Yox, yox, sən mənə daha çox kömək edirsən! Tako deyir



Yüklə 17,89 Kb.
tarix10.01.2022
ölçüsü17,89 Kb.
#107970

Bu gün uşaqları çox xoş gün gözləyir. Tako, Toko, Pako, Tata, Mişo, Leli və başqaları bu gün ekskursiyaya gedirlər. Uşaqlar ekskursiyaya Nunisiyə gedirlər. Sinfin Nunisiyə ekskursiyaya getməsini Kote müəllim qərara aldı. Doğrudur, Nunisi Tbilisidən uzaqdadır, amma Kote müəllim qərara aldı ki, Nunisini görmək uşaqlar üçün faydalı olardı. Kote müəllim bilir ki, Nunisi uşaqların xoşuna gələcəkdir. Axı Nunisi çox gözəl və maraqlı bir yerdir!

Uşaqlar səhər saat 8-də məktəbin həyətinə toplaşdılar. Həyətdə onları böyük və gözəl bir avtobus gözləyirdi. Bu avtobusla uşaqlar Nunisiyə yola düşəcəklər. Amma avtobus saat 8-də yola düşməlidir, uşaqlar bir saat əvvəl toplaşmağa başlayırlar. Ekskursiyaya getməyə hamı tələsir. Hamı Nunisiyə ekskursiyaya getməyi sevinir. Hamı asudə vaxtlarını birlikdə keçirməyə sevinir. Birlikdə keçirilmiş saatlar hər zaman maraqlıdır. Xüsusilə də Kote müəllimin uşaqlarla birlikdə olduğunda. Xüsusilə də Paata müəllimin uşaqlarla birlikdə olduğunda.

Pakonu ekskursiyaya atası gətirir. Tatanı isə - anası. Nikanın atası da uşaqlarla birlikdə getməyə hazırlaşır. Takonun və Tokonun valideynləri burada deyillər. Bu gün onlar uşaqlarla birlikdə ekskursiyaya gedə bilmirlər. Bu gün Vika işdə təqdimat keçirir. Vakonun və onun həmkarlarının isə teatrda vacib danışıqları var. Tako və Toko başa düşürlər ki, valideynlər bəzən çox məşğul olurlar...

- Eybi yoxdur, ana! – Tako deyir, - bir tərəfdən, Kote və Paata bizimlə gedirlər. Digər tərəfdən isə Laşa əmi də Pako ilə gəlir. Tatanın anası da orada olacaq, Nikanın atası da, Tikonun nənəsi də.

- Həm də biz ikimizik! – Toko gülür, - bir şey lazım olsa, hamıdan çox Tako mənə kömək edir.

- Yox, yox, sən mənə daha çox kömək edirsən! – Tako deyir.

Saat səkkiz də oldu. Hamı məktəbin həyətinə toplaşmışdı. Ən sonda Mişa gəldi. Düz saat səkkizdə.

- Hamımız buradayıq, tərpənə bilərik! – Kote müəllim deyir.

Avtobus yerindən tərpənir. Uşaqlar ən azı 2 saat yol getməli olacaqlar. Amma, heç kim darıxmır.

- Uşaqlar, Nunisi İmereti bölgəsindədir, çox gözəl və qədim bir kənddir. Kəndin yaxınlığında “Dağlıq Nunisi” yerləşir. O, Borjomi-Xaraqauli milli parkının bir hissəsidir. Oranın təbiəti olduqca gözəldir. Qalanını isə Nunisiyə gedib çatandan sonra danışacağam, - Kote müəllim qərara alır.

Uşaqlar bir-biri ilə danışmaqla əylənirdilər. Həm də yola götürdükləri çərəzləri yeyirdilər.


  • Paata müəllim, siz də nuş edin, nənəm hazırlamışdır, - Anna pirojkini müəlliminə təklif edir.

- Toko, götür, bax, necə də dadlıdır! – Anna sinif yoldaşına tərəf çevrilir.

Başqaları da Annadan geri qalmırlar. Hamı istəyir ki, anasının, atasının, nənəsinin hazırladığını dostlarına və müəllimlərinə bəyəndirsinlər.

Avtobus Nunisiyə gəlib çatdı. Uşaqlar pəncərədən boylanırdılar. Avtobusdan nə vaxt düşəcəklərini səbirsizliklə gözləyirdilər.


  • Uşaqlar, gəlib çatdıq! Ekskursiyamızın planı belədir: İlahi Ananın adına olan kilsəni ziyarət edək. Sonra “Rahiblərin qayasına” gedəcəyik. Piyada gəzməli olacağıq. Ora qədər təxminən 2 kilometrdir. Sonra kəndə qayıdıb orada naharımızı yeyərik. Nə deyirsiniz? Ac deyilsiniz ki? Mənə elə gəlir ki, yolda hamı qəlyanaltı edə bildi.... – Kote müəllim soruşur.

  • Hə, hə, yolda yedik. Ac deyilik. Gəlin gedək! – uşaqlar bir-birinə imkan vermirlər.

Qrup kilsəyə doğru tərpəndi.

- Uşaqlar, Nunisi haqqında çoxlu əfsanələr mövcuddur, - başladı Paata müəllim, - bir dəfə Qurucu Davit və onun döyüşçüləri müharibədən qayıdırdılar. Yeriməkdən yorulmuş atlar Nunisi suyuna uzandılar. Yazıq atların dəriləri tam soyulmuşdu. Çar getməyə tələsmədi. Atlar suda xeyli durdular. Nunisi suyu möcüzə törətdi. Tezliklə atların dəriləri tam sağaldı. Davit kəndi çox bəyəndi və orada məbəd tikməyi əmr etdi.

- Hərçənd, ikinci əfsanəyə əsasən, çariça Tamara Nunisi ətraflarında dincəlirmiş. Buranın təbiəti onun çox xoşuna gəlib və gözəl bir yerdə məbəd inşa etməyi əmr edib.

Uşaqlar kilsəni nəzərdən keçirdilər. Kilsənin uzun və maraqlı tarixçəsi sanki üzərində çəkilmişdir...

- Nunisinin Müqəddəs Ana məbədi – IX-X əsrlərin kilsəsidir. Düşmən hücumu zamanı məbəd dəfələrlə uçmuş və yeniləşdirilmişdir. Bunun üçün də kilsə çox dəyişmişdir, - Kote müəllim uşaqlara danışır.

- Nunisi Müqəddəs Ana məbədi ilə əlaqədar əfsanə vardır. Əfsanəyə əsasən, Müqəddəs Ana məbədi gizli tunellə “Rahiblərin qayası” ilə birləşirdi, - Paata müəllim davam edir.

Uşaqlar “Rahiblərin qayasını” görməyə tələsirlər.

Yol meşədən keçirdi. Yol boyunca Paata müəllim uşaqlara “Rahiblərin qalası” haqqında rəvayət və əfsanələri danışırdı.

- Rahiblərin qayası” üç mağaradan ibarətdir. Əfsanəyə əsasən, Müqəddəs Ana məbədi məhz bu mağaralarla əlaqəli idi. Onu da söyləyirlər ki, bu qayada İsanın çarmıxa çəkildiyi xaçın bir hissəsi saxlanılır. Daha bir əfsanəyə əsasən, bu yerdə Nuhun gəmisi yerləşmişdir. Onu da deyirlər ki, Nuhun gəmisi heç də taxtadan düzəldilməmişdir. Nuhun gəmisi məhz burada yerləşirmiş... Bunun üçün də burada olanlar sağ qalmışlar, - Kote müəllim davam edir.

- Nuhun gəmisinin tarixi yadımızdadırmı? - Paata müəllim soruşdu.

- Mən, mən, mən danışacağam! – uşaqlar qışqırırlar. Anna hamıdan birinci danışmağa başladı:

- Nuh İncilin qəhrəmanıdır. Onun üç oğlu var imiş. O, mehriban və yaxşı insan imiş, buna görə də allah ona məhşər gününün olacağını söylədi. Nuh böyük taxta gəmi tikdi və ora ailəsini və bütün heyvanların və quşların cütlərini yerləşdirdi. Məhşər günü baş verdi. Hər yeri su basdı. Yalnız Nuhun ailəsi və gəmidə olan heyvan və quşlar sağ qaldılar.... – Anna tez-tələsik danışırdı.

Uşaqlar Nunisini çox bəyəndilər, xüsusilə də əfsanələri.

- Gəlin, sinifdə Nunisi haqqında öz kitabımızı hazırlayaq! - Nika fikirləşdi, - eşitdiklərimiz bütün əfsanələri kitaba daxil edək və şəkillərlə bəzəyək.

- Çox yaxşı! Gəlin başqa əfsanələr da axtarıb tapaq və onları da əlavə edək! - ideya Takonun xoşuna gəldi.

Uşaqların ideyası Paata müəllimin də xoşuna gəldi.



Uşaqlar axşam yorğun və razı şəkildə Tbilisiyə qayıtdılar.
Kataloq: storage -> uploads -> books byseries
books byseries -> Naməlum gürcülər haqqında? Bu necə olur?
books byseries -> Yaxşı vaxt keçirdik, dostlar deyirdilər
books byseries -> Uşaqlar qərara aldılar ki, əvvəlcə internetdə maraqlı məlumat əldə etsinlər
books byseries -> Nəə? Bu, nə deməkdir? soruşur təəcüblü Vika
books byseries -> Vaşinqtonun paytaxt olaraq yaranması haqqında Vika və Vako Vaşinqtonda, muzeyi gəzəndə maraqlı əhvalat eşitdilər
books byseries -> Biz həmişə dost olacağıq! Pako deyir
books byseries -> Toko, Tako, oyanın, məktəbə gecikirsiniz, saat 8-dir! Ata, çox yuxumuz gəlir, bir az da yataq
books byseries -> Pişik və tutuquşu
books byseries -> Tako, Toko, Pako və digər şagirdlər Anaironun əhvalatını çox bəyəndilər
books byseries -> Bir ay oxudan sonar Toko çeçen xalq nağılını seçdi. Nağıl canavar haqqında idi

Yüklə 17,89 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə