Yeni Korvet Z06 gm-un istehsal etdiyi ən güclü avtomobili sayılır Supercharged v-8 və 650 at gücü



Yüklə 19,86 Kb.
tarix13.06.2018
ölçüsü19,86 Kb.
#53500





2014-06-06

Yeni Korvet Z06 GM-un istehsal etdiyi ən güclü avtomobili sayılır

Supercharged V-8 və 650 at gücü

DETROYT - ən yeni Korvet Z06 General Motors fəaliyyəti dövründə istehsal etdiyi ən güclü avtomobil sayılır və ABŞ-da istehsal olunan 600-dən yuxarı at gücünə malik olan avtomobillərdən biridir.

Z06 modeli supercharged xassəsinə malik olub V-8 şəklində olan mühərrikinin həcmi 6.2 Litr və 650 at gücünə malikdir və 6,400 dövr/dəq-də (485 kvt) və 3,600 dövr/dəq-də 650 881 Nm təşkil edir. Avtomobilin Avropa üçün nəzərdə tutulan at gücü haqqında məlumatlar gələn ilin əvvəlində istismara verilməsi zaman açıqlanacaqdır.

"LT4 Kiçik Bloku GM avtomobilləriüçün fırlanma momenti və reaktiv sahələrində yeni bir baza yaradır,", GM-in Transmissiya Mühəndislyi üzrə Vitse-Prezidenti Stiv Kiefer bildirmişdir. "Avtomobilin mühərriki Korvet Z06 modelini Amerikada təklif olunan ən güclü supercarlarla bir səviyyəyə gətirir və onu qusursuz və mükəmməl performansı vasitəsi ilə gündəlik idarəetmə üçün yararlı edir".

"Reaktiv fırlanma momenti mühərrikin dartı qüvvəsidir və bu dartı qüvvəsinin kifayət qədər olması LT4 modelinin mühərrikinin fırlanma spektrinin hər dəqiqəsində yeni Korvet Z06 daha tez sürət yığmasına zəmin yaradır və demək olar ki, dərhal cavab verməyə kömək edir," Kiçik Bloku Mühərrikləri üzrə Baş Mühəndis Cordan Li bildirir. "Bu tələb olunan gücün ən mükəmməl ifadəsidir".

Yeni Z06 mühərriki əvvəlki nəsilin 7.0 Litr həcmində olan LS7 mühərriklindən 40 faiz çox fırlanma momenti yaradır (244 Nm) - 2013-cü il Supercharged Corvette ZR1 (819 Nm. 3,200 dövrə/dəqyeni LT4 LS7 mühərrikini 208 252 N qədər üstələyən) 7.5 % faiz çox fırlanma momenti yaradır.

Yeni LT4 mühərriki bizim əvvəlki sıxıcı kompressorla təchiz olunmuş mühərrikin üstünlükləri əsasında yaradılmış və Corvette Stingray-də tətbiq edilən texnologiyaları daha da gücləndirir - bunlar, birbaşa inyeksiya, silindrlərin fəallığının azaldılması və klapanların fasiləsiz dəyişən işləmə müddəti - və bütün bunlar Corvette modelinin performansı mükəmmələşdirir," - Li əlavə edir. "Bizim yeni, çox yığcam sıxıcı kompressorumuz də mühərrik gücündən daha tez istifadə etməyə və bəlkə də ən vacibi odur ki, bu dövrlər zamanı daha çox fırlanma momenti yaratmağa imkan verir".

"Onu da qeyd etmək lazımdır ki, LT4-ın superkarının performans göstəriciləri 2014-cü il Korvet Stingray modelində tətbiq olunan çox yığcam LT1 mühərriyi kimi təxminən eyni ölçüdə olan mühərriklə təmin olunaraq əldə olunur," Li bir daha bildirmişdir. "LT4-ın enerji sıxlığı bu mühərriyiyi sənayedə istehsal olunan ən kiçik və yüngül və 650 at gücünə malik olan mühərriklərdən birinə çevirir"



LT4 modelinin təfərrüatları

Yeni mühərrik LT4 Korvet Stingray LT1 6.2 L. kimi eyni 5-ci nəsil kiçik həcmli təbii sıxılma kompressoru ilə təchiz olunmuş mühərrikin əsasında hazırlanmış və onun yüksək çıxış göstəricilərinə və o cümlədən, məcburi induksiyanın yaratdığı böyük silindr təzyiqlər dəstəklənməsi üçün nəzərdə tutulmuş bir sıra unikal funksiyaların daxil edilməsinə əsaslanır:



  • Daha güclü olan A356T6 alüminium silindr roto-cast başlıqları; bu başlıqlar istiliyə adi alüminium başlıqlarından daha yaxşı davam gətirirlər.

  • Titandan hazırlanmış yüngül çəkili giriş klapanları.

  • Mexaniki emal olunmuş və metal tozdan hazırlanmış aşağı porşenin kütləsinin azaldılması üçün nəzərdə tutulmuş polad çubuqlar.

  • Yüksək 10.0:1 sıxılma əmsalına malik olması - məcburi-induksiya əsasında işləyən mühərriklər üçün - məhsuldarlığı və səmərəliliyi artırır və birbaşa püskürmə vasitəsilə daxil edilir.

  • Unikal güclü quruluşa malik olan və yüksək silindr təzyiqləri altında lazım olan gücü təmin etmək üçün döyülmüş alüminiumdan hazırlanmış porşenlər.

  • Paslanmayan polad kollektorlar və onların LT1 birləşmələrindən daha yüngül olan alüminium tarazlayıcısı.

  • Standart yağın iki tərəfli idarəetmə nasosu ilə təchiz olunmuş quru-karter yağlama sistemi.

Yeni 1.7 Litr həcmində olan sıxıcı kompressor tipli mühərrik Korvet ZR1-in mühərrikinin sıxıcı kompressorundan dəqiqədə 5,000 - 20,000 qədər çox dövr edir. Onun rotorlarının diametri daha kiçikdir və bu da yüksək fırlanma qabliyyətinə təkan verir, və dövrənin ilk fazasında mühərrikin gücünü artırmağa imkan verir. Bu artımı daha çox birbaşa çıxış dəliyi vasitəsilə burulğanlı axının azaldılması hesabına səmərəli şəkildə əldə etmək olar, və bu zaman istiliyin miqdarı azaldılır və mühərrikə daxil olan hava axınının sürəti artır.

"Kiçik Blokun "blok daxilində kamera" dizaynı kompakt paket çərçivəsində daha çox yüksək məhsuldarlığa və mükəmməl performansa nail olmağa imkan verir - bu xüsusiyyət bizim yeni sıxıcı kompressor dizaynının performansı ilə daha da təkmilləşdirilir", Li söyləmişdir.

LT4 modeli Nyu-Yorkda GM-in Tonawanda Mühərrik Montaj Zavodunda və GM-in Boulinq Qrin Assambleyasının Zavodunun Performans Mərkəzində yığılır. Bu standart yeddi-pilləli mexaniki sürət qutusuna və ya Toledoda, Ohayo Ştatında yığılan ən yeni səkkiz-pilləli avtomat sürət qutusuna uyğunlaşdırılmışdır.

Dünyanın ən yaxşı ikili-mufta mexanizmi sürət qutusunda olan dəyişmələri həyata keçirmək üçün nəzərdə tutulmuşdur, bu, Z06 modeli üçün təklif olunan ilk avtomatik transmissiya sistemidir. Bunun sayəsində Z06 avtomobilləri böyük gücə malik olan ənənəvi mexaniki transmissiya sistemi və ya səkkiz-pilləli avtomatik transmissiya sistemlərini təklif edir.



Chevrolet haqqında

Əsası 1911-ci ildə Detroyt şəhərində qoyulmuş, Chevrolet şirkəti indi dünyanın ən böyük avtomobil brendlərinin biridir, hal-hazırda dünyanın 140-dən çox ölkəsində avtomobil istehsalı biznesi ilə məşğuldur və ildə 4.9 milyondan çox minik və yük avtomobilləri satır. Chevrolet şirkəti öz müştərilərini canlı performans, ifadəli dizayn, və yüksək keyfiyyət kimi xüsusiyyətlərə malik olan və yanacağa qənaət edən nəqliyyat vasitələri ilə təmin edir. Chevrolet şirkətinin istehsal etdiyi modellər haqqında daha çox məlumatı www.chevrolet.com saytında tapa bilərsininz. Chevrolet şirkətinin futbola dair yerinə yetirdiyi öhdəliklər haqqında daha ətraflı məlumat almaq üçün, www.ChevroletFC.com saytına daxil ola bilərsiniz.

###
Əlaqə:
Beáta Novák

Marketing and PR Manager

Tel.: +36 23 446 650

Mobile: +36 30 247 1765



beata.novak@gm.com


Yüklə 19,86 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin