Yaxşı oğlum, hələ yarım saatımız var, dostlarına məktub yaz və şam yeməyinə gedək, -anası Pakoya razılıq verdi



Yüklə 62 Kb.
tarix05.01.2022
ölçüsü62 Kb.
#111619

Parisdə ikinci gün də sona çatdı.Bu gün Pako həqiqətən də çoxlu mənzərələr gördü: Luvr, Parisin İlahi Ananın məbədini, Zəfər tağlarını, Versal sarayını, Elisey çöllərini.

Şam yeməyinə Pako və onun valideynləri fransız restoranına getməlidirlər. Çoxlu təəssüratlardan və emosiyalardan yorulmuş yaxşı şam yeməyi yedilər və Elisey çöllərinin gözəl restoranında dincəldilər.

- Ana, restorana gedənə qədər Toko və Takoya elektron məktub yazsam, olarmı? Parisdə bugünkü gün çox xoşuma gəldi, istəyirəm onlara da yazım bu əhvalatları, onlarla bölüşməsəm, rahat olammıram!

- Yaxşı oğlum, hələ yarım saatımız var, dostlarına məktub yaz və şam yeməyinə gedək, -anası Pakoya razılıq verdi.
(suraTi pako leptopTan e-mails wers)

„Toko və Tako, salam, necəsiniz, nə edirsiniz, necə dincəlirsiniz? Bir arzum var ki, tez gəlim və sizinlə birlikdə sizin gözəl kəndinizdə dincəlim. Amma gələnə qədər buradakı əhvalatları sizə danışmaq istəyirəm. Hər şey elə gözəl və maraqlıdır ki, yazmasam, olmaz…

Əvvəlcə fikirləşdim ki, ayrıca Tokoya yazım və ayrıca Takoya. Amma eyni sözləri yazmaq istəyirdim və buna görə də birlikdə yazmağı qərara aldım. Qısaca demək istəyirəm ki, çox yaxşı vaxt keçirirəm, Parisi çox bəyəndim, iki gündür Parisin diqqətəlayiq yerlərini gözdən keçirirəm. Bu gün Luvrda oldum, Zəfər Tağlarını və Versal sarayını da gördüm. Parisin İlahi Ana məbədində də olduq və indi Yelisey çöllərinə şam yeməyinə gedirik. Vaxtım az olduğundan tez yazmağı qərara aldım.

Bu gün səhər ilk dəfə Luvra getdik, səhər tezdən saat 8-də artıq Luvrda idik. Dünyanın məşhur Luvr muzeyi Parisdədir. Muzeydə təxminən 35 min şəkil və ekspozisiya var, qədim dövrlərdən başlamış müasir şah əsərlərinə qədər.

Muzeyin yerləşdiyi Luvr sarayı əvvəllər qala idi, Luvr sarayı XII əsrdə II Filipin vaxtında inşa edilmişdir. 1674-cü ildə XIV Lüdovik özünə iqamətgah olaraq Versal sarayını seçdi. Fransa inqilabı zamanı Luvr muzey elan edildi və Fransanın milli şah əsərlərinin sərgisi düzəldildi. Muzey 1793-cü ilin avqustun 10-da açıldı. İlk dəfə yalnız 537 kətanın sərgisi təşkil edilmişdi. Napoleonun dövründə kolleksiya əhəmiyyətli şəkildə genişləndi. Bu dövrdə Luvr Napoleon muzeyi adlandırıldı.

Luvrda hal-hazırda kolleksiya səkkiz şöbəyə ayrılmışdır: Qədim Misir, Qədim Yaxın Şərq, Qədim Yunanıstan, Etrusiya və Roma, islam incəsənəti, skulptura, rəssamlıq, şəkillər, qravüralar. Bütün şöbələr çox maraqlıdırlar. Hər şeyi gözdən keçirmək üçün çoxlu vaxt lazımdır. Hər şeyə baxa bilmədim, amma baxdıqlarım çox gözəl və maraqlı idi.

Luvrdan sonra Parisin İlahi Ana məbədini görməyə getdik. Parisin İlahi Ana Məbədi çox gözəldir. O, Parisin ürəyidir. Bu məbəd Parisdə ilk xristian məbədi, Müqəddəs Stefan Bazilikanın yerində tikilmişdir, hansını o dövrdə Romalı Yupiterin yerində tikmişdilər. Paris İlahi Ana məbədinin hündürlüyü 35 metrdir. Gözəl frskalar və divar rəssamlığı məbəddə həqiqətən də olduqca gözəldir, beləsini heç yerdə görməmişəm. Heyran oldum. Məbəddə müxtəlif mərasimlər keçirilir. Burada fransız kralları nikah bağlayırdılar, burada kraal tacqoyma mərasimi keçirilirdi, milli dəfnlər və faciələr də bu məbəddə qeyd olunurdu. Maraqlı bir məlumatı da öyrəndim ki, Fransanın ilk parlamenti məhz Parisin İlahi Ana məbədində hələ 1302-ci ildə toplanmışdı.

Paris İlahi Ana məbədindən sonra Versal sarayında və Zəfər tağlarında olduq.Onlar haqqında və orada aldığım təəssüratlar haqqında sabah mütləq yazacağam, indi isə qaçmalıyam – atamla anam məni gözləyirlər. Dediyim kimi, Elisey çöllərinə şam yeməyinə gedirik…. Elisey çölləri – Parisin əsas prospektidir; Tbilisidə Rustaveli prospekti olduğu kimi, Elisey çölləri də Parisin əsas diqqətəlayiq yerlərindən biridir və fransızlar söylədikləri kimi, dünyanın ən gözəl prospektidir. Bu prospekti ticarət prospekti də adlandırırlar, çünki çoxlu mağazalar var, o cümlədən məşhur dizaynerlərin mağazaları. Yelisey çölləri adı yunan sözü “elizium”-dan gəlir. Bu, adanın adıdır. Burada yunan əsatirinə əsasən, qəhrəmanlar yaşayırlarmış. Bu adanın qəhrəmanları ölümsüzlük adı almışlar. Yaxşı, mən indi gedim, digər əhvalatları sonra yazaram. Məktuba çəkdirdiyim bir neçə şəkli də əlavə edirəm. Ümid edirəm ki, xoşunuza gələcəkdir…



Hər ikiniz üçün çox darıxmışam. Çox tezliklə görüşəcəyik”….

Pako dostlarına electron məktub göndərib, anası və atası ilə birlikdə Yelisey çöllərinə şam yeməyinə getdilər.
Yüklə 62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin