Yekun hesabat



Yüklə 273,92 Kb.
səhifə1/10
tarix21.10.2017
ölçüsü273,92 Kb.
  1   2   3   4   5   6   7   8   9   10

Azərbaycanda Uşaq Əməyi:

Mövcud vəziyyət və gələcək addımlar

YEKUN HESABAT

Birgitte Krogh-Poulsen, Poulsen Konsaltinq tərəfindən Noyabr 2013-cü ildə BƏT-ə təqdim olunmuşdur

Minnətdarlıq və məzmuna görə cavabdehlik


Təqdim olunan hesabat ABŞ Əmək Departamentinin maliyyə dəstəyi ilə Beynəlxalq Əmək Təşkilatı Cenevrə ofisi tərəfindən sifariş edilmişdir. Bununla belə, hesabatda əks olunmuş fikirlər BƏT və ya ABŞ Əmək Departamentinin fikir və ya mövqeyini əks etdirməyə bilər.

Hesabatın hazırlanması məqsədilə Bakıda bir sıra şəxslərlə görüşlər təşkil edilmişdir. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, Daxili İşlər nazirliyi, Təhsil nazirliyi, digər dövlət qurumları, həmkarlar və sahibkarlar konfederasiyaları, beynəlxalq və yerli qeyri-hökümət təşkilatlarının nümayəndələri öz dəyərli vaxtlarını və faydalı fikirlərini bizimlə bölüşmüşlər. Məsləhətləşmələrdə iştirak edən rəsmilərin bəziləri hesabatın ilkin layihəsi, nəticələr və tövsiyyələrlə tanış olmuş və öz töhfələrini təqdim etmişlər. Öz dəyərli vaxtlarını və fikirlərini bölüşən hər bir kəsə öz dərin minnətdarlığımı bildirirəm.

Səfərin və fəaliyyətin uğurlu təşkili üçün BƏT Azərbaycan üzrə Koordinatoru Yaşar Həmzəyevə və BƏT Proqram Əməkdaşı Elçin Məhərrəmova öz təşəkkürümü bildirmək istərdim. Öz vaxtlarının məhdud və işlərinin çox olmasına baxmayaraq, hər zaman görüşlərin təşkilinə yardım göstərmiş və dəyərli məsləhətlərini əsirgəməmişlər. BƏT Cenevrə ofisi əməkdaşları olan Barati Pflaq və Sofi de Konink də göstərdikləri dəstəyə görə minnətdarlığa layiqdirlər.

Nəhayət, mən öz xüsusi minnətdarlığımı hesabatın hazırlanması üzrə yaxından birgə çalışdığım Elnur Nəsibova bildirmək istərdim. Onun ekspert dəstəyi olmadan bu hesabatın hazırlanması mümkün olmazdı. Peşəkar müzakirələrə, məsləhətləşmələrə, eləcə də Azərbaycan tarixinə dair saysız suallarımın müfəssəl cavablandırılmasına görə, Elnur Nəsibova öz minnətdarlığımı bildirirəm.


Qısaltmalar




ASK

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası

AHİK

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

İUMK

Icma Uşaq Müdafiəsi Komitəsi

UƏM

Uşaq Əməyinin Monitorinqi

MK

Məcburi Köçkünlər

BƏT

Beynəlxalq Əmək Təşkilatı

BMT

Bilik, Münasibət və Təcrübə

TN

Təhsil nazirliyi

DİN

Daxili İşlər nazirliyi

ƏƏSMN

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi

ƏŞ

Əlilliyi olan şəxslər

AQUMDK

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi

YADİDP

Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf Dövlət Proqramı

UHK

BMT-nin Uşaq Hüquqları Konvensiyası

UNDP

BMT-nin İnkişaf Proqramı

UNICEF

BMT-nin Uşaq Fondu

PTT

Peşə Təhsili və Təlimi

UƏƏPF

Uşaq Əməyinin Ən Pis Formaları


İcraçı icmal


Bu hesabat Azərbaycanda uşaq əməyi, məcburi əmək və insan alverinin aradan qaldırılması üzrə çalışan aparıcı milli təşkilatlarla məsləhətləşmələrin nəticəsinin xülasəsidir. Məsləhətləşmələr 2013-cü il Oktyabr ayında təşkil edilmişdir.

Hesabatın hazırlanması fəaliyyəti BƏT tərəfindən Azərbaycan hökuməti, həmkarlar və sahibkarlar qurumları, qeyri-hökumət təşkilatları və ölkədə mövcud olan beynəlxalq təşkilatların uşaq əməyinin aradan qaldırılması üzrə milli səylərinin gücləndirilməsinin bir hissəsi olaraq həyata keçirilmişdir.

Təqdim olunan hesabat Fəsil 1-də sosial və iqtisadi vəziyyətə nəzər yetirir. Fəsil 2 uşaq əməyi və onun nəticələrini təhlil edir, Azərbaycanda uşaq əməyinin mahiyyəti və onun mövcud səviyyəsini təsvir edir. Fəsil 3 ölkədə uşaq əməyinə dair qanunvericilik və siyasət çərçivəsini təsvir edir. Fəsil 4 isə Azərbaycanda uşaq əməyi sahəsində keçmiş fəaliyyətləri və təcrübəni təhlil edir. Fəsil 5 uşaq əməyi, məcburi əmək və insan alverinin aradan qaldırılması sahəsində fəaliyyət göstərən tərəfdaş qurumlar barədə məlumat təqdim edir, bu qurumlar arasında mövcud koordinasiyanı təhlil edir. Fəsil 6 Azərbaycanda uşaq əməyinin aradan qaldırılması üzrə altı strategiya təklif edir. Nəhayət, Fəsil 7 nəticələr və gələcək addımlarla bağlı tövsiyyələri təqdim edir. Ümumilikdə, hesabatın nəticələri aşağıdakı kimidir:


  1. Uşaq əməyinə dair bilik bazası təcili olaraq genişləndirilməlidir

Son illər Azərbaycanda baş verən sürətli iqtisadi və sosial inkişaf ölkədə uşaq əməyinə dair mövcud məlumat səviyyəsinin köhnəlməsi və qeyri-dəqiqliyinə səbəb olmuşdur. Bu Azərbaycanda uşaq əməyinə dair hər hansı proqramın və ya fəaliyyətin planlaşdırılması işini çətinləşdirir.

Ölkədə uşaq əməyi hallarının mövcudluğu qeyri-rəsmi sübutlar və ictimailəşdirilməyən hallar nəticəsində məlum olmuşdur. Bu səbəbdən, Azərbaycanda uşaq əməyinin digər səbəbləri, o cümlədən məlumatlılıq səviyyəsi, sosial faktorlar, problemə yol açan adət və ənənələrin öyrənilməsinə daha çox diqqət yetirilməlidir. Odur ki, ölkədə uşaq əməyinin səviyyəsi, həcmi üzrə kəmiyyət və keyfiyyət göstəricilərini müəyyən edən yeni tədqiqatın hazırlanması tövsiyyə olunur. Bu hesabat uşaq əməyinin görünmədiyi sektorları, səbəbləri, uşaq əməyinin ən pis formaları, onun nəticələrinə xüsusi diqqət yetirməlidir. Orta müddətli perspektivdə, ölkədə Uşaq Əməyinin Monitorinqi mexanizminin yaradılması tövsiyyə olunur ki, bunun da əsasında davamlı olaraq məlumatın və biliyin toplanması prosesi sistemli hal alar və yerli səviyyədə uşaqların müdafiəsi səmərəliliyi artırıla bilər.





  1. Uşaq əməyinin qarşısının alınması üzrə birgə və səmərəli fəaliyyətlərin təşkili üçün məlumatlılıq səviyyəsi yüksəldilməli və uşaq əməyi anlayışı vahid formada müəyyənləşdirilməlidir

Uşaq əməyinə dair məlumatlılıq səviyyəsi ümumiyyətlə aşağı səviyyədədir və bu terminin anlayışı Azərbaycanda vahid formada müəyyən və qəbul olunması halı mövcud deyildir. Məsələn, kənd təsərrüfatında uşaq əməyinin müəyyən olunması ilə bağlı bir sıra fikirlər irəli sürülmüşdür. Belə ki, təmsilçilərin əksəriyyəti qeyd etmişlər ki, kənd yerlərində uşaqların çalışması bütün risklərə və təhlükəyə baxmayaraq, sosiallaşmanı təşkil edir.

Bu səbəbdən də, uşaq əməyinin ən pis formalarını təşkil edən fəaliyyətlər barədə uşaqları, valideynləri, müəllimləri, inzibati işçiləri, sahibkarları və digər tərəfdaşları əhatə edən bir kommunikasiya sənədi hazırlansın və qeyd olunan dairələrdə yayılsın. Bu məlumatlılq səviyyəsinin artırılması və davranışın dəyişdirilməsinə öz müsbət töhfəsini verə bilər.

Bundan əlavə, uşaq əməyi üzrə hökumət və vətəndaş cəmiyyəti təşkilatlarını təmsil edən şəxslərdən ibarət ekspertlər qrupunun yaradılması və onlara təlimlərin keçirilməsi də təklif olunur. Ekspertlər ümumi məlumatlılığın artırılmasına yardımçı olar və uşaq əməyinin həssas sahələri üzrə əsas dövlət proqramlarının icrasında işitrak edə bilərlər.


  1. Mövcud qanunvericilik və siyasət çərçivəsi təkmildir və müasir tələbata cavab verdiyindən əsas diqqət onun icrasına yönəldilməlidir

Uşaq, gənclər və həssas qrupların məsələləri və ehtiyaclarını ünvanlayan əsas dövlət proqramları və siyasət sənədləri ümumilikdə qəbul edilən səviyyədədir. Bu sənədlər birbaşa və ya dolayı yolla uşaq əməyini yoxsulluqla əlaqələndirir (son on illikdə ölkədə, xüsusilə də şəhər yerlərində yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşmüşdür).

Bir sıra dövlət proqramlarının icrası ilə bağlı, o cümlədən yerli icra səviyyəsində imkan və bacarıqların çatışmamazlığı mövcuddur. Sektorlararası əlaqələndirmə, eləcə də uşaqların inkişafı və müdafiəsi ilə bağlı koordinasiya zəifdir və bu əlaqələndirmə fəaliyyət səviyyəsində deyil hələ ki, siyasət səviyyəsindədir (Yetkinlik yaşına çatmayanların işi üzrə Komissiya). 2014-cü ildə dövlət qurumları tərəfindən iki vacib planın icrasına başlanıldı: ƏƏSMN və AQUDK arasında imzalanmış uşaq əməyinə dair fəaliyyət planı və İnsan alverinə qarşı mübarizəyə dair 3-cü Fəaliyyət Planı.

Bütün bunları nəzərə alaraq orta müddətli strategiyada uşaq əməyinə qarşı fəaliyyət göstərən dövlət və qeyri-dövlət qurumlarının bacarıqlarının gücləndirilməsi, siyasət proqramlarının icrasının təkmilləşdirilməsi, metodoloji sənədlərin hazırlanmasına ehtiyac vardır. Uzun müddətli strategiyada isə bu sahədə əvvəlki təcrübələri nəzərə alaraq, uşaq əməyinə dair ayrıca Milli Fəaliyyət Planının hazırlanması zəruri sayıla bilər. Uşaq əməyinə dair ayrıca Milli Fəaliyyət Planının hazırlanması, bu məsələyə ictimai diqqətin və fəaliyyətin artırılmasına öz müsbət töhfəsini verəcəkdir.


  1. Uşaq əməyi üzrə fəaliyyətə başlamaq üçün ölkədə resurslar mövcuddur, amma bu resurslar və bacarıqlar gücləndirilməlidir

İnsan alveri və məcburi əmək sahəsində bir sıra mühüm layihə və fəaliyyətlərdə iştirak etmiş yerli tərəfdaş qurumlar uşaq əməyinə dair də əhəmiyyətli təcrübə və texniki bacarıqlar əldə etmişlər. Digər tərəfdaşlar, o cümlədən Beynəlxalq Əmək Təşkilatının sosial (üçtərəfli) tərəfdaş qurumları bu sahədə əvvəlki layihələrdən təcrübəyə və texniki bacarıqlara malikdirlər. Əsas tərəfdaşları bu prosesə cəlb etmək üçün, qısa və orta müddətli bacarıqların inkişafı fəaliyyətlərinə diqqət yetirmək lazımdır. Xüsusi olaraq tövsiyyə olunur ki, uşaq əməyi sahəsində “ekspertlər qrupu” yaradılmalı, təlim təşkil olunmalı və uşaq əməyinə dair milli metodoloji göstərişlər hazırlanmalıdır.

Yerli səviyyədə, bacarıqların qənaətbəxş səviyyədə olmaması xüsusi narahatlıq doğurur. Yerli İcra hakimiyyətləri tərkibində uşaq müdafiəsi qurumlarının uşaq əməyi haqda məlumat səviyyəsinin aşağı olması və kifayət qədər insani resursa malik olmaması məlumdur. Odur ki, beynəlxalq təcrübəyə əsasən yerli səviyyələrdə Uşaq Müdafiəsi İcma Komitələrinin yaradılması tövsiyyə olunur ki, bu da uşaqların müdafiəsi və uşaq əməyi ilə məşğul olmaq üçün bütün insani və maliyyə resurslarının bu komitələrə yönəldilməsi ilə nəticələnə bilər.



  1. Uşaq əməyinin qarşısının alınması üzrə göstərilən səylər gücləndirilməlidir

2014-cü ilin əvvəlindən etibarən, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi ilə birgə Uşaq Əməyinin Ən Pis Formalarının Aradan Qaldırılması üzrə Fəaliyyət Planının icrasına başlayacaqlar. Bununla əlaqədar, uşaq əməyinin müəyyənləşdirilməsi üzrə vahid terminologiyanın qəbul edilməsi və fəaliyyət səviyyəsində koordinasiya mexanizmlərinin formalaşdırılması vacib əhəmiyyət daşıyır. Odur ki, insan alveri, uşaq əməyi və məcburi əmək sahəsində koordinasiya mandatı və roluna malik olan qurumlar, o cümlədən ƏƏSMN, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi və Daxili İşlər nazirliyi tərəfindən uyğun koordinasiya mexanizmlərinin formalaşdırılması üzrə ad-hoc qrupların yaradılması tövsiyyə olunur. Bu qurumun yaradılması həm İnsan alverinə qarşı mübarizə üzrə koordinasiya mexanizmi çərçivəsində həm də ayrıca olaraq, uşaq müdafiəsi mexanizminin hissəsi kimi təşkil oluna bilər.

Bununla yanaşı, koordinasiyanın yalnız milli səviyyədə deyil, yerli və sahəvi səviyyədə də gücləndirilməsi tövsiyyə olunur. Hal-hazırda, yerli icra orqanları tərkibində uşaq müdafiəsi qurumları mövcud olsalar da onların bacarıqları və resursları öz vəzifələrini yetirmək üçün qənaətbəxş səviyyədə deyildir.

Nəzərə alsaq ki, Azərbaycanın maliyyə və insan resursları son illərdə əhəmiyyətli dərəcədə artmışdır, beynəlxalq təşkilatların əsas diqqəti və fəaliyyəti dövlət və qeyri-dövlət qurumlarına texniki və ekspert dəstəyinin göstərilməsi faydalı olardı.

Azərbaycanda uşaq əməyinin aradan qaldırılmasının mümkünlüyünü, bu sahədə çalışan qurumların sayı və məqsədlərini nəzərə alsaq, real saymaq olar. Bununla belə, bu məqsədə nail olmaq üçün mövcud qurumların öz fəaliyyətlərini və əməkdaşlığını daha yaxından tənzimləmək, məlumat və bilik səviyyələrini artırmaq, birgə fəaliyyətləri üçün düzgün əsas təmin etmək zərurəti vardır.




Yüklə 273,92 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə