Xülasəsi Layihə haqqında ümumi məlumat: "Çox təəssüflə bildirməliyəm ki, Azərbaycanda kitab oxuyanların sayı minimum dərəcədədir"



Yüklə 26,31 Kb.
səhifə1/4
tarix03.01.2022
ölçüsü26,31 Kb.
#51339
növüXülasə
  1   2   3   4

SESLİ KİTAB.AZ ” Layihəsi

B Ö L M Ə I
Layihənin xülasəsi


  1. Layihə haqqında ümumi məlumat:

"Çox təəssüflə bildirməliyəm ki, Azərbaycanda kitab oxuyanların sayı minimum dərəcədədir"

Bu sözləri Yazıcılar Birliyində çıxış edən xalq yazıçısı Çingiz Abdullayev deyib. O bu göstəricilərin Hollandiyada 72%, Sankt-Peterburqda 59%, Gürcüstanda 32%, Ermənistanda 28% əhali kitab oxuduğu halda, Azərbaycanda isə cəmi 8% olduğunu bildirib.

Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə dünya ədəbiyyatınını nümunələri Azərbaycan dilinə tərcümə edilmişdir. Ancaq bu kimi tədbirlərə baxmayaraq oxuyan əhalinin sayı azdır. Bunun üçün ilk növbədə kitabların oxunması ilə əlaqədar təbliğat aparılmalıdır.

Layihənində əsas məqsədi Mədəni dəyərlərin təbliğində gənclərin rolunun artırılması üçün ilk növbədə kitabların rolunun insan həyatında artırılmasıdır.İrəli sürdüyümüz problemin həlli məqsədi ilə www.seslikitab.az internet resursunu təqdim edirik. Bu resurs yaradılarkən iş prinspipi bir neçə istiqamətdə qurulmuş olacaq:

Yaradılacaq Resursun quruluşu:


  • Ana səhifə

  • Haqqımızda

  • Səsli kitablar- Bu bölmədə Azərbaycan və Rus dillərində müxtəlif xüsusi intonasiya, həzn musiqi səsi altında səsləndirilmiş mp3 variantında bəddi ədəbiyyatlar olacaq.

  • Video resurs- Bu bölmədə isə azyaşlı uşaqlar üçün, 3DMAX proqramında hazırlanmış video nağıllar, hekayələr öz əksini tapacaq

  • Səsli və Dərslik - Bu bölmədə az tapılan dərslə bağlı kitabların səsləndirilmiş versiyası öz əksini tapacaq.

  • Canlı kitab-\Eyni zamanda www.flipsnackedu.com - FlipSnack Edu veb 2.0 alətində hazırlanmış canlı elektron kitablarda öz əksini tapacaq. Burda hazırlanan kitabların əsas üstünlüyü tələbə bu bölməyə daxil olduqda burda interaktiv video,səs elektron test tapşırığı və müəllim izahaı ilə qarşılaşır.




  1. Layihənin məqsədinin ətraflı şərhi;

Statistikaya görə, dünyada ən çox kitab oxuyanlar hindistanlılardır. Bu xalq kitab oxumağa həftənin demək olar ki, 11 saatını ayırır. O cümlədən başqa xalqların da kitab oxuma göstəricilərini diqqətinizə çatdırırıq:

1. Hindistan- həftədə 10,7 saat

2. Tayland - həftədə 9,4 saat

3. Çin- həftədə 8 saat

4. Filippin- həftədə 7,6 saat

5. Misir- həftədə 7,5 saat

6. Çexiya- həftədə 7,4 saat

7. Rusiya- həftədə 7,1 saat

8. İsveç- həftədə 6,9 saat

9. Fransa- həftədə 6,9 saat

10. Macarıstan- həftədə 6,8 saat

Ölkəmiz bu sırada olmasada layihəmizin əsas prioriteti kimi şəhərimizdə kitab oxuyanların sayının artırılması olacaqdır.

Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə dünya ədəbiyyatınını nümunələri Azərbaycan dilinə tərcümə edilmişdir. Ancaq bu kimi tədbirlərə baxmayaraq oxuyan əhalinin sayı azdır. Bunun üçün ilk növbədə kitabların oxunması ilə əlaqədar təbliğat aparılmalıdır.

Layihənində əsas məqsədi Mədəni dəyərlərin təbliğində gənclərin rolunun artırılması üçün ilk növbədə kitabların rolunun insan həyatında artırılmasıdır.

Layihə Cəlilabad şəhərində insanların daha sıx olduğu yerlərdə pulsuz kitab oxumaq və istirahət etmək üçün rəflərin qoyulmasından ibarət olacaqdır.

Məhz dünya ədəbiyyatından seçilmiş nümunələrin azərbaycan dilinə tərcüməsi layihənin işini asanlaşdıracaqdır.


  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin