Zaur vediLİ



Yüklə 1,39 Mb.
səhifə2/19
tarix21.10.2017
ölçüsü1,39 Mb.
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   19

NİCAT: – Hər şey ola bilər ana. Çünki deyirlər neçə gündü sər­həddə döyüş də gedir! Vallah yalanını, doğrusunu bilmirəm, hə­lə deyirlər deyəsən şəhid olanlarımız da var!

NAZİLƏ (əllərini dizlərinə çırpır): – Allah sizə bəla versin! Kö­künüzü yer üzündən kəssin ay it uşaqları! Bu necə od-alo­vuy­du biz düşdük ay Allah?! Dişimizlə-dırnağımızla ev-eşik düzəl­dək axırda da onu indi bu şərəfsizlərə verək?! Öz yurdumuzdan, öz evimizdən didərgin düşək?! (Əllərini göyə qal­dırır) Bəs sən bu­nu necə qəbul edirsən ay Allah?! (Ayaq səsləri və həyət qa­pı­sı­­nın cırıltısı eşidilir. Ənvər qanı qaralmış halda gəlir. Nicat aya­­ğa qalxır)

ƏNVƏR: – Hər vaxtınız xeyir.

NİCAT: – Hər vaxtın xeyir dədə. (Ənvərlə Nicat otururlar. Ən­vər cibindən siqaret və kibrit çıxarıb siqaretini alışdırır).

ƏNVƏR: – Oğlum, Nicat kənddə, məktəbdə camaatdan bir söz-söhbət eşitməyibsən? Deyirlər bu alçaqlar yenə də baş qal­dı­rıb?

NİCAT: – Bəli dədə, düz deyirlər. (Ənvər dərindən kök­sü­nü ötürür). Deyilənə görə bu dəqiqə Qarabağ tərəfdə qanlı dö­yüş­­lər gedir! Hələ deyirlər şəhid olanlar da var!

ƏNVƏR: – Bu şərəfsiz köpək uşaqlarının indi niyyətiləri nə­­dir görəsən?

NİCAT: – Nə olacaqdı ki, ay dədə? Köhnə hamam, köhnə tas! İndi də deyirlər ki, guya Dağlıq Qarabağ vaxtı ilə er­mə­ni­lə­r­in olub! Guya bizim Azərbaycan xalqı ora kənardan gəlmədirlər!

ƏNVƏR (hirslənmiş halda ayağa qalxır): Tfu sənin sifə­ti­­nə, şərəfsiz xalq! Ataların goruna qurban olum belə yerdə de­yir­­lər ki, “Oğru elə bağırdı, doğrunun bağrı yarıldı!” İnsanda ne­çə min sifət olarmış görəsən ay Allah! Dədə-baba tor­paq­la­rı­mız olan Göyçə, Dərələyəz, İrəvan, Vedi daha nə bilim haralar bu al­çaq­­lara bəs etmir ki, indi də “Qarabağ merna” deyirlər?!

NAZİLƏ: – Ay kişi bə belə yerdə deyibdilər da o “yersiz gəl­­di, yerli qaç”! Görəsən bizim axırımız necə olacaqdı ay Al­lah? (Əllərini göyə qaldırır) Ey İlahi, sən özün bu yanar odun üs­­tü­nə bir su səp! Xalqımız bir də yurd-yuvasından didərgin düş­məsin! Amin!

ƏNVƏR: – Amin! Allah sənə rəhmət eləsin Kərbəlayı. O za­manlar rəhmətlik Kərbəlayının dediyi “torpağımı aldın din­mə­dim, var-dövlətimi, mal-qaramı aldın dinmədim, indi də taxılımı is­təyir? Sabah deyəcəksən papağını, namusunu, qeyrətini ver” söz­ləri belə yerdə lap yerinə düşür! İndi də Kərbəlayının sözünə qüv­vət, bu erməni köpək uşaqları bir belə torpaqlarımızı əli­miz­dən aldılar dinmədik, indi də deyirlər – Qarabağı ver! Sabah da de­­yəcəklər Bakıya qədər bizimkidi!

NİCAT: – Düz deyirsən dədə. Mən bu millətdə belə bir si­fə­­ti ki, görürəm, nəinki Azərbaycan, qorx ki, sabah desinlər bü­tün Qaf­qaz, sonra da bütün dünya ermənilərindi!

ƏNVƏR: – Eh, nə bilim ay bala, nə bilim! Gör axırımız gə­lib hara çıxdı! Allah bu gündən betər gündən saxlasın!

NİCAT: – Dədə, bu hadisəylə bağlı yas məclisində kən­di­mi­zin camaatı bəs nə deyirdilər?

ƏNVƏR: – Bilirsən ay oğul, bu gündən də kəndimizin ki­şi­lə­­­ri hava qaralandan səhərə qədər üç-üç, beş-beş hər bir küçənin o baş-bu başında, bir də Dəvəli Avşar istiqamətində bizim kən­də gə­lən yolda od qalayıb növbə ilə kəndimizə keşik çəkməliyik. De­yirlər azərbaycanlılar yaşayan kəndlərin demək olar ki, ha­mı­sın­da belə edəcəklər!

NİCAT: – Bu xəmir hələ çox su aparacaqdı dədə. Düzdü, kən­dimizində, bu kənddə yaşayan bələkdəki körpədən tutmuş ix­­ti­yar qocasına qədər hər bir azərbaycanlının qayğısını, na­mu­su­­nu, qeyrətini çəkmək hamımızın müqəddəs borcudur. Ancaq sən deyən kimi kənd-kənd, küçə-küçə hava qaralandan səhərə qə­dər yollar kənarında durmaqla mənim fikrimcə heç bir uğur qa­zanmaq ol­maz! Düzdü, müvəqqəti sən deyən də lazımdı. An­caq bu hal uzun sürməməlidi. Mütləq və mütləq fikirləşib xal­qı­mı­zı ağ gü­nə çıxartmaq üçün bir çıxış yolu tapmaq lazımdı.

ƏNVƏR: – Çıxış yolu tapmağı düz deyirsən. Ancaq “Pa­la­za bürün, elnən sürün”deyib ulularımız. Hələ ki, belə məsləhətdi. Qoy Allah özü bu odun üstünə tezliklə su töksün! Amin!

NAZİLƏ: –Amin Allah, amin!

NİCAT: – Bu şərəfsizləri ki, mən belə görürəm, düzünü de­səm vallah heç inanmıram ki, qansız-qadasız bu odun üstünə su ələ­nə. Yenə də Allaha təvəkkül!

ƏNVƏR: – Doğrusunu desəm bu məsələnin qansız-qadasız qur­tarmağına heç mənim də inamım yoxdu ay oğul. Ancaq nə et­məli? Səbrimizi tükəndirməyib yenə də yaxşı-yaxşı fikirləşib bu yanar odu söndürməyə bir çıxış yolu tapmalıyıq! Sən deməli, Al­laha təvəkkül! (Cibindən cib saatını çıxarıb və təzədən cibinə qo­yur) Artıq mal-qaranı yemləmək və sağmaq vaxtıdı. Mən an­an­la gedim tövləyə o işin dalınca, sən də get bir az uzanıb is­ti­ra­hət et. Çünki bu gecə keşikdə biz və Azər duracağıq. Hə oğlum get dincəl ki, gecə səhərəcən yuxusuz qala biləsən. Mal-qaranı ra­hatlayıb indi biz də gəlirik bir az uzanıb dincələk. (Hər üçü aya­ğa durub getdilər. Nicat gedərkən qəzetləri və jurnalları da özü­ylə aparır.)

(pərdə)

II pərdə, II şəkil
Gecədən xeyli keçib. Arabir ətrafdan gecəquşlarının səsləri eşi­dilir. Ayın və ulduzların zəif işığı hiss olunur. Ənvər, Nicat və A­zər tonqal qalayıb ərtafında daş və odun parçalarının üs­tün­də otu­rublar. Onların əllərində çomaq, bel və şana var. Ənvər si­qa­­ret, Azər isə təsbeh çəkir.

AZƏR: – Deyirəm görəsən bizim bu halda gecələri ke­çir­mə­­yimiz nə vaxta qədər davam edəcəkdi? Bizim bu dərdimizdən hal-əhval tutub dərdimizə yanıb, qayğımızı çəkən bir Allah bən­də­­si tapılacaqdımı? Vallah bu vəziyyətdə ömür sürmək yaşamaq de­yil ay Ənvər! Sürünməkdi sürünmək!

ƏNVƏR:Yəqin ki, yaradanın qarğışı tutubdu bizi! “Başa gə­lən çəkilməlidi” deyib ulularımız. İndi biz yaşasaq da, sü­rün­sək də bu dərdi axıracan çəkməliyik. Lakin nə yolla olursa olsun, öz­gəyə göz dikməyib, öz dərdimizə özümüz dərman tapmalıyıq, özü­­müz! Elə bilirəm “qonşuya ümüd olan şamsız qalar” mə­sə­li­ni eşitməmiş olmazsan ay Azər. İndi xalqı­mı­zın və yur­du­­­­muzun xoşbəxtliyi naminə özümüzün şam olma­ğımız la­zım­dı!

AZƏR: – Mənə elə gəlir ki, xalqımızın çəkici bir zindana vu­rulsa şam deyil Günəş olarıq Günəş! Bəlkə hələ Günəşdən də iş­ıqlı olarıq.

ƏNVƏR: – Ay sağ ol. Düz deyirsən Azər, düz deyirsən.

NİCAT: – Bilirsən Azər əmi, sizin sözünüzdə həqiqət var. An­caq onu da deyim ki, mənə elə gəlir bizim başımıza nə gəlirsə hamısının günahkarı elə özümüzük. Bütün bunların da ən başlıca sə­bəbi elə bizim unutqanlığımızdı, unutqanlığımız!

AZƏR: – Ay ömrün uzun olsun oğlum. Sözün həqiqətdi. Əg­ər unutqan olmasaydıq, süfrəmizin qırıntısıyla böyüyən bu er­­məni köpək uşaqları indi başımıza bu bəlanı gətirməzdi! Əsas dö­zülməz dərd o olur ki, zaman-zaman torpaqlarımıza sahib çı­xıb qanımızı içsələr də bu əclaflara yenə rəhm etmişik! Yenə ya­zıq­dı demişik. Ancaq bilməmişik ki, o yazıqlar zəhərli ilandan be­tərdilər! Çətini adamın bir tərəfindən yapışıncaqdı. O dəqiqə di­şinin zəhəri ilə zəhərləyib canımızı alacaqlar! Nə bilim ay oğul, tə­vəkkül Allaha!

NİCAT: – Bayaq televizora baxırdım. Silva Kaputikyanla Zo­ri Balayan çıxış edirdilər. Deyirəm bu şərəfsiz insanlarda nə cür sifətlər varıymış?! Elə danışırdılar ki, guya biz azər­bay­can­lı­lar­­la türklər həmişə bunlara zülm etmişik. Həmişə bunların qa­nı­nı içmişik. Elə danışırdılar ki, guya bütün Azərbaycan tor­paq­la­rı bu şərəfsizlərindi! Hətta az qalırdılar deyələr bütün Qafqaz bi­zimdi. Bütün erməni cavanlarını intiqama səsləyirdilər. Axırı hir­simdən verilişin yarısından televizoru söndürüb gəldim sizin ya­nınıza!

ƏNVƏR: – Televizor dedin yadıma düşdü. Eşitmisən oğul, ba­yaq deyirdilər deyəsən “Azərbaycan televiziyası”ndan da gə­lib kənddə çəkiliş aparıbdılar “xəbərlər” proqramı üçün?

NİCAT: – Hə, düzdü ata. Çəkiliş köhnə məktəbin yanında gedirdi.

AZƏR: – Çəkilişə gələn kim idi.

NİCAT: – Alı Mustafayev idi. Kənddə bir neçə nəfərdən mü­sahibə də aldı. Deyilənə görə sabah “Günün ekranı”nda efirə ge­dəcəkdi.

ƏNVƏR:Elə bilirəm ki, hamısı boş şeydi. İstəyir çəkiliş ap­arsınlar, istəyir də lap Qarbaçovun özü gəlsin! Bu ermənilər or­tada mundar bir it quyruğunu xatırladırlar. İndi görəcəksiniz. Siz ondan qorxun ki, yaxın bir müddətdə bu 70 illik bir dövləti on­lar qatıb qarışdırıb dağıtsınlar. Biz yazıqlar da yenə öz yur­du­muzdan pərən-pərən düşək! Necə ki, vaxtı ilə o vaxtkı illərdə didərginə döndük, yenə də dönək! Allah bizi o gündən saxlasın! Vallah mənim ən qorxduğum şey həmin bəlanın təzə­dən ba­şı­mı­za gəlməsidi. Axı 1948-1951-ci illərdə mən o ağrının dadını gör­mü­şəm. Allahtala o günü heç düşmənimiz olan bu ermənilərə də qismət etməsin!

AZƏR: – Amin Ənvər kişi, amin! Allah özü rəhm eləsin! Gə­rək sabah mütləq “günün ekranı”na baxaq. Görək Azərbaycan hö­kuməti bu məsələylə bağlı nə deyir?

NİCAT: – Hə, mütləq baxmaq lazımdı. Özü də çəkilişdən son­ra kəndimizin Avşar və Dəvəli yollarında da hərbiçilər gəlib ke­­şikdə dayanıbdılar. Yəqin ki, nəsə bir təhlükə gözlənilir!

ƏNVƏR (həyəcanla): – Kimlər dayanıb?! Soldatlar?!

NİCAT: – Hə dədə.

ƏNVƏR: – Onda demək mütləq təhlükə var! Yoxsa sol­dat­la­rı kəndə niyə yığırdılar ki?!

NİCAT: – Təhlükə olmağına hər dəqiqə, hər saniyə təhlükə var. Ancaq vaxtından, vədəsindən xəbərsizik!

AZƏR: – Deyirəm görən kəndimizə basqınçılıq olsa bizim kənd erməniləri də o basqınçılıqda iştirak edəcəklər?

ƏNVƏR: – Onlara etibar yoxdu. Etibarlarına qorxaq tula bağ­lanmış ermənilərdən hər şey gözləmək olar Azər, hər şey!

NİCAT: – Bilirsiniz? Bizim başımıza gələn bu qədər mü­si­bət­­lər ki, var bunların hamısının da günahı bizdə, bizim ba­ba­la­rı­mızdadı! Niyə biz bu şərəfsizlərə vaxtı ilə qarnımızın üstündə yer verdik ki, indi də bu bəlalarla üzləşək?! Ataların goruna qur­ban olum, yaxşı deyiblər ki, “yersiz gəldi, yerli qaç”! O ki, qaldı bi­zim kənd ermənilərinə, onlar da qorxularından gecələr öz ev­lə­rin­də qalmırlar. Gecələr hansısa qonşu kəndlərə gedib səhər geri qa­y­ıdırlar. O ki, qaldı basqın məsələsinə, yəqin ki, o da qonşu ra­yonlarda, kəndlərdə olduğu kimi olacaqdı. Bizim kəndin er­mə­ni­ləri başqa kəndə, başqa kəndin erməniləri də bizim kəndə bas­qın edəcəkdilər.

AZƏR (təəccüblə): –Niyə qonşu kəndlərə basqın olubdu ki?

NİCAT: – Hə Azər əmi. Azərbaycanlılar az yaşayan kənd­lə­­rə basqınlar olubdu. Bizim rayonda təkcə bizim kəndlə Şidli kən­­dinə basqın olmayıb. Yəqin ki, bunun da səbəbi bu iki Xa­li­say­­la Şidli kəndinin camaatının əsasını azərbaycanlılar təş­kil et­mə­­­sindəndi. Bir də deyirlər ki, biz iki kənd Türkiyə ilə sər­həd­də yer­­ləşdiyimiz üçün ermənilər ehtiyatlanırlar. (Uzaqdan səs-küy, qış­qırıq eşidilir.)

ƏNVƏR:–Bu nə səs-küydü?Yoxsa kəndə basqınçılıq ol­du?!

AZƏR: – Səs dəvəli tərəfdən gəlir! Olar ki, basqınçılıq ol­sun. Bəlkə bir ora baş çəkəyin?!

NİCAT: – Hə, getsək pis olmaz. (Çomağın şananın və belin hə­­rə­sini biri götürürlər.)

ƏNVƏR (əlindəki çomağı silkələyərək): – Bununla da düş­mən qabağına çıxmaq olar?! Allah bu ermənilərin atalarına lənət elə­sin! Ov tüfənglərimizi də rəhbərlik əlimizdən aldırtdırdı! (Ge­di­r­lər)
III şəkil
Ənvər gilin evi. Qarlı-boranlı qış günündə. Arabir əsən so­yuq qış küləyinin vıyıltısı eşidilir. Ənvər kədərə qərq olmuş hal­da divanda əyləşib siqareti siqaretə calayır. Nazilə çay süzülmüş stəkanı gətirib stolun üstünə qoyur və keçib Ənvərin böyründə əy­­ləşir.

ƏNVƏR: – Çayı niyə gətirdin Nazilə? İçmirəm. Daha mə­nim boğazımdan çay keçər?

NAZİLƏ: – Ay kişi, “palaza bürün, elnən sürün” deyibdilər. Bəs­di sən açım-suzum fikrə gedib siqareti siqaretə çaladın! Gu­ya sən özünü üzməklə, fikrə gedib bir tikə çörəyi yeməməklə bü­tün dərdlərimiz həll olunacaq? Bəlkə biz kənd camaatının han­­sın­dansa qaragözük, mən bilmirəm?! Az özünü üz ay kişi, az özü­nü üz! “Başa gələn çəkilər” deyib babalarımız! Gərək özünü çox fikrə salıb böyrü üstə düşəsən sonra rahatlanasan? Öz şirin ca­nına yazığın gəlsin ay kişi, yazığın!

ƏNVƏR: – Qonşu kənddə yaşayan azərbaycanlıların de­mək olar ki, hamısı yurd-yuvanı təkd ediblər! Yəqin ki, bu yaxın gün­lərdə o gün bizə də qismət olacaqdı! Belə olsa biz neyləyərik ay arvad, neyləyərik?! Vətən, torpaq ola-ola Vətəndə vətənsizə çev­rilək?! Vətəndə didərginə dönək?! Axı bu dərd, bu bəla hansı öl­çüyə, hansı çəkiyə sığa bilər?!

NAZİLƏ: – Bayaq dedim ey, vallah öz şirin canına yazığın gəl­sin ay kişi. Özünü belə çox üzmə. İnşallah Allahtala tezliklə bu odun üstünə su səpər yəqin ki,! Yenə deyirəm guya sən su iç­mə­məklə, çörək yeməməklə bu məsələlər həll olunacaq? Əgər həll olunacaqsa elə hamımız oturaq açım-suzum bir-birimizin üz­­ünə baxaq! Bunun əvəzinə mütləq və mütləq fikirləşib bir çı­xış yolu tapmaq lazımdı!

ƏNVƏR: – Daha qaradan artıq boyaq yoxdu ay arvad. Han­sı çıxış yolundan danışırsan? Rəhbərlik, yəni Moskvada oturan şə­­rəf­sizlər də ermənilərin dalında durub, azərbay­can­lı­la­rın yox! Bu­nunla nə çıxış yolu tapa bilərik? Lap uzağı ya sabah, ya bü­rü­sü gün o biri kəndlərin başına gələn bizim bu Xalisanın da ba­şı­na gələcək! Bizim də gözümüz görə-görə evimizi-eşi­yi­mizi yan­dı­­racaqdılar, əlimizdə olan varımızı-yoxumuzu, ma­­­lı­mı­zı-qa­ra­mı­zı alacaqdılar! Onda biz ney­lə­mə­liyik ay arvad, ney­lə­mə­li­yik?! Gərək ürək dağ ola, daş ola ki, buna dözə! Yox, val­lah heç dağ-daş da olsa buna dözməz! Part­layıb quma dönər!

NAZİLƏ: – Təvəkkül Allaha ay kişi, təvəkkül Allaha! Bir az səbr elə. İnşallah yəqin ki, Allahtala qarşımıza bir işıq yolu aç­­ar. Doğrudan ay kişi, bəs dünən deyirdilər yuxarılardakılardan gə­lən olacaqdı? Bilmirsən gələn oldu yoxsa yox?

ƏNVƏR: – Ay arvad nə yuxarıdakılar, nə aşağıdakılar? Ha­mı­sı boş sözdü! Hamısı da bir bezin qırağıdı! Bilirsən? Dünən o ca­maat ki, hərbi hissənin qabağına tökülüb qışqıraraq “Ra­ssi­ya-ras­siya” deyib guya Rusiyadan imdad istəyirdilər. Bilir­sən? Bu səs-küyün qarşısını almaq üçün bizim başımızın altına yas­tıq qoy­­dular ki, biz yığışaq gələk evimizə-eşiyimizə. Nədi-nədi bir­dən Türkiyə dövləti eşidər səsimizi. Dözə bilməz, qan­la­rı­mız­da in­tiqam hissi qaynayar, çoşar. Bu köpək uşaqlarını topun-tü­fən­gin qarşısına verib analarını ağlar qoyar! Ona görə də bizə o, boş-boş vədləri verdilər! (Cibindəki cib saatını çıxardıb baxır) artıq saat beşə qaldı. Bu Nicat harda qaldı gəlib çıxmadı? Gəlib bir az yatıb dincələrdi ki, gecə yuxusuz qalacaqdı. (Nica­tın ök­sür­­mə səsi eşidilir və gəlir)

NİCAT: – Hər vaxtınız xeyir.

ƏNVƏR: – Hər vaxtın xeyir ay bala. Bəs harda qalıbsan gə­lib çıxmırsan?

NİCAT: – Heç dədə. Kənd içindəydim.

ƏNVƏR: – Bir təhlükəli söz-söhbət yoxdu?

NİCAT: – Deyirlər Avşarla Dəvəliyə tanınması mümkün ol­mayan çoxlu saqqallı erməni dəstələri gəlibdi. Deyirlər hə­min kənd­lərdə də həmin saqqallılar basqın eləyibmişlər. Özü də hə­min saqqallıların hamısını Ermənistan rəhbərliyi xaricdən alıb.

ƏNVƏR: – Necə? Deyirsən rəhbərlik özü saqqallıları pu­luy­­la alıb?

NİCAT: – Nə bilim ay dədə. Elə deyirlər. Yoxsa onlar ol­ma­­mış kim olacaqdılar axı? (Qapı döyülür) Kimdi? Gəl. (Qonşu er­­mə­ni Krikorun səsi eşidilir).

KRİKOR: – Hər vaxtınız xeyir, qonşu can. Gəlmək olar?

ƏNVƏR: – Gəl, gəl niyə olmur ki, (Krikor gəlir.)

KRİKOR: – Necasınız? Na var, na yox? yaxşısınızmı?

ƏNVƏR: – Yaxşı olmağa qoyursunuz ki, olaq?

KRİKOR: – Ba biz neylıyax ay Anvər can? Məyəm biz qoy­muruq siz yaxşı olasınız? Massab haqqı bizım günahımız yox­du. Na günah varsa hamısı sizdadı. Asas da sizın o, yuxarıda otu­ran rahbarlarda!

NİCAT (qəzəblə): – Niyə?

KRİKOR: – Bax Nicat can, indı man deyım sən də niya­sı­nı bil eli. İndı gör kı günah bızlardadı, yoxsa siz turklarda! Bax Ni­cat can, ev-eşıy tikmax üçün siz turklara torpaqlarımızda yer ver­dıx? Verdıx. İş verdıx? Verdıx. Yeyib içmax üçün çörəyımızı, su­yumuzu verdıx? Onu da verdıx. Qadanızı alım Nicat can biz­dən na istıyırsınız? Canımızı da qurban vermıyacıyıx axı? İndi siz görün kı, günah bizlarda yox sizlardadı. Vallah massab haqqı man sozun duzunu deyiram. Günahkar ela hamışa siz olubsunuz, ye­na da sizsınız!

NİCAT: – Əəə yekə kişisən! Adamın kişiliyi olar! Sən gəl ki­şi kimi sözün düzünü danış! Bu torpaqlar, bu yerlər bizimdi yox­sa sizin?! Biz torpaqlarımızdan sizlərə pay vermişik, yoxsa siz bizlərə? Kişi olan bəndə heç vaxt yalan danışmaz Krikor! Göy­dən Allah baxır! Bu torpaqların hamısı ta əzəldən indiyəcən mə­nim ulu babalarımın olub, yenə də olacaqdı! Ancaq sizlərin heç yurdunuz yuvanız da yoxdu! Bir köçəri quş kimisiniz. Belə yer­də deyiblər daa “oğru elə bağırdı, doğrunun bağrı çatladı”! Ay­ıbdı eey Krikor, vallah ayıbdı!

KRİKOR: – Vallah duz danışmırsan Nicat can! Massab haq­­qı sozun haqiqat deyil yalandı! Bu torpaxlar hamısı mənim ba­bamın olub, sanın babanın yox! Anvar can, Nicat can massab haq­qı, qeyrət haqqı biz da istamırıx ki, siz burdan köçasınız. Val­lah biz sizlarnan gor qonşusu olmuşuq. Üzümüz-gözümüz oy­raşıbdı. Ancax neylıyax? Günah sizdadı. Ozunuz istamırsınız ki, bu yerlarda qalasınız, torpaqlarda işlıyasınız, ozunuzun qur­du­­­ğunuz evlarda yaşayasınız eli.

ƏNVƏR: – Niyə istəmirik ki, ay Krikor? Siz elə həmişə ta­ri­­xən belə olubsunuz. Əvvəl-əvvəl yazıq-yazıq özünüzü gös­tə­rib şi­rin dilinizi işə salırsınız. Elə ki, özünüzə yer elədiniz, daha qur­tardı. Nə siz bizi tanıya bilirsiniz, nə biz sizi!

KRİKOR: – Vallah duz danışmırsan Anvar can. Massab haq­qı duz danışmırsan. Bayax dedım, vallah biz da istamırıx kı, siz burdan köçasınız! Agar istıyırsınızsa bu yerlarda qalasınız na ol­ar kı, sizı asıb ölduran yoxdu ki,. Biz deyırıx “Qarabax merna”, sız da deyın “Qarabax merna”! Olmaz? Na gunah olar ki? Siz turk­lar bizim torpaqlarımızda yaşıya-yaşıya Azərbay­can­ın ta­ra­fını saxlayırsınız! Anvar can ba san vicdanın fikırlaş, bu Al­laxa xoş gedar? Vallax getmaz. Bayax dedıxım kımı siz da desanız “Qa­rabax merna” massab haqqı siza gozunuz usta qaşın var de­yan olmaz.

NİCAT: – Deyirsən yəni satqınçılıq eləyək? Yox Krikor, bu heç vaxt baş tutan iş deyil! O ki, qaldı sənin dediyin “Qa­ra­bağ merna” məsələsinə, bəli biz həmişə “Qarabağ bizimdi” de­mi­­şik, de­yirik, deyəcəyik də! Onu da yaxşı yadınızda saxlayın ki, biz azərbaycanlıyıq, erməni yox! Məhz elə buna görə də biz öz şi­rin canımızdan keçərik, heç zaman satqınçılıq eləmərik!

KRİKOR: – Allax –Allax! Anvar can bilmıram bu na danı­şır axı?! Ay canım-gözum sana kim deyir ki, satqınçılıx ela? De­yi­ram yanı rahatçılıq istayırsınızsa siz da deyın “Qarabağ mer­na”! Niya san bu torpaqda yaşayıb, buranın camaatının dalında du­rur­san­sa o, satqınçılıq olur? Amota Nicat can, vallax amota!

NİCAT: – Eşit Krikor. Birinci, eyib sizlər üçündü, bizlər üç­ün yox! İkinci də, sənin o, yağlı vədlərin yalnız öz yanında ke­­çər! Mən yenə də demişəm, deyirəm, deyəcəm də. Biz öz şirin ca­nı­mızdan keçərik, heç vaxt siz şərəfsiz erməni xalqının yağlı di­linə uyub satqınçılıq eləmərik!

KRİKOR: – Yaxşı, na deyiram ki,? Etmayın. Man sizı mac­­bur etmıram ki. Demay onda siz özunuz istayırsınız kı, ela koç­­hakoç edasınız. Vatanınızı, torpağınızı atıb gedasınız. Agar siz da biz deyanları desaydınız, desaydınız ki, “Qarabağ merna” on­­da bizım başçılarımız da sizın sasınızı kaseta yazıb televizora ve­rardı, Moskvaya çatdırardı. Onda Qarabaxı da sakıtçılıxnan al­ıb biza verardılar. (Əlini əlinə çırpır) bu masalamız da ta­mam­la­şardı. Axı man daha siza na deyım? Babalı sizın özünuzun boy­nuna olsun. Na isa. Nicat can, Anvar can daha bu sohbatı qur­taraq. Ha manım aziz qonşularım indı man keçım asas ma­sa­la­ya. Man siza niya galmışam onu deyim siz da yaxşı-yaxşı ma­na qulaq asın eli. Ha Anvar can, bu axşam kandımızda tahluka var. Bizim palank kimı ermanı oğulları kanda girıb bu geca siz­la­rı va Şidliları kanddan çıxardacaqlar. Ha Anvar can man da gal­dım kı, sana deyım san bunu bilasan. Na qadar pulun, qızılın var­sa imkanın olan qadar ozunla gotürüb kanddan çı­xa­san. Bax, an­caq sandan bir xahışım var. Na san manı korubsan, na da man sa­nı. Bizım başçılarımız bu goruşumuzdan xabar tutsa manım bo­yük tikamı massab haqqı qulaxım boyda edarlar. Oldumu Anvar can?

ƏNVƏR (qanı qaralmış halda): – Oldu!

NİCAT: – Krikor, indi gördün ki, mənim bayaqkı sözümdə hə­­qiqət var? Gördün ki, sizlər satqınsızız biz azərbaycanlılar yox?

KRİKOR: – Niya satqın oluruq?

NİCAT:– Əgər satqın olmasaydınız bu xəbərləri, bu mə­lu­mat­ları yəqin ki, bizə çatdırmazdın.

KRİKOR: – Na deyım? Man sana yaxşılıq elamay istadım. Ozu­nuz bilarsınız. Yaqın kı, saf eladım. Ancaq heyıf kı, tap­şı­rıb­lar sıza daymıyam, yoxsa sanın o sozlarına gora, biza satqın de­dı­­yına gora sanın darını boğazından çıxardardım! Çox heyıf Ni­cat, çox heyıf! Daha gecdı man yavaş-yavaş durum gedım. İndı bir azdan bizim qahramanlar kanda giracakdılar eli! Di salamat qa­lın! (Qəzəblə) Nicat sanınla da koruşarıx! (Krikor gedir. Ən­vər onu yola salıb qayıdır)

ƏNVƏR: – Belə getsə işimiz müşküldü, çox müşkül!

NAZİLƏ: – Ay kişi, qoy onda evdəki pulu, qır-qızılı mən öz­ümlə götürüm. Yəqin ki, arvadlara toxunmazlar. Yoxsa bu it uşa­ğı mütləq kişilərin cibindəki varını-yoxunu soyacaqdılar!

ƏNVƏR: – Nə bilim. Görək daa. Bəlkə qadınlara toxun­ma­dı­­lar! Amma mənim üçün çox maraqlıdı. Görəsən nə üçün Kri­kov gəlib bunu bizə xəbər verdi? Axı o, “Daşnaq” partiyasının üz­­vüdü! Bu partiyanın üzvü olanlarla da qram belə vicdan, rəhm ol­maz! Nə bilim çox təəccüblüdü!

NİCAT: – Mütləq bunda da bir hiylə var ay dədə.

ƏNVƏR: – Bəs onda o, niyə dedi ki, bunu heç kimə bil­dir­mə­yin?! Ermənilər bilsə mənim böyük tikəmi qulağım boyda edəcəklər?!

NİCAT: – Niyə sən onları yaxşı tanımırsan ay dədə? Bizə o xə­bəri qəsdlə verdi ki, varımız-yoxumuz nə varsa özümüzlə gö­tü­­rək qaçhaqaç vaxtı da həmin saqqallılar rahatçılıqla hamı­sı­nı əli­mizdən alsınlar. Yəni birdən harasa gizlədərik onlar tapa bilməzlər.

ƏNVƏR: – Ağıllı fikirdi. Ola bilər. (Telefonun zəngi eşi­di­lir. Nicat telefonun dəstəyini götürür)

NİCAT: – Alo. Hə Nadir müəllim mənəm. Nə?! Özün eşit­din?! Bəs indi neyləyək?! Hə bayaq qonşumuz Krikor bizə də gəl­mişdi. O da həmin xəbəri bizə verdi! Dedi ki, bu gün bas­qın­çı­­lıq olacaq kəndimizə. Sizin qonşular?! Bəs sizə nə dedilər? Hə ey­ni ilə həmin cümlələri də Krikor bizə dedi! O vaxtacan Sə­də­rə­­yə çata bilərsənmi?! Çatdıra bilərsənsə işində ol. Əgər elə bir şey olsa sizinkilər də nəzarətimdə olar. Oldu. Hələlik. Ancaq bir az ayıq ol! (Telefonun dəstəyini yerindən asır)

NAZİLƏ: – Nə Sədərək ay bala? Kim gedər ora?

NİCAT: – Mən dedim ki, bu köpək uşağı nəsə bir iş üçün bi­zə gəldi? Krikor boş-boşuna basqınçılıq haqında bizə məlumat ver­məyib eey! O, mən deyəndi. Onların məqsədi odur ki, var-döv­lətimizi əlimizdən rahatçılıqla alsınlar! Kəndimizdə olan er­mə­­nilərin hamısı bütün azərbaycanlılara eyni məlumatı verib! An­caq hər ehtimala qarşı olan pulumuzu, qızılımızı qoy anam gö­türsün. Hə, bir də Nadir müəllim deyir ki, bir az bundan qa­baq Avşarda saqqallıların içində imiş. Ermənilər onu tanımayıb. Elə bilib ki, o da ermənidi. Eşitdiyinə görə bizim kənd camaatını da maşınlara doldurub Şirazlının məktəbinə apa­ra­caq­dı­lar və ha­mı­nı da orada yandıracaqdılar. İndi xilas üçün Nax­çı­va­na getdi ki, bu haqda oranın rəhbərliyinə xəbər versin.


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə