Zaur vediLİ



Yüklə 1,39 Mb.
səhifə6/19
tarix21.10.2017
ölçüsü1,39 Mb.
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   19

GÜNEL: – Xeyirdi inşallah. Yeganə həkimi ürəyim istədi, dedim bir baş çəkim görüm necədi. Vallah o, məzuniyyətə çı­xan­­dan sonra düzünü desəm heç işə də çıxmaq istəmirəm. Sizin mənə bir andınız yoxdu, and olsun Allaha elə bil ki, xəstəxanada məni sıxırlar. Nə isə. Bəs siz necəsiniz Mehriban xala?

MEHRİBAN: – Ramizsiz necə olacağıq ay qızım? Gözü­müz yolda, qulağımız səsdə narahat bir ömürdü sürürük! Nə gecəm bilinir, nə gündüzüm ay bala!

GÜNEL: – Çox fikir etməyin Mehriban xala. Mən inanıram ki, Allahın köməkliyi ilə Ramiz sağ-salamat qayıdacaqdı! Siz mənə inanın Mehriban xala, vallah inanın!

MEHRİBAN: – Eh, nə bilim ay qızım, nə bilim! Təki sən de­yən olsun! Kim istəmir ki?

GÜNEL: – Mən deyən olacaqdı Mehriban xala, mütləq ola­caq­dı! Özün görəcəksən (Sususrlar)

MEHRİBAN: – Nə isə ay qızım, nə isə! Sən de görüm atan, anan, ərin, uşaqların necədirlər?

GÜNEL: – Çox sağ olun Mehriban xala. Hamısı yaxşıdılar. Sizlərə də çoxlu-çoxlu salamları var.

MEHRİBAN: – Salam göndərənlər də sağ olsunlar, gə­ti­rən­lər də. Allah xətirlərini istəsin. Ömürlərini uzun, canlarını sağ et­sin. Qızım gedəndə bizdən də onlara salam de. Mənim əvə­zim­dən ananın, uşaqların üzündən öp.

GÜNEL: – Mənim gözlərim üstə.

MEHRİBAN: – Gözlərin ağrımasın qızım, gözlərin ağrıma­sın. (Həyətin dəmir darvazasının zərblə açılaması səsi eşidirir. Kamil kişi əlində qəzet sevincək halda gəlir)

KAMİL KİŞİ: – Gözləriniz aydın olsun ay Mehriban bacı, gözləriniz aydın olsun.

YEGANƏ (həyəcanla): – Yoxsa Ramizdən bir xəbər var Kamil əmi?!

KAMİL KİŞİ: – Var qızım var! Özü də şad xəbər!

MEHRİBAN: – Ramiz haradadı Kamil qardaş?! Sən Allah tez de! Yoxsa ürəyim partlayacaq!

KAMİL KİŞİ: – Narahat olmayın Mehriban bacı, heç bi­ri­niz narahat olmayın. (Əlindəki qəzeti göstərir) Bax bu qəzetdə ya­zılıb. (Könül tez qəzeti ondan alır) Mehriban bacı, hələ axırda sənə də minnətdarlıq yazıblar!

MEHRİBAN: – Könül qurban olum tez oxu görüm balamın haqqında nə yazıbdılar? Anası ölmüş Ramizim indi haradadı?!

KAMİL KİŞİ (əli ilə göstərir): – Bax budur. Buradan oxu.

KÖNÜL (qəzeti oxuyur): – Əsirlikdə olan qəhrəman dö­yüş­çülərdən biri də kapitan Ramiz Qədiroğludu. O, 1960-cı ildə qə­dim oğuz yurdu olan Vedibasar mahalında dünyaya göz aç­mış­dı. Ömrünün iyirmi səkkiz baharını Vedibasarda keçirdən ka­pitan 1988-ci ildə məlum hadisələrlə əlaqədar olaraq ailəsi ilə Az­ərbaycana pənah gətirmişdi. Kapitan Ramiz Qədiroğlu Azər­bay­­canda məskunlaşdığı ilk gündən könüllü olaraq ordu sıra­la­rı­na qoşulmuş və Vətənimizin azadlığı uğrunda düşmənlə mü­ba­­ri­zə­­yə qalxmışdı. O, vətənimizin azadlığı, müstəqilliyi uğrunda gedən qanlı döyüşlər zamanı beş sıravi əsgərlə mühasirədə qa­l­mış, sonuncu gülləsinəcən düşmənlə döyüşmüş və əliyalın halda erməni qaniçənlərinə əsir düşmüşdü. (Ağlayır­lar)

MEHRİBAN: – Can bala, anan ölsün!

KÖNÜL (davam edir): – On bir ay əsirlikdə qalan Qə­dir­oğ­lu ermənilərin hər zülmünə məruz qalsa da nəhayət onun da üzü­nə tale gülür. On əsgərlə birlikdə qaranlıqda səngər qazarkən on­lara nəzarət edən erməni zabitinin təkləndiyini görüb fürsəti əl­dən buraxmır. Əlindəki lapatka ilə arxadan ağır zərbə ilə erməni zabitinin başından vurur.

MEHRİBAN: – Ay o vuran əllərinə anan qurban bala!

GÖNÜL (davam edir): – Erməni zabiti huşsuz halda yerə yı­xılır. Bu vaxt kapitan onun silahını və cibindən yerə düşəm pı­ça­ğını götürür. Bıçağı zabitin ürəyinə sancan kapitan on əsirlə bir­likdə əsirlikdən qaçırlar.

Kapitanla xəstəxanada görüşəndə bildirdi ki, bir həftədən sonnra xəstəxanadan çıxacaq.

Evdəkilərin sənin qayıtmağından xəbəri varmı – deyəndə ka­pitan bildirdi ki, – Mən özüm razı olmamışam evə xəbər ver­sin­lər. Çünki xəstəxanadan çıxandan sonra özüm evdəkilərə baş çə­kib yenə döyüş bölgəsinə qayıdacağam.

Əziz oxucular, hamı kimi biz də Ramiz kimi oğullara güvənir və onlarla fəxr edirik! Ramiz kimi qəhrəman oğul böyüdən Mehriban anaya isə bütün xalq adından minnət­dar­lı­ğı­mızı bildirib ona – EŞQ OLSUN– deyirik!



KAMİL KİŞİ: – Mehriban bacı sənə deyirdim axı hər qara kağıza inanma. Daha bu gündən mən özümü dün­ya­nın ən xoş­bəxt poçtalyonu hesab edirəm! Ona görə ki, (Əllərini havada oy­na­dır) mən bu əllərimlə onun əsir düşən xəbərini sizə gətirsəm də, bu gün də şad xəbərini bu əllərimlə gətirmişəm. Hamınızı təb­rik edirəm! Gözünüz aydın olsun! Gözünüz aydın olsun!

MEHRİBAN: – Aydınlıq içində olasan Kamil qardaş. Çox sağ olun.

KAMİL KİŞİ:Daha gecdi, mən gedim. Başqa məktubları, qəzet-jurnalları da öz sahiblərinə çatdırmalıyam.

KÖNÜL: – Kamil əmi zəhmət olmasa bir dəqiqə ayaq saxlayın. (Gedir)

KAMİL KİŞİ: – Yeganə, qızım, göz yaşlarını sil. Daha ağ­­la­ma. Sən bu gündən sonra daha da xoşbəxt olacaqsan. Bəlkə də Allahın sənə yazığı gəlib ona görə Ramizi ermənilərin zülü­mün­dən qurtarıb.

GÜNEL: – Düz deyirsiniz Kamil əmi. Allahtala bir Ra­mi­zin cavan canına, bir də Yeganə həkimə rəhm eləyib. Ancaq and olsun Allaha bu günün bizə qismət olcağına həmişə inanırdım. (Könül əlində nəsə qəzetə bükülmüş halda gəlir)

KÖNÜL: – Alın Kamil əmi. Bu da sizin muştuluğunuz.

KAMİL KİŞİ: – Nə zəhmət çəkirsiniz ay qızım? Vallah mənə heç nə lazım deyil. Elə sizin sevinciniz mənə muştuluqdu.

KÖNÜL: – Kamil əmi xahiş edirəm əlimi boş qaytarmayın.

KAMİL KİŞİ: – Yaxşı, qoy sən deyən olsun. Allah səni xoşbəxt eləsin qızım. (Hədiyyəni Könüldən alır və Yeganəyə tə­rəf uzadıb stolun üstünə qoyur) Yeganə, qızım, mən də bu hə­diyyəni sənə bağışlayıb səni təbrik edirəm.

YEGANƏ: – Siz Allah götürün Kamil əmi! Siz ki, bu şad xəbərinizlə yetim bir qəlbi sevindirdiniz, vallah elə bil dünyanı mənə bağışladınız.

KAMİL KİŞİ: – Bax bu olmadı qızım. Özgə söhbət lazım deyil. Gərək sən Kamil əminin sözünü yerə salmayıb onun sənə bağışladığını alasan.

YEGANƏ: – Çox sağ olun Kamil əmi. Ancaq vallah heç bu yaxşı olmadı.

KAMİL KİŞİ: – Lap əla oldu. Bir daha gözləriniz aydın olsun deyirəm. Daha mən gedim öz işlərimin dalınca.

MEHRİBAN:–Çox sağ ol Kamil qardaş. Ayaqların ağ­rı­ma­sın. (Kamil kişi gedir. Əllərini göyə qaldırır) Çox şükür sənin bu məsləhətinə Allahım! Ölmədim balamın sağ-salamat ol­du­ğu­nu eşitdim! Bircə onun özünü də görsəydim başqa arzum ol­maz­dı!

GÜNEL: – Darıxma Mehriban xala mütləq, mütləq o günü də görəcəksən! O ki, qansız ermənilərin əlindən sağ-salamat qurturub, vallah bizim üçün bu hər şeydi!

MEHRİBAN: – İnanırsınız, vallah sevincimdən yerə-göyə sığ­mıram! Sizinlə birlikdə bu gün mənim ömrümün ən xoşbəxt gü­nüdü! Az qalıram ki, sevincdən quş kimi qanad açıb uçum! (Yeganəni qucaqlayıb öpür) Ramiz gedəndən indiyəcən hələ mən səni belə sevincli görməmişdim qızım! Allahdan arzum bu­dur ki, səni həmişə belə sevincli, belə gülər görüm!

KÖNÜL: – Yeganə bacı, siz sevincli, gülər olanda necə də gözəlləşirsiniz! Elə bil ki, bütün dünyanın gözəlliyi sizin çöhrə­nizə qonur! (Günelə) Düz demirəm Günel?!

GÜNEL: – Heç sən yalan danışarsan? Əlbətdə düz de­yir­sən Könül, əlbətdə.

YÜGANƏ: – Sizə bir söz demək istəyirəm ana. Ancaq xa­hiş edirəm razı olun!

MEHRİBAN: – Xahiş nə üçün ay qızım? Mən də sənin ananam. Nə lazımdırsa çəkinmədən mənə de. Əgər mənlikdirsə mütləq yerinə yetirərəm.

YEGANƏ: – Bəli sizlikdi. (Sağa-sola gəzinir və birdən uca­dan deyir) Mən Ramizin yanına getmək istəyirəm!

MEHRİBAN (həyəcanla): – Ramizin yanına?! Qızım, axı nə bilirsən indi o, haradadı?!

YEGANƏ: – Narahat olmayın ana. Harada olur olsun qə­ze­tin köməkliyi ilə mən onu tapa bilərəm. Təki razılıq ver!

MEHRİBAN: – Qızım, vallah sən məni elə çıxılmaz və­ziy­yə­tə qoyursan ki, heç özüm də bilmirəm sənə nə cavab verim! Hə deyim yoxsa... Ay qızım bəs sənin işin?! Artıq sənin mə­zu­niyyət vaxtına da az qalıb!

YEGANƏ: – Əşi, nə iş ey ay ana?! Çalışaram o vaxtacan qa­­yı­dım. Qayıda bilməsəm də oradakı yaralılarımıza kömək edə­rəm! Ramizin yanına çatan kimi də evə zəng vuraram siz də ra­hat­lanarsınız! Anacan qatarın vaxtına az qalıb! Xahiş edirəm razı olun elə günü bu gün mən yola çıxım!

MEHRİBAN (bir az fikrə gedir): – Ay qızım vallah sən mə­ni, sən məni qoyursan odla su arasında! Bilmirəm nə deyim axı! Sənin qəlbinə də dəymək istəmirəm! Nə deyirəm ki? Əgər gedib tapa bilərsənsə get!

YEGANƏ (sevincək): – Çox sağ ol ana! Bilirdim ki, razılıq verəcəksən! (Mehribanı qucaqlayıb öpür) Onda mən gedim tez hazırlaşım! (Otağa gedib tez əynini dəyişir və yol üçün tədarük görüb gəlir. Evdəkilərlə öpüşüb-görüşürlər)

MEHRİBAN: – Özündən müğayət ol. Ramizin yanına ça­tan kimi də evə zəng vur. (Yeganə gedir. Mehriban arxasıyca su atır. Günellə Könül Yeganəni yola salırlar)

(pərdə)


IV pərdə, V şəkil
Sərhəd bölgəsi. Əsgərlərin səsləri eşidilir. Əsgərlərdən biri gözəl səslə ana haqqında segah oxuyur. Başqa bir əsgər isə otu­rub onu dinləyir. Yeganə çox yorğun halda onların yanına gəlir.

YEGANƏ: – Salam əsgərlər.

ƏSGƏRLƏR: – Salam.

YEGANƏ: – Gəlin tanış olaq.

BİRİNCİ ƏSGƏR: – Sıravi Ceyhun Kərimov.

İKİNCİ ƏSGƏR: – Sıravi Polad Məmmədov.

YEGANƏ: – Çox gözəl. Mənim adım isə Yeganədi.

POLAD (həyəcanla): – Yeganə?!

YEGANƏ: – Hə Polad. Niyə belə həyəcanla soruşdun?

POLAD: – Heç, elə-belə.

YEGANƏ: – Sizin yaman gözəl səsiniz var Ceyhun. (Cey­hun çiyinlərini çəkir)

POLAD: – Bəli Yeganə bacı, düz deyirsiniz. Ceyhunun hə­qiqətən də gözəl səsi var. Mən hər dəfə onun oxumasına qulaq as­anda elə bil həmin vaxt özümü tamam başqa aləmdə hesab edi­rəm. Bir də ki, havasından-suyundanmı bilmirəm, Qarabağda do­ğulanların hamısının gözəl səsi var.

YEGANƏ: – Doğru deyirsiniz Polad. Sözlərinizdə həqiqət var. Yəqin ki, bu da ya Allahın möcüzəsi, ya da Qarabağ əhlinə olan hədiyyəsidi.

CEYHUN: – Eh Yeganə bacı, o, bayatıda deyildiyi kimi –
Dərd əlindən oxuyuram,

Deyirlər eşqinə bax!


YEGANƏ: – Dərd əlindən niyə?

CEYHUN: – Belə yanıqlı oxumağımın səbəbi odur ki, üç ay əvvəl başım üstə laylamı çalıb hər cürə qayğımı çəkən (do­lux­sanır) anamı itirmişəm!

YEGANƏ: – Allah rəhmət eləsin! Qəbri nurla dolsun!

CEYHUN: – Çox sağ olun Yeganə bacı. Ölənlərinizə rəh­mət! Anamın qırxına gedib çata bildim. (Yeganə ağlayır) Ba­cı­la­rım bildirdilər ki, anam neçə vaxtdı xəstələnib yataqda yatırmış! Yatağa düşdüyü gündən dünyadan köçənə kimi anam məni is­tə­yib! Ceyhun deyə-deyə də dünyadan köçüb! Anam intizarlı hal­da dünyasını dəyişib Yeganə bacı! Neçə dəfə istəmişəm ki, atəş aç­ıb özümü öldürüm! Gedib ruhumla anamın ruhuna qo­vu­şum! Son­ra fikirləşmişəm ki, məni tanıyanlar elə biləcəklər er­mə­ni­lər­lə döyüşməkdən qorxub özümü öldürmü­şəm! Elə bu sözlərə gö­rə də fikrimdən yayınmışam!

YEGANƏ: – Yox, heç vaxt elə fikrə düşmə Ceyhun! Heç vaxt yadından çıxartma ki, insan özü öz canının qatili olmaz!

CEYHUN: – Eh Yeganə bacı, düzünü desəm heç nə hərə­kət etdiyimi və yaxud edəcəyimi heç özüm də bilmirəm! Bir də ki, Yeganə bacı, bütün insanlar bu dünyada bir ana itirir. Ancaq mən və mənim kimi Xocalılar iki ana itirib! Biri laylasıyla, sü­düy­lə böyüdüyüm anam, ikincisi isə ana Vətənim Xocalı! İndi Xo­calını təzədən geri qaytarmaq mümkün olsa da, lakin südü ilə bö­yüdüyün anamı bir də geri qaytarmaq mümkün deyil!

YEGANƏ: – Ceyhun, ana şirin olur?!

CEYHUN: – Əlbətdə Yeganə bacı, əlbətdə! Ana o qədər şi­rin­dir ki, heç balda da elə şirinlik yoxdur! Dünyada heç nə onun əvə­zi ola bilməz! Niyə soruşdun ki?

YEGANƏ: –Heç, elə-belə! Nə isə. Gəlin söhbəti də­yişdi­rək.

POLAD: – Doğrudan Yeganə bacı, başımız söhbətə elə qa­rı­­şıbdı ki, soruşmağı tamam unutmuşuq. Heç demədiniz bizim hərbi hissəyə nə yaxşı gəlibsiniz? Kimi axtarırsınız?

YEGANƏ: – Sizin hərbi hissədə Ramiz Qədiroğlu adında bir kapitan varmı?

CEYHUN: – Əsirlikdən qaçan kapitan?

YEGANƏ (sevincək): – Hə, əsirlikdən qaçan! Siz onu tanıyırsınız?!

CEYHUN: – Bəli tanıyırıq. O, bizim hissənin kapitanıdı. İki ay olar ki, əsirlikdən qaçıb. Müalicə olunduqdan sonra bir həf­tə olar ki, bizim hərbi hissəyə gəlib.

YEGANƏ: – Siz məni onun yanına apara bilərsinimi?

POLAD: – Bəli apara bilərik. Gedəkmi?

YEGANƏ: – Bəli gedək. Ancaq xahiş edirəm mənim kim olduğumu siz ona bildirməyəsiniz.

POLAD: – Oldu Yeganə bacı. (Gedirlər)

VI şəkil
Hər üçü binanın qapısı ağzında dayanır. Polad qapını döyüb içəri keçir. Ramiz otaqda təkdi.

POLAD:İcazə olar cənab kapitan.

RAMİZ: – Eşidirəm.

POLAD:Sizi bayırda bir gəlin soruşur.

RAMİZ: – Gəlin?

POLAD: Bəli cənab kapitan.

RAMİZ: – Gəlsin içəri.

POLAD: Oldu cənab kapitan. (Otaqdan çıxır)

RAMİZ: – Görəsən o gəlin kimdi? Bəlkə Yeganədi?! Yox, o, olmaz! Axı mənim burada olduğumu o, bilmir! (Otağın qapısı açı­lır. Polad, Ceyhun və Yeganə gəlirlər. Ramiz həyəcanla aya­ğa qalxır) Yeganə!

YEGANƏ: – Ramiz! (Qucaqlaşırlar. Yeganə sevincindən hön­kürüb ağlayır)

RAMİZ: – Yeganə, əzizim, sən təkcə buralara necə gəlib çıx­dın? Mənim burada olduğumu haradan öyrəndin? (Yeganə ağ­layır və Ramizə cavab verə bilmir) Ağlama Yeganə. Özünü ələ al. Uşaq deyilsən ki,.

YEGANƏ: – Çox şükür bu məsləhətinə İlahi! Axır ki, tale mə­nim də üzümə güldü! Ramiz, bəs sən bu günə kimi harada idin?

RAMİZ (zarafatla): – İstirahətdə.

YEGANƏ (gülümsəyərək): –Yaxşı, zarafatı qurtar.

RAMİZ (əsgərlərə): Siz gedə bilərsiniz. (Poladla Ceyhun ge­dirlər) Zarafat etmirəm Yeganə. Həqiqi sözümdü. Əvvəl əsir­lik­də idim, axır iki ayda isə xəstəxanada həm müalicə olu­nur­dum, həm də istirahət edirdim.

YEGANƏ: – Eh Ramiz, Ramiz! Sən yenə zarafatından qalmırsan.

RAMİZ: – Yeganə, sən de görüm anamla Könül necə­dir­lər? Evdən mənə danış, evdən!

YEGANƏ: – Hamısı yaxşıdırlar. Bircə narahatçılıqları sən­dəndir.

RAMİZ: – Sən mənə desən də, deməsən də bu vaxtacan nə­lər çəkdiyini bilirəm. Əsirlikdə olanda ermənilərin mənə nə cü­rə əcir­lər, əzab-əziyyətlər verdiyini Allah bilir! O, zülümlərin al­tın­da mən yenə bir an da olsun sizi xəyalımdan uzaqlaşdıra bil­mir­dim! Ən çox da onu fikirləşirdim ki, əgər ermənilər məni öl­dür­sələr sən mənsiz necə olarsan?! Sən, anam, bacım mən­siz­li­yə ne­cə tablaşacaqsınız?! Yuxuda da həmişə anamı yataqda xəs­tə, sə­ni isə gözüyaşlı görürdüm! İndi onu da bilirəm ki, anam mə­nim fikrimdən çox qocalıb!

YEGANƏ: – Eh Ramiz, Ramiz. Əsir düşdüyünü biləndən son­ra yuxuda gördüyün kimi tək mən yox, səni tanıyan hanının gö­zü yaşlı qalmışdı. Anam da bərk xəstələnib neçə gün yatağa düş­dü!

RAMİZ:Heç nəyi gizlətmə Yeganə, de! Anamın o, təzə dən düşmüş saçları indi mənim fikrimi çəkməkdən qar kimi ağ­ap­paq ağarıb eləmi?!

YEGANƏ: – Şair düz deyibdi Ramiz. “Fikir qocaldanı illər qo­caltmır!” Bu müddət ərzində təkcə anamız yox, elə biz ha­mı­mız fikirdən xeyli qocalmışıq! (Hər ikisi xeyli fikrə gedirlər)

RAMİZ: – Nə isə! Söhbəti dəyişdirək. Bilirəm ki, əsir­lik­dən qaçdığımı qəzetdən oxuyubsunuz. Əzizim, de görüm bəs mə­nim burada olduğumu nə bildiniz? Axı harada olduğum qə­zet­də yazılmamışdı.

YEGANƏ: – Elə ona görə də bu gün düz beş gündür ki, yollardayam.

RAMİZ: – Neçə gündü? Beş?

YEGANƏ: – Hə Ramiz. Qəzetdəki yazının izi ilə redak­si­ya­ya gəlib həmin jurnalisti soruşdum. Bildirdilər ki, iş üçün baş­qa yerə göndərilib. İki gündən sonra gələcək. İki gündən sonra hə­min jurnalistlə görüşüb ona kim olduğumu bildirdim və müa­li­cə olunduğun xəstəxananın ünvanını soruşdum. Sonra gəlib hə­min xəstəxananı tapanda bildirdilər ki, bir neçə gün əvvəl oradan da çıxıbsan.Daha sonra da soraqlaşa-soraqlaşa gəlib bura çıx­dım.

RAMİZ: – Həqiqətən də cəsur qızsan Yeganə! Fəxr edirəm sə­ninlə! Ancaq çox əziyyət çəkmisən!

YEGANƏ: – Sənin yolunda lap cəhənnəm əzabı çəkmək də ye­nə mənim üçün xoşdu Ramiz. Gəlib səni beləcə sağ-salamat gör­məyim vallah bütün əziyyətlərimi mənə unutdurdu! Ramiz, bəs sən niyə nə evə zəng vururdun, nə də bir xəbər gön­dər­mir­din? Axı özün yaxşı bilirsən ki, hamımız evdə nigaranıq! (Ra­miz duruxan kimi olur)

RAMİZ: – Nə isə əzizim. İndi sən çox yorğunsan. Keç o biri otaqda bir az dincəl. Mənim də görüləsi işlərim var. Onları tamamlayım bu barədə sonra doyunca söhbət edərik.

YEGANƏ: – Məndən ötrü qəti narahat olma Ramiz. Mən bu dəqiqə özümü həddindən artıq rahat hiss edirəm. Dağı dağ üstünə qoymağa belə hazıram Ramiz. İnan mənə.

RAMİZ: – İnanıram-inanıram. Əlbətdə inanıram. (Gülüm­sə­yir) Çünki sən anamın xoruz banından tez oyanan pəhləvan gə­li­nisən! İndi özün sübut eləyirsən ki, o sözləri deməkdə anam haqlı imiş! Nə isə əzizim. Gəl daha hər ikimiz keçmiş gün­lə­ri­mi­zi yox, gələcək günlərimizi düşünək.

YEGANƏ: – Evlə əlaqə saxlayıb anam gilə sənin yanında olduğumu bildir. İndi onlar çox nigarandılar.

RAMİZ: – Oldu Yeganə zəng vuraram. Əgər aclığın varsa otaqdakı soyuducuda yemək var.

YEGANƏ: – Hələ ki, aclığım yoxdu. (Yan otağa keçir) Ramiz. Bir az dərin fikrə gedir)

RAMİZ (öz-özünə): – Deyəsən Yeganə hiss etmədi ki, qo­lu­mun biri protezdi! Bəlkə də bildi, onun özü mənə keçmişi xa­tır­latmaq istəmədi?! Yox, əgər bilsəydi, o, mütləq bunun sə­bə­bi­ni məndən soruşardı! Görəsən bilsə neyləyəcək?! Necə hala dü­şəcək?! Mənim bir qollu olduğumu necə qəbul edəcək?! Elə ne­çə vaxtdı bu suallara cavab tapa bilmədiyimə görə evlə əlaqə sax­laya bilmirdim! Yox, daha mən bunu ondan heç cürə gizlədə bil­mərəm! Mütləq, mütləq bu hadisənin necə baş verdiyini oldu­ğu kimi Yeganəyə söyləməliyəm! Görəsən bilsə mənə qarşı mü­nasibəti necə olacaq?! Yenə əvvəlki kimi, yoxsa...?! Eh, nə bi­lim! Qalmışam iki od arasında! Nə ondan gizlətmək mümkündü, nə də gizlətməmək! (Dərin fikrə gedir. Həyəti əsgərlərin səs-kü­yü bürüyür. Ramiz fikirdən ayrılır. Otağın qapısı döyülür. Ceyhun gəlir)

CEYHUN: – Gəlmək olar cənab kapitan?

RAMİZ: – Buyurun, eşidirəm.

CEYHUN: – Poladla birlikdə bir erməni kəşfiyyatçısı tutmuşuq.

RAMİZ: – Erməni?!

CEYHUN: – Bəli cənab kapitan. Mərkəzi yola mina basdı­rar­kən. Poladala əsir tutduq. Sonra həmin minanı zərərsizləşdirib onu da öyrəndik ki, Azərbaycandan köçüb.

RAMİZ: – Gətirin içəri.

CEYHUN: – Baş üstə cənab kapitan. (Otaqdan çıxır və Poladla birlikdə ermənini qolubağlı gətirirlər. Rramiz erməmini tanıyıb həyəcanla ayağa qalxır.)

RAMİZ: – Muşex! (Muşex başını aşağı salıb susur) Ay şərəfsiz köpək oğlu, mənə o qədər zülmü, işgəncəni verərkən belə bir günün olacağını fikirləşmirdin hə?! İndi özün de görüm səninlə necə rəftar edək?! Sizlər kimi?!

MUŞEX: – Na cur elasan haqqın var Ramizcan! Lap uzuma tupursan da, manı assan da haqqın var!

RAMİZ: – Nə tez sözündən döndün alçaq?! Axı o vaxt de­yir­din mənim heç nəyə haqqım yoxdu! Axı deyirdin bütün türk­lə­rin bu dünyada yaşamağa, bu torpağın üstündə gəzməyə haq­la­rı yoxdu! Bəs nə oldu Muşex?! İndi deyirsən üzünə tüpür­mə­yə, sə­ni asmağa haqqım var?!

MUŞEX: – Çoray haqqı, massab haqqı man bura duş­man­çı­lı­xnan galmamışam. Duz deyiram Ramizcan. Vallax inan mana.

RAMİZ: – Bilirəm düz deyirsən Muşex, bilirəm! Bəs onda mərkəzi yola basdırdığın minaya nə deyirsən?! O, da düş­mən­çi­lik deyil eləmi?! (Muşex başını aşağı salıb susur) Susursan! Gör siz nə qədər alçaq və şərəfsiz bir millətsiniz ki, duz-çörəyi ayaq­la­yırsınız! Axı siz nakişilər illər boyu babalarımızın qapısının qulu, nökəri olubsunuz! Süfrələrimizin qırıntısıyla böyü­yüb­sü­nüz! Nə tez o günləri yadınızdan çıxartdınız Muşex?!

MUŞEX: – Duz deyirsan Ramizcan, duz deyirsan! Biz al­ça­ğıx!

RAMİZ: – Bəs mən sizinlə üz-üzə olarkəndə bu sözləri mər­­­di-mərdanə sizin üzünüzə deyəndə deyirdiniz yalandı?! (Mu­şex başını aşağı salır) Yaxşı, məni başa sal görüm biz tərəfə nə üçün gəlmisən?

MUŞEX: – Ramizcan, atam gil Suriyadan galandan olana qa­dar gedib ata-anasının qabrını ziyarat etmax arzusunda olsalar da o gun onlara qısmat olmadı.

RAMİZ: – Babanın qəbri Suriyadadırsa bəs onda burada nə itin azıb? Onu burada niyə axtarırsan?

MUŞEX: – Babamın yox Ramizcan, man anamın qabrına baş çaymağa gəlmışam. (Ağlayır) Galmışam onun daşını qu­cax­la­yıb opam. Man anamı istayıram Ramiz can.

POLAD (gülümsəyərək): – Fikir eləmə. Səni ananın yanına göndərərik. Ananı qucaqlayıb həmişəlik qalarsan onun quca­ğında. Ananla birlikdə o dünyada atanın yolunu gözləyərsiniz.

CEYHUN: – Cənab kapitan biz gedə bilərikmi?

RAMİZ: – Gedə bilərsiniz. Sizin bu qəhrəmanlığınız da müt­­­ləq qiymətləndiriləcək. (Poladla Ceyhun gedirlər) Hə Mu­şex, demək deyirsən ananla bir-birinizi çox istəyirdiniz eləmi?

MUŞEX: – Ha Ramizcan. O, manı lap çox istayırdı. Anadı axı!

RAMİZ (hirslə): – Anadır axı!!! Şərəfsiz köpəkoğlu. Sizin ana­larınız anadırsa bəs bizimkilər nədir?! Bəlkə ana yox daş­dı­lar?! Gör siz nə qədər ikiüzlü, alçaq, şərəfsiz bir millətsiniz ki, çö­rəyimizi yeyib, suyumuzu içib axırda da qudurub bizə təpik atır­sınız! O, murdar əllərinizi bu qədər günahsız insanların qan­la­rına bulayırsınız! Bu qədər ürəklərə çalın-çarpaz dağlar çəkib ata-anaları balasız, gəlinləri ərsiz, bacıları qardaşsız, uşaq­ları ata­sız qoymaqmı olar?! Bunlar insanlığa xasmı hərəkətdi?! Siz in­san deyilsinizmi?! Hələ indi işğal etdiyiniz torpaqlarımızı de­mi­rəm, Göyçə,Vedi, İrəvan daha nə bilim haralar bizim tor­paq­la­rımız olduğu halda adınıza çıxardınız bu bəs etmədi?! (Yeganə gə­lir) Ramiz hirsli halda Muşexin üstünə gedir) Bu qədər insanı öz ata-baba yurdundan qovub didərgin salmaqmı olar? (Muşex Ramizin onu öldürəcəyindən qorxub Yeganənin ayaqlarına düşüb yalvarır)

MUŞEX: – Bacıcan qurban olum qoyma manı oldursun! Balalarım yetım qalmasın! (Ramiz gülür)

YEGANƏ: – Qalx ayağa! Bir can nə qədər şirin oldu ki, sən öz kişilik ləyaqətini itirib bir qadının ayaqlarına düşüb yal­va­rırsan! Ar olsun sənə! Adınızı da kişi qoyubsunuz!

RAMİZ: – Qoy ayaqlarına düşüb yalvarsın əzizim. Bu al­çaq­larda mənlik, kişilik, ləyaqət nə gəzir? Bunların ayaqlara düş­məsindən sözün düzünü desəm mən lap ləzzət alıram.

MUŞEX:–Ramizcan balalarına qurban olum manı oldur­ma! Na iş desan edaram! Massab haqqı na soruşsan duz de­ya­ram!


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə