Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi



Yüklə 1,94 Mb.
tarix31.12.2021
ölçüsü1,94 Mb.
#112602
Metrologiya.(Rəqslər)

Fakultə

Nəqliyyat

İxtisas

Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi

Fənn

Metrologiya, standartlaşdırma və sertifikasiya



Qrup

458A1


Tələbə

Arzu Məmmədova

Müəllim

İsayev Aftandil

Müəyyən zaman fəasiləsindən sonra təkrarlanan və tarazlıq vəziyyəti ətrafında baş verən hərəkətə rəqsi hərəkət deyilir.

Hər bir rəqsi hərəkətin tarazlıq vəziyyəti olur. Bu vəziyyətdə cismə təsir edən qüvvə sıfıra bərabərdir. Rəqs edən cismin tarazlıq vəziyyətinə qədər olan məsafəsi yerdəyişmə adlanır. Tarazlıq vəziyyətindən uzaqlaşan cismə bu cismi tarazlıq vəziyyətinə qaytaran qüvvə təsir edir. Bu qüvvə cismi tarazlıq vəziyyətinə doğru yönəlib və cismin yerdəyişməsi ilə düz mütənasibdir: 𝑭 =– 𝒌𝒙.

Rəqslərin amplitudasının tezliyini və təcillərinin təyin edilməsi.

Cismin tarazlıq vəziyyətindən ən böyük uzaqlaşdığı məsafə rəqsin amplitudu adlanır.

Rəqsin amplitudu

- А və ya Xm hərfi ilə işarə olunur.

- ölçü vahidi: [𝐴] = 1𝑚 -dir.

Mexaniki rəqslərin baş vermə şərtləri:

1. Tarazlıq vəziyyəti olmalıdır. Tarazlıq vəziyyətində qüvvə sıfıra bərabərdir.

2. Cismi tarazlıq vəziyyətindən çıxaranda tarazlıq vəziyyətinə doğru yönəlmiş 𝑭 =– 𝒌𝒙 qüvvəsi yaranmalıdır.

- Rəqsi hərəkət zamanı cismə təsir edən 𝑭𝒙 qüvvəsinin x yerdəyişmədən asılılıq qrafiki:

3. Nyutonun ikinci qanununa əsasən, Fx = –kx qüvvəsinin təsiri ilə rəqs edən cisim = –kx düsturuna əsasən təcil alacaq.

4. Rəqsi hərəkət zamanı sürtünmə və müqavimət qüvvələri kiçik olmalıdır. Rəqsi hərəkət sistemlərinə misal olaraq riyazi və yaylı rəqqasları göstərmək olar.

 

• Yaylı rəqqas – elastiki yaya bərkidilmiş cisimdir. Yaylı rəqqasın əsas parametrləri yayın k sərtliyi və cismin m kütləsidir.



• Riyazi rəqqas – uzanmayan nazik ipdən asılan maddi nöqtədir. Riyazi rəqqasın əsas parametri onun ipinin l uzunluğudur.

Fx = –kx qüvvəsinin təsiri altında baş verən rəqslərə harmonik rəqslər deyilir. Harmonik rəqs edən cismin yerdəyişməsi, sürəti və təcili sinus və ya kosinus qanunu ilə dəyişir. Tutaq ki, cismin koordinatı kosinus qanunu ilə dəyişir

x=xm∙cos ωt.

- А, С və Е nöqtələri amplitud vəziyyətinə uyğundur:

- В və D nöqtələri tarazlıq vəziyyətinə uyğundur:

А nötəsindən В nöqtəsinə və С nöqtəsindən D nöqtəsinə qədər:

В nötəsindən С nöqtəsinə və D nöqtəsindən Е nöqtəsinə qədər:

azalan təcillə yeyinləşən hərəkət.

artan təcillə yavaşıyan hərəkət.

Cismin sürəti koordinatın birinci törəməsinə bərabərdir:

Burada υm = xm ∙ ω – sürətin maksimal qiymətidir.

Təcil sürətin birinci törəməsinə bərabərdir:

Burada am=υm∙ω – təcilin maksimal qiymətidir.

Sürətin maksimal qiymətinin düsturları:

Təcilin maksimal qiymətinin düsturları:

=ω∙ düsturunu am=ω∙düsturunda yerinə qoyaraq alırıq:

= ω ∙ ω ∙ xm ⇒ am = ∙ xm.

 

Sönən rəqslər

Həqiqi rəqs sistemlərində sürtünmə və müqavimət qüvvələrinin təsiri rəqslərin tam mexaniki enerjinin azalmasına səbəb olur. Rəqslər sönür. Rəqsin amplitudu sabit qalmır – azalır.

Rəqslərin sönməsinin qarşısını almaq üçün rəqqasa kənardan enerji verilməlidir. Bundan ötrü rəqqasa kənardan təsir edən periodik dəyişən qüvvə lazımdır. Məcburedici qüvvənin təsiri altında baş verən rəqslərə məcburi rəqslər deyilir.

Məcburi rəqslərin tezliyi məcburedici qüvvənin tezliyinə bərabərdir.

Əgər məcburedici qüvvənin təsiri dayanıbsa, onda rəqqas yenidən özünün (məxsusi) tezliyi ilə rəqs edəcək.

Əgər məcburi rəqslərin tezliyi məxsusi tezliyə bərabər olarsa onda rezonans yaranır.

Məcburi rəqslərin tezliyi məxsusi tezliyə bərabər olan anda rəqslərin amplitudunun kəskin artmasına rezonans deyilir.

DİQQƏTİNİZƏ

GÖRƏ


TƏŞƏKKÜR EDİRƏM.
Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə