Yük stansiyasının təsnifatı və xarakteristikası



Yüklə 43,88 Kb.
səhifə1/25
tarix10.01.2022
ölçüsü43,88 Kb.
#109663
  1   2   3   4   5   6   7   8   9   ...   25

Yük stansiyasının təsnifatı və xarakteristikası

Dəmiryol nəqliyyatı yük, sərnişin, poçt və baqaj daşımalarını müvafiq yük və kommersiya əməliyyatları üçün açılmış bütün stansiyalar arasında həyata keçirir. Stansiyalar bütün növ və ya bir neçə kommersiya əməliyyatlarının yerinə yetirilməsi üçün açıla bilər. Məsələn bəzi stansiyalar yalnız açıq meydança və platformalarda saxlanılan yükləri göndərəndən daşımaya qəbul edir və yük alana təhvil verir, digərləri dalan yollarında vaqon və xırda göndərişləri üçün ixtisaslaşdırılır.Hər bir stansiyanın icra etdiyi yük və kommersiya əməliyyatları Dəmiryol stansiyalarının siyahısına (tarif rəhbərliyi №4 kitab 2) göstərilmişdir.

Yük stansiyaları yük və kommersiya əməliyyatlarının yerinə yetirilkməsi üçün yol və yük qurğuları kompleksindən, texniki və xidməti binalardan ibarətdir. Yük stansiyalarında yük axınları yaranır və qurtarır. Gördüyü əməliyyatların növündən asılı olaraq yük stansiyaları yükləyici, boşaldıcı, yükləmə-boşaltma və yenidən yükləmə stansiyalarına bölünür.

Yükləıyici stansiyalarda daşınmaya qəbul edilən yüklərin miqdarı boşaldılıb təhvil verilən yüklərin miqdarından çox olur. Bu tip stansiyalara kütləvi miqdarda olan yüklərin (daş kömür, filiz, meşə yükləri, neft və s.) yüklənib göndərildiyi stansiyalar aiddir.

Boşaldıcı stansiyalarda boşalan yüklərin miqdarı yükləmənin miqdarından çox olur. Bu stansiyalar iri yaşayış məntəqələrində, gətirilən xammal, yanacaq və ərzağın miqdarı çox, yüklənib göndərilən məhsulun miqdarı isə az olan ərazilərdə yerləşdirilir.

Yükləmə-boşaltma stansiyalarında yükləmə və boşaltmanın həcmi təxminən bir-birinə bərabər olur.

Yenidən yükləmə stansiyalarında xeyli miqdarda yüklər su nəqliyyatına (liman stansiyalarına) və a avtomobil nəqliyyatına, bir dövlətin dəmir yolunda digər dövlətin dəmir yoluna (sərhəd stansiyalarında) və ya əksinə ötürülür.


Kataloq: wp-content -> uploads -> 2020
2020 -> Kiçik summativ qiymətləndirmə №-1
2020 -> Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1
2020 -> Pedaqogikanın ümumi əsasları Plan
2020 -> Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları
2020 -> Uşaq psixologiyası imtahan sualları Uşaq psixologiyası psixologiyanın sahəsi kimi
2020 -> Mühazirələr DƏDƏ qorqud" eposu azərbaycan türklərinin ulu babası oğuz türklərinin yaratdığı "
2020 -> Informatika fənninin predmeti. Informasiya nəzəriyyəsi və informasiya texnologiyaları. Informasiya ölçü vahidləri
2020 -> Kompüter avadanlıqlarının profilaktikası və texniki təmiri
2020 -> Grammar: Write about: “The Reciprocal Pronouns and their teaching methods” – “Qarşılıq əvəzliyi və onun tədrisi metodikası” haqqında yaz
2020 -> Azərbaycan Tarixi XIX xxi əsrin əvvəli

Yüklə 43,88 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə