ALLAHA DOĞRU
MİSBAH YƏZDİ
TƏRCÜMƏ EDƏN:
MƏHƏMMƏD AZƏRİ
Kitabın adı:.....................Allaha doğru
Müəllif:.............Doktor Misbah Yəzdi
Tərcümə edən:..............Məhəmməd Azəri
Nəşr edən:......................Barge Shaqayeq
Çap tarixi:........................................2004
Çap növbəsi:..............................Birinci
Tiraj:.................................................3000
Ön söz
“Ey arxayın olan kəs! Dön Rəbbinə! Sən Ondan, O da səndən razı olan halda. Daxil ol bəndələrimin zümrəsinə! Daxil ol Behiştimə!”1
Varlıq aləmində ən qəribə və ən maraqlı dastan «İnsan dastanı»dır. Allah-taala insana elə bir iste’dad əta edib ki, bunun vasitəsi ilə insan Allahın xəlifəsi və mələklərin məscudu olmaq məqamına yüksələ bilər. Allahın insanı «ən gözəl surətdə»2 yaratması və onun başına «kəramət tacı»3 qoyması Yaradan tərəfindən insana əta olunan ən böyük şərafətdir.
Təkamül yolunda insan Allah-təlaya yaxın məqama ucala bilir və Allah ona “ey arxayın olan kəs” deyə xitab edərək cənnət qapılarını onun üzünə açır. Amma həmin bu ali xilqət bə`zən süqut edərək ən alçaq varlığa çevrilir. O, bə`zən heyvan, hətta heyvandan da alçaq məqama enərək elə bir fəlakətə düçar olur ki, onun haqqında buyurulur: “Allah yanında yer üzündəki canlıların ən pisi düşünməyən karlar və lallardır.”4
Bəs həmin yüksəliş və süqutun sirri nədir? Necə olur ki vahid bir mövcud bir-birinə zidd olan iki yol ayrıcında dayanır? İnsanlıq pöhrəsini çiçəkləndirən, eyni zamanda yandırıb külə döndərən nədir? Əlinizdəki kitabda yuxarıdakı suallara cavab verməyə sə`y göstərilmişdir. Bu kitab fəzilət sahibi, fəqih tanınmış filosof həzrət Ayətullah Məhəmməd Təqi Misbah Yəzdinin əxlaq dərslərinin məcmusudur. Belə bir kitabın tərtibində bizə yardım göstərdiyi üçün Allaha şükr edirik. Bu işdə Məhəmməd Mehdi Nadirinin xüsusi fəaliyyəti olub. Bu kitabı çap etməklə kiçik də olsa İslama xidmət göstərib savab qazanacağımıza ümid edirik.
Naşir.
Dostları ilə paylaş: |