Yekun hesabat



Yüklə 273,92 Kb.
səhifə7/10
tarix21.10.2017
ölçüsü273,92 Kb.
1   2   3   4   5   6   7   8   9   10

Əvvəlki təcrübələr


2005-ci ildə Dövlət Statistika Komitəsi tərəfindən həyata keçirilmiş Əmək Qüvvəsi Sorğusu Azərbaycanda, əsasən kənd rayonlarında yerləşən ailə təsərrüfatlarında uşaq əməyindən geniş şəkildə istifadə olunduğunu müəyyən etmişdir. Eyni zamanda, 2005-ci ildə Azərbaycan Sahibkarlar Konfederasiyasının icra etdiyi və BƏT tərəfindən maliyyələşdirilən çevik qiymətləndirmənin nəticələri də ölkədə pambıqçılıq sahəsində uşaq əməyinin mövcud olduğunu sənədləşdirmişdir.

Qeyd olunan hesabatlar ölkədə uşaq əməyinin vəziyyəti ilə bağlı müəyyən məlumat təqdim etsə də, bu məlumat kifayət qədər məhdud həcmdə olmuşdur. Bununla belə, sosial tərəfdaşlar aşağıdakı mühüm nəticələr barədə yekun fikrə gəlmişlər:

İlk növbədə, əmək hüquqları müvafiq beynəlxalq konvensiyalra uyğundur və müasir tələblərə cavab verir. Buraya, 18 yaşına qədər olan şəxslərin sağlamlığa zərərli olduğu üçün çalışması qadağan olunan peşələrin siyahısının qüvvədə olması da daxildir. Azərbaycan Respublikasının qanunla müəyyən etdiyi və qadağan olunan peşələrin siyahısı çox geniş və əhatəlidir. Əmək müfəttişlərinə görə, bu təftiş fəaliyyətləri zamanı onların işini yüngülləşdirir və məlumat səviyyəsini qaldırır. Qeyd olunan siyahının hazırlanması və tətbiqi digər ölkələrdə də ən yaxşı təcrübə kimi istifadə oluna bilər.

Digər tərəfdən, sosial tərəfdaşlar kollektiv razılaşmalara uşaq əməyinə dair müddəaları daxil etmişlər. Bu o deməkdir ki, uşaq əməyi AHİK və ASK, eləcə də üzv təşkilatlar tərəfindən bağlanılan bütün müqavilələrdə qadağan olunur. Uşaq əməyinə həmçinin müəssisələrdə və iş yerlərində bağlanan müqavilələrdə yol verilmir. Qadağaların səviyyəsi və əhatə dairəsi vacibdir, belə ki, AHİK öz illik hesabatlarında üzv təşkilatlarından bu barədə məlumat verməyi tələb edir. Kollektiv müqavilələrdə iş yerlərinin monitorinqi mexanizminin formalaşdırılması ümumi uşaq əməyi monitorinqinə öz töhfəsini verir. İş yerləri və müxtəlif müəssisələrdə uşaq əməyinin qadağan olunması bu problem barədə məlumat səviyyəsinin artırılmasına xidmət edir və onun səviyyəsini azaldır.

Mövcud monitorinq sisteminin səmərəliliyi təbii ki, həmkarlar və sahibkarlar təşkilatlarının təşkilatlanma səviyyəsi, eləcə də sosial dialoqun səviyyəsindən asılıdır. Azərbaycanda həmkarlar və sahibkarlar təşkilatları arasında sosial dialoq formalaşma mərhələsindədir9 və bir sıra sektorlar üzrə, məsələn tikinti və sair hələ də geniş şəkildə formalaşmamışdır. Odur ki, uşaq əməyinin aradan qaldırılması sosial dialoqun gücləndirilməsi ilə birbaşa əlaqəlidir.

Eyni zamanda, ƏƏHMN uşaq əməyi məsələlərini əmək müfəttişliyi prosedurlarına daxil etmişdir. Əmək müfəttişliyinin standart təftiş formaları uşaq əməyinə dair halların monitorinqi və müəyyən olunmasını əhatə edir. Əmək müfəttişliyi yoxlamalarının funksiyalarından biri də işçiləri öz hüquqları barədə məlumatlandırmaq, sahibklarlara mövcud qanunvericiliyin tələblərini izah etmək, əmək normaları və prosedurlarına müvafiq qaydaların daxil edilməsini təmin etməkdən ibarətdir.

Bu günə olan təcrübə göstərir ki, sahibkarlar uşaqları xüsusi qazanc əldə etmək məqsədilə deyil, sadəcə olaraq əmək qanunvericiliyində əks olunan müddəalardan xəbərsiz və məlumatsız olduğu üçün əməyə cəlb edirlər. Odur ki, əmək müfəttişlərinin məlumat və vasitəçilik yanaşması təqib və cəzalandırmadan daha üstün sayıla bilər.

Yuxarıda qeyd olunduğu kimi, əmək qanunvericiliyi yalnız yazılı müqavilə çərçivəsində tənzimlənən əmək münasibətlərinə aid olur və bir çox hallarda, əmək müfəttişləri uşaq əməyinin ən çox müşahidə olunduğu qeyri-formal sektora nəzarət etmək imkanına malik olmurlar. Bu səbəbdən də qanunun əhatə dairəsini genişləndirmək və təftiş mexanimzlərini gücləndirmək zərurəti mövcuddur.

30 Sentyabr 2013 tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi və Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi uşaq əməyinə qarşı mübarizəyə dair fəaliyyət planı imzalamışlar. Bu plan yuxarıda təqdim olunan “Siyasət mühiti” hissəsində ətraflı nəzərdən keçirilmişdir.

Azərbaycan hökuməti 2004-cü ildə İnsan alverinə qarşı mübarizəyə dair ilk Milli Fəaliyyət Planı qəbul edildikdən sonra Daxili İşlər nazirliyi İnsan alverinə qarşı mübarizə idarəsinin rəhbərliyi altında məcburi əmək və insan alverinə qarşı fəal mübarizəyə başlamışdır. İnsan alverinə qarşı ilk Milli Fəaliyyət Planı 2004-2008 illəri əhatə etmiş, ikinci MFP 2008-ci ildə qəbul edilmiş və 2013-cü ilin sonu isə icrası başa çatmışdır.

Artıq qeyd olunduğu kimi, İnsan alverinə qarşı mübarizə üzrə 3-cü Milli Fəaliyyət Planı 2014-cü ildən etibarən qüvvəyə minir və icrasına başlanılır. 3-cü MFP uşaq əməyinin aradan qaldırılması sahəsində bir sıra mühüm müddəalara malikdir. Bu müddəalar uşaq əməyinə cəlb olunmuş uşaqları insan alverinin risk qrupuna daxil edir, uşaq əməyinin aradan qaldırılmasının gələcəkdə uşaq alveri və cinsi istismarının qarşısının alınmasında əhəmiyyətini vurğulayırlar.

Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində həm dövlət, həm də qeyri-dövlət təşkilatları tərəfindən xeyli təcrübə əldə edilmişdir. İnsan alverinə qarşı mübarizə təsisatlaşdırılmış və bu çərçivədə bir sıra hallarda, 3-cü MFP-də olduğu kimi uşaq əməyi və əmək hüquqları da əhatə olunur. Uşaq əməyinə dair məsələləri tam əhatə etməsə də, mövcud çərçivə gələcəkdə uşaq əməyinin aradan qaldırılması istiqamətində müsbət təcrübə və başlanğıc kimi istifadə oluna bilər. DİN İnsan alverinə qarşı mübarizə idarəsinin rəhbərliyi onlarla görüşdə uşaq əməyinin aradan qaldırılması üzrə də əlaqələndirməni gələcəkdə öz üzərinə götürmək barədə mümkünlüyü qeyd etmişlər. Belə ki, İnsan alverinə qarşı mübarizə üzrə MFP səmərəli şəkildə icra olunmuş və bu sahədə zəngin təcrübə əldə edilmişdir. Əlaqələndirmə məsələləri 5-ci Fəsildə geniş şəkildə nəzərdən keçiriləcəkdir.

Son bir neçə ildə, Azərbaycanda küçədə çalışan və yaşayan uşaqların vəziyyətinə ictimai diqqət artmışdır. Buna, küçə uşaqlarının sayının artması və bu problemin təsirinin genişlənməsi (2011-ci il tədqiqat hesabatına əsasən, küçə uşaqlarının sayı 2,000 nəfər təşkil etmişdir) səbəb olmuşdur. AQUDK və digər tərəfdaş təşkilatlar bu sahədə fəaliyyətlərini əlaqələndirir və uşaqların küçədə yaşayıb işləməsinin kök səbəblərinə qarşı tədbirlər görməyə çalışırlar. Küçə uşaqlarının müdafiəsi və onu yaradan səbəblərin aradan qaldırılması sahəsində görüləcək işlər hələ də çoxdur.

Azərbaycanda QHT sektoru nisbətən kiçik olsa da, bir sıra QHT-lər küçə uşaqlarına dəstək və onların müdafiəsi, uşaq alverinin qarşısının alınması sahəsində böyük təcrübəyə və məlumat bazasına malikdirlər. Bu təşkilatların uşaq əməyinin aradan qaldırılmasına dair əhəmiyyətli fikirləri və təklifləri vardır. QHT-lərin təcrübəsi və bacarıqları barədə 5-ci Fəsildə daha geniş məlumat təqdim ediləcəkdir.

Ümumilikdə, Azərbaycanda uşaq əməyinə qarşı mübarizə təcrübəsi məhduddur və bu təcrübə əsasən, ölkədə insan alverinə qarşı mübarizəyə bağlıdır. Bu günə qədər həyata keçirilmiş məhdud fəaliyyətlərə baxmayaraq, uşaq əməyinin sosial dialoq və əmək müfəttişliyinin fəaliyyət dairəsinə daxil edilməsi sahəsində ciddi nəticələr əldə edilmiş, ciddi hüquqi çərçivə yaradılmışdır. ƏƏSMN və AQUMDK birgə fəaliyyət planı, İnsan alverinə qarşı 3-cü Milli Fəaliyyət Planı və bu sahədə indiyə qədər əldə edilmiş təcrübə və nəticələr uşaq əməyinin ən pis formalarının aradan qaldırılması sahəsində fəaliyyətin təşkili üçün əlverişli başlanğıc nöqtəsi sayıla bilər.



  1. Yüklə 273,92 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə