Zaur vediLİ


ƏNVƏR: – İşimiz çox düyünlüdü ay bala! Nə bilim bu dü­yü­nü açmağa qadir olarıq, yoxsa yox?! Təvəkkül Allaha! NAZİLƏ



Yüklə 1,39 Mb.
səhifə3/19
tarix21.10.2017
ölçüsü1,39 Mb.
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   19

ƏNVƏR: – İşimiz çox düyünlüdü ay bala! Nə bilim bu dü­yü­nü açmağa qadir olarıq, yoxsa yox?! Təvəkkül Allaha!

NAZİLƏ: – Bu qanlarına bələnmişlər niyə bizlərdən əl çək­mir axı?! Niyə qoymurlar oturduğumuz yerdə oturub öz işi­mizlə, gü­cümüzlə məşğul olaq axı?! Bəs indi neyləyəcəyik ay kişi?!

ƏNVƏR (çiyinlərini çəkərək): – Nə bilim ay arvad, nə bilim?! Heç mənim özümdə bilmirəm neyləyəcəyik!

NAZİLƏ: – Nicatı bir təhər yola gətirib nişan qoyduq, toyu da eləmədik ki, bu yük çiynimizdən götürülsün! Nə bilim indi biz bu köçhaköçdən sonra harada məskunlaşacağıq?! Harada yurd-yuva salacağıq özü­müzə?! Qohum-əqrabanın hərəsi bir tə­rə­fə pərən-pərən dü­şə­cək! Tək-tənha toy etmək bizim üçün lap çə­tin olacaq. Bilir­sən ay kişi, hamısının günahı elə bax bu Ni­ca­tın özündədi. Vax­tında dedik ay bala qoy toyunuzu edək ra­zı ol­ma­­dı ki, biz xalqın bu qarmaqarışıq vaxtında toy etsək ca­ma­at bi­zə gülər! Mən bil­mi­rəm kim güləcəkdi axı, kim?! Fələyin gö­zü çıxaydı, gözü! Bu qaç­qınlıq taleyini ikinci dəfədir ki, bizə qis­­mət eləyir!

ƏNVƏR: – Yaxşı ay arvad! Bir az az hirslən! Daha olan ol­ub, keçən də keçib! Qismət olsa harada məskunlaşsaq orada to­yu­muzu edib gəlinimizi də gətirərik! Yaxşı, sən dur mənə bir tə­miz balaca qab ver. Özün də get o evdəki pulları, qır-qızılları gör öz üstündə hara yerləşdirə bilərsən? (Ənvərlə Nazi­lə ge­dir­lər. Nicat ayaq üstə durub sağa-sola gedə-gedə deyinir)

NİCAT: – Bəs indi mən necə eləyim?! Ha ölçüb-biçirəm bir çıxış yolu tapa bilmirəm ki, bilmirəm. Dədəmlə anamın ca­ma­lına çö­kən o qəm-qüssə, solğunçuluq sanki ürəyimin yağını əri­dib göz­lərimdən axıdır. Axı onlar bu qaçqınlığın acı dadını bir dəfə da­dıblar! Onun necə dəhşət, necə zülüm olduğunu yaxşı bi­lirlər! Ondan qorxuram ki, onların ikisinin də ürəyi bu həsrətə tab­­la­şma­yıb dünyalarını dəyişələr! Günaysız necə edəcəm heç onu da bil­mirəm! Əgər qaçqın düşsək həm Vətənin, torpağın həs­rəti, həm də Günayın həsrəti məni yandırıb lap külə dön­də­rə­cək. Yox, mən çox səhf etdim, çox səhf! Kaş vaxtında toyumuzu ed­ərdik! Gə­rək anamın sözünə qulaq asardım! Atalar çox gözəl de­yib “dal­dan atılan daş topuğa dəyər”! Təzədən bu peş­man­çı­lı­ğın faydası yox­du! (Qolundakı saaata baxır) Hə, əgər Nadir mü­əl­­limi yo­lun­dan eyləyən olmasa, indi çoxdan çatıbdı Naxçıvana. Əg­ər Nax­çı­vandan kömək göndərsələr harada olsa indilərdə bir səs-səda çı­xar.(Fikirli halda keçib divanda əyləşir. Nazilə gə­lir.)

NAZİLƏ: – Öz özünə nə danışırsan ay bala? Hamısını da eşi­dirdim. Hə, deyəsən toy etməməyinə peşman olubsan axı? Oğ­ul, “Sonrakı peşmançılıq fayda verməz” deyib atalarımız! Taa olan olub, keçən keçib. Çox özünü üzmə! Sağlıq olsun, qoy gö­­­rək bu məsələnin axırı necə olur? Bir balaca rahatlıq tapan ki­mi inşallah toyunuzu edib gəlinimizi də gətirərik. Çox fikir ey­lə­mə ay oğul! (Ənvər torpaq dolu qabı əlində tutub öskürə-ös­kü­rə gə­­lir)

ƏNVƏR: – Hava yaman soyuqdu. İçəridə oturmuşuq eşik­dən xəbərimiz yoxdu. Şaxta adamı rəsmi qılınc kimi kəsib doğ­ra­­­yır.

NİCAT: – Hə dədə, bu gün də lap soyuqdu. Bu ilki qışın baş­lanğıcından belə görsənir ki, sonrası betərdən də betər ola­caq­­­dı. Yəqin ki, bu da Tanrının bizlərə olan qarğışıdı!

NAZİLƏ: – Qarğış deyil ay bala, qarğış deyil! Havanın be­lə sərt keçməsi bəlkə də onu göstərir ki, bizim günümüzə yer də, göy də, hava da qan ağlayır! (Gözləri Ənvərin əlindəki torpaq do­lu qaba sataşır) Bıy, ay kişi, torpağı niyə elə qaba dol­du­rub­san? Onu neyləyəcəksən?

ƏNVƏR: – Al arvad, al bunu qoy paltomun yanına. Vətən tor­pağıdı ey Vətən torpağı! Birdən vurhavur düşsə, onda pal­to­mu əynimə geyinəndə bu qabı da özümlə götürüb hara get­səm ora aparım! Neçə ki, ömrüm var heç olmasa vətənimin qo­xu­su­nu bu torpaqdan alım! Təzədən geriyə dönmək qismətimiz ol­sa heç, yox əgər qismətimiz olmasa Vətəndən uzaqlarda ölsəm, on­da heç olmasa məzarımın üstünə bu torpaqdan səpərsiniz ki, ru­hum qismən də olsa sakitləşsin! (Hər üçünün gözləri dolur. Ara­ya azca sakitlik çökür. Birdən tank tırtırlarının, iri maşınların, ca­maatın ağlaşma və haray səsi ətrafı bütüyür. Qonşu Azər Ən­və­ri çağıra-çağıra qaça-qaça gəlir)

AZƏR: – Ənvər ay Ənvər! Əə yatmısınız?! Bu səs-küyü eş­it­­mirsiniz?!

ƏNVƏR: – Kəndə basqın oldu?!

AZƏR: – Hə-hə! Tez eləyin-tez eləyin! Əyninizi geyinin çı­xaq! Ermənilər təzəcə basqın etmişdilər ki, Naxçıvandan hər­bi­çi­­lər kömək üçün tanklarla gəliblər! Bir az tələsin! (Bir anlıq ha­mı­sı özünü itirir. Başları gicəllənir və gözlərini yumub ağla­yı­r­lar. Paltolarını geyinirlər. Ənvər torpaq dolu qabı da özü ilə götürüb ağlaya-ağlaya evdən çıxırlar)
(I hissənin sonu)


II HİSSƏ

III pərdə, IV şəkil
Dan yeri təzəcə sökülüb. Yazın ilk günləridi. Ənvər qaçqın dü­ş­­üb məskunlaşdıqları evin həyətindədi. Qaçqın düşərkən özü ilə gətirdiyi Vətən torpağını əlində tutub uzaqdan görünən haça da­ğa baxır və tez-tez də əlindəki torpağı sığallaya-sığallaya qox­­layır.

ƏNVƏR: – Ax zəmanə, zəmanə! Belə tərs fırlandığın yerdə gö­rüm çarxın sınaydı sənin, çarxın! Alın təri ilə qazandığımız bir tikə yavan çörəyimizi öz yurdumuzda yuvamızda rahatca ye­mə­yə fələk qoymadı ki, qoymadı! Ay canım-gözüm, mən axı bu dərd­­lərə indi necə dözüm, necə?! Vətən, torpaq, yurd bizim ola-ola in­di biz kənardan baxan olaq bu şərəfsiz ermənilər ortada at oy­­nat­sınlar?! Yox! yox fələk yox! Bu nə ölçüyə sığandı, nə də çə­kiyə! (Əlindəki torpaq dolu qabı tərpədərək) Deyirəm nə yax­şı Allah mənə həmin vaxtı ağıl verdi bu torpağı özümlə gətirə bil­dim! Heç olmasa gündə bir neçə dəfə qabın içində də olsa əli­mi Vətən torpağına sürtürəm! Gözlərimə sürtürəm. Qismən də ol­sa rahatlıq tapıram! Yoxsa mənim çoxdan bağrım çatlamışdı! İn­di mən çoxdan dünyamı dəyişmişdim! (Hazilə gəlir)

NAZİLƏ: – Yenə öz-özünə nə danışırsan ay kişi? Axı sən bu bir neçə aydı elə məhz hər gün gəlib bu yerdə durub bu tor­pa­ğı qoxlaya-qoxlaya deyinirsən?

ƏNVƏR: – Burada durmağımın səbəbi var ay arvad.

NAZİLƏ: – Nədir səbəbi?

ƏNVƏR: – Bir yaxın gəl. (Nazilə Ənvərin yanına gedir. Ən­vər qolunu uzadaraq) Bax, o görünən Haça dağı görürsən?

NAZİLƏ: – Hə görürəm. Nə olsun?

ƏNVƏR: – O, olsun ki, həmin o Haçadağ kəndimizin kə­na­rın­­dakı Sarıbaba dağına oxşayır! Hər gün bu torpağı burada qox­la­ya-qoxlaya, o dağa baxa-baxa elə bil xəyalən də olsa özü­mü Xa­lisada hesab edirəm arvad! Yurd itgisi, Vətən dərdi çox ağır bə­laymış, çox! Özü də bu bəlanı ikinci dəfədir ki, biz yaşa­yı­rıq! Bu dərdlərə tablaşmağa gərək bu yumruq boyda olan ürə­yi­miz dağ ola ki, dözə! Lənət olsun bu fələyə, lənət!

NAZİLƏ: – Amin ay kişi! Ancaq çalış bir az təmkinli ol! Al­lah eləməsin dizin qırılar, düşərsən yatağa. Axı onda ney­lə­yər­­sən ay kişi? Bir az səbr elə! Bilmək olmaz, bir də baxdın hö­ku­­mətdi elə bir qanun çıxardar ki, təzədən qayıdarıq kəndimizə!

ƏNVƏR: –Allah ağzından eşitsin ay arvad! Kaş ki, Al­lah­ta­­la üzümüzə elə bir qapı aça. Bu itki itkilərin ən ağırıdı ay ar­vad! Bi­­lirsən? Vətən, torpaq bizim ola-ola Vətəndə vətənsizə dö­­nüb nə bilim “didərgin”, “qaçqın”, “köçkün” damğalarını al­nı­­­mıza vu­rurlar! Özün fikirləş ay arvad, bu dəhşətə, bu ağır bə­la­la­ra ba­yaq dediyim kimi bu yumruq boyda ürəyimiz necə tab­laş­sın?!

NAZİLƏ: – Allahtala bizim bu günümüzü heç düşmənə də qis­mət eləməsin, düşmən də yazıqdı!

ƏNVƏR: – Amin. Yaxşı, aparım bu torpağı evə qoyum gə­lim. (Ənvər gedir)

NAZİLƏ: – Əzizim, öz günümə,

Kababı köz günümə.

Fələk əlimə keçsə,

Salaram öz günümə!


Vallah bu ayrılıq kişinin belini qıracaq! Düşəcək yatağa, ya da ki, Allah eləməsin dünyasını dəyişəcək! Ondan sonra elsiz-gün­­süz gəl yaşa görüm necə yaşayırsan ay Nazilə?! Dərd öz içi­mi yesə də kişinin könlünü alım deyən ha danışıram, ha dağı ara­­na, aranı dağa çəkirəm, bir nəticəsi olmur ki, olmur! Vallah, bi­l­lah bu gedişlə mütləq kişinin başına bir iş gələcək! Torpaqdan, iş­­dən-gücdən bir an belə ayrılmayan Ənvəri bu necə aydı ki, işə-gü­­cə bağlaya bilmirəm ki, heç olmasa başı qarışsın! Fikirdən, dərd­dən uzaq olsun! (Ənvər gəlir) Deyirəm ay kişi, dünən bax­ça­­ya baxıram hər tərəfi ot-ələf alıb öz başına. Bəlkə bir gedib bu bağ-baxçaya fikir verək? Torpağı tikandan, koldan təmizləyib ək­in-tikinlə məşqul olaq?

ƏNVƏR: – Yox arvad. Niyəsini bilmirəm elə bil özüm də tən­bəlləşmişəm. Nədənsə daha əllərim də torpağa isinişmir eey, is­i­­niş­mir!

NAZİLƏ (əsəbləşmiş halda): – İş-güclə başını qatma! Bir ti­­kə çörək yemə! Elə otur axşamdan səhərə, səhərdən axşama si­qa­reti siqaretə cala özünü də fikirlə üz! (Əlini əlinə çırparaq) On­da hər şey yaxşılaşacaqdı hə?!

ƏNVƏR: – Özümdən asılı deyil ay arvad. Vallah hədər ye­rə əsəbləşirsən. Bu ağır dərdlərə dözə bilmirəm neyləyim?! Üstə də gəl Nicatın fikri! Bu neçə aydı ki, xəbər tuta bilmirik görək Az­ər gil, gəlin gil harada məskunlaşıblar! Evdə nişanlı oğlun ol­sun, özünün də xəbərin olmasın ki, qudan ya gəlinin harada məs­kunlaşıb?! Bəs bu dərdə dözmək olar arvad, özün de?! Ni­ca­tı da bu fikir üzür! Siqaret çəkənlərdən xoşu gəlməyən oğlumuz in­di fikirdən siqaret çəkir. Hər dəfə onu fikirli görəndə rəsmi on­un əvəzinə mənim də bağrım çatlayır! Bircə gəlin gilin harada məs­kunlaşdığını bilsəydik, gedib gəlinimizi evimizə gətirsəydik val­lah bir az ürəyim sakitləşərdi!

NAZİLƏ: – Amin ay kişi, amin. İnşallah! İnşallah tezliklə bu arzumuza qovuşarıq! Gəlinimizi də gətirərik, toyumuzu da çal­­dırarıq, hələ üstəlik nəvəmizi də oynadarıq! Bircə sən özünü bir az ələ al, çox fikir eləmə, vallah hər şey yaxşı olacaqdı ay kişi!

ƏNVƏR:– Nicat evə gəlib yoxsa hələ yox?

NAZİLƏ: – Niyə Nicat haradadı ki?

ƏNVƏR : – Nə bilim. Mən yuxudan durub dəstəmaz üçün hə­­yətə çıxanda uzaqdan harasa getdiyini gördüm.

NAZİLƏ: – Yəqin o, Günay gildən xəbər tutmaq üçün ha­ra­­sa gedib. Yoxsa səhər tezdən o, heç yerə getməz. /Bu dəm Nicat gəlir/.

NİCAT: – Sabahınız xeyir.

NAZİLƏ: – Sabahın xeyir ay bala. Səhərin gözü açılmamış ha­ra getmişdin ki?

NİCAT: – Heç ana. Kəndçi Qasım gilə getmişdim. Dünən de­yirdi ki, bu gün tezdən Bakıya gedəcək. Gecə elə birdən ya­dı­ma düşdü ki, Qasıma deyim Bakıda kəndçilərimizdən görsə ma­raq­­lansın görsün Azər əmi gilin harada məskunlaşdıqlarından xə­­bərləri varmı?

ƏNVƏR: – Deyə bildin?

NİCAT: – Hə dədə dedim. Dedi ki, mütləq maraqlanaram.

ƏNVƏR: – Kaş ki, indi harada məskunlaşdıqlarından bir xə­­bər çıxa! Elə həmin gün gedib Azərlə razılaşıb beş-on günə ki­mi gəlinimizi gətirərəm. Deyirəm indi necə ki, biz onlarsız ni­ga­ranıq, yəqin ki, Azər gil də bizdən xəbərsiz olduqları üçün həddindən artıq nigarandılar!

NAZİLƏ: – Hə ay kişi, bəs nə, bəs nə. İndi necə ki, ondan-bun­dan biz onlar haqda maraqlanırıq, mütləq onlar da bizim haq­qımızda maraqlanırlar. Sən deməli ay kişi kaş ki, bir xəbər çı­xa gəlinimizi gətirib qol qaldırıb bir oğul toyunda doyunca sın­dı­rardıq!

ƏNVƏR (dərindən nəfəsini içinə çəkərək): –Heey ay ar­vad! Düzdü deyirik, ancaq bu toyu eləmək də bizim üçün heç asan ol­ma­yacaq!

NAZİLƏ: – Niyə?

ƏNVƏR: – Niyəsi odur ki, qohum-əqraba hərəsi bir tərəfə pə­rən-pərən düşüb! Necə deyərlər pərpətikan kolu kimi bütün Az­ərbaycana səpələnibdilər. İndi onların da nə bilim bu toyda iş­ti­rak eləməkləri mümkün olcaq yoxsa yox?!

NAZİLƏ: – Niyə mümkün olmur ki? Qohumların hansının ki, harada məskunlaşdıqlarından xəbərimiz var, onların hamısını da dəvər edərik. Mənə elə gəlir ki, mütləq onlardan da hamısı gə­lib toyda iştirak edəcəklər. Bircə Azər gilin yerini bilək vallah da­ha hər şey yaxşı olacaqdı. Bu barədə olan işlərimizin hamısı da öz axarına düşəcək.

ƏNVƏR: – Kaş sən deyən olsun ay arvad, kaş sən deyən ol­sun! Kim istəmir ki? (Nicata) Ay oğul, Qasım gilin Bakıya get­məkləri saat neçə olardı? Görəsən gec çatarlar?

NİCAT: – Yox dədə, gec çatmazlar. (Qolundakı saata ba­xır) Hə dədə indi çatarlar. Elə bilirəm ki, indi çatmış olar.

ƏNVƏR: – Qasım demədi nə vaxt geri dönəcəkdi?

NİCAT: – Geri dönməyi hələ dəqiq bilinmir. Ancaq telefon nöm­rəmizi verdim ki, əgər xəbəri olsa tez mənə zəng eləyib bil­dir­sin.

ƏNVƏR: – Yaxşı elədin ay oğul, yaxşı elədin. Telefon nöm­rəsini verməkdə lap ağıllı iş gördün. (Bu dəm Ənvər asqırır)

NAZİLƏ: – Çox şükür. Sağlam ol. Cüt səbir bizə düşür. Müt­ləq-mütləq Günay gildən bir xəbər çıxacaqdı! (Telefonun zən­­gi eşidilir)

ƏNVƏR (həyəcanla): – Bəlkə Qasımdı?!

NAZİLƏ (həyəcanla): – Get gör ay bala! Birdən o, olar! (Ni­cat gedib telefonun dəstəyini götürür. Onun telefonla danışıq səsi eşidilir.)

NİCAT: – Alo. Bəli. Hə Qasım mənəm mən. Necə? Doğ­ru­­dan deyirsən? Səni şad xəbər olasan! Bəs indi haradadırlar?! So­ruş­­­­madın harada məskunlaşıbdılar?! Hə?! Doğrudan deyirsən?! Ne­çədi telefon nömrələri?! Bir dəqiqə qoy yazım. Oldu-oldu! Sə­nə minnətdaram! Xələtin gözüm üstə! (Qəflətən Ənvərin ürə­yin­dən ağrı tutdu. Əlini ürəyinin üstünə qoydu.)

ƏNVƏR: – Arvad tut məni!

NAZİLƏ (Ənvəri tutaraq narahat halda): Nə oldu ay kişi? yoxsa ürəyin narahatdı?! Evimi yıxma!

ƏNVƏR: – Sus, Nicat bilməsin! (Sakitcə yerdə oturur. Ni­cat sevincli halda gəlir)

NAZİLƏ: – Deyəsən Qasımıydı axı? Nə deyirdi ay bala?

NİCAT: – Hə Qasımıydı. Deyirəm qismətə bax eey! Deyir dü­şən kimi birdən gözlərim bir az aralıda nəsə itirmiş kimi ax­ta­ran Azər əmiyə sataşdı. Deyir qucaqlaşıb öpüşüb-görüşəndə Az­ər əmi rəsmi uşaq kimi kövrəlib ağladı! Qasıma deyib ki, hər gün gah “avtovağzalda”, gah da “Dəmityolu vağzalı”nda gəzib do­lanır ki, bəlkə hər hansı bir kəndçimizi görüb bizim ün­va­nı­mı­zı ondan xəbər ala bilsin.

NAZİLƏ: – Deyəsən axı telefon nömrəsi yazırdın?

NİCAT: – Hə, telefon nömrələrini yazdım. Qasım bizim də nöm­rəmizi Azər əmiyə bildiribdi. Azər əmi də deyib ki, ça­lı­şa­cam gələn həftə gedib Ənvər gilə baş çəkim. Bilmək olmaz, bəl­kə də elə bu gün gəldi.

NAZİLƏ (əllərini göyə qaldıraraq): – Ey yeri-göyü yoxdan var edən ulu Tanrı! Sənin bu qismətinə də min şükür! Ey İlahi, sən bir işıq yolu aç tezliklə toyumuzu edib, gəlinimizi gətirək! Qa­dir Allah yalvarıram, sən bu odun da üstünə bir su səp! Qoy bi­zim bu bağlı yollarımız açılsın, tezlikdə öz doğma ata-baba yur­dumuza qayıda bilək! (Hər üçü amin deyirlər. Nicata) Oğ­lum şükür ki, gəlin gilin telefon nömrəsini öyrənə bildik. İndi ne­cə ki, burada biz, sən onun üçün nigaransan. Allah bilir indi o da sənin üçün necə narahatçılıqlar çəkir. Get bir zəng elə danış gə­li­ni­miz­lə. Gör keyfi, halı, vəziyyəti necədir. Qaynatan gil, qay­nanan gil necədir? Həm də de anasına çatdırsın ki, yaxın müd­dətdə toy edə­cəyik. Qoy toya hazırlaşsınlar.

ƏNVƏR: – Hə Nicat anan düz deyir. Get bir zəng elə. Həm də bizim salamımızı onlara çatdır. Bir-iki gün gözləyim, əgər Az­ər gəlməsə hazırlaşıb mən özüm gedəcəm. Di dur get bala, dur get. Biz də ananla gedək bir tikə çörək yeyək. (Nicat Ənvərə ba­xır və onun narahatçılığını hiss edir.)

NİCAT (həyəcanla): – Sənə nə olub ay dədə? Niyə belə rən­gin-rufun dəyişibdi?! Elə bil narahatsan?!

ƏNVƏR:Yox bala, yox. Narahat olma. Azərin adını eşit­dim bir az həyəcanlandım. Qorxma, keçib gedər. Sən get gə­li­ni­miz­lə danış gör onlar necədirlər? Həm də anan deyənləri ona çat­dır. Qoy onlar da evlərində hazırlıqlı olsunlar. Di get qadan al­ım, get. (Nicat gedir) Arvad, bir az kürəyimi ovxala! Rəsmi nə­fəsim kəsilir!

NAZİLƏ: – Yox ay kişi, sən nə danışırsan? Birdən ürəyin olar? Ovxalayaram Allah eləməsin, dilimə qara daşlar infakt ke­çirərsən!

ƏNVƏR: – Qorxma arvad, qorxma.

NAZİLƏ: – Qoy bir stəkan su gətirim. (Nazilə gəlir və tez də su dolu stəkanı gətirib Ənvərə verir. Ənvər suyu içir) Özünü top­la dur ayağa kişi. Dur gedək evdə uzanıb bir az istirahət elə! (Ənvər yavaş-yavaş ayağa qalxır. Nazilə onun qolundan yapışır. Gedirlər)

(pərdə)

IV pərdə, V şəkil
Ənvər gilin qaçqın düşüb məskunlaşdıqları ev. Ənvər xəs­tə­­l­ə­nib yataqda uzanıb. Nazilə kefsiz halda onun böyründə otu­rub.

NAZİLƏ: – Ay kişi, iki gündü bir tikə də olsun ağzına çö­rək qoymursan! Mənə, Nicata yazığın gəlmir heç olmasa özünə ya­­zığın gəlsin ay kişi. Nə olar, qurban olum qoy gətirim bir stə­kan çay iç, bir tikə çörək ye! Hə, nə deyirsən gətirimmi? Axı sən öz­ün o gün gördün ki, həkim bərk-bərk bizə yeməyin-iç­mə­yin vax­tının keçməməsini tapşırdı!

ƏNVƏR: – Yox arvad könlüm istəmir! Vallah elə bil yağ-bal yemişəm. Bir saata bax görüm saat neçədi? Bəs bu Nicat gil ni­yə gəlib çıxmadılar?

NAZİLƏ: – Darıxma ay kişi, darıxma. Harada olsalar indi bu dəqiqə gəlib çıxarlar. Avtobusdu daa gah gecikir, gah vaxtın­da gəlir. Sən Allah qoy gətirim sən bir tikə çörək ye, sən ye­mə­yi­ni yeyib qurtarınca bir də görəcəksən ki, budur qapı açıldı, Ni­cat­la Azər gəldi. Hə nə deyirsən qurban olum, gətirim?

ƏNVƏR: –Deyəsən əl çəkməyəcəksən. Bir stəkan çay gə­tir.

NAZİLƏ (sevincək): – Bax belə ay kişi, bax belə! (Nazilə tez gedir) Ey İlahi, əgər məni öldürmək istəyirsənsə heç olmasa bir neçə gün də möhlət ver. Qoy Nicatın toyunu eləyim, gəlinimi gə­tirim. Oğlumla gəlinimi bir-birinə qovuşdurum onlar həsrətdə qal­masınlar! Ondan sonra məsləhət səninkidi ey İlahi! Öl­dü­rər­sən də özün bilərsən, saxlayarsan da! Qurban olum ey İlahi, Və­tə­nimə, torpağıma qovuşmağı mənə qismət eləməsən heç ol­ma­sa, heç olmasa oğlumun toyunu qismət elə! Yalvarıram Alla­hım, yal­varıram! (Nazilə Əlində çay süzülmüş stəkan gəlir)

NAZİLƏ: – Bu da çay ay kişi. Özü də içməlidi al iç. (Ən­vər birtəhər qalxıb yataqda oturur və çay dolu stəkanı Nazilədən alır)

ƏNVƏR (çay içə-içə): –Ay arvad, saata bax gör neçə ol­du? Bəs bunlar niyə gəlib çıxmadılar?

NAZİLƏ: – Vaxtdı. İndi harada olsa gələrlər. (Elə bu baxt hə­yətdə maşın səsi və zəngi eşidilir.) Deyəsən gəldilər axı? (Pən­cə­­­rəyə tərəf gəlib pəncərədən baxır. Sevincək) Hə onlardı! Gəl­di­lər! Gözün aydın ay kişi, gözün aydın! (Azərlə Nicat gəlir­lər.)

AZƏR: – Hər vaxtınız xeyir olsun mənim əzizlərim.

ƏNVƏR: – Hər vaxtın xeyir ay mənim əziz qonşum, əziz qu­dam. Həmişə sən gələsən! (Bir təhər Ənvər ayağa durur. Gö­rü­­şüb-öpüşürlər. Ənvər Azər bir-birini qucaqlayıb ağlayırlar.)

AZƏR: – Bəs sənə nə oldu ay Ənvər? Niyə belə xəstələnib yatağa düşübsən?

ƏNVƏR:Nə bilim ay Azər, nə bilim! Nə oldu demə eey, de­nə sənə nə olmadı ki,? Dərdimiz azdımı ay Azər? Əgər biz­lər­də­ki dərdi Allahtala dağlara versəydi vallah, billah dağlar par­ça­la­nıb çınqıla, quma dönərdi! Hələ biz dağıq ki, dözürük!

AZƏR: – Səbr elə ay Ənvər, səbr elə. İnşallah bir gün Al­lah­­­ta­la öz bağladığı qapını özü də açar! Onda hamımız qayı­dıb ge­dərik öz yurd-yuvamıza. Yenə xoşbəxt, bəxtəvər ömür-gün sü­rərik!

ƏNVƏR: – Allah arzunu çin eləsin ay Azər. Nə bilim, o gün qismətimizdə olsa da yəqin ki, görməyəcəm!

AZƏR: – Elə danışma ay Ənvər. Bir ağıllı danışsan nə ol­ar? Sənə nə olub ki,? Maşallah turp kimi oğulsan! Hər xəs­tə­lə­nən ölsəydi onda gərək bu dünya boş qalaydı, boş!

ƏNVƏR: – Nə bilim, bəlkə də sən deyəndi. Ancaq Allah­ta­ladan ömür yox, möhlət istərəm Azər, möhlət! Qoy mənə möh­lət versin, gedib vətəni görə bilməsəm də, heç olmasa Ni­cat­la Günayın toyunu edib gəlinimi ocağıma gətirim, ondan sonra məs­­ləhət yenə Allahtalanın özünündü!

AZƏR: – Yaxşı-yaxşı elə danışma! İnşallah o gün bizə qis­mət olacaq. Hər ikimiz də təzədən kəndimizə qayıdacağıq. Hələ kən­dimizdə nəvələrimizi də oynadacağıq eey, nəvə­lə­ri­mi­zi! (Ən­vər çiyinlərini çəkir. Hamısı otururlar.)

NAZİLƏ: – Sizdə nə var nə yox ay Azər? Arvad-uşaq ne­cə­di, gəlininiz necədi?

AZƏR: – Hamısı yaxşıdılar. Hamısı əlinizdən öpürlər. Tə­ki sizlər yaxşı olun.

ƏNVƏR: – Bəs Qasımla görüşün necə oldu ay Azər?

AZƏR:–Bilirsən Ənvər, Bakıda məskunlaşdığımız ilk gün­dən ta ki, Qasımla görüşənə qədər, demək olar ki, hər gün dönə-dö­nə “Dəmiryolu vağzalı”na, “Avtovağzal”a, gah da aero­por­ta baş çəkirdim. Vallah dördgöz halda bir kəndçimizi ax­ta­rır­dım ki, han­sındansa sizin harada məskunlaşdığınızı xəbər alım. Gör­dük­lə­rimin də hamısı xəbərsiziydilər. O gün ki, Qasımla görüşdük, si­zin yerinizi mənə deyəndə elə bil ki, dünyanı mənə ba­ğış­la­dı­lar! Bir az rahatlandım. Tez evə gedib arvada da, Gü­na­ya da muş­tuluqu verdim! Hamımız sevindik. Fikrim varıydı ki, ay­ın axırında sizə gəlim. O gün Nicatla telefonda danışanda dedi ki, sən xəstələnibsən, ürəyim durmadı. Dedim tez gedim Ənvərə baş çəkim görüm necədi? Niyə belə xəstələnib yatağa düşüb?

NAZİLƏ: – Yatağa düşməsinin səbəbi fikirdi ay Azər qar­daş, fikir. Bura köçüb gəldiyimiz gündən ta bu günə qədər de­mək olar ki, hər gün səhərdən axşama siqareti siqaretə calayıb də­nizdə gəmisi batan adamlar kimi elə bil ki, bunun da sevinci də­nizdə batıbdı. Nə danışır, nə də gülür. Elə hey ürəyini fikrin qoy­nuna atır! Ha deyirəm ay kişi, bu tale, bu qismət tək bizim ba­şımızda deyil ki,! Bir bax gör biz dərddə olan nə qədər adam var! Heç elə bil bu sözü-söhbəti buna demirsən. Daşa-divara de­yir­sən. Daşa-divara! Axırı da bax belə, xəstələnib düşdü yatağa! İn­di o fikir, dərd gəlib ona can olacaqdı!

AZƏR: – Düzdü ay Ənvər Vətən itgisi, el-gün itgisi, qərib­çi­lik ağır dərddi! Allah bu dərdi heç düşmənə də göstərməsin, düş­mən də yazıqdı! Ancaq ta bu qədər də olmaz daa! Çalış ki, bir az boşla. Bayaq gələndə Nicat göstərdi gördüm, maşallah bö­yük bağın-baxçan var. Elə ki, gördün darıxırsan get bağ-baxçada ba­şını işə-gücə qat qoy bir az fikir, qəm yadından çıxsın.

ƏNVƏR: – Bacarmıram ay Azər, bacarmıram! Vallah öz­üm­dən asılı deyil! Nə isə. De görüm sən nə işlə məşğulsan? Haradasa işləyirsən yoxsa boş-bekarsan?

AZƏR: – Yox bekar deyiləm, fabrikdə işləyirəm. Üç gün işdə oluram, bir gün evdə. Elə bu gün ev ismenim olduğu üçün dedim gəlim sənə bir baş çəkim, axşama da qayıdım. Səhər işdə olacam.

ƏNVƏR: – Baa, bu gün niyə qayıdacaqsan?

AZƏR – Məcburam ay Ənvər, məcburam. Qayıtmalıyam ki, səhər tezdən işə çatım. Yoxsa işdən çıxardarlar şəhər yeridi, nə ilə dolanarıq? Allah eləməsin vallah acımızdan ölərik.

ƏNVƏR: – Allah eləməsin ay Azər, Allah eləməsin! Azər, qohum, o ki, bu gün qayıdacaqsansa onda qoy səninlə açıq bir söhbət eləyim.

AZƏR: – Buyur.

ƏNVƏR: – Fikrim odur ki, Allah qoysa gələn həftə toy çal­dırıb mən gəlinimi gətirim evimə. Özün vəziyyətimi görürsən daa. Necə deyərlər hay-hayım gedib, vay-vayım qalıb! Bir aya­ğım buradadı, bir ayağım gorda. Gəlinimi gətirib Nicatla bir-bi­ri­nə qovuşdurmasam, nə bilim qismətdi daa ölüb getsəm bu həs­rə­tin odunda gorum da od tutub yanar. Hə, nə deyirsən indi? Gə­lən həftəyəcən sən də toya hazır ola bilərsənmi?

AZƏR: – Məsləhət sənindi ay Ənvər. Nə deyirəm ki, Allah mübarək eləsin! İnşallah mən də hazırlaşaram o vaxtacan. Təki sağ­lıq olsun.

ƏNVƏR (hirslə): Ay Azər deyirsən fikir eləmə! Bə belə də dərd olar? Belə də od olar? Sənin ən yaxın adamın, ürəyinin bir parçası sənin evinə gəlsin, sənin həyət-bacanda bir qoyu­nun­dan-quzundan olmasın ki, kəsib onun qabağına qoyasan? Yeyib-içib şənlənəsən?! Bə biz heç belə yaşamışıq Azər?! Allah bu ermənilərin nəsilbə-nəsilinə lənət eləsin! Varımızı-yoxumuzu əlimizdən alıb özümüzü də qaçqına dön­dər­di­lər!


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə