Zaur vediLİ


SAMİR: – Şair, səndən bir söz də soruşum. Ancaq sən ata­nın göru mənə düz cavab ver. QƏLƏM BEYTULLA



Yüklə 1,39 Mb.
səhifə11/19
tarix21.10.2017
ölçüsü1,39 Mb.
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

SAMİR: – Şair, səndən bir söz də soruşum. Ancaq sən ata­nın göru mənə düz cavab ver.

QƏLƏM BEYTULLA: – Atam hələ sağdı.

SAMİR: – Nə olsun ölməyib. Bir gün öləcək daa.

QƏLƏM BEYTULLA: – Yaxşı sualını ver.

SAMİR: – Bax şair, ancaq kişi kimi düz cavab ver. Şair, at­an ya baban yəqin ki, yanında söhbət etmiş olar. Sən bilmirsən sizin qarğalarla qohumluğunuz yoxdu? (Gülüşürlər)

QƏLƏM BEYTULLA (gülə-gülə): –Oyunun olsun ay Sa­mir! İnsan insanla qohum olar, axı insanın quşla nə qohum­lu­ğu?

SAMİR: – Bilirsən şair, sən yazdıqlarının hamısının sayını 300-3300 dedin. Mən də eşitmişəm ki, qarğalar da 300 il yaşayır. Ona görə soruşdum.

QƏLƏM BEYTULLA:–Yox Samir, bizim qarğalarla qo­hu­­m­­­­lu­ğumuz yoxdu. Ancaq səni nə maraqlandırırsa soruşa bilər­sən.

SAMİR: – Çox sağ ol şair. Sən öl sən kişi adamsan. İstə­yi­rəm səndən bir şey də soruşum.

QƏLƏM BEYTULLA:–Hə nə olar. Soruş Samir bala, so­­ruş.

SAMİR: – Şair, doğrusu neçə vaxtdı bu sual məni çox ma­ra­q­landırırdı. Öz-özümə çox fikirləşirdim. Çox düşünüb-daşın­dım. Axırda bu sualın cavabını özüm dəqiq tapdım. Bax, sənin ad­ın Beytulladı eləmi?

QƏLƏM BEYTULLA: – Bəli Samir, mən Beytulla Eloğ­lu­­yam.

SAMİR: – Hələ ki, Eloğlu lazım deyil. Hələlik apar onu at zibil yeşiyinə qoy orada qalsın.

KƏMALƏ (hirslə): – Samir!

QƏLƏM BEYTULLA: – Kəmalə bacı siz narahat olmayın eybi yoxdu. (Samirə) Hə, sən sözünü de.

SAMİR:–Hə şair. Eloğlunu atdıq qaldı Beytulla. Şair, indi sən deyə bilərsənmi sənin adının,yəni Beytullanın mənası nə­dir?

YUSİF: – Doğrudan gözəl sualdı.

QƏLƏM BEYTULLA (öz-özünə): – Demək adımın mə­na­­sı nədir? Adımın mənası Beytulla, Beytulla.

SAMİR (məzəmmətlə): – Hə şair, deyəsən tapa bilmədin? İndi mən deyim sən də bil.

QƏLƏM BEYTULLA (tutula-tutula): – Vallah sözün doğ­­­ru­su mən heç bu barədə fikirləşməmişəm. Ancaq eybi yoxdu əgər sən bilirsənsə de.

SAMİR: – Deyim şair. Bax, sənin adının mənası budur. “Bəy” yəni “bəy”, “tulla” yəni tula. Sadəcə olaraq yəni bəy tu­la­sı. Hə şair, de görüm doğrudu ya yox? (Gülüşürlər. Kəmalə Sa­mirə hirslənir)

KƏMALƏ: – Samir! Ayıbdı axı!

SAMİR: –Nə deyirəm axı ey ay ana? Adının mənasını ba­şa saldım daa.

YUSİF: – Daha vaxtdı. Aparım Muradı yola salım. (Ayağa qalxırlar)

KƏMALƏ (Muradı bağrına basıb öpərək):–Sənə yaxşı yol oğlum. Anan qurban olsun darıxıb eləmə. Düz iki aydan son­­ra nə­vəmiz olan kimi evimizə qaytaracağıq.Arvadın həm sə­ni ata edə­cək, həm də əsgərlikdən qurtaracaq.(Bir-bir öpüşüb gö­rü­şür­lər. Cərgəyə düzülürlər. Musiqi çalınır. Murad qabaqda oxu­yur)

MURAD: – Düyün düşən tərs işlərdən,

Pis olan hər vərdişlərdən.

Qanlı-qanlı döyüşlərdən,

Məni arvad qurtaracaq.



XORLA: – Səni arvad qurtaracaq.

MURAD: – Dağdan, düzdən, həm də dikdən,

Əziyyətdən, çətinlikdən.

Bu getdiyim əsgərlikdən,

Məni arvad qurtaracaq.



XORLA: – Səni arvad qurtaracaq.

MURAD: – Mən düşsəm də bir az dara,

Olsa da ağ günüm qara.

Düz ikicə aydan sonra,

Məni arvad qurtaracaq.



XORLA: – Səni arvad qurtaracaq.

MURAD: – Gedərgəlməz səfərlərdən,

Barıt iyli zəhərlərdən,

Buz tək söyuq sərhədlərdən,

Məni arvad qurtaracaq.



XORLA: – Səni arvad qurtaracaq. (Polis qaça-qaça tən­gi­nə­­fəs səhnəyə daxil olur)

SAMİR: – Bıy, bu sənsən xoruz? Deyəsən hələ havalısan?

POLİS:–Ey polislər məni eşidirsinizmi?Siz hamınız qa­nun keşiyində ayıq-sayıq durun.Heç biriniz mənə oxşamayın ha­a!

İŞTİRAKÇILAR XORLA:–Ey tamaşaçılar, sizlər də biz­lərə oxşamayın! Əgər bizlərə oxşasanız mütləq sizin də sonunuz bi­zim kimi olacaq!
(pərdə)
SON
9-20.10.1995




2 hissəli, 5 pərdəli, 8 şəkilli

mənzum dram

İŞTİRAK EDƏNLƏR
1. Səxavət – müəllim

2. Nərminə – Səxavətin arvadı

3. Orxan – Səxavətin oğlu

4. Vüsal – Səxavətin qardaşı

5. Sabir – Səxavətin atası

6. Xanım – Səxavətin anası

7. Səlim – Nərminənin atası

8. Solmaz – Nərminənin anası

9. Bəxtiyar – Nərminənin xalası oğlu

10. Qurban – Sabirin qonşusu

11. Aliyə – Nərminənin rəfiqəsi

12. Sevda – Nərminənin rəfiqəsi


I pərdə, I şəkil
Kənd həyəti. Günortadı. Sabirlə Xanım həyətdəki ağacın kölgəsində oturublar. Qonşu Qurban da oradadı.

QURBAN:Deyirəm ay Sabir, bu dünya ki, var,

Yoxdu bircə qırıq onda etibar.



SABİR: – Elədi ay Qurban, elədi.

QURBAN: – Görən,

Varmı bu dünyaya – vəfalı – deyən?



SABİR: – Çətin deyən ola ona vəfalı,

Olsa da hər yeri gözəl, səfalı.

Nə biz vəfalıyıq, nə də bu dünya,

Bu dünya hər kəsə röyadı, röya!



QURBAN: – Atan oldu rəhmət, düz danışırsan,

Vallah qızıl kimi söz danışırsan.

İndi insanların üzü dönükdü,

Dünən alovlanan, bu gün sönükdü!

Baş aça bilmirəm heç bu əməldən!

SABİR: – Darıxma, səs çıxmaz heç vaxt tək əldən,

Vaxt gələr, çatarıq haqqın səsinə,

Beş vəfasız olar, yüzü tərsinə.

Təki sağlıq olsun.



QURBAN Əlbət də, sağlıq,

Əvəzsiz varlıqdı, əvəzsiz varlıq.

Necə ki, ömrümüz çatmayıb başa,

Gərək addımlayaq zamanla qoşa.



SABİR (qolundakı saata baxır): –

Yamanca gecikdi Səxavət bu gün,

Artıq tamamına on qalıb üçün!

QURBAN: – Yəqin işi olub, səbr et bir qədər,

Dəyməz darıxmağa indicə gələr.

Bir də söz soruşum səndən ay Sabir,

Niyə görmürsünüz toy üçün tədbir?

Vaxtıdır, evləndir sən Səxavəti.

SABİR: – Varmı Səxavətin elə qeyrəti?

Xanım hey desə də bu sözü ona,

Deyir: – Evlənmirəm hələ ki, ana.

Deyirik ay oğul, bax yaşımıza,

Kim bilir, gələcək nə başımıza?

Biz bu gün burdayıq, sabahsa görda,

Vallah rahat olmaz ruhumuz orda.

Gəl tök ətəyindən bala, bu daşı,

Toy edək, çağıraq dostu-qardaşı.

Sən yaşda olanlar atadı artıq,

Çıxmır Səxavətdən bir səs, hıçqırıq.

QURBAN: – Bəlkə sevdiyini almırsınız siz?

XANIM: – Qurban qardaş, elə edərikmi biz?

Kənddə qız qalmayıb saymayaq ona,

“Tezdi” deyib gəlmir dinə-imana.

Elə günü bu gün hazırıq toya,

Axı o, bu işə gərək qol qoya.

(Ayaq səsləri eşidilir. Səxavət gəlir)

SƏXAVƏT: – Hər vaxtınız xeyir.

QURBAN: – Hər vaxtın xeyir.

(görüşürlər)

XANIM: – Hardasan ay oğul, gəl çıx görək bir?

SƏXAVƏT: – Heç ana, məktəbdə işlərim çoxdu,

Yemək də yemişəm, aclığım yoxdu.


(Qurbana)
Sən özün necəsən ay Qurban dayı?

Necə keçirirsən bu isti yayı?



QURBAN: – Sağ ol qadan alım. Müəllim atam,

Özün görürsən də, sağ-salamatam.

Siz gənclər sağ olun, nə var bizlərə?

SƏXAVƏT: – Yox, ehtiyacımız çoxdur sizlərə!

Dünya ağsaqqalsız dönər zindana,

Ömür-gün dərd olar onda insana.

QURBAN: – Vallah sən həqiqi oğulsan, oğul!

Ömrün uzun olsun bala, çox sağ ol!

Sonsuzdu qəlbimdə sənə hörmətim.

SƏXAVƏT: – Sağ ol qurban əmi.

QURBAN (qolundakı saata baxır. Ayağa durur)

Hə, vaxtdı gedim,

Bir azca su verim mala-heyvana,

Sonra da baş çəkim bağa, bostana.



(Qurban gedir. Sabirlə Səxavət onu yola salır. Səxavət gəlir. Xa­nı­mın gözləri yol çəkir)

SƏXAVƏT: – Deyəsən gözlərin yol çəkir ana?

XANIM: (ayağa qalxır)

Anan qurban olsun sənin boyuna.

Gün o gün ola ki, sənin toyunda

Kəsək bu həyətdə qoç da, qoyun da.

Musiqi yayıla obaya, elə,

Anan da doyunca süzə bax belə!



(Zümzümə edib oynayır. Sonra Səxavəti bağrına basıb öpür və on­unla qoşa oturur)

Oğul yaxşı-yaxşı dinlə sözümü,

Arzuma əməl et, güldür üzümü.

Artıq saçlarıma illər dən salıb,

Hay-hayım gedibdi, vay-vayım qalıb.

Gəl dön inadından evlənmək istə,

Biz də gəlin görək bir boyu bəstə.

Kimdi könlündəki, məndən gizləmə?

O adı qəlbində tək əzizləmə.

(azacıq susurlar)

SƏXAVƏT: – Ana, Nərminədi sevdiyim.

XANIM: (sevincək)

Bala,


Səlimin qızı?

SƏXAVƏT: – Hə.

XANIM: – Bax, bu lap əla!

Əllərində çıraq, bütün kəndi gəz,

Vallah onun kimi qız ola bilməz!

Agah elə görüm bu işdən məni,

Bəs, Nərminə necə, sevirmi səni?

SƏXAVƏT: –Bəli sevir ana, ancaq...

XANIM: – Nə ancaq?

Bu işə daha nə əngəl olacaq?



SƏXAVƏT: – Əngəli odur ki, xalası Nanə,

İstəyir gəlini ola Nərminə!

İstəyir köçürdə onu Gəncəyə,

Qorxuram səhərim dönə gecəyə!



XANIM: (Səxavəti bağrına basıb öpür)

Sən narahat olma, qəlbini sıxma,

Sənin olacaqdı o qız, darıxma!

Sən razı ol, sabah biz gedək elçi,

Qız gəlsə xalası nəçidir, nəçi?

Hə, elçi gedəkmi, nədir qərarın?



SƏXAVƏT: – Məsləhət sizindi.

XANIM: (sevincək)

Dövlətim-varım,

Deməli razısan?! Eşit Saxəvər,

Bu gün Nərminəylə görüş, et söhbət,

De ki, daha vüsal güləcək üzə,

Sabah bizimkilər gələcək sizə!

Qoy gedim muştuluq verim atana,

Dünyanı bəxş etdin bu gün anana! (Gedir)



SƏXAVƏT (öz-özünə): –

Keçir ömrümüzdən yel kimi zaman,

Dönür xatirəyə ötüşən hər an,

Ömür bir qatardı, bizsə sərnişin,

Kimi acı-acı, kimisə şirin,

Doğulub o yolda yolçuya dönür,

Gec ya tez, o ömür işığı sönür!

Yalnız təkcə bir şey sönmür əbədi,

O da qəlbin qəlbə saf məhəbbəti!

(Səxavət gedir)

II şəkil
Axşam çağıdı. Sıra ilə düzülmüş ağaclara qonmuş quşların oxuması eşidilir. Səxavət ağacın kölgəsində durub Nərminəni gözləyir. Nərminə gəlir.

NƏRMİNƏ: – Xoş gördük Səxavət.

SƏXAVƏT: – Xoş gördük Nərmin.

NƏRMİNƏ: – Çoxdan gözləyirsən sən məni yəqin?

SƏXAVƏT: – Deyəsən qanundu, düz yarım saat,

Sən gecikməlisən görüşə hər vaxt.

Gözlərim görüncə sən tək yarını,

Çəkir min illərin intizarını.

Vallah yalan yoxdu Nərmin, sözümdə,

Dünyasan, aləmsən mənim gözümdə!

Ömrümə bəzəksən, həyatımsan sən!

NƏRMİNƏ:(əllərini göyə qaldırır)

Allahım, necə də xoşbəxtmişəm mən!

Sən bu xoşbəxtliyi görmə mənə çox.

Kim bizi istəmir sanc qəlbinə ox!



(Səxavətin boynuna sarılır)

Hər vaxt xoşbəxt olaq beləcə.



SƏXAVƏT: – Amin!

(ağacın altındakı iri daş parçasının üstündə otururlar)

İlk görüş günümüz yadında Nərmin?

Bu gün düz bir ildir bu ağac, bu daş,

Bizə hər görüşdə olurlar sirdaş.

Hər gizli söhbəti burda açmışıq,

Sevgi yollarına işıq saçmışıq.

Hər vaxt tələsirəm bura gəlməyə,

Səninlə danışıb-deyib gülməyə.

Elə ki, ayrılıq məqamı çatır,

Sevincim bir dərin quyuya batır!

Sınır sevincimin qolu-qanadı!

NƏRMİNƏ: – Bəli, yaşayırıq eyni həyatı.

(köks ötürüb xəyala dalır. Qəlbində)
Eh Səxavət, sənə necə danışım,

Axır ürəyimə odlu göz yaşım!

Gərək tələsəsən, geciksən əgər,

Şirin şəlbətimiz olacaq zəhər!

Necə söyləyim ki, öz doğma anam,

İstəyir həsrətdən alışıb-yanam?!

Qar yağır sevdalı ömrün yoluna,

Məni zorla verir xalam oğluna!

Ömrümün ən şirin bu parasında,

Qalmışam od ilə, su arasında!

İndi bəs neyləyim özüm, bilmirəm?!

Toya tələs – deyim dözüm, bilmirəm?!



SƏXAVƏT: – Nə yaman dalıbsan Nərmin xəyala?

Mən bilirəm səbəb nədir bu hala.

Dəyməz qəm çəkməyə, fikir etməyə,

Qoymaram hicranı qəlbdə bitməyə.



NƏRMİNƏ: – Gəncə söz-söhbəti olandan bəri,

Yağılıb qəlbimə dünyanın səri.

Məni sən tez qurtar bu intizardan,

Bəxtim don geyməsin borandan, qardan!



SƏXAVƏT: – Mənim ömrüm-günüm narahat olma,

Acı fikirlərlə xəyala dalma!

İndi bir şad xəbər verim sənə mən,

Camalın sevincə bələnsin həmən!

Atan, anan evdə olsunlar gərək,

Sabah bizimkilər sizə gələcək!



NƏRMİNƏ (üzənə təbəssüm dolur):

Bunu gözləyirdim sənin dilindən,

Məni tezcə qurtar əzab əlindən!

Qorxuram ki, xalam düşə qabağa,

Ürəyim tuş gələ ömürlük dağa!

SƏXAVƏT: – Nərmin olardınmı razı o işə?

NƏRMİNƏ (başını bulayır): –

Yox-yox, qəlbimdəki eşq adlı guşə,

Sənə bağışlanıb yalnız Səxavət,

Onu ala bilməz səndən o, namərd!

Səxavət, and olsun ulu Tanrıya,

Ömrüm çatmasa da hələ yarıya,

Anamgil etsələr xalam deyəni,

Olaram bu kəndin itgin gəlini!

Baş alıb gedərəm qərib diyara,

Düşsəm də çovğuna, borana, qara!

Qoymaram yol kəsə qara buludlar,

Puç ola arzular, şirin ümüdlər.



SƏXAVƏT: – Səncə elçilərim...

NƏRMİNƏ: – Yox, əzizim, yox,

Qəlbini sən tox tut, əvvəlki tək tox!

Bilirsən ki, atam sənin atanın,

Xətrini çox istər, mənə inanın!

Səxavət, sevgidən yenə çağla, coş,

Atam elçiləri yola salmaz boş!


(xeyli bir-birinə baxırlar)
Daha gecə düşdü ayrılaq daha,

Gedək hazırlaşaq evdə sabaha.



SƏXAVƏT: – Düz deyirsən Nərmin, axşamdı artıq,

Gedək, bürüməmiş kəndi qaranlıq.



(Gedirlər)

(pərdə)

II pərdə, III şəkil
Nərminəgilin evi. Solmazla Nərmin evdədi. Nərminənin çöhrəsinə qəm çöküb.

SOLMAZ: – Qızım insaf elə, dön inadından,

Çalış Səxavəti çıxart yadından.

Xalan olsa əgər sənin qaynanan,

Elə biləssən ki, anandı, anan.

Nə başa düşməsən başa salacaq,

Sənə qaynana yox, ana olacaq.


(Nərminənin saçlarını tumarlayıb öpür.)
Gəl mənlə razılaş, ömrümün varı.

NƏRMİNƏ (doluxsanaraq): –

Yox ana, sevmirəm mən Bəxtiyarı!



SOLMAZ: – Niyə qızım, o ki, yaxşı oğlandı

Gözəl, ucaboylu bir pəhləvandı!

Oxuyub, çatıbdı əli çörəyə,

Niyə bəyənmirsən sən onu, niyə?



NƏRMİNƏ: – Yox! Yox! sevmirəm, sevmirəm onu!

Mənə geydirsə də qızıldan donu!

Bir də o barədə söhbət eləmə,

İntizar oduna məni bələmə!

Məhəbət azaddı, azaddı, azad!

Könülsüz qurulmaz, ailə, həyat!

Yalvarıram mənə etməyin zülüm,

Vallah bu zülümdən yaxşıdı ölüm!



SOLMAZ: – Yaxşı, qoy sən deyən olsun Nərminə,

Xoşbəxtlikdi arzum, istəyim sənə.

Çalış ki, hər işdə ol belə möhkəm,

Polad iradəndən danışsın aləm.



(Səlim gəlir. Nərminə ağlamasını bildirməməsi üçün çölə çıxır)

SƏLİM: – Qıza nə olubdu arvad, deyəsən,

Gözü yaşlı gördüm Nərminəni mən?



SOLMAZ: – Kişi, yaxşı-yaxşı qulaq as mənə,

Qoy agah eləyim bu işi sənə.

Sənin son qərarın olur görüm nə,

O gün zəng vurmuşdu Gəncədən Nanə.

Sevinə-sevinə, o gülə-gülə,

Dedi ki, oğlunu tutubdu dilə.

Oğlu evlənməyə olubdu razı,

Bəxtiyar da sevir bizim bu qızı.



SƏLİM (təəccüblə) : – Kimi, Nərminəni?!

SOLMAZ: – Hə kişi.

SƏLİM(xeyli fikrə gedir): – Solmaz,

Övlad talehiylə oynamaq olmaz!



SOLMAZ: Bax kişi, Bəxtiyar öz oğlumuzdu,

Həm qanadımızdı, həm qolumuzdu.

Qızı Bəxtiyara versək əgər biz,

Getdiyi evdə də sənsiz, həm mənsiz,

Bacım qızı kimi ona baxacaq,

Onun ağ gününə qanad taxacaq.

Ancaq Səxavətə versək, nə bilim,

Ağ günlü olarmı mənim tər gülüm?



SƏLİM: – Bilmirəm nə deyim bu işə düzü,

Yaxşı, Nərminənin nədir son sözü?

O, hansını sevir?

SOLMAZ: – Nərminə deyir,

Dağılıb olsa da iki dünya bir,

Odlara qalanıb olsam da lap kül,

Yenə Bəxtiyara vermərəm könül!

Səlim, Nərminəni sən də sal başa,

Yoxsa başı dəyər çox daşdan-daşa.



SƏLİM: – Demək Səxavəti sevir?

SOLMAZ: – Hə, sevir.

SƏLİM: – Bu nə möcüzədi, nə də ki, bir sirr.

Arvad, budur mənim qəti qərarım,

Mən istəmirəm ki, ilk qız nübarım,

Kimləsə könülsüz ailə qura,

Fikirdən qəlbini eləyə qara.

Çox da ki, Bəxtiyar sevir qızımı,

Heç vaxt döndərmərəm qışa yazımı!

İstəmərəm qızım getdiyi yerdə,

Həsrət çəkib düşə əzaba, dərdə!

Qızım kimi sevir, onun olacaq.



SOLMAZ (könülsüz): –

Qoy sən deyən olsun. Nə bilim ancaq,

Yenə yaxşı-yaxşı fikirləş kişi,

Yüz ölçüb, bir biçib gərək bu işi.

Nə bilim, məsləhət sənindi yenə!

SƏLİM: – Arvad, son sözümü söylədim sənə.

(Həyətin qapısı döyülür)

Sən öz istəyindən tamam kənar qaç.



SOLMAZ: – Yəqin elçilərdi, get qapını aç.

(Səlim qapını açmağa gedir. Xanımla Sabir gə­lir­lər)

SOLMAZ: – Nə yaxşı adamlar gəlibdi görün,

Ay xoş gəlibsiniz keçin, buyurun!



(görüşüb-öpüşürlər)

XANIM: – Xoş gününüz olsun ay Solmaz, sağ ol,

Həmişə deyib gül, qəmdən uzaq ol.



(divanda otururlar)

SƏLİM: – Sabir nə var, nə yox evdə-eşikdə?

SABİR: – Ayıq-sayıqdırsa arvad keşikdə,

Ay Səlib, deməli sağ-salamatıq.



SƏLİM: – Ta nə istəyirsən bəs bundan artıq?

(Xanıma)

Bəs siz necəsiniz ay Xanım bacı?



XANIM: – Tapılandan bəri dərdin əlacı,

Çox şükür yaxşıyam, ay Səlim qardaş,

Hamının bu dərdi şəfa tapa kaş.

SƏLİM: – Dərd nədi, sözündən çıxmadı başım?

SABİR: – Səlim, söz ki, düşdü qoy mən danışım.

Bizim Səxavətlə, sizin Nərminə,

Könül veribdilər bir-birlərinə.

Sevir bir-birini onlar ürəkdən,

Gərək ayrılmaya bülbül çiçəkdən.

Hər ikisinin də çatıbdı yaşı,

İndi sevdalıdı onların başı.

Deyirlər ki, – bir qız bir oğlanındı,

Son söz də atanın və ananındı.

Siz son sözünüzü bildirin indi.



SƏLİM: – Vallah son söz demək bir az çətindi!

Dünən Solmaz dedi bu haqda mənə,

Dedi, Səxavəti sevir Nərminə.

Onlar bir-birini sevirsə əgər,

Qıymaram gecəyə çevrilə səhər.

Sevdalı ürəklər gül kimi sola.

Sizi də əliboş salmaram yola.

Tanrı sevənlərə qoy kömək olsun,

Qoy xoşbəxt olsunlar, mübarək olsun!

SABİR: – İndi bildin nədir Xanımın dərdi?

SƏLİM: – Bildim Sabir qohum, ta bildim nədi.

(Solmaza)

Arvad, gətir içək vüsal şərbəti,

Bu qohumluğumuz olsun əbədi.

(Solmaz şərbət gətirir. İçirlər və öpüşürlər)

(pərdə)

III pərdə, IV şəkil
Axşamdı. Nərminə gəlinlik donunda Səxavətlə üz-üzə otu­rub. Bayırdakı musiqinin və çal-çağırın səsi eşidilir.

SƏXAVƏT: – Xoş gəlmisən Nərmin.

NƏRMİNƏ: – Sağ ol Səxavət.

SƏXAVƏT: – Canımızı üzən bu acı həsrət,

Şükür ki, çəvrildi bu gün vüsala.



NƏRMİNƏ: – Səxavət, qoy baxım o gül camala,

Çəkdiyim əzablar gözümdən itsin,

Qəlbimdə adi bir rahatlıq bitsin.

Dönsün bu rahatlıq solmayan gülə,

Şükür ki, qovuşdu könül-könülə!

Açıldı üzümə işıqlı səhər,

Çəkdiyim əzablar getmədi hədər!

Şükür Allahın bu məsləhətinə,

Çox şükür rəhminə, mərhəmətinə!

SƏXAVƏT: – Eh Nərminim, mən də az çəkməmişəm,

Odlu göz yaşımı az tökməmişəm.

Hər dəfə görəndə səndəki halı,

O, ürəküzücü fikri, xəyalı,

Mən də bələnirdim qəm libasına,

Şaxta qarışırdı ömrün yazına!

Çox adiləşirdi gözümdə cahan!

O sənsiz günlərdə Nərminim, inan,

Sönürdü qəlbimdə olan sevincim,

Narahat olurdum, çıxmırdı dincim.

Elə ki, görürdüm gözlərim gülür,

O vaxt yaşayırdım başqa bir ömür.

Arxada qoymumuş qəmi, həsrəti,

Nə isə, dəyişək daha söhbəti.

Qəmdən uzaq gəzib biz olaq xoşhal.

NƏRMİNƏ: – Deyirəm Səxavət, nə yaxşı Vüsal,

Bu toy gününəcən ordudan gəldi,

Həm onun, həm bizim könlümüz güldü.

SƏXAVƏT: – Düz deyirsən Nərmin. Görəsən niyə,

İçəri gəlmirlər Sevda, Aliyə?



NƏRMİNƏ: – Yəqin oynamaqdan doymur gözləri,

Bununçün unudub onlar bizləri.



(Otağın qapısı açılır. Sevdayla Aliyə gülə-gülə gəlirlər. Sev­da on­ları qoşa görüb qanı qaralır)

ALİYƏ(gülə-gülə): – Gəlmək olar?

SƏXAVƏT: – Olar, buyurun, gəlin,

Nərminlə birlikdə danışın, gülün.

(Ayağa qalxır. Sevdayla Aliyə keçib Nərminənin sağ-so­lun­da otururlar. Sevda Səxavətlə Nərminəni qoşa görüb pərt olur)

ALİYƏ:– Çox şüklür ki, gördük bu gözəl toyu,

Sizi qoşa görək ömrünüz boyu.



SƏXAVƏT: – Nərmin, sən qızlarla qoşul söhbətə,

Mən də yavaş-yavaş düşüm həyətə.



(Gedir. Sevda onun arxasıyca həsrətlə baxır)

ALİYƏ:– Nərminə, and olsun böyük Allaha,

Sanki oxşayırsan nurlu sabaha!

Ulu Tanrı özü yar olsun sənə,

Düşmə bu həyatda dara, çətinə.

Müşkül işlərini asan eləsin,

Başına xoşbəxtlik seli ələsin.

Qəlbinizə sevgi, məhəbbət dolsun,

Ömür yollarınız işıqlı olsun.



NƏRMİNƏ: – Çox sağ ol, Aliyə, böyük Yaradan,

Sizlərə də qismət etsin toy-nişan.



SEVDA (ayağa durur) : – Su içib gəlirəm. (Gedir)

ALİYƏ:– Eşit Nərminə,

Həyat dərsi olsun sözlərim sənə.

Əvvəllər qıymırdım könlünü sıxam,

Sevdalı qəlbinə qəm-qüssə yığam.

Lakin söyləməyə indi məcburam,

İstəyirəm haqqın dalında duram.

Səxavətdə qalıb Sevdanın gözü,

Bunun üçün gülmür heç onun üzü.

Üzünüzə gülər, fikriniz azar,

Yolunuzda dərin quyular qazar.

Heç vaxt ehtiyatı verməyin əldən,

Yeri gəlsə zəhər çəkərlər güldən!

Sanmayın hər işıq gün işığıdı,

Ehtiyat igidin yaraşığıdı!



(Sevda gəlir)
NƏRMİNƏ: – Gəl Sevda, gəl əyləş.

SEVDA: – Vallah, Nərminə,

Gəlinlik doğrudan yaraşır sənə.



ALİYƏ:– Əlini bizim də başımıza çək,

Biz də əynimizdə gəlinlik görək.



NƏRMİNƏ:(əlini qızların başına çəkir)

Könlünüz çəkməsin heç vaxt intizar,

Sizi xoşbəxt etsin İlahi, qızlar. (Səxavət gəlir)



Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə