Rima Hüsynova,Qaradağ r.228 nömrəli məktəbin müəllimi.
Ülviyyə Əbilova, Sabunçu r. 69 nömrəli məktəbin müəllimi Təlim və tədrisin yeni konsepsiyası ənənəvi təlim texnologiyasının dəyərli elementlərini saxlamaqla tədris prosesində tətbiq edilməlidir.Müasir kimya dərslərinin təşkili təlimin yeni konsepsiyasının aşağıdakı prinsiplərinə əsaslanmalıdır : şagirdyönümlülük; aktiv, müstəqil və birgə təlim üçün imkanlar yaratmaq; interaktiv təlimlə nəticələnmə. Son illərdə şagirdlərdə kimya elminə daha yaxşı maraq oyatmaq, onların elmi dünyagörüşünü formalaşdırmaq, idrak fəaliyyətini gücləndirmək üçün yeni təlim metodlarından lazımi qaydada istifadə edən müəllimlərimizin səmərəli və öyrənilməli iş təcrübələri inkişaf etməkdədir. İstər mövcud kimya proqramlarında, istərsə də kimya fənn kurikulumunda bu elmin mahiyyəti və məzmunu, digər təbiət elmləri ilə əlaqəli bir elm olması, onun insan həyatında nə kimi əhəmiyyətə malik olması çox ətraflı şəkildə şərh edilir.Yarım əsrlik pedaqoji təcrübəmiz, qabaqcıl kimya müəllimləri ilə apardığımız söhbətlərdən və onların iş təcrübəsindən belə bir nəticəyə gəlmək olur ki, kimya fənnin şagirdlər tərəfindən sevilməsinin binövrəsi dərsin maraqlı qurulmasından çox asılıdır. Qeyd etdiklərimizə əsaslanaraq kimyadan bir neçə dərsin gedişində metodik mülahizələrimizi bildirmək istərdik.