Yekun hesabat


Gənc işçilərin UƏƏPF-dan müdafiəsi üzrə strategiyalar



Yüklə 273,92 Kb.
səhifə10/10
tarix21.10.2017
ölçüsü273,92 Kb.
#7375
1   2   3   4   5   6   7   8   9   10

Gənc işçilərin UƏƏPF-dan müdafiəsi üzrə strategiyalar


Azərbaycanda uşaqlar 15 yaşından (tezliklə 16 yaşa qədər qaldırılacaqdır) etibarən qanuni şəkildə işləmək hüququna malikdirlər. Məhz bu səbəbdən də həmin yaşdan etibarən gənc işçilərin istismar və zorakılıqdan müdafiə olunmasını təmin etmək vacibdir. 18 yaşına çatmamış yeniyetmə işçilər üçün qadağan olunan peşə və sahələrin siyahısı bu mənada, onların müdafiəsi məqsədilə əhəmiyyətli vasitə sayıla bilər.

18 yaşına çatmayanların işləməsi qadağan olunan peşə və sahələrin əks olunduğu siyahı gənc işçilərin müdafiəsi, onların qorunması üzrə vacib strateji müdaxilə olmaqla yanaşı sahibkarlar və işəgötürənlərin məlumat səviyyəsinin qaldırılması üçün də istifadə oluna bilər. İş yerlərinə məlumatın yayılması və məlumat kampaniyalarının təşkili istiqamətində sosial tərəfdaşların imkanlarından istifadə mümkündür. Bundan əlavə, uşaq əməyi və onun mənfi nəticələri haqda məlumat məktəblər, digər təhsil müəssisələri və media vasitəsilə də ictimailəşdirilə bilər.

Bu sahədə strategiyaları hazırlayarkən, məlumatın qeyri-formal sektorda fəaliyyət göstərən sahibkarlar və gənc işçilərə ötürülməsini təmin etmək vacibdir. Baxmayaraq ki, əmək qanunları qeyri-formal sektoru əhatə etmir, müəyyən olunmuşdur ki, ən çox uşaq əməyi hallarına da məhz bu sahədə təsadüf olunur. Bu eyni zamanda, qeyri-formal sektorun formallaşması istiqamətində ilk addım da hesab oluna bilər və bir neçə məqsədə nail olmaq imkanı yaradar.

Bütün bunları nəzərə alaraq, tövsiyyə olunur ki, sosial tərəfdaşlar və ƏƏSMN vəziyyəti nəzərdən keçirərək, gənc işçilərin müdafiəsi üzrə tədbirlər strategiyası hazırlasınlar və qeyri-formal sektoru da əhatə edəcək fəaliyyətlər təklif etsinlər. Uşaq əməyinin üçtərəfli kollektiv əmək razılaşmalarında qadağan olunması və gənclər üçün peşə təhsili və təlimi sahəsinin bərpa edilməsi kimi tədbirlər də daxil olmaqla, bu tip strategiyalar üçtərəfli əməkdaşlıq tərəfindən nəzərdən keçirilə bilər. Qeyd olunan tip strategiyalar qısa və orta müddətə planlaşdırıla və icra oluna bilər.


    1. Uşaqların UƏƏPF-dan ayrılması, bərpası və re-inteqrasiyası strategiyaları

6.3.1. Keyfiyyətli təhsil və təlimə çıxış imkanlarının təkmilləşdirilməsi


Uşaqları, uşaq əməyinin ən pis formaları, xüsusilə də insan alveri və cinsi istismardan ayıraraq yenidən bərpası fəaliyyəti ilə ƏƏSMN-nin Qurbanlara Yardım Mərkəzi və bir neçə yerli QHT məşğul olur.

Yerli səviyyədə, icra qurumları tərkibində fəaliyyət göstərən uşaq bölmələri koordinasiya vəzifəsini daşıyırlar. Yuxarıda qeyd olundğu kimi bu bölmələrin resursları və digər imkanları məhduddur. Odur ki, uşaq əməyinin aradan qaldırılması məqsədilə yerli icra qurumları tərkibində fəaliyyət göstərən uşaq bölmələrinin resurslarının və imkanlarının gücləndirilməsi üçün xeyli iş görülməlidir.

Uşaq əməyinə qarşı əsas alternativ, formal təhsil müəssisələrinə uşaqların cəlb olunmasıdır. Təhsil nazirliyi ölkənin bütün hissələrində məktəb əsaslı təhsil təmin edir. Bununla belə qeyd etmək lazımdır ki, müxtəlif regionlarda təhsilin səviyyəsi eyni deyildir. Xüsusi olaraq, kənd rayonlarında və məcburi köçkün icmalarında təhsil səviyyəsi şəhər məktəblərinə nisbətən geri qalır.

Təhsilin Monitorinq-Məlumat Sistemi formalaşsa da, sistemin icrasında müəyyən boşluqlar mövcuddur. Uşaqların davamiyyəti və ya məktəbdən çıxması hallarına mütəmadi olaraq nəzarətin həyata keçirilməsi üzrə müəllimlərin, məktəb direktorlarının və yerli icra orqanları nümayəndələrinin vəzifələri aydın şəkildə göstərilmişdir. Lakin yaşayış yerini dəyişərkən, bəzi ailələrin qeydiyyata düşməməsi bu nəzarət sistemi üçün çətinliklər yaradır. Bu hallar icbari təhsildən yayınmaq və ya erkən nikaha daxil olmaq məqsədilə baş verə bilər.

Əvvəlki fəsillərdə texniki peşə təlimi və təhsili müəssisələrinin dağılması və bərpa olunarsa, gələcəkdə uşaq əməyinə qarşı ciddi alternativ təşkil etməsi haqda müzakirələr aparılmışdır. Texniki peşə təlimi və təhsili keyfiyyətinin yüksəldilməsi uşaq əməyinə alternativlərin formalaşdırılması strategiyasında mühüm yer tutur. Texniki peşə təlimi və təhsilinin inkişafından uşaq əməyinə cəlb olunmuş uşaqların bu işdən ayrılması, yenidən bərpası və cəmiyyətə inteqrasiyası zamanı istifadə olunmaqla yanaşı, vacib preventiv metod kimi də istifadə oluna bilər.

6.3.2. Digər xidmətlərə çıxış imkanlarının təkmilləşdirilməsi


Daha əvvəl qeyd olunduğu kimi, müvafiq dövlət proqramları tərkibində uşaq əməyinə alternativ təşkil edən bir sıra komponentlər mövcuddur. Bunlara məşğulluğun gücləndirilməsi, ƏƏSMN tərəfindən məşğulluq mərkəzlərinin yaradılması, biznes fəaliyyətinə dəstək və gəlir yaratma təşəbbüsləri, sosial müdafiə sxemləri, eləcə də sosial rifah proqramlarını misal göstərmək olar.

Birbaşa dəstək proqramlarının hazırlanması və icrası ilə müqayisədə, təcrübədə uşaq əməyini nəzərə alan mövcud proqramların tam icrasına diqqət yetirmək daha səmərəli seçim ola bilər. Bu proqramlara misal olaraq, mövcud sosial rifah yardımı zamanı ailə təsərrüfatında uşaq əməyinin qarşısının alınması üzrə texniki məsləhət və təlimlərin keçirilməsi, pilot layihələrin nəticəsində uşaq əməyinə cəlb olunanların sayının azaldılması, alternativlərin təqdim olunmasını göstərmək olar.

Bir sıra dövlət və qeyri-dövlət qurumları müəyyən xidmətlərin göstərilməsini təmin edir. Bu xidmətləri sistemli qaydada müəyyənləşdirmək, sənədləşdirərək direktoriya şəklində məktəblər, icmalar, təlim və tədris müəssisələri, eləcə də digər yerlərdə ictimaiyyətə təqdim etmək lazımdır ki, valideynlər və uşaqlar bu məlumatla tanış olsunlar. Direktoriyanın hazırlanması çox vaxt aparmasa da, onun davamlı yenilənməsini, orta və uzun-müddətli perspektivdə müəyyən öhdəlik şəklində qoyulması zəruridir.

Siyasət sahəsində olan təklifləri yekunlaşdıraraq qeyd etmək olar ki, mövcud mühit uşaq əməyinin aradan qaldırılması üçün əlverişlidir və tərəfdaşların bacarıqlarının artırılması üzrə strateji fəaliyyətlər labüddür. Bu fəaliyyətlərə uşaq əməyinin alternativi olan təhsilə çıxış imkanlarının və keyfiyyətinin artırılması, uşaq əməyinə qarşı mübarizənin milli proqram və ictimai diqqətin bir hissəsinə çevrilməsi, əsas iştirakçılar, o cümlədən uşaqlar, valideynlər və işəgötürənlərin məlumat səviyyəsinin artırılması və uşaq əməyi məsələlərinin düzgün qavranılması, onun aradan qaldırılması zərurətinin başa düşülməsi daxildir. Bu prosesə məlumat bazasının gücləndirilməsi, tərəfdaşların bacarıqlarının artırılması və sahəvi əlaqələndirmənin inkişafı da müsbət töhfə verə bilər.

Orta-müddətli perspektivdə, əsas prioritetlər olaraq məlumatın yenilənməsi, bilik səviyyəsinin artırılması, uşaq əməyinin monitorinqinin təsisatlandırılması, əlaqələndirmənin inkişafı məsələlərinə diqqət yetirilməlidir. Bütün bunlar öz növbəsində gələcəkdə uşaq əməyinə ictimai münasibətin və davranışın dəyişməsi ilə nəticələnəckdir.

  1. Nəticələr və tövsiyyələr


Hər bir fəslin sonunda xüsusi tövsiyyələr təqdim olunmuşdur. Bu hissədə, hesabatın əsas nəticələri və tövsiyyələri xülasə şəklində nəzərdən keçirilir.

  1. Mümkün qədər qısa zaman ərzində uşaq əməyi sahəsində məlumat bazasının yenilənməsi

Azərbaycanda baş verən sürətli iqtisadi və sosial inkişaf nəticəsində uşaq əməyinə dair məlumat bazası köhnəlmiş və onun yenilənməsinə ehtiyac duyulur. Bu, ölkədə uşaq əməyinin aradan qaldırılması sahəsində proqramların və fəaliyyətlərin hazırlanması işini çətinləşdirir belə ki, Azərbaycanda uşaq əməyi hallarının təbiəti və səviyyəsi barədə müfəssəl bilgi mövcud deyil.

Tərəfdaş təşkilatların təcrübəsi, məsləhətləşmələrin nəticələri və məhdud sayda aparılmış tədqiqat və araşdırmalar ölkədə müəyyən səviyyədə uşaq əməyinin mövcud olduğunu təsdiq edir. Odur ki, uşaq əməyinin aradan qaldırılması üçün digər səbəblərə, o cümlədən: məlumatın artırılması, sosial faktorlar, adət və ənənə məsələlərinə xüsusi diqqət yetirilməlidir. Bu məqsədlə, uşaq əməyi, onun səbəbləri, görünməyən formaları, təsiri və nəticələrinin öyrənilməsi üçün statistik sorğuların və tədqiqat hesabatının hazırlanması tövsiyyə olunur. Mövcud ehtiyacların qarşılanması və texniki dəstək məqəsdilə, digər BMT agentlikləri, xüsusilə də UNİCEF və digər beynəlxalq təşkilatlarla tərəfdaşlıq məsələləri nəzərdən keçirilə bilər.

Orta və uzun-müddətli perspektivdə, Uşaq Əməyinin Monitorinqi mexanizminin yaradılması və yerli səviyyədə uşaqların vəziyyətinə dair məlumatın təmin olunması tövsiyyə olunur.


  1. Məlumat səviyyəsinin artırılması və uşaq əməyinə dair vahid anlayışın razılaşdırılması üçün birgə və səmərəli səylər zəruridir

Uşaq əməyinə dair məlumatlılıq ümumi olaraq, aşağı səviyyədədir və Azərbaycanda uşaq əməyinə dair vahid anlayış mövcud deyil (xüsusilə, kənd təsərrüfatında uşaq əməyinə dair müxtəlif baxışlar və yanaşmalar mövcuddur – bir çox insanlar fikirləşirlər ki, mövcud təhlükə və zərərə baxmayaraq, ailə təsərrüfatlarında uşaqların çalışması uşaq əməyi deyil, sosiallaşma, gənc yaşlarında zəhmətə qatlaşmadır).

Odur ki, qısa-müddətli perspektivdə uşaqlar, valideynlər, müəllimlər, məktəb inzibatçıları, işəgötürənlər və digər iştirakçıların davranışına təsir göstərən və bu qrupların məlumat səviyyəsini artıra biləcək fəaliyyətlərin işlənib hazırlanması tövsiyyə olunur.

Bundan başqa, hökumət və qeyri-hökumət təşkilatlarında təmsil olunan şəxslərdən ibarət “ekspertlər qrupu” yaradılması və təlimləndirilməsi təklif olunur. Bu ekspertlər uşaq əməyinə dair ümumi anlayışın yayılması və daha asan qavranılmasına xidmət edər, müxtəlif dövlət proqramları və digər siyasət sənədlərinin icrasına dəstək verə bilərlər.


  1. Mövcud siyasət və hüquq çərçivəsi beynəlxalq normalara cavab verir və əsas diqqət bu çərçivənin icrasına yönəldilmlidir

Əsas dövlət proqramları və siyasət sənədləri uşaqlar, gənclər və həssas qrupların ehtiyacları və digər məsələləri əhatə edir. Bu sənədlər birbaşa və dolayı yolla uşaq əməyinin yoxsulluqla bağlı səbəblərini (son 10 ildə yoxsulluq, xüsusilə də şəhər yerlərində nəzərəçarpacaq dərəcədə azalmışdır) ünvanlayır. Eyni zamanda, qeyd olunan əsas sənədlərin icrası ilə bağlı çətinliklər mövcuddur ki, bunun da bir səbəbləri var. Nümunə olaraq, yerli icra qurumlarının resursları və imkanlarının məhdudluğunu göstərmək mümkündür. Uşaqların inkişafı və müdafiəsi məsələləri üzrə sahəvi əlaqələndirmə məhdud səviyyədə aparılır və bu əlaqələndirməyə görə cavabdehlik yalnız siyasət səviyyəsində müəyyənləşdirilmişdir (Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların məsələləri üzrə Komissiya). Fəaliyyət səviyyəsində uşaq əməyi məsələləri üzrə heç bir əlaqələndirmə müşahidə olunmamışdır.

2014-cü ildə iki əsas plan qüvvəyə minir: ƏƏSMN/AQUMDK uşaq əməyinə dair fəaliyyət planı və İnsan alverinə qarşı mübarizə üzrə 3-cü MFP. Bunu nəzərə alaraq, qısa və orta-müddətli perspektivdə müvafiq qurumların uşaq əməyinə dair siyasət sənədləri və proqramlarının icrası üzrə bacarıqların inkişafına diqqət yetirilməsi təklif olunur. Bu metodoloji göstərişlərin hazırlanması və texniki dəstək vasitəsilə həyata keçirilə bilər. Orta və uzun-müddətli perspektivdə, mövcud planların icrası təcrübəsi və nəticələrindən asılı olaraq, tam olaraq uşaq əməyi məsələlərini əhatə edən Milli Fəaliyyət Planının qəbul olunması nəzərdən keçirilə bilər. Ayrıca olaraq uşaq əməyi məsələlərini əhatə edən MFP bu sahəyə ictimai marağın artmasına səbəb ola bilər.



  1. Uşaq əməyi sahəsində fəaliyyəti gücləndirmək üçün ölkədə bacarıqlar mövcud olsa da, bu bacarıqlar təkmilləşdirilməlidir

İnsan alveri və məcburi əməyə qarşı hökumət və qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilən səmərəli fəaliyyətlər nəticəsində zəngin təcrübə əldə edilmişdir ki, bu təcrübə uşaq əməyinin aradan qaldırılması məqsədilə istifadə oluna bilər. Digər tərəfdaşlar, məsələn BƏT sosial tərəfdaşları də dəyərli təcrübəyə və texniki bacarıqlara malikdirlər. Bütün maraqlı tərəfləri prosesə cəlb etmək və təşəbbüslərin icrasına başlamaq üçün qısa və orta-müddətli perspektivdə növbəti addım bacarıqların inkişafı olmalıdır. Xüsusilə də, ekspertlər qrupunun seçilməsi, onların təlimləndirilməsi və uşaq əməyinə dair milli metodoloji göstərişlərin hazırlanması təklif olunur.

Yerli səviyyədə bacarıqların məhdud olması xüsusi çətinliklər yaradır. Yerli icra hakimiyyəti orqanları tərkibində fəaliyyət göstərən Uşaq Müdafiəsi Bölmələri işçi heyəti sayının az olması və yerli icmaların uşaq əməyinə dair biliklərinin zəruri səviyyədə olmaması problemi mövcuddur. Bu səbəbdən də, beynəlxalq təcrübəyə uyğun olaraq, İcma Uşaq Müdafiəsi Komitərlərinin yaradılması və genişləndirilməsi, eləcə də yerli icra qurumlarının uşaqların müdafiəsinə ayrılan işçi heyəti və digər resurslarının gücləndirilməsi tövsiyyə olunur.



  1. Uşaq əməyi sahəsində fəaliyyətlərin əlaqələndirilməsi gücləndirilməlidir

2014-cü ildən etibarən ƏƏSMN/AQUMDK birgə fəaliyyət planı və İnsan alverinə qarşı mübarizəyə dair 3-cü MFP qüvvəyə mindikdən sonra uşaq əməyinin aradan qaldırılması istiqamətində səylərin daha da güclənməsi gözlənilir. Odur ki, uşaq əməyinə dair vahid anlayışın əldə olunması və fəaliyyət səviyyəsində əlaqələndirmə mexanizmlərinin yaradılması vacibdir. Bu məqsədlə, ƏƏSMN, AQUMDK və DİN əlaqələndirmə mandatı və bu sahədə əldə etdikləri təcrübəyə görə ad-hoc işçi qrupunun yaradılması və uşaq əməyinin aradan qaldırılması üzrə əlverişli əlaqələndirmə mexanizminin formalaşdırılmasına ehtiyac vardır. Ilkin mərhələdə, bu əlaqələndirmə İnsan alverinə qarşı mübarizə sahəsində əlaqələndirmə mexanizmi çərçivəsində də təşkil oluna bilər.

Daha sonra tövsiyyə olunur ki, yalnız yerli səviyyədə deyil, həm də milli səviyyədə sahələrarası əlaqələndirmə gücləndirilsin. Azərbaycan Respublikasında müəyyən resursların olmasına baxmayaraq, uşaq əməyinə dəstək baxımından maliyyə, texniki və insan ehtiyatları cəhətdən bacarıqların inkişafına, xüsusən texniki məsləhətə ehtiyac hiss olunur. Beynəlxalq Əmək Təşkilatı və digər ixtisaslaşmış qurumların qısa və orta müddətli perspektivdə uşaq əməyi sahəsində tədqiqat və sorğular, Uşaq Monitorinq Mexanizminin yaradılması və inkişafı, təlimlərin təşkili, metodoloji göstərişlərin hazırlanması, əlaqələndirmə mexanizminin formalaşdırılması və yerli səylərin gücləndirilməsi sahələrində texniki yardımına ehtiyac vardır.



1 Nümunə üçün bax UNRCO: BMT-nin Azərbaycan üzrə Rezident Əlaqələndiricisinin Hesabatı 2012, Bakı və Beynəlxalq Əmək Təşkilatı: Azərbaycan, Layiqli Əmək üzrə Proqram, Bakı, 2012

2OP.sitat

3 Dövlət Statistika Komitəsi və BƏT: Azərbaycanda çalışan uşaqlar, Bakı, 2005

4 Tərəfdaşlar xüsusilə, uşaqların kiber (internet) təhlükəsizliyi problemlərini vurğulamışlar. Bir sıra təmsilçilər qeyd etmişlər ki, uşaqlar internet vasitəsilə pornoqrafik materialların hazırlanması və ya uşaq alverinə cəlb oluna bilərlər. Bununla belə, qeyd olunmalıdır ki, problemin səviyyəsi barədə məlumat qənaətbəxş səviyyədə deyildir.

5 ƏƏSMN və UNİCEF: Vəziyyətin qiymətləndirilməsi – Azərbaycanda əlil insanlar, Bakı 2008

6BƏT: Layiqli Əmək Üzrə Ölkə Proqramı, 2012, Avropa Komissiyası: Azərbaycanda Sosial Müdafiə və Sosial Cəlbetmə, Bakı, 2011, Yoxsulluğun Azaldılması üzrə Dövlət Proqramı (2008-2015)

7Qeyd olunan 16 yaş həddi BƏT 138 saylı Konvensiya ilə müəyyən olunmuşdur və ƏƏSMN təmsilçisinin dediklərinə əsasən, Azərbaycan da beynəlxalq standartlara cavab vermək üçün yaş həddini 1 il qaldırmağı planlaşdırır.

8 Azərbaycan Respublikası İnsan alverinə qarşı mübarizəyə dair 3-cü Milli Fəaliyyət Planı

9Bax – Y.Həmzəyev, Y: Azərbaycanda Sosial Dialoq, BƏT, çap olunmamış məqalə

10Bax, misal üçün: BƏT/İPEC TBP Zambia – Müsbət təcrübənin müəyyən olunması və sənədləşdirilməsi, Lusaka 2010

11Bax misal üçün BƏT/İPEC Uqanda: Uşaq əməyinin monitorinqi sisteminə dair Tədqiqat, Kampala, 2012


Yüklə 273,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin