Yük stansiyasının təsnifatı və xarakteristikası


Sərnişin daşıma tarifinin növləri



Yüklə 43,88 Kb.
səhifə9/25
tarix10.01.2022
ölçüsü43,88 Kb.
#109663
1   ...   5   6   7   8   9   10   11   12   ...   25
Sərnişin daşıma tarifinin növləri

Sərnişin daşıma tarifləri aşağıdakı növlərə bölünürlər:



  • Ümumi sərnişin – beynəlxalq və ölkədaxili istiqamətdə gediş üçün;

  • Şəhərətrafı tariflər – şəhərətrafı qatarlarda gediş üçün;

  • Ümumi baqaj tarifi (tarif məsafəsi qaydalarına əsasən);

  • Müxtəlif xidmətlər göstərilməsinə görə tarif və yığımlar.

Ölkədaxili və şəhərətrafı qatarlarda gediş haqqı tarifləri dəmir yolu tərəfindən hazırlandıqdan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildikdən sonra tətbiq olunur. Lakin beynəlxalq gediş haqqı tarifləri Beynəlxalq razılaşmalarla tənzimlənir.

Ümumiyyətlə, sərnişin tarifi elə quraşdırılmışdır ki, 1 km məsafə artdıqca 1 sərnişin üçün gediş qiyməti aşağı düşür. Beynəlxalq sərnişin qatarlarında gediş üçün əsas oturacaq yeri bərk vaqonlar üçün tarif qurulmuşdur. Bərk və yumşaq gediş üçün isə uzanmağa görə haqq (plas karta) gediş məsafəsindən və vaqonun növündən asılı olaraq əlavə tutulmalıdır.

Sərnişin daşıma tarifi yalnız daşımaya çəkilən xərcləri deyil eyni zamanda sərnişinə göstərilən komfort dərəcəsini də özündə cəmləşdirir. Gedişin daha sürətli qatarda baş tutması üçün əlavə olaraq sürətə görə haqq ödənməlidir. Eyni zamanda 5 yaşından 10 yaşına qədər uşaqların gedişi üçün tarif müəyyən olunmuşdur, yatacaq yeri üçün haqq isə böyük sərnişinlər üçün nəzərdə tutulduğu haqq müqabilində tutulmalıdır.

Sərnişinlərin daşınması üçün dövri tariflər cədvəli də nəzərdə tutulmuşdur. Bu cədvəl sərnişin axınını, bayram və istirahəıt günlərini nəzərə alaraq tariflərin artma və ya azalmasını tənzimləyir.



Yük tarifləri

Dəmiryol nəqliyyatında yükləri və sərnişinləri daşımaq üçün alınan haqqa və rüsuma, bu haqq və rüsumların hesablanmasıça tarif deyilir. Tariflər daşınmaının plan qiymətidir.

Tarifin mühüm vəzifəsi nəqliyyat vasitələrindən səmərəli və sərfəli istifadə edilməsini və daşınma xərclərinin azaldılmasını geniş surətdə tətbiq etməkdən ibarətdir.

Dəmir yolları vasitəsilə yüklərin daşınma haqqının miqdarı, habelə dəmir yolları Nizamnaməsindən irəli gələn mükafat və cərimələrin miqdarı Azərbaycan Respublikası Mazirlər Kabineti tərəfindən təsdiq olunur.

Daşınmalar üzrə hesablanıb alınan yol haqqına və onların hesablanması üsuluna dəmiryol tarifləri deyilir.

Tariflər artırıb azalmaqla dövlət müəyyən daşımaları tənzimləyir və daşımaları səmərəli surətdə müxtəlif nəqliyyat növləri arasında bölüşdürür.

Yük tarifləri ölkədə istehsal bazarının inkişafına böyük təsir göstərir. Tariflər əsasında texniki tərəqqi təmin edilir, yük göndərənlər və sərnişinlər dəmir yol nəqliyyatına cəlb edilir.

Tarif elə qurulmalıdır ki, dəmir yolku gəlirlə işləsin. Tariflərə əsasən daşıma haqqı, daşıma planının yerinə yetirilməsi, dəmir yolunun rentabelliklə işi müəyyən olunur. Bütün dəmir yolu şəbəkəsi üçün tarif vahiddir.

Tarifləri yüklərin qruplarına, daşıma məsafələrinə, vaqonların texniki yükləmə normalarına əsasən hazırlanmışdır. Yüklərin daşınması xərci onların daşınması məsafəsindən, vaqonların yük götürmə qabiliyyətindən istifadə edilmə dərəcəsini nəzərə alaraq hesablayırlar. Dəmir yol nəqliyyatı minlərlə nomenklaturada olan yük daşıyır. Onların hər biri ən müxtəlif xüsusiyyətlərə malikdir.


Kataloq: wp-content -> uploads -> 2020
2020 -> Kiçik summativ qiymətləndirmə №-1
2020 -> Mövzu müasir təlim formaları,iş üsulları və texnikaları plan: 1
2020 -> Pedaqogikanın ümumi əsasları Plan
2020 -> Dəmiryol nəqliyyatında daşımaların təşkilinin əsasları
2020 -> Uşaq psixologiyası imtahan sualları Uşaq psixologiyası psixologiyanın sahəsi kimi
2020 -> Mühazirələr DƏDƏ qorqud" eposu azərbaycan türklərinin ulu babası oğuz türklərinin yaratdığı "
2020 -> Informatika fənninin predmeti. Informasiya nəzəriyyəsi və informasiya texnologiyaları. Informasiya ölçü vahidləri
2020 -> Kompüter avadanlıqlarının profilaktikası və texniki təmiri
2020 -> Grammar: Write about: “The Reciprocal Pronouns and their teaching methods” – “Qarşılıq əvəzliyi və onun tədrisi metodikası” haqqında yaz
2020 -> Azərbaycan Tarixi XIX xxi əsrin əvvəli

Yüklə 43,88 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə