyni, o, Şeyx Nəcməddin Əhməd əl-Küb­ra, o, Şeyx İmar Yasir əl-Bidli­si, o, Şeyx Əbin-Nəcib (Əb­dül­qa­hir) əs-Söhrəvərdi, o, Şeyx Əhməd əl-Qəzali, o, Şeyx Əbi Əli əl-Katib, o, Şeyx Əbi Əli ər-Rudbari, o, Şeyx Cüneyd əl-Bağ­dadi, o, Sirri Səqtadan, o, Şeyx əl-Kərki, o, imam Əli ibn Mu­­­sa ər-Riza (ə), o, atası Musa əl-Kazimdən(ə), o, atası Cəfər Sadiq­dən (ə), o, atası Mə­­­­həmməd əl-Baqir (ə), o, atası Zeynalabidin­dən (ə), o, Hüseyni-Şəhiddən (ə), o, ata­sı Əli ibn Əbi Talibdən (ə), o da Rəsulallah Mə­həmməd ibn Abdullah­dan (s.ə.) əxz et­miş­dir.

Mövcud təzkirə və tarixi mənbələrdə Şeyx Bəhaəddin Hə­mə­dani haqqında heç bir məlumat yoxdur.

2. Həmçinin Qütbəddin Əbil-övliya Şeyx Mühyəddin əl-Ərə­­bi, o isə Əbil-Ab­­­basdan, o da öz növbəsində Əbil-Həsən Əli ibn Əbd ibn Came, o da Xızr Əli­dən bəh­rə­lən­mişdir.

Kərbəlayi Hüseyn Təbrizinin Məğribinin Mühyəddin ibn Ərəbinin müridi ol­­­ması haqqındakı qeydi isə tarixi gerçəkliyə uyğun deyildir. Caminin yazdığı kimi şairin h.809/m.1407-ci ildə 60 yaşında vəfat etməsini nəzərə alsaq, Məğri­binin doğum ta­ri­xi­nin h.750/m.1350-ci ilə təsadüf etdiyini təxmin etmək olar. İbn Ərəbi isə h.637/­m.1240-cı ildə vəfat etmişdir.

3. Həmçinin Şirin adı ilə məşhur olan Şeyx Məhəm­məd Şeyx Sədəddindən, o, atası Mahmud əz-Zəfərani­dən, o, Əli ibn Əbi­bəkr əs-Sivasi, o, Şeyx Sədrəddin əl-Qunyəvi, o, Şeyx Mühyəddin Ələvi, o, Şeyx Əvhədəddin (Hamid) əl-Kirmani, o da Şeyx Rüknəddin əs-Səcaci, o da Şeyx Qütbəddin (Əhməd) əl-Əbhəri, o da Əbin-Nəcib əs-Söh­rəvərdidən öyrənmişdir.

Şeyx Sədəddinin dövrü və tərcümeyi-halı haqqında isə heç bir mən­bədə mə­lu­mat yoxdur. Kərbəlayi Hüseyn «Rövzatül-ci­nan» əsərinin I cildində Məğ­ri­bi­nin müridi Əbdürrəhim Xəl­vəti və onun ustadlarından bəhs edərkən Mövlana Sə­dəddin Təbrizinin adını çəkir. Məğribinin mürşidləri sırasında adı çə­ki­lən Şeyx Sədəddinin, Əbdürrəhim Xəlvəti Məşriqinin Təb­rizdə xəttat müəllimi olan Şeyx Sə­dəddinlə eyni şəxs olmasını təxmin etmək olar, çünki onların hər ikisi təbrizli ol­muşdur. Buna görə təsəvvür etmək olar ki, Məğribi Əbdürrəhim Xəlvə­tinin xət­tat müəllimi olan həmin Şeyx Sədəddindən xirqə alıb geymişdir (2, 14).

4. Həmçinin adı çəkilən Şeyx İsmayıl Sisidən, o, Şeyx Bür­ha­nəddin əs-Sa­ğər­çi, o, Şeyx Əlaüddovlə əs-Sim­na­ni, onların hər ikisi Bağdadi adı ilə məşhur olan Şeyx Nu­rəd­din Əbdür­rəh­man əl-Əsfərayini, o, Şeyx (Cəmaləddin) Əhməd əl-Cur­­­fani, o, Şeyx Rəziyəddin Əli əl-Lalə, o, Şeyx Məcdəddin Şərəf əl-Bağ­dadi, o, Şeyx Nəcməddin Əhməd əl-Kübradan əxz et­mişdir.

Kərbəlayi Hüseynin Məğribinin kübrəviyyə təriqətinə mən­sub olan İsmayıl Si­sinin müridi olması haqqında təzkirələrdə yetərincə məlumat vardır.

5. Həmçinin adı çəkilən Şeyx Əbdülmömin əs-Səravi­dən, o, İzzəddin ət-Ta­hir əs-Səravidən, o, Şeyx Mahmud əl-Məkki­dən, o, Şeyx Şi­ha­bəddin əs-Söh­rə­vər­di, o, Şeyx Əbin-Nəcib (Əb­dülqahir) əs-Söh­rəvərdidən (Allah onların ha­mı­sın­dan razı ol­sun) əxz etmişdir (3, 71).

Qaynaqlara görə, Məğribi bir neçə silsiləyə mənsubdur ki, bu da qəribə de­yil, çün­ki sufilər bir şeyxdən iradət xırqəsi aldıqda, başqa şeyxlərdən də təbərrük xır­qə­si ala bilmişlər (3, 327). Beləliklə, Məğribi bir yolla Sədəddin Həməvi (vəf. h.665/ m.1266)­, onun vasitəsi ilə Nəcməddin Kübra, başqa bir yolla Sədrəddin Konyəvi (vəf. h.671-673/m.1272-1276-ci illər arasında), onun vasitəsi ilə Şeyx Müh­yəddin ibn Ərəbi məktə­binə, Əvhədəddin Kirmani (h.673-739/m.1274-1338) vasitəsi ilə Əbu Nəcib Söhrəvərdi (h.490-563/m.1096-1167), nəhayət, Sisi və Şi­ha­bəddin Ömər Söhrəvərdiyə (h.539-632/m.1144-1234) mənsubdur. Əbdürrəhman Cami onu söhrəvərdiyyə təri­qətinə mənsub bilmişdir, yəni o, əsl xirqəsini Söh­rə­vər­di­dən al­mışdır, qalan xirqələr isə təbərrük xirqəsi sayılır. Məlum olduğu kimi, İs­ma­­­yıl Sisi onun əsas mürşidi olmuşdur. O isə kübrəviyyə təriqətinə mən­subdur. Bu təriqətin banisi Nəcməd­din Kübra özü də Əbu Nəcib Söhrəvərdinin şagirdi Ruz­­behan əl-Vəzzan əl-Misrinin (vəf.h.584/m.1188) yanında mistik təc­rü­bə keç­miş­­dir. O, sonra öz təriqətini yaratmışdır. Bu təriqətin qollarından biri əs-Sim­na­ni­­nin (vəf.736/m.1335) şagirdi Nu­rəd­din Əbdürrəhman Əsfəraini (vəf.h.712 /­ m.1312), o birisi isə Məhəmməd ibn Abdullah Nurbəxş tərəfindən yaradılmışdır (4, 55).

Sonra müəllifin Əmir Səfiyəddinin atası Əmir Bədrəd­di­nə is­nad edərək ver­di­yi məlumata görə Məğribinin bir şeyx və sufi kimi kəramətləri də olmuşdur. Onun həyatı ilə bağlı mü­əy­yən hadisələr, bəzən qəribəlik hiss olunan məqamlar da nə­zə­rə çarpır. Onu da qeyd etmək lazımdır ki, orta əsrlər sufi ənənə­­lə­rində bu sa­yaq qəribəliklər, kəra­mətlər, röyalara inam və s. adi bir hal kimi qəbul edi­lir­di. Fə­ridəddin Əttarın «Təz­ki­rə­tül-övli­ya» («Övliyalar haq­qın­da təzkirə») əsərində də ay­­rı-ayrı şeyxlər və su­filər haqqında bu cür maraqlı əh­va­latlar çoxdur. Məğ­ribi haq­qında bu kitab­da bəhs olunan maraqlı bir hadisəni qeyd et­mək lazım gə­lir. Çünki bu hadisədə müəyyən kəramət mə­qam­larına işarə olun­sa da, Məğri­bi­nin bir sufi şeyxi kimi nə də­rə­cədə ehtirama malik olması qə­naə­tinə gəl­mək olur. Baş­­qa bir tərəfdən şairin ölüm tarixi ilə həmin döv­rün tarixi ha­di­­sələri ara­sında eynizamanlılıq və uyğunluq da tarixi həqiqətdir.

Yenə də Əmir Səfiyəddinin dilindən nəql olunur ki, bir dəfə Məğribi bir məc­­­lisə dəvət olunmuş, içəri daxil olar­kən məclis­də­kilər ehtiram əlaməti olaraq aya­­ğa durmuş və ona təzim et­miş­lər. Lakin rəsmi din xadimlərindən biri cahi­l­lik­dən yerin­dən qalxmamış, şairə etinasızlıq göstər­miş­dir. Məğribi ondan so­ruş­muş­dur ki, nə üçün dərviş­lə­rin və fəqirlərin ehtiramını sax­­la­mır və ayağa qalx­mır­­san? O isə cavab vermişdir ki, qalx­mı­ram. Məğribi də öz növbəsində d­e­miş­dir ki, qalx­­ma. Məc­lis qurtaran­dan sonra həmin bəxtidönmüş adam ye­rin­dən qal­xa bi­l­mə­­miş, onu bir kilimə büküb çaşbaş salaraq başqa bir mən­zilə apar­mışlar (1, c.1, 71).

Ayrı-ayrı qaynaqlarda Məğribinin ölüm tarixi kimi müxtəlif illər gös­tərilir. Ca­mi (158, 400), Qiyasəddin Xandəmir (5, 177), Qüdrətullah Qopaməvi (6, 616), Rzaqulu xan Hidayət (7,134; 8, 30), Seyyid Nurülhəsən (9, 99), Şəm­­səd­din Sami (10, c.4, 2858; 10, c.6, 4347) şairin ölüm tarixini h.809 / m.1406-cı il, Kəmaləddin Hüseyn (11, 92), Seyyid Ra­qim (12, 140) h.807 / m.1404-cü il, Mə­həm­mədəli Tərbiyət (13, 353) və Mə­həm­mədəli Müdərris (14, 353) h.808/ m.1405-ci il, h.809/m.1406, hətta h.819/m.1416-cı il kimi tarixləri gös­tər­miş­lər. Şai­rin ölüm tarixinin də­qiq­ləşdirilməsində Kərbəlayi Hü­seynin əsərin­də verilən mə­­­­lu­mat daha çox diqqətəlayiqdir. Müəllif bu tarixi hə­min dövrün ic­timai-siyasi ha­di­sələri ilə əlaqələndirir. O gös­tə­rir ki, Miranşahın oğlu Mirzə Əbubəkr (öl.­ h.­811/m.1409) Qa­ra­qo­yunlu hökm­darı Qara Yusif (h.756-823/ m.1355-1420) tə­rə­fin­dən məğlubiy­yə­tə uğrayandan sonra yenidən qoşun toplayıb Təbrizə hücum et­­mişdir. Miranşah Qa­ra Yusifi məğlub edən­dən sonra Təbriz­də kütləvi qırğın tö­­rədəcəyini və şə­hə­ri yerlə-yeksan edəcəyini söy­ləmişdi. Həmin dövrdə Təbrizdə taun xəstəliyi də ya­yıl­mış­dı. Miranşahın bu niy­yə­tindən təşvişə düşən Təbriz ca­maa­tı Məğribinin ya­nına tələsmiş və xalqın dərdini ona bildir­mişlər. Şair onların iz­ti­ra­bı­nı görərək təs­kinlik vermiş, səbrli olmağı və qəlb­lərini Haq­qa bağlamağı töv­siyə etmişdir. Bir saat keçən­dən sonra isə Məğ­ribi onlara cavab verərək de­miş­­dir: «Mən Tanrı dər­gahına üz tutdum, hadisəni danışdım. Bu bə­lanın dəf olun­­­ması üçün qur­ban­lıq tələb etdilər. Mən özü­mü qurban et­dim. Sabah mən bu dün­y­adan kö­çə­cə­­yəm. Məni Surxabda Baba Məzidin qəbri ya­nında dəfn edər­si­niz. Oradan qa­yı­dar­kən Miranşahın oğlu Mirzə Əbubəkrin qoşun­la­rı­nın dar­ma­dağın edi­lə­rək pə­rən-pə­rən olduqlarının şahidi olarsınız» (1, c.1, 73).

Əlbəttə, təbrizlilərin məhz Məğribiyə müraciət etmələri, onun bir övliya ki­mi nə qədər böyük kəramət və inam sa­hibi ol­­du­ğunu göstərir. Həqiqətən də, ha­di­sə­lər elə cərə­yan edir ki, Əmir Qara Yusif, Əmir Bəstam Cagir və Azər­bay­ca­nın baş­qa igid sərdarları ilə birlikdə Miran­şah və oğlu Əbubəkrin qoşun­la­rını dö­yüş­də məğlubiyyətə uğra­dır­lar. Kərbəlayi Hüseynin yazdığına görə, həmin dö­yüş və Mi­ranşahın öldü­rülməsi hicri 809/m.1407-cı ilin sonu, h.810/m.1408-ci ilin əv­vəl­lə­rinə təsa­düf edir. Tarixi mənbə­lə­rin göstərdiyinə görə Qara Yusiflə Mi­ran­­şah ara­sındakı döyüş hicri 810-cu il zilqədə ayının 4-də Təbriz ya­xınlığın­dakı Sər­d­rud çayı sahilində baş vermişdir ki, bu da miladi ta­rixlə 21 aprel 1408-ci ilə tə­sa­dü­f edir (15, 134). Elə Məğribi də həmin ərə­fədə vəfat et­miş­dir. Məğribinin mü­rid­lərindən olan Xacə Əbdür­rə­him Xəl­vəti (vəf.h.859/m.1454) şairin vəfat ta­ri­xi­ni aşağıdakı mad­deyi-tarixlə (xro­noqramma) h.810/m.1408-ci il göstər­miş­dir:

ﭽون مغربى از ﻤﺸﺭﻕ تن رفت به مغرب

در جنت فردوس بديدم كه به سير است

ﭙرسيد مش از عاقبت و سال وفاتش

(1, c.1, 75) خندان و خرامان شد و ﮔفتا كه «خير» است


(Məğribi can məşriqindən məğribə köçən kimi

Cənnət bağında seyr etdiyini gördüm.

Aqibətini və vəfat tarixini soruşdum,

Güldü, sevindi, buyurdu ki, «xeyrdir»).

Yuxarıdakı şeirin sonuncu misrasındakı «xeyr» sözü əbcəd hesabı ilə h.810 / m.1408-ci ilə bərabərdir. Beləliklə, Məğri­bi­nin vəfat tari­xi­ hicri 810-cu ilin əv­vəl­lə­­rinə təsadüf olunur ki, bu da miladi tarixlə 1408-ci ilə bərabərdir. Qay­naq­la­rın ək­səriyyəti Camiyə isnad edərək şairin 60 il ömür sürdüyünü gös­tərmişlər. Bu he­sab­la onun do­ğum tarixi h.750/m.1350-ci ilə təsadüf edir. Kərbəlayi Hü­seyn Məğ­­ribi Təbrizi haqqında verdiyi son də­­rə­­cə qiymətli mə­lu­matlarını şairin üç qə­zə­­lin­dən (2 fars, 1 ərəb) nümunə gətirməklə tamam­la­yır (1, c.1, 75). Müəl­li­fin əsə­rinin ayrı-ayrı səhifələrində başqa şeyxlər, sufi­lər və şəx­siy­yət­­lər haqqında mə­­lu­mat verilərkən Məğ­ri­bi Təbri­zi ilə bağlı maraqlı məqam­lara rast gəlmək olur ki, bunların içə­risində onun həyatı və şəxsiyyətini açıqla­yan cə­hət­ləri qeyd et­mək ye­­rinə düşər. Məsələn: Kərbə­la­yi Hü­seyn Məğribinin müasir­lə­rindən biri olan şey­xülis­lam Mövlana Kəma­ləddin Əb­dül­qadir Naxçıvaninin (vəf.h.801/ m.1398) və­fatı haqqında bəhs edər­kən göstərir ki, Məğ­ribi ona eh­ti­ram əlaməti ola­raq yas məc­lisi qurmuş və ehsan vermişdir (1, c.1, 60). Məlum ol­­duğu kimi Məğribi bir su­fi şeyxi mərtəbəsinə yük­səl­miş və onun özü­nün də müridləri ol­muş­dur. Məğri­bi­­nin mü­rid­lərindən biri onun ölümünün maddeyi-tari­xi­ni verən Xa­cə Əb­dür­rə­him Xəlvətidir. Maraqlıdır ki, Xəl­və­ti­nin atası Şəm­səd­din Mə­həm­məd (vəf. h.812 / m.1409) də onun müridlərindən ol­­muş­­dur. Müəl­lif göstərir ki, Xəl­vəti həm ata­sından, həm də Məğribi­dən fay­da­lan­mışdır (1, c.1, 83). Kərbə­layi Hüseynin sözü gedən təzkirə­sində daha bir maraqlı məsələ diqqəti cəlb edir. Kərbəlayi Hü­seyn gös­tərir ki, Əb­dül­həy h.825/­m.1421-ci il­də Qara Yu­si­fin oğlu İskəndərin (öl. h.841 / m.1437) səltə­nə­­tinin əv­vəl­lərində vəfat etmiş və Məğribinin məzarının ya­nında dəfn olun­­muşdur. Məğ­ri­bi onu öz öv­ladı adlan­dır­ırmış (1, c.1, 85). Əsə­rin başqa bir yerində isə Əmir Bədrəddin La­ləvi­nin öz əli ilə yazılmış qeyd­lər­də ayrı-ayrı şəxsiyyətlərin do­ğul­du­ğu yerlərin ad­ları qeyd olunmuşdur ki, bu­ra­da Məğribinin Ən­­bənd kən­din­dən olduğu təs­diq­lənir (1, c.1, 272). Əsərin bir yerin­də isə görkəmli Azər­baycan şairi Əs­sar Təbri­zi­­nin Şeyx Kamal Xo­cəndi və Möv­lana Məhəmməd Məğribi ilə müa­sir və həm­söh­bət olması gös­tə­rilmişdir (1, c.1, 361).

Məğribi ilə əlaqədar daha bir şəxsiyyətin bu əsərdə xatır­lan­ması diqqəti cəlb edir. Bu, Mövlana Əbu Mə­həm­məd Nurəd­din Əbdür­rəhim əl-Bəz­za­zi­ni­dir. Kər­bəlayi Hüseyn göstərir ki, o, Ziyaəddin Bəzzazini­nin oğlu və Məğ­ri­bi­nin müridi ol­muş­dur. Onun yazdığı bir qeyd­də Məğ­ribininin epitetləri belə sa­da­­la­­nır: Əbu Abdullah Mə­həmməd ibn «əş-şeyxül-abidün-nasi­küz-zahid» («mömin şeyx, din­dar zahid») Şeyx İzzəddin ibn Adil ibn Yusif ət-Təbrizi müvət­tə­nən, əl-Məğ­­­­ribi məz­həbən, əl-müştəhər bi Mövlana Məhəmməd Şirin. Həmin qeyd­dən bəl­­­li olur ki, Məğribinin atası İzzəddin şeyx olmuş, «əş-şeyxül-abidün-na­si­küz-zahid» ad­lan­dırıl­mış­dır (1, c.1, 336). Bu məsələyə toxunan müasir İran alimi Əb­­­­dül­hüseyn Zərrinkub Məğribinin atasının onun təlim-tərbiyə­sin­də rolu ol­du­ğu­­­nu qeyd et­miş­dir (16, 151). Nurəddin Əbdür­rə­him Məğ­ribiyə qarşı son dərəcə sə­mimi ol­muş və öz mürşidi Məğ­ri­biyə olan iradətini ifa­də etmək üçün bir dəfə Təb­­rizdə ya­­şa­dığı Bəttalabad küçəsindən Məğribinin yaşadığı Ətku kü­­çə­si­nə­dək mayallaq aşa-aşa get­miş­dir (1, c.1, 336). Bu qeyd­də hətta şairin Təbrizdə ya­şa­dı­ğı kü­çənin də adı çəkilmişdir. Kərbəlayi Hüseyn «Rövzatül-cinan» əsərinin II cil­din­də də Məğribi ilə bağ­lı bəzi məqamlara toxunur, onun mürid­lərindən Xacə Müin, Xacə Məşayix Bə­ni­si və həmçinin Şeyx İsmayıl Si­sinin də müridlərinin ad­la­rını çək­miş­dir (1, c.2, 48). Kərbəlayi Hü­seynin sözü gedən əsərindən sonra ya­zı­­­lan mən­bə­lərdə, demək olar ki, Məğribi haqqında olduqca qısa və əvvəlki mənbələri təkrar edən mə­lu­mat­­lar verilmişdir.


ƏDƏBİYYAT:


  1. Hafiz Hüseynş. Rövzatül-cinan və cənnatül-cinan. Tehran, 1344.

  2. Leonard Luiza. Divani Məhəmməd Şirin Məğribi. Tehran-London 1372-1993

  3. Qasım Qəni. Tarixi təsəvvüf dər İslam. Tehran 1322.

  4. Triminqem F.S. Sufiyskie ordenı v islame. Moskva, 1989.

  5. Mir Qiyasətdin Xandəmir. Həbibəsyər. Əİ şifr: B-2564.

  6. Qüdətullah Qopaməvi. Nətayücül-əfkar. Bombey 1336.

  7. Rzaqulu xan Hidayət. Riyazül-arifin. Tehran, 1333

  8. Rzaqulu xan Hidayət. Məcməül-fusəha. Tehran, 1295

  9. Seyyid Nurulhəsən. Nigaristani-Süxən. Kəlküttə, 1293.

  10. Şəmsəddin Sami. Qamusül-elan. İstambul, 1311.

  11. Kəmalətdin Hüseyn. Məcalüsül-üşşaq. Hindistan, 1271.

  12. Seyid Raqim. Tarixi-Raqim. Əİ şifr: 293

  13. Məhəmmədəli Tərbiyyət. Danişməndani-Azərbayca. Bakı, 1987.

  14. Məhəmmədəli Müdərris. Reyhanətül-ədəb. Tehran, 1369.

  15. İsmayılov M. Azərbaycan tarixi. Bakı, 1992.

  16. Əbdülhüseyn Zərrinkub. Dünbaleyi-cüssucu dər təsəvvüf. Tehran, 1362.


Nəzakət Məmmədlİ

(Əlyazmalar İnstitutu)


Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin