Xixəsrin ortalarında İngiltərədə fabrik və zavodlar bütün sənaye sahələrində üstünlük təşkil edirdilər.İngiltərə burjuaziyasının dünya bazarlarında rəqibi yox idi. O dövrdə maşınları yalnız İngiltərə ixrac edirdi



Yüklə 453,5 Kb.
səhifə2/3
tarix01.01.2022
ölçüsü453,5 Kb.
#104206
1   2   3
Birinci Dünya müharibəsi.

Plan: 1 I Dünya müharibəsinin səbəbləri və başlanması

2.Müharibənin gedişi.

3.Müharibənin son mərhələsi və nəticələləri.

1. Kapitalizmin inkişafı ilə laqədar iri dövlət və iri hərbi-siyasi bloklar arasında

ziddiyyətlərin kəskinləşməsi; 2. Dünyanı yenidən bölüşdürmək uğrunda mübarizə idi.Müharibənin başlanmasına sabab Almaniya və Avstriya-Macarıstan imperiyaları olmuşdu. XX əsrin əvvəllərində Almaniya ilə İngiltərə-Fransa-Rusiya arasında ziddiyyətlər daha da gərginləşdi. Müharibənin başlanması üçün bəhanə 1914-cü il iyunun 28-də Avstriya-Macarıstan taxt-tacının vəliəhdi Frans-Ferdinandın serb millətçisi Qavrila Prinsip tərəfindən öldürülməsi oldu. 1914-cü il iyulun 28-də Avstriya-Macarıstan Serbiyaya müharibə elan etdi. Serbiyanı müdafiə edən Rusiya dərhal qismən səfərbərliyə başladı. Bundan istifadə edən Almaniya avqustun 1-də Rusiyaya qarşı müharibəyə başladı. Avqustun 3-də Almaniya Fransaya müharibə elan etdi. Avqustun 4-də Almaniya müharibə elan etmədən Belçikaya daxil oldu. Həmin gün İngiltərə hökuməti Belçikanı müdafiə etmək bahanəsi ilə Almaniyaya qarşı müharibəyə qoşuldu. Avqustun 23-də Yaponiya Almaniyaya müharibə elan etdi. Lakin Avropaya qoşun göndərmədi. O, Almaniyanın Uzaq Şərqdəki torpaqlarını tutmağa və Çini itaət altına almağa başladı. Oktyabr ayında Osmanlı dövləti “Üçlər ittifaqı” tərəfindən müharibəyə qoşuldu. Buna cavab olaraq oktyabrda İngiltərə, Fransa, Rusiya Osmanlı imperiyasına müharibəyə başladılar. 38 dövlətin qoşulduğu dünya müharibəsi hər iki tərəfdən ədalətsiz, işğalçılıq müharibəsi idi.

Müharibənin əvvəllərində Avropada 3 cəbhə yaranmışdı: Qərb (Şimal dənizindən İsveçrəyə qədər), Şərq (Baltik dənizindən Rumıniyayadək), Balkan cəbhələri, sonralar yaranmış 4-cü Qafqaz cəbhəsində Rusiya və Osmanlı dövlətləri vuruşurdu. Almaniyanın hücum əməliyyatı “İldırımsürətli müharibə” və 2 cəbhədə müharibə aparmağın mümkünlüyünü nəzərdə tutan “Şliffen planı” əsasında başladı. Rusiya müttəfiqlərinə kömək məqsədi ilə 1914-cü il avqustun 7-də Şərqi Prusiyaya 2 ordu yeritdi. Rus qoşunlarını dayandırmaq üçün Almaniya daha 6 korpusunu Fransadan çıxarmalı oldu. Fransa təhlükədən xilas oldu. Dənizlərdə Almaniya Britaniyaya qarşı Kreyser müharibəsi aparırdı. 1914-cü il sentyabrın 6-12-də Marna çayı sahilində ingilis-fransız qoşunu almanların hücumunun qarşısını alıb, onu geri oturtdu. Onların hücumlarının qarşısı almanlar tərəfindən yalnız Ena çayı sahilində dayandırıldı. Beləliklə, Marna döyüşü nəticəsində Almaniyanın “İldırımsürətli müharibə” planı boşa çıxdı. Almaniya 2 cəbhədə müharibə aparmaq məcburiyyətində qaldılar. Manevr müharibəsi mövqe müharibəsinə çevrildi.

1915-ci ilin yazında Şərq cəbhəsi I dünya müharibəsinin mərkəzi cəbhəsinə çevrildi. 1915-ci ildə “Üçlər ittifaqı”nın əsas diqqəti Rumıniyanı müharibədən çıxarmağa yönəlmişdi. Qərb cəbhəsində elə bir dəyişiklik olmadı. Bu zaman Almaniya tarixdə ilk dəfə olaraq İngiltərəyə qarşı sualtı qayıqlardan istifadə etdi. Almaniyanın xəbərdarlıq etmədən mülki gəmiləri batırması bitərəf ölkələrin hiddətinə səbəb oldu. 1915-ci il Aprelin 22-də Almaniya ilk dəfə olaraq Belçika ərazisində zəhərli xlor qazından istifadə etdi. “Antanta” dövlətləri İtaliyaya bir sıra əraziləri vəd edərək onu öz tərəflərinə çəkdilər. 1915-ci ilin aprelində Londonda İngiltərə, Fransa, Rusiya, İtaliya arasında gizli razılaşma əldə edildi. İtaliya “Antanta”ya qoşuldu. 1915-ci ilin sentyabrında isə Avstriya-Almaniya-Osmanlı imperiyası və Bolqarıstandan ibarət “Dörtlər ittifaqı” meydana gəldi. Oktyabrda bolqar ordusu Serbiyanı, Avstriya-Macarıstan isə Çernoqoriyanı və Albaniyanı tutdu.

1916-cı ildə Rusiyanın müharibədən çıxarmağın mümkün olmadığını görən almanlar yenidən əsas diqqəti Fransaya yönəltdilər. 1916-cı il fevralın 21-də Verden vuruşması başladı. Almanlar fransızların güclü müqavimətinə rast gəldilər. Bu döyüşlərdə hər iki tərəfdən 1 milyona qədər adam məhv edilmişdi. Bu vuruşma tarixə “Verden qəssabxanası” adı ilə düşmüşdü, 6 ay davam edən döyüşlərdə almanlar cüzi torpaq sahəsi tuta bildilər. 1916-cı ilin iyulunda Somma çayı sahilindəki vuruşma çox şiddətli oldu. Bu ağır döyüşlər 5 aya qədər davam etmişdi. Hər iki tərəfdən ölən, yaralanan və əsir düşən olmuşdu. Nəticədə isə ingilis-fransız qoşunları elə bir ciddi uğur əldə edə bilməmişdilər. Somma döyüşündə ilk dəfə tanklardan istifadə olunmuşdu.

Q

afqaz cəbhəsində isə ruslar 1916-cı ilin fevralında Ərzurumu, yazında isə Trabzonu işğal etdilər. 1916-cı ilin avqustunda “Antanta” tərəfindən müharibəyə qoşulan Rumıniya ordusu Avstriya-Alman-Bolqar qoşunları tərəfindən məğlubiyyətə uğradıldı. 1916-cı ilin iyununda Yutlandiya sahillərində ingilis-alman hərbi donanmaları arasında tarixdə görünməmiş dəniz döyüşü baş verdi. döyüş tərəflərin heç biri üçün müsbət nəticələnmədi. Rəqiblər əvvəlki mövqelərinə qayıtdılar.



Müharibə hər iki hərbi bloka daxil olan ölkələrin hərbi və maddi ehtiyatlarını tükəndirmişdi. 1917-ci ildə müharibə edən ölkələrdə müharibə əleyhinə çıxışlar başlamışdı. Rusiyada 1917-ci il fevral ayında baş vermiş burjua-demokratik inqilabı nəticəsində monarxiya devrildi. Oktyabr ayında bolşeviklər dövlət çevrilişi edərək hakimiyyətə gəldilər. Bolşeviklər 1918-ci il martın 3-də Brest-Litovskidə Almaniya və onun müttəfiqləri ilə sülh müqaviləsi bağlayaraq Rusiyanı müharibədən çıxartdılar. Sülhə görə: 1. Rusiya cəbhə xəttinə qədərki əraziləri itirdi; 2. Qars, Ərdəhan, Batumi Osmanlı imperiyasına qaytarıldı; 3. Rusiya Ukraynanın müstəqilliyini tanıdı.

Rusiyanın müharibədən çıxması Almaniyanın vəziyyətini yüngülləşdirdi. Avropa dövlətlərinə çoxlu borc verdiyinə görə “Antanta”nın qələbəsini istəyən ABŞ narahat olmağa başladı. 1917-ci ilin aprelində ABŞ Almaniyaya müharibə elan etdi. 1918-ci ilin mayında Rumıniya “Dördlər ittifaqı” ilə sülh bağlayıb müharibədən çıxdı. ABŞ qüvvələrinin təcili köməyi ilə Marna sahilində Almaniyanın Paris istiqamətində hücumunun qarşısı alındı. Makedoniyada isə bolqarlar və türklər məğlub edildilər. Bolqarıstan müharibədən çıxdı. 1918-ci il oktyabrın 30-da Mudros barışığı imzalayan Osmanlı dövləti, noyabrın 3-də isə Avstriya-Macarıstan təslim oldu.

Almaniyada noyabrın 3-də inqilab başlandı. Noyabrın 9-da monarxiya devrildi və Almaniyada respublika yaradıldı. Noyabrın 11-də fransız marşalı Foşun Kompyen meşəsindəki vaqon-qərargahında Almaniya barışıq sazişi imzaladı. Bütün cəbhələrdə hərbi əməliyyatlar dayandırıldı. I Dünya müharibəsi başa çatdı. Almaniya, Avstriya-Macarıstan, Osmanlı imperiyası, Rusiya imperiyası dağıldı. Bu imperiyaların dağılması yeni müstəqil dövlətlərin meydana gəlməsi ilə nəticələndi. Müharibə ağır itkilərə səbəb oldu I Dünya müharibəsi həm də dünya müstəmləkə sisteminin böhranının başlanğıcı oldu. Döyüş cəbhələrində 10 mln. nəfərdən çox insan ölmüş, 20 mln. nəfər isə yaralanmışdı, 3,5 mln. insan isə şikəst olmuşdu.



Kataloq: wp-content -> uploads -> 2020
2020 -> Kiçik summativ qiymətləndirmə №-1
2020 -> Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1
2020 -> Pedaqogikanın ümumi əsasları Plan
2020 -> Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları
2020 -> Uşaq psixologiyası imtahan sualları Uşaq psixologiyası psixologiyanın sahəsi kimi
2020 -> Mühazirələr DƏDƏ qorqud" eposu azərbaycan türklərinin ulu babası oğuz türklərinin yaratdığı "
2020 -> Informatika fənninin predmeti. Informasiya nəzəriyyəsi və informasiya texnologiyaları. Informasiya ölçü vahidləri
2020 -> Kompüter avadanlıqlarının profilaktikası və texniki təmiri
2020 -> Grammar: Write about: “The Reciprocal Pronouns and their teaching methods” – “Qarşılıq əvəzliyi və onun tədrisi metodikası” haqqında yaz
2020 -> Azərbaycan Tarixi XIX xxi əsrin əvvəli

Yüklə 453,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə