Zaur vediLİ


İLHAM: – Çox şükür ana. Sizin sağlığınız azdımı məgər? Mənimçün bu sağlıq dünyaya dəyər. BƏNÖVŞƏ



Yüklə 1,39 Mb.
səhifə15/19
tarix21.10.2017
ölçüsü1,39 Mb.
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   19

İLHAM: – Çox şükür ana.

Sizin sağlığınız azdımı məgər?

Mənimçün bu sağlıq dünyaya dəyər.

BƏNÖVŞƏ (kinayə ilə): – Əgər elədirsə oğlum, bəs onda,

Nədir eşitdiyim bu iyrənc səda?!



İLHAM (tutulmuş halda): – Heç nə anlamadım!

BƏNÖVŞƏ: – Anlamazsan da,

Anlamaz kim olsa sənin yerində!

Çünki istəyirsən ananın lap çox!

Bununçün vurursan qəlbinə min ox!



(İlham heç nə deməyib başını aşağı salır)

Susurlar! De­yə­sən ut­andın?! Əhsən!

Şükür ki, anladın xəcalətlisən!

Xalan bu xəbəri verəndə mənə,

Sanki vurdu məni tok dönə-dönə!

Özün bilirsənki, bu kənddə hamı,

Məni bilirlər bir Allah adamı.

Bütün kənd saxlayır hörmətimizi,

Sənsə yerə soxdun qiymətimizi!

Sənin kef-damağın kök olsun təki!

Oğlum onsan da, sən istəyirsən ki,

Dindən, şəriyyətdən dəm vuran anan,

Olsun lənətlərdə alışıb yanan!

Doğru demirəmmi?! (İlham susur. Hirslə)

Susma cavab ver!

Yoxsa deyəssən bu şeytan işidi?!



İLHAM: – Lənətə tuş gəlsin görüm şeytanı!

Hər yola çəkərmiş şeytan insanı!

Şeytan işiydi bu vallah anacan!

BƏNÖVŞƏ (qışqırır): –Mənə ana demə bir də heç zaman!

Mən anan deyiləm bu gündən daha.



İLHAM: – Anacan and olsun qadir Allaha.

BƏNÖVŞƏ (daha bərk qışqırır): –

Hələ danışırsan?! Utan, sus barı!



(İlham pərt olmuş halda susub başını aşağı salır)

Qoy çəkim içimdə özüm azarı!

Sən çatladacaqsan mənim bağrımı!

Heç elədin bütün arzularımı!

Mən də düşünürdüm öz ürəyimdə,

Arzular bağladı köz ürəyimdə!

Daha mümkün deyil dönmək geriyə,

Xəcalət çəkirəm sənin yerinə!

Vallah az qalıram olam lap dəli!

(Aysel çay süzülmüş stəkanları sinidə gətirib stola düzür)

AYSEL: – Gör xalan səninçün necə ətirli,

Bir çay dəmləyibdi. İç lap bihuş ol.

Kədəri, fikiri ürəyindən yol.

İLHAM: – Çox sağ ol xalacan.

AYSEL: – Bacı, yenə sən,

Mənim İlhamımdan nə istəyirsən?

Bir rəngin açılsın, durulsun qanın,

Qurtar bu söhbəti bacı sən canın!



BƏNÖVŞƏ: – Qurtar söyləyirsən, necə qurtarım?!

Heç oldu büsbütün xoş arzularım!

Yaxşı bu cəhənnəm, bunlar bir yana,

Bəs Xavər?! O, necə olacaq?!



İLHAM: – Ana!!!

BƏNÖVŞƏ (hirslə): –Min yolmu deyəcəm bir sözü sənə?!

Bir də ana demə sən heç vaxt mənə!

Səninçün mən ana olsaydım əgər,

Heç vaxt eləməzdin balımı zəhər!



AYSEL: – Ay bacı, başa düş sən vəziyyəti,

Qurtar daha yersiz bu söz-söhbəti.

Özünü üzürsən vallah sən əbəs,

Belə etməz axı mömin olan kəs!



BƏNÖVŞƏ: – Mənə ağıl qoyma! Yaxşısı budur,

Xavər hardadırsa, sən ayağa dur,

Get çağır otağa!

AYSEL: – Bu başqa söhbət.

Çəksəm də yaxşı iş üçün əziyyət,

Nə desən edərəm gözlərim üstə.

Təki girməyəsən balanla qəsdə!



BƏNÖVŞƏ: – Az nağıl-zad danış, get onu çağır!

AYSEL: – Bu saat çağırım (ayağa qalxır).

İLHAM: – Yan otaqdadır.

(Aysel yan atağa keçir və Xavərlə gəlir)

XAVƏR: – Axşamınız xeyir.

(Bənövşə tərs baxışlarla onu başdan ayağa süzür)

BƏNÖVŞƏ (kinayə ilə): – Axşamın xeyir!

Əhsən sənə qızım, bu görkəm nədir?!



(Xavər heç nə deməyib başını aşağı salır)

AYSEL (hirslə): – Bacı bu söhbəti qurtar sən Allah!

Uşaq İlhamındı, İlhamın vallah!



BƏNÖVŞƏ: –İstəyir lap itin olsun! Mənə nə?!

Qızım Xavər, əyləş qulaq as mənə.



(Xavər oturur)

Sən mən deyənləri eləsən əgər,

O vaxt açılacaq üzünə səhər.

Yox, əgər etməsən, o zaman heç vaxt,

Gülən deyil sənin üzünə həyat!

Oturub-duranda ah-vay çəkəssən,

Fikirdən qəlbini didib sökəssən.

Qızım indi son söz sənindir, söylə,

Razı olassanmı mən deyən ilə?

XAVƏR: – Mən? Bəli olaram.

BƏNÖVŞƏ: – İlham, sən necə?

İLHAM: – Hə, mən də razıyam.

BƏNÖVŞƏ: – Onda sakitcə,

Dinləyin siz mənim sözümü bir-bir,

Ancaq olmalıdı bu bağlı bir sirr.

AYSEL: – Ay bacı nə qədər tərsimişsən sən,

Vallah sən adamı vərəmlədərsən!



BƏNÖVŞƏ: – O, dərddən özünü gözlə onda sən,

Şirincə canına yapışar birdən!



AYSEL (incimiş halda): – Sağ ol! Gözləməzdim!

BƏNÖVŞƏ: – Hə, sən də sağ ol.

Mümkündürsə mənə göstərməyin yol!

Özüm bilərəm nə edəcəyimi,

Hansı tərəfə yol gedəcəyimi!



AYSEL: – Özün bil! Babalı sənin boynuna,

Daha qarışmıram bu oyununa!



BƏNÖVŞƏ: – Hə bala, indi siz eşidin məni,

Gərək edəsiniz siz mən deyəni.



İLHAM: – Siz necə məsləhət bilsəniz ana,

Bizim hər ikimiz razıyıq ona.

Mütləq edəcəyik biz sən deyəni.

BƏNÖVŞƏ: – Elədirsə, onda eşidin siz məni,

Düzdür sizin üçün ağır olacaq,

Gərək dözəsiniz siz buna ancaq.

Bəlkə sən bilmirsən, ancaq ki, İlham,

Çox yaxşı bilir ki, kənddə bir adam,

Mənim bir sözümü eləmir iki.

Mənim balam, kənddə hamı bilir ki,

Mən eləməmişəm pisliyi peşə,

Hər vaxt qol qoymuşam mən haqlı işə.

Mənim balalarım, indi heç zaman,

Sizin yolunuzda qoymaram duman.

Elə günü bu gün bala, mütləq siz,

Gərək ki, bu kəndi tərk edəsiniz.

(İlhamın qaşları çatılır. Sual dolu baxışlarla anasına baxır)

Heç bir səs salmadan, bala sakitcə,

Gedin Naxçıvana elə bu gecə.

Elə tutaq ki, bu işi gərək biz,

Kənd əhli bu işdən ola xəbərsiz.

Kənddə xəbər tutsa bundan bir nəfər,

Olar bu hadisə dillərə əzbər.

El-oba içində olarıq rüsvay,

Olarıq ən alçaq adamlara tay!

Elə bununçün də Naxçıvanda sən,

Azad olmalısan hamiləlikdən.

O, körpə uşağı atıb bir düzə,

Sonra gəlməliyik biz evimizə.

(İlhamla Xavər haldan-hala düşürlər. Xavər səssiz ağ­la­yır.)

Bu işi heç bir kəs bilməməlidir,

Bu iş heç vaxt üzə gəlməməlidir!

Qızım, yad deyilsən deyim evdən çıx!

Tutduğun bu işə az qəlbini sıx!

Sən öz balamızsan, bununçün elə,

İstəmirəm pis söz adına gələ!

Birdə ki, bu kənddə edənmirəm cəm,

Toylara nə qədər pullar tökmüşəm!

Bu halda de, necə mən toy çaldırım,

O toyda bəs necə mən qol qaldırım?!

(hirslə ucadan)

Tökdüyüm pulları yığmalıyam yox?!



(azacıq susur)

Bax qızım, sən məndən nə çəkin, nə qorx!

İlhamla cəmləyin siz özünüzü,

Deyin tezcə mənə son sözünüzü!

Batıb batmasam da işdə günüha,

Bu işin sonrası mənlikdir daha!



(Araya sakitlik çökür. Aysel Xavərin yanaqlarından sü­zü­lən göz yaşlarını əli ilə silib hirsli halda yan otağa keçir. Bə­növ­şə də otaqdan çıxır)

İLHAM: – Xavər ağlama, get əl-üzünü yu,

Gətir mənimçün də bir stəkan su.



(Xavər heç nə deməyib gedir)

Bu anam nə qədər vicdansızıymış,

Daşqəlbli, insafsız, imansızıymış?!

Yanmayıb mən boyda övlad halına,

Hər şeyi satanmış dünya malına!

Toy etsin, pul yığsın, qazanc eləsin,

Bizi isə dərdə, qəmə bələsin!

Bilmirəm anamda bu nə ədadır,

Anam mənim deyil pul hayındadır!

Xavər bu halda hər baxanda mənə,

Kim bilir indi o, nə düşünür, nə?!

Anamın daşqəlbli olmağınımı,

Bizi alovlara salmağınımı?

Yazıq qız saralıb-solur bayaqdan!

Ay ana, necə də zalımmışsan sən!

Nə deyim? Nə deyim indi sənə mən?!

Qəti bir qərara gələ bilmirəm,

Nə edəcəyimi hələ bilmirəm!

Zaman tərs düyünə düşdüyü kimi,

Qoy bir az Xavərlə məsləhətləşim.



(Xavər su dolu parçı gətirib İlhama verir. İlham suyu alıb içir)

İndi bəs neyləyək? Nədir qərarın?



XAVƏR: – Bilmirəm, səndədir öz ixtiyarın.

Özün fikirləşib bir qərara gəl,

Bir də işimizdə olmasın əngəl!

İLHAM: – Bilmirəm neyləyim indi mən özüm,

Bilmirəm nə olsun mənim son sözüm!

Vallah itirmişəm mən öz başımı,

Gah alov, gah da su kəsir qarşımı!

Anam deyənləri etməsək əgər,

Çətin üzümüzə açıla səhər!

Aralı düşməklə biz ilk baladan,

Məncə qurtararıq biz bu bəladan!

Bu işi tutanda o, qadir Allah,

Biləcək etmişik ən ağır günah!

Əlacımız yoxdur, neyləyək Xavər?!

XAVƏR: – Heç bir şey! Qoy olsun anan deyənlər!

İLHAM (başını bulayaraq hirslə): –

Anam niyə belə edir bəs niyə?!



(Otağın qapısı açılır. Bənövşə gəlir)

BƏNÖVŞƏ: – Nə oldu? Gəldiniz bir nəticəyə?

İLHAM (könülsüz): – Hə ana, qoy olsun sən deyən.

BƏNÖVŞƏ (sevincək): – Əla!

Bu başqa məsələ! Bax indi bala,

Sən ki, sevindirdin məni beləcə.

Gündüzüm çevrilib olsa da gecə,

Fələk lap odlara atsa da bizi,

Çatdıracam xoşbəxt günləri sizə.

Hər arzularınız olacaq gerçək.

Elə toy edəm ki, mən sizə gərək,

Bu toy kəndimizdə yeganə olsun.

Dostumuz şad olsun, düşmən də solsun.

Qoy sizi bir öpüb bağrıma basım!

(İlhamla Xavəri bağrına basıb öpür)

Sizi şən görməkdi ən böyük arzum!

(əllərini göyə açır)

Çox şükür, çox şükür ey qadir Allah!

Axır ki, açıldı üzümə sabah! (İlham gilə)

Daha gecdir bala, siz hazırlaşın,

Gedim deyim Kamal gətirsin maşın.

Kamal özü sizi çıxartsın kənddən,

Xəbərdar olmasın yad bu söhbətdən!

Yoxsa başımız çox ağrılar çəkər!

Siz hazır olun biz gələnə qədər.

(otaqdan sevincək çıxır. İlham da siqaret yandırıb çıxır)

XAVƏR (ağlayaraq): –Gör nələr çəkəcək bu başım hələ?

Nə qədər dönəcək göz yaşım selə?!

Lənətə tuş gəlsin görüm şeytanı,

Çəkdi gözümüzə qara dumanı!

Özümüzü yaman bəlaya saldıq,

İndi də beləcə biz ağlar qaldıq!

Biz nə oddu düşdük İlahi belə?!

İndi bəs neyləyək, neyləyək söylə?!

Danışa bilmirəm, üzüm qaradı,

Elə bil ürəyim bütöv yaradı!

Lənətə gələsən ay şeytan səni,

Saldın alovlara bu yaşda məni!

Görəsən dünyaya gələcək uşaq,

Oğlanmı olacaq? Qızmı olacaq?!

Kaş ki, oğlan ola! Qız olsa əgər,

Kim bilir başına gələcək nələr?!

Əgər oğlan olsa, düşsə də dara,

Olsa da küçədə qalan avara.

Könülsüz də olsa deyim – eybi yox!

Ancaq qız adının dərdi çoxdur çox!

Kaş insafa gələ bir az qaynanam,

Razı olmaya bu odlarda yanam!

Yazıq İlham da çox fikrə qərq olub,

Elə bil çöhrəsi gül kimi solub!

Nə bilim–nə bilim!

(İlham gəlir. Onun arxasıyca da Aysel gəlir. Xavər tez ya­naq­­larından süzülən göz yaşlarını silir)

AYSEL: – Getdi Bənövşə?

İLHAM: – Hə, bayaqdan gedib.

AYSEL (əsəbləşmiş halda): – Anan bu işə,

Mən bilmirəm necə qol qoyur axı!

O, sənə anadır, yoxsa ki, yağı?!

Yanmayıb sən boyda oğul halına,

Satır o, hər şeyi dünya malına!

Toy etsin, pul yığsın, varlansın bir az!

Heç ögey ana da onuntək olmaz!

Vallah öldürəcək məni bu dərd-qəm!



(İlham xalasının “Heç ögey ana da onuntək olmaz” söz­lə­ri­­ni eşidib sanki özünü başqa bir aləmdə hesab edir. O sözlər İl­ha­­mın qulağında neçə dəfə səslənir. İlhamın başını sı­ğal­la­ya­raq)

İnşallah qurular nurlu bir aləm.

Xalan qurban sənə çox etmə fikir.

Görək bu oyunda başın nə çəkir!



İLHAM: – Xalacan, qəlbimdə kök saldı bir qəm,

Bəlkə mən anama doğma deyiləm?!

Bəlkə düz deyirsən, ögeyəm elə,

Yoxsa bəs nə üçün o, edir belə?!



AYSEL(gülür): –Sən nə danışırsan ay İlham bala?!

Qurban olsun sənin boyuna xala!

Sözgəlişi dedim hirsimdən onu,

Sən şənlən, deyib-gül, geymə qəm donu.

Nə ögey, nə filan? Bunlar boş sözdü!

Yoxsa bu sözlər də qəlbini üzdü?

Sən ona doğmasan, o, sənə doğma.

səbəbdəndirsə bilmirəm amma,

Niyə belə edir sənin bu anan?

Çox düşüncəsizmiş Bənövşə yaman!



(tələsik gələn addın səsləri eşidilir. Bə­növ­şə gəlir)
BƏNÖVŞƏ: – Hə, hazırsınız?

İLHAM (anasını süzərək könülsüz): – Bəli, hazırıq.

BƏNÖVŞƏ: – Onda qalxın gedək, zülmətdir artıq.

Öz maşınımızla qayıdar ata,

Gözləyir məhlədən bir az kənarda.

Oturmayın durun, sən də dur Aysel.



İLHAM: – Hə anam düz deyir xala sən də gəl.

(Aysel, İlham, Xavər ayağa durub Bənövşə ilə birlikdə ot­aq­­dan çıxırlar)

(pərdə)
I pərdə, III şəkil

Səhərdi. Böyük həcimli düzənlik bir sahə. Bənövşə, Aysel, Xa­­vər və İlham oradadırlar. Təzə doğulmuş qız uşağı Ayselin qu­­­cağındadı. Bənövşədən başqa hamısı bikefdilər.

BƏNÖVŞƏ: – Çox şükür, qurtardıq bu işdən bala,

Daha gecdir, gəlin çıxağın yola.



(İlham intizarlı baxışlarla qızına baxır)

AYSEL: – İlham hələ bir bax. Gör necə qızdır?

Elə bil qız deyil, yanar ulduzdur!

Gözləri, qaşları oxşayır sənə,

Yaradan əl çəkib sanki hüsnünə!



BƏNÖVŞƏ (acıqlı): –Bir az dilini kəs az tərif eyə,

Bu uşaq nədir ki?! Ay Aysel hələ.

Bundan da gözəli doğulacaqdı,

Hüsnünü hər görən məst olacaqdı!



AYSEL: – Nə deyirəm bacı qoy olsun, ancaq,

Məncə onlar buna tay olmayacaq.

Elə bil Günəşdi, Aydı yanağı!

BƏNÖVŞƏ: – Az dilə güc ver, vaxt ötür axı!

(İlahm içində ağlayırmış kimi dərindən içini çəkir)

Xavər, kəndə çataq sizin üçün mən,

Bir toy çaldırım ki, özün de əhsən!

Gözümdən qoymaram səni uzaqda,

Sən xoşbəxt olassan bizim ocaqda.

Yenə açılacaq bir gözəl səhər,

Bundan gözəl balan olacaq Xavər.

On günlük uşağa sən salma meyil,

Vallah heç yadına bu düşən deyil.

Özün görəcəksən qurbanın olum,

Siz heç qəm çəkməyin gəlinim, oğlum.

Bura çox yaxşıdı, iş görmək olar!

Uşağı atarıb burdaca qalar!

Heç kim də bu işdən olmaz xəbərdar,

İndən belə sizi ağ günlər tapar.

Körpəni ver görüm



(Uşağı Ayseldən alır və onu astaca yerə qoyur. Uşaq ağ­la­yır)

Hə, daha gedək.

Burdan uzaqlaşıb tez gözdən itək.

(Körpə çı­ğırır. İlhamla Xavər ağlayı)

Dur­ma­yın tələsin.



(Aysel İlhamla Xavərin göz yaşlarına və körpənin ağ­­la­ma­sı­na dözməyir. Körpəni qucağına götürür və özü də ağlayır)

AYSEL: – Bacı rəhm elə.

Sən gəl vicdansızlıq etmə bir belə,

Doğma övladını gəl ağlar qoyma!

Oğluna qıysan da, uşağa qıyma,

Sən Allah rəhm elə, rəhm elə bacı!

Şirin ömrümüzü eləmə acı!

Sənə yalvarıram!

BƏNÖVŞƏ (hirslə qışqıraraq): – Bilirsən nə var?!

Boş-boş danışmasan lap əla olar!

Sən bacım olsan da yaxşısı budur,

Mənə ağıl vermə, bir kənarda dur!



AYSEL: – Yox ağıl vermirəm, bacı sən canın,

Azacıq da olsa olsun vicdanın!

Bu körpə uşağın nə günahı var,

Ömrünə-gününə yağdırırsan qar?!

Nə olar? Bacınam bir eşit məni,

Heç vaxt günah yola çəkmərəm səni!

Hərhalda bacınam ürəyim yanır!

BƏNÖVŞƏ: – Məncə əbəs yerə qəlbin odlanır!

Yaxşı, eşidirəm, İstəyin nədir?



AYSEL:Bilirsən Bənövşə, sən icazə ver,

Körpəni aparaq “Uşaq evi”nə.

Onu atmaqdan bu yaxşıdır yenə!

Yoxsa insafdırmı biz bilə-bilə,

Yanar odumuzu döndərək külə?

Gül kimi uşağı ataq çöllərə,

Qəm-qüssə dolduraq şən könüllərə.

Vallah bu günahdan qurtarmaq olmaz!



BƏNÖVŞƏ: – Yaxşı danışmayın. Susun siz bir az,

Bizə tərəf gəlir onlar deyəsən.



(Başı ilə onlara tərəf gələn bir kişini və bir arvadı göstərir. Qanrılıb gələnlərə baxırlar)

Siz heç nə deməyin, lazım olsa mən,

Cavab verəcəyəm onlara özüm!

(İlhamla Xavərə)

Siz də ağlamayın!



(kişi ilə arvad onların yanına gəlirlər)

KİŞİ: – Salam əleyküm.

BƏNÖVŞƏ: – Salam.

KİŞİ: – Belə başa düşürəm ki, siz,

Qonaqsınız, nəsə siz gəzirsiniz?



BƏNÖVŞƏ: – Qonaq olmağına qonağıq, ancaq

Maşınla bu yoldan keçərkən bayaq,

Dəydi gözümüzə bu körpə fidan.

Maşını saxlayıb düşdük maşından,

Gördük ki, sahibsiz bu körpə uşaq.

Ağlayır. Ürəyim lap oldu dağ-dağ!

Bildim ki, atılmış bir körpədir bu.

KİŞİ (hirslə): – Ay bu işi tutan sifətinə tfu!

ARVAD: – Alçaq nə qədər zalım insanmış!

Görüm zəril etsin onu bu bəd iş!

Biz yazıq on ildi övlad tapmırıq!

Yanmır evimizdə on ildir işıq!

Ancaq o vicdansız gör nələr edir?!

(əllərini göyə açır)

Ey Allah, o kəsin ömrünü bitir!



AYSEL: – Bacı, övladınız yoxdur deyəsən?

ARVAD (qəmgin): –Allahın yəqin pis bəndəsiyəm mən!

Yoxdur bacı!



KİŞİ(köksünü ötürür): – Yoxdur!

AYSEL: – Bəlkə elə siz,

Bunu övladlığa götürəsiniz?



KİŞİ: – Elə o barədə düşünürəm mən!

ARVAD: – Elə o mənim də keçir könlümdən!

BƏNÖVŞƏ (sevincək): – Onsuz da verəcəm “uşaq evi”nə.

Əgər razısansa verərəm sənə.



KİŞİ: – Nə deyirsən arvad, aparaq bizə?

Bəlkə budur düşən qismətimizə?

Sahibsiz qalmasın deyə bu göyçək,

Aparıb saxlayaq öz balamıztək.

Gül kimi uşaqdı körpə qızcığaz,

Məncə belə etsək bu iş pis olmaz.



ARVAD: – Doğrudur pis olmaz bəlkə biz ona,

Olsaq bir qayğıkeş atayla ana.

Tale üzümüzə gülər o zaman,

Hə aparaq bizə, aparaq Sərxan.



BƏNÖVŞƏ: – Gül kimi uşaqdı, görən o, namərd,

Hansı nanəcibdi, hansı biqeyrət?



(Uşağı qolları üstündə tərpədərək)

Adam heç qıyarmı belə fidana?!

Düşsün bunu doğan qaynar qazana!

Görüm elə dərdə düşsün ki, heç vaxt,

Dərddən uzaqlaşıb heç olmasın şad!

ARVAD: – Amin bacı. Qızı ver bizə,

Onu övlad edək biz özümüzə.



(Arvad uşağı Bənövşədən alır. İlhamla Xavər ağlayır)

AYSEL(sevincək): –Çox sağ olun bacı, vallah sağ olun,

İşığı oldunuz siz zülmət yolun!

Siz ki, edirsiniz saf işi peşə,

Allah köməyiniz olsun həmişə!

Hər çətin işiniz olsun lap asan,

Heç peşman etməsin sizi yaradan!



ARVAD: – Çox sağ olun bacı, sizə də hər vaxt,

Allah kömək olsun siz də olun şad.



KİŞİ: – Daha gecdi gedək.

ARVAD: – Salamat qalın.

Gedək qonağımız olun.



BƏNÖVŞƏ: – Sağ olun.

Hesab edin gəldik qurbanın olum.

Yolumuz uzaqdı biz gedək oğlum.

(Görüşüb ayrılırlar. İlhamla Xavər onların dalınca ba­xır­lar)

Bax bu iş oldu lap əladan əla,

Daha biz də gedək vaxt keçir bala.

AYSEL – (Əli ilə Xavərlə İlhamı göstərir)

Bu göz yaşlarının ahından gör

Sən qurtaracaqsanmı?

BƏNÖVŞƏ (acıqlı halda): – Bir az mumla sən!

Xavər, İlham sizə bəs nə olubdu?!

Gül kimi çöhrəniz niyə solubdu?!

İLHAM (hirslə): – Heç nə olmayıbdı!

BƏNÖVŞƏ: – Utanın barı!

Özünüz verdiniz bu ixtiyarı!

Mən də izninizlə tutdum bu işi,

Biryolluq tərgidin belə vərdişi!



(İlhamla Xavər göz yaşlarını silirlər)

Daha tərpənəyin yoldan qalmayaq,

Gedəcəyimiz yol uzaqdı uzaq.

İLHAM: – Bəs biz hara gedək?

BƏNÖVŞƏ: – Oğlum sən hələ,

Xavərlə get qohun İsmayıl gilə.

Xavərlə neçə gün onlarda qalın,

Elə onlardan da düz evə gəlin.

Oğlum, onlara bu uşaq barədə,

Artıq söz deməyin siz bir kəlmə də!

Hə oğlum siz gedin, biz də birtəhər,

Gedək çataq evə axşama qədər.

(Görüşüb-öpüşürlər. Bənövşə ilə Aysel gəlir. Xavər ba­şı­nı İlhamın sinəsinə qoyub, hönkürüb ağlayır)

İLHAM: – Ağlama əzizim, belə ağlama,

Dağlı qəlbimi sən təkrar dağlama!

Nə deyim anama, nə deyim axı,

Çəkdi sinəmizə sağalmaz dağı!

Ağlama əzizim, ağlama belə!

(Xavərin saçlarını tumarlayır)

XAVƏR: – Dəhşətdi, özümüz öz əlimizlə,

Verdik balamızı yoldan ötənə!



(qollarını göyə qaldırır)

Allah niyə yazdın bu bəxti mənə?!

İlham, niyə o vaxt belə iş tutduq?

Niyə biz bu günü o vaxt unutduq?



İLHAM: – Bu göz yaşlarını axıtma ömrüm,

Lənətə tuş gəlsin şeytanı görüm!

Heç nəyi görmədi o vaxt gözümüz,

Başımaza oyun açdıq özümüz!

“Ağlamaz deyiblər özü yıxılan”!

XAVƏR: – Axı niyə belə elədi anan?!

Axı niyə qıydı odlarda yanaq?

Kədərə bələnək, sevinci danaq?

İLHAM: – Ağlama əzizim, ağlama belə,

Acı göz yaşların dönməsin selə!

Daha gecdi gedək bir az sən dincəl,

Özünü çox üzmə, gəl əzizim gəl.



(pərdə)

III pərdə, IV şəkil

Yay fəslidir. Günortadı. Sərxan gilin evi. Sərxan və Yasa­mən çay süfrəsi arxasında oturubdular. Sərxan dərin fikrə gedib.

YASƏMƏN: – Sərxan, mən bayaqdan görürəm ki, sən,

Elə fikirdəsən. Nə düşünürsən?



SƏRXAN: – Nə düşünürəm?

YASƏMƏN: – Hə.

SƏRXAN: – Heç, elə-belə.

YASƏMƏN: – Yox, bu düz olmadı. Bir agah elə,

Görüm nədir səni fikrə qərq edən.

Qəlbində kol kimi köks salıb bitən!

SƏRXAN: – Heç, ötüb keçəndi.

YASƏMƏN: – Niyə axı sən,

O, qəmi-kədəri mənsiz çəkirsən?

Belə deməmişdik axı biz əvvəl,

Danış Sərxan, məndən sən gizlətmə gəl.

Danış bilim nədir çəkdiyin dərd-qəm,

Mən də olum sənin dərdinə həmdəm.



SƏRXAN: – Bilirsən Yasəmən? Çəkdiyim fikir,

Gülnarla özümüz barəsindədir.

Düzü istəmirdim sənə bildirəm,

Əl çəkməyəcəksən ancaq görürəm.

18 ildir ki, Gülnar bizimlə,

Birgə yaşasa da ancaq o, hələ,

Bilmir ki, biz ona ögey adamıq!

YASƏMƏN: – Sərxan belə söhbət artıqdı-artıq.

Vallah iki dünyam bir olsa da mən,

Gülnarı ögey qız bilmərəm bil sən.

Elə bilirəm ki, o, bizə hər vaxt,

Doğma övlad kimi verir qol-qanad.

Sanıram mən onu gözümün nuru.



SƏRXAN: – Elədir Yasəmən, mən də Gülnarı,

Səndən az sevmirəm, bilirsən bunu.

Ancaq biz həyatda nə qədər onu,

Doğmatək sevsək də, əzizləsək də,

Bir zərif gül kimi biz bəsləsək də,

Lap qurban olsaq da biz ona, yenə,

Doğma ata-ana nəvazişinə,

Bərabər məhəbbət ona heç zaman!

Biz verə bilmərik Yasəmən, inan!



Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə