Yaxınlaşma konsepsiyalari adlı dissertasiya işinə verilmiş



Yüklə 9,84 Kb.
tarix20.01.2017
ölçüsü9,84 Kb.
#830
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq institutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Aydın Əlizadənin Rəhimov Emilin “Müasir İslamda məzhəblərarası

yaxınlaşma konsepsiyalari” adlı dissertasiya işinə verilmiş


TƏNQİDİ RƏYİ
Dissertasiya işi İslamda çeşidli cərəyanlar və məktəblərin arasında olan tarixi ziddiyətlərə və onların çağdaş zamanımızda çözülməsi problemlərinə həsr olunmuşdur. İş fəlsəfə elmləri üzrə müdafiə edilmişdir. Lakin tədqiqatın məhz fəlsəfi məzmunda olması mübahisəlidir. Çünki dinşünaslıq bir fəlsəfi elm olaraq dinləri dünyavi baxımdam tədqiq edən elmdir. Bu işdə isə İslamın içində olan ehkam məsələləri haqqında bəhs edilir. Buna görə mövzu fəlsəfi deyil, ilahiyyat yönümlüdür.

Dissertasiyada araşdırılan problem aktualdır. Çünki yaşadığımız dünyada dini ekstremizm, müsəlman toplumlarının kəskin ziddiyətləri savaşlar və başqa bu kimi problemlərin səbəblərindən biri məhz dini ziddiyətlərdir. Lakin yeniliyinə dair şübhələr vardır, çünki bu mövzu hal-hazırda ərəb, iran, türk ilahiyyatçıları arasında çox araşdırılır. Bu sahədə kifayət qədər çox tədqiqatlar vardır.

İşin strukturu giriş, 2 fəsil, 7 paraqraf, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Giriş hissəsində müəllif işin aktuallığı, yeniliyi, işlənmə dərəcəsi, tətbiq edilmə dərəcəsindən bəhs etmişdir. Dissertasiyanın birinci bölümü “ İslamda fikir plüralizmi və başlica məzhəb fərqləri” adlanır. Burada müəllif məzhəblər asasındakı ehkam fərqləri, onların yaranmasının səbəbləri və başqa nəzəri məsələlərə toxunmuşdur. İkinci fəsil “Məzhəblərarasi yaxinlaşma prosesi” adlanır. Burada çeşidli müsəlman məktəblərinin ziddiyətlərinin həll edilməsinin yolları və perspektivləri haqqında bəhs edilmişdir. Müəllif çoxlu sayda kitab və tədqiqatlardan istifadə etmişdir, onları dissertasiyada əks etdirmişdir.

Dissertasiyanın üstün cəhəti həmdə onun sadə və anlaşılan dildə yazılmasıdır. Burada çoxlu maraqlı faktlar oz əksini tapmışdır.



Dissertasiyanın üstün cəhətləri ilə birlikdə tənqidi məqamları da vardır:

  1. İslamdan öncəki dinlərdə (yəhudi bə xrisrianlarda) olan ziddiyətlər haqqında dissertasiyada heç bir məlumat verilməmişdir. Onların İslamda gedən proseslərlə müqayisəsi verilməmişdir. Halbuki müsəlmanların arasında gedən bütün proseslər başqa dini icmalarda olanların məntiqi davamıdır. Bunu hətta İslamın ilk mənbələri də təsdiq edir. Bu səbəbdən araşdırılan problemlərin tarixi-fəlsəfi kökləri araşdırılmamış qalır və bu amil dolgun nəticələrin çıxarınmasını əngəlləşdirir.

  2. İşin planında bəzi paragrafların başlıqları suallar doğurur və qeyri-konkret ifadə olunmuşdur. Məsələn “Məzhəblərarası yaxınlaşma prosesində önəmli məsələlər” adlanan paraqrafın adında mücərrəd olan “önəmli məsələlər” sözlərinin əvəzinə o məsələklərin nə olduğu deyilməli idi. Elmi işlərdə bu cür mücərrəd ifadələr işlənmiş.

  3. Tədqiqatın yeniliyi tam olaraq sübuta yetirilməmişdir. Verilən müddəalar başqa müəlliflərin əsərlərində də vardır və müəllif bunu problemin işlənmə dərəcəsində etiraf etmişdir.

  4. Azərbaycan oxucusuna yönəlmiş dissertasiyada Azərbaycanda olan problemlərin tarixi, fəlsəfəsi və bu günü araşdırılmamışdır. Buna bir dənə də olsun paraqraf ayrılmamışdır. Halbuki bizim ölkədə məzhəblər arası problemlərin özəllikləri vardır və bu dissertasitada öz əksini tapmalı idi. Bu səbəbdən işin yeniliyi və aktuallığına da xələl yetirilmişdir.

  5. Dissertasiyanın məzmunu və nəticələrlə ziddiyətlər vardır. Məzmununda Azərbaycana aid olan tədqiqat aparılmamışdır. Lakun nədənsə nəticədə Azərbaycanla bağlı bəzi məqamlara toxunulmuşdur. Dissertasiyanın nəticəsi yalnış məzmunda aparılan tədqiqatların nəticəsini əhatə etməlidir. Başqa problemlər bura salına bilməz. Lakin təqdim edilən dissertasiyada bu məntiq pozulmuşdur.

  6. Nəticə hissəsi mücərrəd verilmiş müəllifin konkret olaraq hansı nəticələrə gəlməsi aydın şəkildə göstərilməmişdir. Bu bölüm daha çox nəticə deyil, da bir paraqrafa bənzəyir.

Yüklə 9,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin