Я.М.Бядялов
А.М.АЬАЙЕВ
С.Ж.Таьызадя
Д Ц Н Й А ИГТИСАДИЙЙАТЫ
Б А К Ы – 2 0 0 6
Giriş
Dünya ölkələri təbii, maddi, iqtisadi ehtiyatlarına görə biri-birindən fərqlənirlər. Bununla yanaşı, coğrafi mövqeyinə görə, iqlim şərtlərinə görə, əmək ehtiyatlarına görə biri-birini təkrarlamırlar. Dünyanın hər bir ölkəsində iqtisadi potensial müxtəlifdir və bu fərq daim nəzərə çarpacaq şəkildə inkişaf edir.
Dünya iqtisadiyyatının subyekti kimi ayrı-ayrı dövlətlərlə ərazi əmək bölgüsü və beynəlxalq əmək bölgüsü obyektiv zərurət kimi istehsal-təsərrüfat fəaliyyətini bir-birindən nə qədər ayırıb təcridləşdirsə də, onların qarşılıqlı asılılığını bir o qədər gücləndirir.
Bu baxımdan dünya ölkələrinin müstəqil iqtisadiyyatlarının öyrənilməsi zərurəti meydana gəlir. “Dünya İqtisadiyyatı”nın öyrənilməsi dünya ölkələrinin iqtisadiyyatının inkişaf xüsusiyyətləri, qlobal iqtisadi problemlərin məzmunu və həlli yolları, dünya iqtisadiyyatının müxtəlif səviyyələr üçün daha çox xarakterik olan iqtisadi inkişaf perspektivləri və ziddiyətləri haqqında lazımi biliklər əldə etməyə imkan yaradır.
Müasir dövrdə dövlətlərarası münasibətlərdə iqtisadiyyat başlıca rola malikdir. İqtisadiyyatın başlıca rola malik olması ilə əlaqədar olaraq dünya ölkələri haqqında iqtisadi biliklərin öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən milli iqtisadi sistemlərin dünya təsərrüfatı sisteminə qovuşması onun dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsi kimi fəaliyyət göstərməsini tələb edir.Bu baxımdan dünya iqtisadiyyatının müasir problemlərinin öyrənilməsinə böyük ehtiyac vardır. Dünya iqtisadiyyatının həm bu, həm də daha mürəkkəb və ziddiyətli inkişaf dinamikası haqqında elmi biliklər əldə etmək xüsusilə vacib məsələlərdəndir.
Təqdim olunan “dünya iqtisadiyyatı” fənni üzrə dərs vəsaiti məhz bu vəzifələrin yerinə yetirilməsini təmin etməklə tələbələrə dünya ölkələrinin iqtisadiyyatını özündə birləşdirən və beynəlxalq iqtisadi əlaqələrlə bir-birinə bağlı olan tam bir sistem kimi dünya iqtisadiyyatı haqqında nəzəri biliklər əldə etməyə kömək edəcəkdir.
Kitabda dünya iqtisadiyyatının mahiyyəti, yaranması və formalaşması, dünya iqtisadiyyatında istehsalın beynəlmiləlləşməsi, dünyada mövcud olan təbii ehtiyatlar, dünya maliyyə münasibətləri, ABŞ, Rusiya, Çin Xalq Respublikası, İnkişaf etmiş sənaye ölkələri, inkişaf etməkdə olan ölkələr, yeni sənaye olkələri, zəif inkişaf etmiş ölkələrin iqtisadiyyatı konkret şərh olunmuşdur. Kitabda həmçinin Azərbaycanın sosial-iqtisadi inkişaf dinamikası, aparıcı iqtisadi sahələrinin xüsusiyyətləri, ölkəmizin dünya təsərrüfatı sisteminə inteqrasiyası, dünya iqtisadiyyatında mövqeyi və gələcək perspektivləri də öz əksini tapmışdır.
Dostları ilə paylaş: |