Zaur vediLİ


RAMİZ: – Satqınçılıq da edərsən hə?! MUŞEX



Yüklə 1,39 Mb.
səhifə7/19
tarix21.10.2017
ölçüsü1,39 Mb.
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   19

RAMİZ: – Satqınçılıq da edərsən hə?!

MUŞEX: – Ha Ramizcan. Qulluğunda hazıram!

RAMİZ: – Tfu sənin kişi sifətinə!

MUŞEX: – Tupurma Ramizcan. (Üzündəki tüpürcəyi əlinin arxasıyca silir) Vallah man istamıram kı, biz duşman olaq. Axı bız hamışa bır-bırımızın xeyrına-şarına qarışmışıx. Kurva olmuşux! Qohum olmax uçun qız verıb qız almışıx.

RAMİZ (hirslə):Kəs səsini şərəfsiz! Biz sizlərə qız ver­mə­mişik, qız almışıq!

MUŞEX: – Na farqı var Ramizcan?

RAMİZ: – Fərqi çoxdu! Demək deyirsən nə soruşsam düz məlumat verəcəksən?

MUŞEX: – Ha Ramizcan. Birca manı oldurmayın.

RAMİZ: – Yaxşı, onda gedək başqa yerə. O, ki, qaldı öl­mək istəməməyin, o da sənin özündən asılıdı Muşex, özündən. (Yeganəyə) Başım bu alçağa elə qarışdı ki, soruşmağı unutdum. Niyə istirahət etmədin?

YEGANƏ: – Özüm istəmədim. Ramiz, gedirsinizsə onda mümkünsə Poladla Coşqunu göndər gəlsin bura.

RAMİZ: – Oldu əzizim. Mən də indi qayıdaram. (Gedirlər. Yeganə pəncərədən bayıra baxır. Bir azdan Poladla Ceyhun gə­lir­lər)

POLAD: – Gəlmək olar Yeganə bacı?

YEGANƏ: – Gəlin-gəlin. O, alçağı tutduğunuzu eşitdim. Ma­şallah fəxr edilməli qoçaq uşaqlarsınız!

CEYHUN:Vətən üçün, xalq üçün nə etsək azdı Yeganə ba­cı. Onun keşiyində durmaq hamı kimi bizim də borcumuzdu. Biz Vətənə, Vətən də bizə arxalanmalıdı!

YEGANƏ: – Düz deyirsən Ceyhun. Bayaq pəncərədən ba­yı­ra baxanda şəkil çəkdiyini gördüm.Deyəsən rəssamlığın da var.

CEYHUN: – Hərdən olur.

YEGANƏ: – Bəs o, çəkdiyiniz kimin portretidi?

CEYHUN: – Anamın portretidi Yeganə bacı. İstəyirsinizsə alın baxın. (Yeganə alıb baxır və kədərlənir)

YEGANƏ: – Sənin necə də gözəl anan varıymış Ceyhun?!

CEYHUN: – Hə, Yeganə bacı. Anam çox gözəl qadın idi! Hələ mən onun çöhrəsindəki gözəlliyi, gülərüzlüyü və başqa cizgiləri olduğu kimi tam canlandıra bilmirəm! Kaş ki, anam sağ olaydı! Sən də onun şəklini yox özünü görəydin Yeganə bacı!

YEGANƏ: – Ceyhun ana şirin olur?

CEYHUN: – Bəs necə Yeganə bacı. Onun əvəzini heç nə ve­rə bilməz. Yeganə bacı, sən bunu ikinci dəfədir ki, məndən soruşursan. Məgər bu şirinliyi sən öz ananda hiss etməmisən?

YEGANƏ (həyəcanla): – Mənim anam?! Bu sözlər mənə yaddı Ceyhun!

CEYHUN: – Niyə Yeganə bacı? Sən ananı görməmisən? (Yeganə başını bulayır) Doğrudan?

YEGANƏ: – Hə, Ceyhun. Mən ata-ana görməmişəm! Heç onların kim olduqlarını da bilmirəm! Dünyaya gələndən uşaq evində böyümüşəm! (Susurlar) Polad, bəs sən nə yazırsan?

POLAD: – Məktub yazıram Yeganə bacı. (Köynəyinin ci­bin­dən bir qız şəkili çıxardıb göstərir) Bax bu qıza. (Yeganə şə­ki­li alıb baxır)

YEGANƏ: – Gözəl qızdı. Bu qız kimdi ki,?

POLAD: – Yeganədi. Ürəyim gecə-gündüz həsarətilə dö­yün­­düyü Yeganə!

YEGANƏ (gülümsəyərək): – Deməli bu gözəl qız sənin ni­şan­­lın, mənim isə adaşımdı.

POLAD: – Bəli Yeganə bacı. Həm nişanlım, həm də qon­şu­­mun qızı.

YEGANƏ: – Çox gözəl. Allah sizi xoşbəxt eləsin.

POLAD: – Çox sağ olun Yeganə bacı. Allah kapitanımızla sə­ni də xoşbəxt eləsin. Yeganə bacı yadınızdadı biz ilk dəfə gö­rü­şəndə sən öz adını ki, bizə dedin mən həyəcanla təkrar bir də so­ruşdum?

YEGANƏ: – Əlbətdə yadımdadı.

POLAD: – Həmin vaxt ki, sən adını dedin, o dəqiqə kön­lüm quşu qanadlandı.Özümü tamam başqa bir aləmdə hiss et­dim.

YEGANƏ: –Görünür Yeganəni çox sevirsiniz?

POLAD: –Mənim ona qarşı məhəbbətim sonsuzdu Yeganə bacı. (Cibindən bir kağız parçası çıxardıb aça-aça danışır) Səni ka­pitanımızla görüşdürəndən sonra qonşumun balasına görün necə şeir yazmışam!

YEGANƏ: – Şeir yazmaq da bacarırsan?

POLAD: – Hərdən yazıram.

YEGANƏ: – Mən şeiri çox sevirəm. Şairlərə qarşı da xüsusi hörmətim var. Mümkündürsə şeiri oxuyun eşidim.

POLAD: – Baş üstə Yeganə bacı. (Şeiri oxuyur)
Sən bir qızılgülsən, ya bir laləsən,

Mənsə səni dərən, ay qonşu qızı.

Hər vaxt ürəyimdə sən mənimləsən,

Olmaz sənə kimsə tay qonşu qızı.


Səni hər dəqiqə ürəyim anır,

Xəyalım arxanca gəzir, dolanır.

Elə bil gül üzün Ay kimi yanır,

Bəklə sənsən Günəş, ay qonşu qızı?


Coşur qəlbimizdə eşq bulaqları,

Quruyur hicranın yaşıl bağları.

Həsrətli, sevdalı ötən çağları,

Sən də mənim kimi say, qonşu qızı.


Adın ürəyimdə güldü həmişə,

Mənim bir arzumu elə bir peşə.

Hər dəfə gələndə mənlə görüşə,

Gəlinlik donunu gey, qonşu qızı.


Sənsiz çox dar gəlir mənə gen küçə,

Vüsal həsrətinə dözürsən necə?

Səninçün qapımda üç gün, üç gücə,

Mütləq çaldıracam toy, qonşu qızı.


Necə şeirdi Yeganə bacı?

YEGANƏ: – Lap əla. Sənin gözəl şairliyin də varmış. Sənə şairlikdə uğurlar, qonşu qızınla da bir-birinizə qovuşmaq arzu­la­yıram Polad.

POLAD: – Çox sağ olun Yeganə bacı. Kapitanımızla səni də toyumuza dəvət edəcəm. Xahiş edirəm gələrsiniz.

YEGANƏ: – Dəvət etsən böyük məmuniyyətlə iştirak edə­rik. (Otağın qapısı açılır. Ramiz əlində xəritə və tapança gə­lir) Erməni ilə söhbətiniz qurtardı?

RAMİZ: – Bu günlük qurtardı. Bizə çox mühüm bir mə­lu­mat verdi. Erməni ermənini satdı! Özü də necə? Nə isə. Əla! (Əlindəki xəritəni göstərir) Budur bax. Minalanmış sa­hə­lə­rin xə­ri­təsi! (Keçib yerində oturur və əlindəki tapançanı və xəri­tə­ni sto­lun üstünə qoyur)

CEYHUN: – Cənab kapitan biz gedə bilərikmi?

RAMİZ: – Gedə bilərsiniz. (Poladla Ceyhun gedirlər)

YEGANƏ (keçib Ramizlə üz-üzə oturur): – Nə fikirləşirsən Ra­­miz:

RAMİZ: – Nə barədə?

YEGANƏ (çiyinlərini çəkir): – Bilmirəm. Yaman fikirli gör­sənirsən. Elə bil nə isə mühüm bir hadisə baş verib!

RAMİZ: – Yox əzizim heç nə olmayıb. Bayaq evə zəng vur­­muşdum.

YEGANƏ (sevincək): – Evə?! Doğrudan?!

RAMİZ: – Dəstəyi Könül götürdü. Onun səsini eşidəndə köv­­rəldim. Könül qəhərimi anlamadı. Bilmədi ki, danışmayan mə­­nəm. Odur ki, dəstəyi yerindən asdı. İkinci dəfə zəng vurmalı ol­dum. Bu dəfə Könül deyən kimi – Ramizdi ana, Ramiz! – de­yib anamı çağırdı. Anam da səsimi eşidən kimi ağladı! Sonra heç nə eşitmədim. Nə bilim, deyəsən ürəyi narahat olmuşdu. Kö­­nülün səsindən hiss edirdim ki, sevinci yerə-göyə sığışmır. Sə­ni də soruşdular. Dedim yanımdadı. İnşallah beşinci gün gəlirik.

YEGANƏ: –Nə? Beşinci gün evə gedirik?

RAMİZ: –Hə Yeganə. Allah qoysa beşinci gün bu baxt evdə olarıq.

YEGANƏ: – Nə yaxşı oldu! Həmişəlik?

RAMİZ: – Yox əzizim nə həmişəlik? Bir aylığa. Müharibə qur­tarmamış mən həmişəlik evimizə qayıda bilmərəm əzizim. Bu­na mənim haqqım da yoxdu! Bizimlə bərabər ola bilsin ki, Poladla Coşqunda getsinlər. Onlar da on günlüyə məzuniyyətə buraxılıbdılar.

YEGANƏ: – Bu lap yaxşı oldu! Onların hər ikisi yaxşı uş­aq­lardılar! Alınarsa elə birlikdə gedərik! Bir-iki günlüyə bizim də qonağımız olarlar. Deyir ki, mütləq bizi də toylarına dəvət edə­cəkdi!

RAMİZ: – Lap yaxşı. Allah xoşbəxt eləsin. Dəvət edərsə biz də gedib oynayarıq. Adı Yeganə olanda nə olar axı? Ad adın gü­lüdür deyiblər.

YEGANƏ: – İndi anamla Könül səbirsizliklə yolumuzu göz­ləyirlər.

RAMİZ: – Hə, düz deyirsən! (Hər ikisi azacıq fikrə gedir­lər) Yeganə. (Yeganə Ramizin üzünə baxır) Sənə bir sirr açmaq is­təyirəm.

YEGANƏ: –Nə Sirr?

RAMİZ: – Sirdi daa. Son vaxtlar baş vermiş bu hadisəni mən səndən, anamdan və Könüldən gizlədərək ürəyimdə sirr kimi saxlamışam!

YEGANƏ (təəccüblə):–Sirli hadisə?! O, necə hadisədir ki?!

RAMİZ: – Bu hadisə mən əsirlikdən qaçan vaxt törənmiş bir hadisədir! Elə buna görə də əsirlikdən qaçmaq xəbərini nə mən özüm evdəkilərə xəbər vermişəm, nə də ki, başqasının verməsinə razı olmuşam!

YEGANƏ: – O nə hadisədir ki?! Xahiş edirəm gizlətmə!

RAMİZ: – Gizlətməyəcəm əzizim. Daha bu mümkün deyil. Ancaq qorxuram narahat olsan!

YEGANƏ: – Narahat olmaram nə deyəcəksənsə de. (Ramiz heç nə deməyib protez qolunu stolun üstünə qoyur və köy­nə­yi­nin qolunu çirmələyib Yeganəyə baxır. Yeganə həyə­can­la otur­du­ğu stuldan qalxır)

YEGANƏ: – Mən nə görürəm İlahi?! Ramiz, sən qolunu itirmisən?! Yox, ola bilməz! (Ağlayır) Bəs bu necə oldu? Axı bu barədə qəzetdə heç nə yazılmamışdı!

RAMİZ: – Oldu daa əzizim. Müharibədi! Müharibədə hər şey olar! Mən də narahatam Yeganə. Xahiş edirəm özünü ələ al! (Yeganə Ramizin narahatçılığını görüb tez özünü birtəhər ələ alır) Bayaq dediyim kimi mühribədə hər şey olur!

YEGANƏ: – Başa düşürəm Ramiz, başa düşürəm. Bəs bu ba­rədə qəzetdə niyə bir kəlmə də olsun yazılmamışdı? Yəqin qəst­lə gizlətmisən eləmi? Eybi yoxdur! Heç narahat olma əz­iz­im! Sən qolunu elə belə yox, Vətən, xalq yolunda, onların az­ad­lığı uğrunda itirmisən! Heç bunun üçün də sıxılmağa, ut­an­ma­ğa də­yərmi Ramiz?! Əksinə, gərək ki, sən bu müqəddəs yol­da qo­lu­nu itirməyinlə fəxr edəsən! Sən yox, yaşadığımız bu keş­mə­keşki, qan-qadalı həyatda utanıb yerə girməliykən, xəcalət çəkmədən ar­sızlıqla başını dik tutub şax gəzən o qədər biqeyrətlər, şə­rəf­siz­lər var ki, Ramiz! Sən qanlı-qadalı döyüş bölgələrində düşmənlə üz-üzə durub sinəyi gülləyə sipər edərkən tülkü kimi orada-bu­ra­da gizlənənlər utansınlar! Vəzifə, pul davası edənlər utansınlar! Dün­ya malından, yersiz şan-şöhrətdən ötəri şərəfsizlik edib Və­tə­nini, torpağını, namusunu, qeyrətini satıb barlarda, daha nə bi­lim haralarda kef edib xarici maşınlarda gün keçirtməklə özlərini dün­yanın ən bəxtəvəri hesab edənlər utansınlar! Vətənindən qa­çıb xarici dövlətlərdə gizlənənlər utansınlar Ramiz! Bir daha de­yi­rəm, sən yurdumuz uğrunda gedən müharibədə qolunu itir­di­yin üçün heç vaxt, heç kimdən utanma! Sənə utanmaq yox, öy­ün­mək yaraşır mənim Ramizim! İnnən belə qolunu mən əvəz edə­cəm Ramiz, mən! Lazım gəlsə hər ikimiz Vətən uğrunda nə­in­ki qolumuzu, canımızı da qurban verməliyik!

RAMİZ: – Bu sözlərinlə mənə qol-qanad verirsən Yeganə! Sən həqiqətən də həqiqi mənada mənim yeganə Yeganəmsən! Doğ­rusunu desəm məni bu məsələ yaman çox narahat edirdi. Öz-özümə fikirləşirdim ki, əgər sən mənim bir qolumun olma­ma­­sını bilsən bunu necə qəbul edərsən? Yenəmi ürəyində mənə qar­şı olan məhəbbətin əvvəlki kimi alovlu olacaq? Və yaxud ək­si­nə! Belə suallar məni düşünməyə məcbur etsə də bir çıxış yolu tapa bilmirdim. Daha düzünü desəm qolumun birinin protez olması hər yadıma düşdükcə, hər bunu hiss etdikcə o zaman mən özüm də yanımda kim olursa olsun tez ondan qolumun ol­ma­ma­sı­nı gizlətməyə çalışıram!

YEGANƏ: – Onda demək məndən də çəkinirsən?!

RAMİZ: – Özümdən asılı deyil Yeganə! Elə buna görə də pro­tez əlimi gizlətmək məqsədi ilə cibimdən çıxatmıram! (Ye­ga­nə­­nin gözləri stolun üstündəki tapançaya sataşır. O, tapançanı götürüb tez bir neçə addım geri çəkilir)

YEGANƏ: – Sən daha məndən çəkinmə Ramiz!

RAMİZ (qışqıraraq ayağa qalxır): – Sən neyləyirsən Ye­ga­­nə?! (Yeganə qolundan vurmaq istəyərkən Ramiz tez onun üs­tü­­nə atılır. Yeganənin tapança olan qolundan möhkəm vurur. Ta­­pan­ça yerə düşür və atəş havaya açılır. Ramiz tapançanı yer­dən götürür) Heç sən neylədiyini başa düşürsən mənim əzizim?!

YEGANƏ: – Mən istəyirdim ki, daha sən məndən heç vaxt çə­kinməyəsən! Qolun üçün təkcə mənim yox, heç kimin yanında sı­xılmayasan! Əksinə, qolunu itirdiyinlə fəxr edəsən! (Ramiz ürəkli halda Yeganəni bağrına basır)

RAMİZ: – Sağ ol Yeganə! Vallah bu sözlərinlə sən elə bil ki, mənə dünyanı bağışladın, dünyanı! Heç bilirsən gözəl Macar şairi Şandor Petefi Vətən və məhəbbət barədə nə deyib?YEGANƏ: – Bəli əzizim. Bunu səndən dönə-dönə eşit­mi­şəm. Petefi deyir ki, – Mən məhəbbətimdən yana canımdan, Və­tə­nimdən yana isə məhəbbətimdən keçərəm! – Həqiqətən də gö­zəl sözlərdi Ramiz. Mən də sənin uğrunda canımdan keçməyə ha­zıram! Onu da bil ki, mən Yeganə sənin qollarını deyil, ürə­yi­ni sevmişəm Ramiz, o vətənpərvər ürəyini! Axı biz əhd etmişik ki, ömrümüzün sonunacan bir-birimizə sədaqətli ömür-gün yol­da­şı olacağıq! Biz bu gündən daha da xoşbəxtik Ramiz! (Təkrar qucaqlaşırlar)

II şəkil
Ramiz gilin evi.Mehribanla Köül sevincli və həyəcanlıdı­lar.

MEHRİBAN: – Ay qızım, bir də saata bax görüm saaat ne­çə oldu? Bunlar niyə gəlib çıxmadılar?

KÖNÜL: – Ay ana, gör neçənci dəfədir ki, saatı soru­şur­san?! Darıxma, harada olsalar indi gəlib çıxarlar. (Həyətin qapısı zərblə açılır. Kamil kişi sevincək halda gəlir)

KAMİL KİŞİ: – Gözləriniz aydın olsun Mehriban bacı! Göz­ləriniz aydın olsun! Ramiz gəldi! Bu dəfə sizə canlı məktub gə­tirmişəm, canlı! (Ramiz, Yeganə, Ceyhun və Polad gəlirlər)

RAMİZ (həyəcanla): – Ana!

MEHRİBAN: – Oğlum! (Qucaqlaşıb öpüşüb-görüşürlər. Meh­­riban sevincdən hönkürüb ağlayır)

KÖNÜL: – Qardaş! (Qucaqlaşırlar. Yeganə ilə də görü­şür­lər)

MEHRİBAN (əllərini göyə açır): – Çox şükür bu məs­lə­hə­­tinə İlahi! Ölmədim balamı sağ-salamat gördüm! Bala, vallah gözlərimə inana bilmirəm! Bu həqiqətən də sənsənmi?! Bəlkə yuxu görürəm?!

RAMİZ: – İnan ana, niyə inanmırsan ki? Bu mənəm, bu da xoruz banından tez oyanan pəhləvan gəlinin.

MEHRİBAN: – Şükür Allahın bu məsləhətinə bala, çox şü­kür! (Gözləri Poladla Ceyhuna sataşır) Deyəsən özümü lap itir­mişəm! Bəs bu balalarım kimdi ay oğul? Bir tanışlıq ver xoş­gəl­din edim.

RAMİZ: – Bunlar bizim hərbi hissənin qəhrəman əsgərlə­rin­dəndirlər ana. Biri Poladdı, biri və Ceyhun. Göstərdikləri ig­id­­liyə görə on günlüyə məzuniyyətə buraxılıbdılar. İstədik ki, bir neçə günlüyə bizim qonağımız olsunlar.

MEHRİBAN: – Lap yaxşı etmisiniz oğlum. Xalan sizə qur­ban, xoş gəlib, səfa gətirmisiniz. Sizə evim-eşiyim, bu canım qurbandı.

CEYHUN: – Sağ olun xala. Qurbanınız qoyun olsun. (Mehriban Poladla Ceyhunu qucaqlayıb öpür) Allahtala öz köl­gəsini siz qəhrəman əsgərlərimizin üstündən əskik etməsin! (Hamısı amin deyir)

KÖNÜL (Ramizi təkrar bağrına basıb öpür): – Siz söh­bə­ti­nizi edin mən də bu dəqiqə sizin üçün elə dadlı, elə ləzzətli bir süfrə açım ki, barmaqlarınızın beşini də yalayasınız!

KAMİL KİŞİ: – Bax bu lap əla olar qızım. Əgər indi bir qoç da yerə vursanız yox deməyəcəm.

KÖNÜL: – O da mənim gözlərim üstə Kamil əmi. (Könül gedir) Həyət qapısının cırıltısı eşidilir. Coşqunla Günel gəlirlər)

GÜNEL: – Çox şükür Mehriban xala, Yeganə həkim! Gözləriniz aydın olsun!

COŞQUN: – Xoş gördük Ramiz. Həmişə evində-eşiyində olasan! (Qulcaqlaşıb öpüşüb-görüşürlər)

GÜNEL: – Səni həmişə beləcə gülər görüm həkim. Tanrı­nın bu məsləhətinə çox şükür!

COŞQUN: – Çox şükür Ramiz. Mən belə hesab edirəm ki, si­zi təzədən bir-birinizə qovuşduran göydə Allaha, yerdə isə Ye­ga­nənin sənə sədaqətidi. O, səni çox sevir. Deməklə başa gəl­məz.

KAMİL KİŞİ: – Düz deyirsiniz həkim, düz deyirsiniz. Söz­lərinizdə həqiqət var. Allahdan arzu edirəm ki, daha bunlar bir də həsrət nədir bilməsinlər.

COŞQUN: – Amin Kamil əmi. Ramiz, bu gündən etibarən sən də Yeganə həkim kimi məni özünə qardaş hesab elə. Bir qar­daş kimi də sənə həqiqəti söyləmək istəyirəm. Əsirlikdə olduğun müddət ərzində mən Yeganə bacının sənə qarşı olan saf və əv­əz­siz sevgisinə qibtə etmişəm. Onun aydan arı-sudan duru, heç nə ilə çirkləndirmək mümkün olmayan məhəbbəti var. Mən bu mə­həb­bətin önündə baş əyirəm! (Baş əyir) Bütün subaylara da Yeganə kimilərinin qismət olmasını arzulayıram.

RAMİZ: – Sağ ol Coşqun. Minnətdaram (Könül gəlir)

KÖNÜL: – Xoş gəlibsiniz. (Günellə, Coşqunla görüşür)

GÜNEL: – Xoş günün olsun.

KÖNÜL: – Daha keçəyin otağa. Süfrə hazırdı.

RAMİZ: – Bizim gözlərimiz üstə bacı. Çoxdandı anamla sənin dadlı xörəklərinə həsrətəm. Keçəyin otağa. (Bu vaxt radioda məlumat verilir)

RADİO: – Diqqət-diqqət. Danışır Bakı. Müdafiə nazirliyi mətbuat xidmətinin məlumatı.

Müdafiə nazirliyi mətbuat xidmətinin verdiyi üzüntülü mə­lu­mata görə musiqinin, şeirin-sənətin, mədəniyyətin beşiyi olan qə­dim Şuşa şəhəri 8 may 1992-ci il tarixdə erməni qaniçənləri tə­rəfindən işğal olunmuşdur! (Qanları qaralır. Mehriban dizinə dö­yür. Bütün iştirakçılar təlaş içindədilər. Bir-birilərinə “Nə edək? Ola bilməz! Yox, bu mümkün deyil! Ölsək də Şuşanı qaytarmalıyıq! Deyirlər”)



KAMİL KİŞİ: – Onlar tarixən bizdən əl çəkməyiblər! Tor­paq­larımızda yerlərini bərkidib, sonra da zəli kimi həmişə qanı­mızı sorublar.

MEHRİBAN: – Elə bu yerdə deyibdilər ay Kamil qardaş, “Özümə yer eləyim gör sənə neyləyəcəm!”

KAMİL KİŞİ: – Nəyin bahasına olursa olsun Şuşa da, iş­ğal olunmuş başqa torpaqlarımız da geri qaytarılmalıdı! Yoxsa da­ha alnıaçıq gəzə bilmərik.

MEHRİBAN: –Düz deyirsən Kamil qardaş! Nəyin baha­sı­na olursa olsun mütləq Şuşa geri alınmalıdı, geri! Nə Şuşa, nə də başqa torpaqlarımız erməni tapdağında qalmamalıdı! Bu it­gi­lə­rə heç cürə dözə bilmərik! Mənim balalarım, eşidirsiniz?! Əg­ər torpaqlarımızı geri qaytarmasaq yaşamaq bizə haramdı, ha­ram!

RAMİZ: – Ana, şükür ki, gəlib sizləri sağ-salamat gördüm. Bir aylığa gəlsəm də bu xəbərdən sonra heç cürə burada qala bil­mərəm! Elə günü bu gün təzədən cəhbəyə qayıtmalıyam!

YEGANƏ: – İndi yəqin ki, yaralılarımız da çoxdu. Mən də səninlə gedirəm!

CEYHUN: – Biz də evimizə gedəsi olmadıq cənab kapitan.

MEHRİBAN: – Balalarım təkcə siz yox, mən də Könül də sizinlə cəbhəyə gedirik! Heç olmasa əsgərlərin paltarlarını yu­ya­rıq. Xörəklərini bişirərik!

COŞQUN: – Daha durmaq vaxtı deyil! Mütləq, mütləq cəb­­­həyə getməliyik!

KAMİL KİŞİ: – Mən də sizinləyəm! Heç olmasa cəbhədə poç­talyonluq edərəm! Əsgərlərimizə patron zad daşıyaram!

KÖNÜL: – Əgər yumruğumuz bir zindana vurulsa, onda ana dediyimiz Vətənimiz də heç vaxt basılmaz!

POLAD: – Qadir Allah, düşməndən kam alınca,

Arzuları qəlblərində qalınca

Bu döyüşdə biz qələbə çalınca,

Bürününcə yurd azadlıq donuna,

Girməyəcək qılıncımız qınına!
KÖNÜL: – Ey qəhrəman Azərbaycan əsgəri,

Gətir yurda sən qələbə səhəri.

Dizimizdə var Xətai təpəri,

Qılınc çalaq, düşmən bizə çöksün diz,

Vətən deyib irəliyə gedək biz.
CEYHUN: – Çəkiləcək səmamızdan duman da,

Yatacaqdı qasırğa da, tufan da.

Arzumdu ki, tarix boyu cahanda

Odlar yurdu qeyrətiylə tanına,

Girməyəcək qılıncımız qınına!
GÜNEL: – Bu torpağın hər qarışı zərdi zər,

Müqəddəsdi “Quran” qədər, pir qədər.

İmdad deyir Şuşa, Laçın, Kəlbəcər,

O, imdada, o haraya yetək biz,

Vətən – deyib irəliyə gedək biz!
COŞQUN: – Sinə gərib hər alova, hər oda,

Ağ günləri qovuşduraq bu yurda.

Ömrümüzü biz verərik hər bada,

El-obanın xoş keçən hər anına,

Girməyəcək qılıncımız qınına!
MEHRİBAN: –Düşmənlərə sinə gərək, biz sinə,

Yurd bilməsin kədər nədir, qüssə nə.

Bülənməsin bir də barıt iyinə,

Aydın sabah, mavi səma, göy dəniz,

Vətən – deyib irəliyə gedək biz!
KAMİL KİŞİ: – İgidlərin cəsarəti, hünəri,

Gətirəcək yurdumuza zəfəri.

Açmaq üçün al şəfəqli səhəri,

Güvənərək Vətənin ad-sanına,

Girməyəcək qılıncımız qınına!
YEGANƏ: – Bağlı olaq bu yurda, bu dövlətə,

Döndərəyin yeri-göyü cənnətə.

Qadir Allah dəhşətə bax, dəhşətə,

Vətən deyir Vətənimə vətənsiz,

Vətən – deyib irəliyə gedək biz!
RAMİZ: – Gərək bu yurd bələnə toy-düyünə,

Ana torpaq bizə baxıb öyünə.

Azərbaycan çıxmayınca ağ günə,

And içirik şəhidlərin qanına

Girməyəcək qılıncımız qınına!
BİRLİKDƏ: – And içirik! And içirik! And içirik! (Orduya çağırış və vətənpərvərlik ruhlu hərbi marş çalınıb oxunur)

(pərdə)
SON

03.01.1996 – 10.06.1996





1 pərdəli , 5 şəkilli

musiqili komediya
İŞTİRAK EDİRLƏR
1. Yusif – Məktəb direktoru – 45 yaşında

2. Kəmalə – Yusifin arvadı – 40 yaşında

3. Samir – Yusifin oğlu – 20 yaşında

4. Murad – Yusifin oğlu 17 yaşında

5. Sahilə – Muradın arvadı 18 yaşında

6. Qələm Beytulla – Yusifin dostu – 45 yaşında



7. Polis – 25 yaşında

I pərdə, I şəkil
Yusif gilin evi. Kəmalə evdə təkdi. Kəmalə qanı qaralmış halda gah divanda əyləşir, gah da ayağa durub otağı o başa- bu başa gedə-gedə öz-özünə deyinir.

KƏMALƏ (əl-qol ölçərək): – Ay Allah, bəs mən indi ba­şı­ma haranın daşını salım?! Bəs indi biz neyləyək?! Bu köpə­ku­şa­ğı bizi burada fağır tapıb, iki günün biri çağırış göndərir! Qurban ol­um Allahın kərəminə var-yox verdiyi iki uşaqdı, qoy­mur ki, ba­şımızı bir təhər dolandıraq! Qoymur ki, bir üzümüz gülüb, ey­ni­miz açılsın! Hələ birincinin dərdindən qurtarmamış, ikincinin dər­di başlayır! Əlimizdə olub-qalanı tökdük bu həkimlərə, bu hər­biçilərə ki, Samiri zibil əsgərlikdən qurtardıq! Hələ özümüzə gəl­məmiş, indi də Murada çağırış gəlib! (Deyinə-deyinə yan ota­ğa keçir. Yusif gəlir. Arvadının hirsli danışdığını eşidib sakitcə di­vanda oturur) Bəs mən indi başıma haranın külünü ələyim? Od­ur ey Gülüsümün beş oğlu, Fatmanın üç oğlu, Sənanın iki oğ­lu, Sevdanın da altı oğlu. Bu köpək uşağı əgər qa­nun­pə­rəst­dir­lər­sə niyə onların birini çağırmır?! Niyə elə tək Vətən mənim ba­lalarım üçün Vətəndi?! Dədəm Məşədi Hey­də­rin goruna lənət olsun əgər mən Muradı əsgərlikdən sax­lat­ma­sam!

YUSİF (əl-qol ölçərək məzəmmətlə): –Mən ölüm arvad də­li olub. Günüm doğubdu vallah. Bu gurultulu səsin altında uzağı üç-dörd aya qulaqlarım var kar olmasa elə hesab edərəm ki, bö­yük xətadan qurtarmışam. Mən ölüm tək bizim bu arvadın səsi mək­təbdəki 1500 şagirdin səs-köyünə bərabərdi. And olsun Al­la­ha, Samiri əsgərlikdən saxlamaq üçün məni o qədər dəng etdi ki, dar gün üçün yığdığım pulları xərcləyib min bir fırıldaqla axı­rı onu əsgərlikdən qurtardıq. İndi o vaxt xərclənən dollarların xil­fətindənmi, ya nədənmi elə bil arvadın başına hava gəlib. (Kə­ma­lə deyinə-deyinə gəlir. Yusif bərkdən öskürür. Kəmalə Yusifin ös­kürmə səsindən diksinib bərkdən qışqırır)

KƏMALƏ: – Vay, bu kimdi?! (Yusifə baxmadan ürəyi na­ra­­hat olub yerə yıxılır)

YUSİF: – Mən nahaqdan demirəm ki, arvad dəli olub! (Sto­lun üstündəki qrafindən fincana su süzüb Kəmalənin yanına gə­lir) Ay arvad sənə nə oldu? Səhərdən bülbül kimi ötürsən. Al bir az su iç özünə gəl. (Kəmalənin başını qaldırıb ona su içirdir. Özünə gəlir)

KƏMALƏ: – Bu-bu-bu sənsən Yusif? Mən-mən elə bil­dim ki, cindi! Ürəyim üzüldü!


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə