Zaur vediLİ



Yüklə 1,39 Mb.
səhifə9/19
tarix21.10.2017
ölçüsü1,39 Mb.
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

II şəkil
Restoranın yaxınlığı. Danışıq, gülüş, musiqi və mahnı səs­lə­ri eşidilir. Muradla Qələm Beytullanın gözləri Samiri axtarır. Bir az aralıda Samir sərxoş halda yerdə oturub gah oxuyur, gah sö­yüş söyür, gah da oynayır. Samiri görürlər.

MURAD (əlini Samirə səmt uzadır): – Beytulla əmi Samir odur ey.

QƏLƏM BEYTULLA (Samirə baxır): – Hə, o yekəbaşdı. Ge­­dək görək apara biləcəyikmi! (Samirə tərəf getmək istəyirlər. Qə­ləm Beytullanın gözləri Samirə tərəf gələn polisə sataşır və Mu­radın qolundan yapışıb dartır. Samir nəşələnmək üçün ka­ğı­za tiryək doldurur. Astadan) Murad polisə bax! Düz Samirə səmt gəlir. Daha işimiz bitdi! (Geri çəkilirlər. Polis Samirə ya­xın­laşır)

POLİS: – Polis leytinatı Camalov. (Samir ixtiyarsız halda polisə baxıb gülür) Vətəndaş, xahiş edirəm vəsiqənizi verəsiniz. (Samir öz aləmindədi) Vətəndaş, sizinləyəm.

SAMİR: – Nə deyirsən qaqaş?

POLİS: – Vəsiqəniz üstünüzdədirsə göstərin baxım. Və­təndaşlıq vəsiqəniz.

SAMİR (hirslə): – Vətənin daşı da özünsən, torpağı da, bil­din? Əclaf! Bir də ki, mənim vəzifəm olsaydı nə bəxtəvər idim.

POLİS (hirslənərək): –Vətəndaş, xahiş edirəm danışığı­nı­za fikir verəsiniz. Heç olmasa bir geyimimə fikir verin! Görün qar­şı­nızda dayanan kimdi!

SAMİR: – İndi o geyimdən hamıda var qaqaş. Hə, dediniz nəyimi verim?

POLİS: – Vəsiqənizi. Yəni üstünüzdə olan sənətinizi.

SAMİR (gülərək): –Hə, sənətim? Ay xoruz, bayaqdan be­lə de də. Gah deyirsən Vətənin daş-kəsəyini göstər, gah da de­yir­sən vəsiqəni göstər. Mən də danışığından heç nə başa düş­mü­rəm.

POLİS: – İndi ki, başa düşdünüz.

SAMİR: – Qaqaş sən öl mənim sənətim verilməli deyil, gö­rü­lməlidi.

POLİS: – Eybi yoxdu, elə isə göstərin baxım.

SAMİR: – Mənim gözlərim üstə. Özümlə bu sənəti go­ru­ma aparan deyiləm ki. Göstərim bax, öyrən. Bəlkə lazımın oldu. Gəl otur böyrümə. (Əli ilə böyrünü göstərir)

POLİS: – Göstərin, mən ayaq üstə baxıram.

SAMİR: – Özün bilərsən qaqaş. Məsləhət sənindi. Prosto mən öz mədəniyyətimi göstərdim. Hə, o ki, qaldı sənətim barədə, mə­nim sənətim bir nömrəli nəşəxorluqdu.

POLİS (hirslə): – Necə? Nəşəxorluq?!

SAMİR: – Xoruz, mumla. Mən icazə verməmiz danışma, bil­din? Hə, bayaq dediyim kimi mən bir nömrəli nəşəxoram. Bü­tün şəhər narkomanları məni tanıyır. İndi qoy göstərim sən də bax. (Cibindən tiryək çıxardıb hazırlayır) Bax, hazırladıqdan son­ra belə edirəm. (Kibritlə odlayıb çəkir) Hə, indi gördün sə­nə­ti­mi? De görüm əladı yoxsa yox? Xoruz, mən ölüm düzünü de. Sən də mənim sənət yoldaşım deyilsən ki, onlar kimi, ya başqa sə­nətin adamları kimi, paxıllıq edəsən. Pisdirsə pis de, yax­şı­dır­sa yaxşı.

POLİS: – Yaxşı bəs de görüm sən harada yaşayırsan?

SAMİR: – Şəhərdə yaşayıram qaqaş, şəhərdə. İndi də otu­rub gözləyirəm.

POLİS: – Kimi gözləyirsən?

SAMİR: – Heç kimi. Bəyəm bilmirsən burada nə göz­lə­yir­lər xoruz? Qatarı gözləyirəm, qatarı.

POLİS: – Nəyi gözləyirsən? Qatarı? (Qəh-qəh çəkib xeyli gülür) Niyə bura dəmiryolu vağzalıdı ki, sən də oturub burada qatar gözləyirsən? (Yenə ucadan gülür)

SAMİR: – Eşşək kimi nə anqırırsan əə? Bəyəm mən bir gül­məli söz dedim? Elə gül hamı gülsün. Heç yanındakı adamlar gül­mür. Elə bircə sən gülürsən. Bəyəm xəstə zadsan?

POLİS: – Yox mən xəstə deyiləm. Görünür sən xəstəsən ki, yo­lun ortasında qatar gözləyirsən. Yaxşı qalx ayağa gedək polis mən­təqəsinə, oradan da ayıltma məntəqəsinə. Qalan söhbətimizi ora­da edərik.

SAMİR: – A xoruz, niyə mən piyan zadam ki, gedəm ay­ılt­­ma məntəqəsinə? Ora sən özün get. Bir də ki, mənim yeri­mə əgər sən olsaydın, burada oturub qatar yox ey, gəmi gözləyərdin, gəmi. Bildin xoruz?

POLİS (gülə-gülə): – Eşit əmioğlu, məni hələ başa sal gö­rüm bu nəşəni çəkəndə özünü necə hiss edirsən?

SAMİR: – Mənim gözlərim üstə. (Əli ilə böyrünü göstərir) Xoruz, bir gəl böyrümə otur. (Polis keçib onun böyründə oturur) Sənin o xəstə canın üçün indi mən deyim sən də öyrən. Göruma aparmayacam ki. (Tiryək bükülmüş kağızı yandırıb polisin do­daq­larına yaxınlaşdırır) Sor görüm.

POLİS (hirslə): – Özün çəkdiyin bəs deyil, hələ bu zəhər­ma­­rı mənə də təklif edirsən?!

SAMİR: – Bağırma xoruz, bağırma. İstəmirsən istəmə, öz­ün bilərsən. Qoy onda səni başa salım. (Cibindən düyməli cib bı­ça­ğını çıxarıb polisin boğazına, tiryəki isə dodaqlarına da­ya­yır) Sə­nə sor dedim xoruz. Yoxsa səni o biri dünyaya nənənin qu­ca­ğı­na göndərəcəm. (Polis əlacsız halda nəşəni sorur) Sağ ol xoruz. Bir də sor görüm. (Polis təkrar sorur. Samir bıçağı onun boğazından uzaqlaşdırır) Bax bu başqa məsələ. Hə xoruz, sən indi bunun ləzzətini görəcəksən.

POLİS (əsnəyir): – Məni yaman yuxu basdı.

SAMİR: – Yuxun gəlirsə yat xoruz. Yəqin indi sən də qa­tar gözləyəcəksən. Narahat olma yat. Qatar gələndə mütləq səni oyadaram. Arxayın ol. (Polis Samirin yanındaca uzanıb yatır. Muradla Qələm Beydulla polisin yatdığını görüb sevinirlər)

QƏLƏM BEYTULLA: – Murad, deyəsən işimiz düzəldi axı! Dur gedək görək (Samirin yanına gəlirlər)

MURAD (astaca): – Dur gedək Samir.

SAMİR: – Hara gedək qaqaş, evə? (Qələm Beytullanı gö­rür) Oo şair xoş gördük səni. Şair mən ölüm düzünü de, sən də gəlibsən mənim dalımca? Mən ölüm düzünü de.

QƏLƏM BEYTULLA (barmağını dodaqlarına yaxın­laş­dı­rır): – Sus! Səs salma. Görürsən ki, gəlmişəm. Qalx ayağa ge­dək evimizə.

MURAD: – Gedək Samir, gedək. (Hər ikisi Samirin qol­la­rından yapışıb gedirlər)

SAMİR (gedə-gedə): – Xoruz, mənim qatarım gəldi mən gedirəm. Sənə də yaxşı yol.

III şəkil
Murad gilin evi. Qələm Beytulla ilə Murad Samiri divana uzadırlar. Samir yatır. Yusiflə Kəmalə hələ gəlməyibdilər.

MURAD: – Sağ ol Beytulla əmi. Sən olmasaydın vallah Samiri evə gətirə bilməyəcəkdim.

QƏLƏM BEYTULLA: – Sağoluyu bük qoy cibinə lazı­mın olar. Bu yekəbaşdan yana mən özümü biyabır elədim. İndi yol­da görənlər elə biləcəklər ki, Samir mənim oğlumdu. Öz-öz­lərinə fikirləşəcəklər ki, o böyüklükdə dahi olan Beytulla Eloğlu öz yazılarında tərbiyədən dəm vura-vura öz oğluna tərbiyə verə bil­­mir. Lənətə gəlsin bu Samiri. Sizdən ötəri mən özümü tamam rüs­vay etdim.

MURAD: – Beytulla əmi, mən ki, sizə demədim mənimlə gedək.

QƏLƏM BEYTULLA: – Bəs mən də getməsəydim sən də onu tək gətirə bilməyəcəkdin ki. Bunu ki, özün deyirdin. (Murad çiyinlərini çəkir. Qapının zəngi tez-tez vurulur) Get qapını aç gör kimdi gələn. (Murad gedib qapını açır. Yusiflə Kəmalənin səsi eşidilir)

KƏMALƏ – Səni təbrik edirəm oğul. Xoşbəxt olun!

YUSİF: – Səni təbrik edirəm Murad. (Muradın əllərini sı­xır və otağa keçirlər. Yusif Qələm Beytullanı görür) Gör nə yax­şı adam gəlib! Sən xoş gəlibsən ay Qələm Beytulla. Həmişə sən gə­ləsən. (Görüşürlər)

QƏLƏM BEYTULLA: – Çox sağ ol Yusif müəllim. An­caq canım üçün mən sizdən qəlbən inciyə bilərəm. Mən həmişə si­zə demişəm ki, mənə Qələm Beytulla yox, həmişə Beytulla El­oğlu kimi müraciət edin. Çünki mən elin oğluyam. El məni sevir.

YUSİF: – Yox Qələm Beytulla, bu heç vaxt baş tutan iş deyil. Kim səni Eloğlu kimi tanıyır tanısın, etirazım yoxdu. An­caq mən səni Qələm Beytulla kimi tanımışam, tanıyıram, tanı­ya­cam da.

QƏLƏM BEYTULLA: – Yusif müəllim bəs siz hara get­mişdiniz? Bayaqdan sizi gözləyirəm.

YUSİF (gülümsəyərək): – Getmişdik elçiliyə. Allah sənin də balalarına qismət eləsin. (Kəmalə yan otaqdan gəlir)

KƏMALƏ: – Salam-əleykum. Xoş gəlibsiniz.

QƏLƏM BEYTULLA: – Əleykə salam Kəmalə bacı. Xoş günün olsun. (Keçib divanda oturmaq istəyəndə Samiri divanda uzanmış görüb onu səsləyir)

KƏMALƏ – Samir ay Samir. Qalx ayağa görüm. (Samiri silkələyir)

QƏLƏM BEYTULLA: – Onu oyatmayın Kəmalə bacı. O, ta­mam sərxoşdu. Bir az bundan qabaq kimsə zəng etmişdi. Mu­rad­­la gedib restoranın yanından gətirmişik. (Samir oyanır. Qal­xıb divanda oturur)

SAMİR: – Şair, niyə mən içmişdim ki, sərxoş olam? Sər­xoş sənin özünsən bildin?! Xoruz!

KƏMALƏ (hirslə): – Samir!!! (Beytullaya) Siz Allah ba­ğış­layın Beytulla qardaş! Görüm Samiri yerə girsin. Torpaq on­dan uca qalxsın! Siz Allah bağışlayın! Sizə də əziyyət vermişik!

QƏLƏM BEYTULLA: – Heç bir əziyyət yoxdu Kəmalə bacı. Elə deməyin. Sizin ailəyə nə etsəm mənim üçün xoşdu. Yax­şı, hələ bir söhbət edin görüm nə elçilikdi?

KƏMALƏ: – Allah bu gündən sənin də balalarına qismət etsin. Bilirsən Beytulla qardaş, Muradı evləndiririk.

QƏLƏM BEYTULLA (təəccüblə): – Kimi dediniz? Mu­ra­dı?! Axı o, uşaqdı. O, nə qanır evlənmək nədir?

KƏMALƏ (gülümsəyərək): – Uşaq olduğunu biz də bilirik Bey­tulla qardaş. Ancaq bunu biz özümüz belə elədik ki, bəlkə Sa­mir bunu görüb özünü bir düz yola çəkə. Bəlkə bu zəhər­mar­dan uzaqlaşa.

QƏLƏM BEYTULLA: – Allah xoşbəxt eləsin. Oğullu-qız­lı olsunlar. Ancaq Samirin də düz yola gəlməsindən heç ağ­lım bir şey kəsmir. Yaxşı, bəs Allah qoysa toy nə vaxtdı?

YUSİF: – Allah qoysa üzümüzə gələn şənbə günü.

MURAD (sevincək tələsik): – Doğrudan deyirsən ata?

YUSİF:Əlbətdə doğrudan deyirəm oğlum, əlbətdə. Allah qoy­sa üzümüzə gələn şənbə günü sən bəy paltarı geyinəcəksən! İstədiyin dostlarını da dəvət edərsən toya.

MURAD: – Sağ ol ata! Nə yaxşı oldu!

KƏMALƏ (gözlərini ağardaraq): – Murad oğlum!!! Sakit ol!!!

QƏLƏM BEYTULLA: – Bilirsiniz məhəbbət olan şey nə­dir mənim əzizlərim? Məhəbbət bir təlatümlü, fırtınalı dənizi, dər­yanı xatırladır. O, fırtınayla üzləşmək hamıya qismət olsa da, la­kin o, fırtınaya hər kəs sinə gərməyi bacarmır. Bu tək bizim döv­rümüzdə deyil, Nizaminin, Füzulinin dövründə, hələ onların döv­ründən çox-çox qabaqlar da olub. Olmaqda davam edir də. Nizami bu haqda deyib ki, (Qollarını havaya qaldırır)
Nizami, gözəllərdə eşqə ucuz qiymət olur,

Eşqinə sadiq olan, özümdən bahasın görmədim!


MURAD:–Beytulla əmi yəni deyirsən onda Sahilə vəfa­sız­­dı?

QƏLƏM BEYTULLA: – Sahilə kimdi ay bala?

KƏMALƏ: – Gəlinimizi deyir.

QƏLƏM BEYTULLA: – Mən nə vaxt elə söz dedim ay Mu­rad?

MURAD: –İndi demədin ki, –Gözəllərdə eşqə ucuz qiy­mət olar? Bilirsən Beytulla əmi, o da gözəldi ey. Elə bil ki, kuk­ladı.

KƏMALƏ (hirslə): – Murad, dedim ki, sən sakit ol! (Bey­tul­laya) Beytulla qardaş siz söhbətinizi eləyin. Biz səni eşidirik.

QƏLƏM BEYTULLA: – Hə Kəmalə bacı, bu eşq aləmi elə bir aləmdi ki, o aləmdə kimi hicran alovunda yanır, kimi zül­mə, cəfaya qatlanır, kimisi də dərd çəkir. Görün şair necə deyib? “Aşi­qi eşq üstə çəkərlər dara”. İndi siz bu bir misradakı hikmətə fi­kir verin. Aşiqi eşq üstə çəkərlər dara!

SAMİR: – Şair bəs siz necə, məhəbbətdən bir söz demə­yib­­siniz?

QƏLƏM BEYTULLA: – Əlbətdə demişəm, əlbətdə. Dün­ya­da elə qələm sahibi olmaz ki, məhəbbət mövzusunda nəsə bir şey yazmasın. İndi mən deyim siz sözün dərinliyinə fikir verin. Gö­rün mən nə demişəm. (Öskürüb boğazını təmizləyir və qol­la­rını havada oynadır)
Məncə olmalıdı sevgi aləmi.

İlan qurbağanı sevdiyi kimi.


(Gülürlər. Qələm Beytulla pərt olur)

YUSİF (gülə-gülə): – İlan nəyi sevdiyi kimi? Qurbağanı?

QƏLƏM BEYTULLA: – Bəli-bəli qurbağanı.

YUSİF: – Axı ilan qurbağanı zəhərləyib öldürəcək. Mən başa düşmədim bunun bəs harası sevgi aləmi oldu? Məncə elə sevgi aləminin olmasından olmaması daha sərfəli olar.

QƏLƏM BEYTULLA (başını hərlədərək):–Yox-yox Yu­sif müəllim mən sizinlə heç vaxt razılaşa bilmərəm. Şərt ila­nın zəhərli olub-olmamasında deyil. Əsas məsələ, əsas şərt mis­ra­nın necə dərin mənalı olmasıdı. Bir hikmət fikir
Məncə olmalıdı sevgi aləmi,

İlan qurbağanı sevdiyi kimi.


(Əlini havada oynadaraq) Bəlkə də bunları başa düşmək sizin üçün bir qədər çətin olar. Bunu başa düşmək üçün gərək ki, şair olasan, şair.

SAMİR: – Şair istəyirəm bir-iki kəlmə də mən deyim axı. Ancaq bilmirəm bu sözləri hansı şair deyib.

QƏLƏM BEYTULLA (gülə-gülə): – Sənin deyəcəyin yə­qin ki, ya araqdan olacaq, ya da nəşədən. Yəqin ki, ağlıya gö­rə də söz deyəcəksən.

SAMİR: – Şair, xahiş edirəm sərhəddi pozma. Elə eləmə ki, ağzımı başqa cür açım.

QƏLƏM BEYTULLA: –Yaxşı, əsəbləşmə. Müəllifin adı­nı bilmirsənsə eybi yoxdu. De görək o misralar necə misralardı Sa­­mir?

SAMİR: – Şair, bu sözləri mən desəm də sənin üçün azlığı var. Şair deyib ki,

Şairə ilhamdan maya gərəkdi,

Anasız çoçuğa dayə gərəkdi.

Şairəm söyləyir yerindən duran,

Adamın üzündə həya gərəkdi.
Hə şair, mən ölüm düzünü de, gözəl deyilməyib: (Gülürlər)

QƏLƏM BEYTULLA (pərt halda özünü bürüzə ver­mə­yə­n kimi): – Hə Samir, şair çox düz deyib. Çünki indi əlində qə­ləm tutmağı bacaran hər kəs deyib – şairəm. Elə adamlar (Sinə-sinə döyür) Mənim kimi və mənə bənzər, el arasında hörmət qa­za­nan bir çox şairləri hörmətdən salır. (Ayağa qalxır) Daha gec­di Yusif müəllim, yavaş-yavaş mən gedim. Allah qoysa şənbə gü­nü toyda görüşərik. Mənlik də nə işiniz olsa qul­lu­ğu­nuz­da ha­zı­ram.

YUSİF – Sağ ol Qələm Beytulla minnətdaram. Hələ ki, bir iş yoxdu. Sənlik bir işimiz olsa mütləq xəbərim dəyər. Arxayın olun. Bir daha minnətdaram (Qələm Beytulla evdəkilərlə görü­şüb gedir)

SAMİR: – Başım yaman ağrıdı. Mən gedirəm o biri otaqda bir az yatam.

YUSİF (hirslə): – Get yat! Sənin kimi oğulu yatasan heç qalx­mayasan! Özümdən əskiklərin, özümdən artıqların yanında mə­­ni rüsvay edib başımı yerə soxursan! Sənə bu qədər deyirik, bu qədər başa salırıq elə bil (yumruğuyla divara vurur) bu di­var­lara deyirsən, sənə yox! Vallah elə edəcəksən ki, boğaza yığılıb ya səni aparıb özüm polisə təhvil verəcəm, ya da and olsun Al­laha özüm öz əllərimlə səni boğub öldürəcəm!

SAMİR: – O dediklərini etmək ürəyindən gəlməz? Bilirəm ki, hirislənibsən zarafat edirsən!

YUSİF: – Xeyir, zarafat etmirəm! Ürəyimdən də gələr. Sə­nin kimi şərəfsizə, ata-ana başını aşağı edən oğulun ölməsi ya­şa­ma­ğından min dəfə yaxşıdı!

SAMİR: – O, cür ki, ölməyimi istəyirsiniz, bəs onda niyə o qədər pulu töküb məni əsgərlikdən saxlatdırdın mənim atam?!

YUSİF: – Düz deyirsən oğlum, düz deyirsən. O, mənim ba­ğışlanmaz günahımdı. Varımı-yoxumu tökdüm sənin yolunda. Bu dəqiqə hələ sələmlə götürdüyüm borcdanm qurtarmamışam. İn­di sənin bu murdar hərəkətlərin də həmin yaxşılığımın əvə­zi­di! Mənə nə eləsən haqqın var oğul, haqqın var! Hələ azdı! Gə­rək sən də gedib həmyaşıdların kimi soyuqda, qarda-boranda do­nar­­dın! Meyidin gələrdi bizim üstümüzə, meyidin! (Kəmalə Yu­sifə susmasını işarə edir)

SAMİR: – Axı mən kimə neyləyirəm ey ay ata? Mən içi­rəm, çəkirəm öz kayıfımı tutmaq üçün. Bilmirəm siz niyə na­ra­hat olursunuz? Siz Allah belə şeyləri boşlayın ey ata, boşlayın. (Samir gedir)

KƏMALƏ: – Ay kişi qadan alım, görürsən ki, onun ağlı öz­ündə deyil. Guya indi sənin bu dediklərindən o, nəsə başa düş­­dü? Mən yazıx qorxumdan sənə susmağını işarə elədim ki, bir­dən hirslənər dava-dalaş düşər. Bu dediklərinin hamısını ayı­lan­dan sonra ona de. (Musiqi çalınır. Yusif hirslə oxuyur)
YUSİF: – Zəhər qatdın aşımıza,

Bahar dedik qışımıza.

Nə gəldisə başımıza,

Günahkarı sənsən arvad!


Qüvvət verdin şirin dilə,

Rüsvay olduq bilə-bilə.

Qurtarmayıb borcum hələ,

Günahkarı sənsən arvad!


Nə gecəm var, nə gündüzüm,

Bu hallara necə dözüm?

Kül olursa yanar közüm,

Günahkarı sənsən arvad!


Özümüzə qazdıq quyu,

Bulandırdıq duru suyu.

Bu işlərin ömrü boyu,

Günahkarı sənsən arvad!


KƏMALƏ: – Ay kişi qadan alım, mən yazıq neyləmişəm ki, indi də günadkar olmuşam? Guya mən istəyirəm ki, balamız ge­dib o zəhərmardan içsin? Guya mən istəyirəm ki, balamız bəd­bəxt olsun?

YUSİF: – Bəli istəyirsən! Əgər sən balanın bədbəxtliyini is­təməsəydin sağ canı ola-ola əsgərliyə getməsin deyə ona dəli­lik kağızı çıxartdırmazdın! Biz də fırıldağımızın baş tutması üç­ün onu bolu-boşuna buraxmazdıq, o da gedib avaralara qo­şulub belə avara olmazdı. İndi də danışığını qanmaya-qanmaya bu birini evləndiririk! Allah axırını xeyir eləsin. Təvəkkül Allaha! (Kəmalə qaş-gözü ilə Muradı Yusifə göstərib başını bulayır) Hə, nə deyirsən yalandı?! Danışığını qansaydı bayaq Qələm Bey­tul­lanın yanında o cür danışardı ki, ay nişanlım gözəldi, mələkdi, vəfasız deyil, daha nə bilim?! Rəsmi xəcalətimdən yerə girdim. Nə deyirsən arvad, əgər qansaydı sənin, mənim, evdə olan qo­na­ğın yanında heç o cür danışardı?! Demişəm, deyirəm, deyəcəm də. Başımıza nə gəlirsə əgər bir günah məndədirsə, onu da sən­də­di! (Siqaretini yandırıb otaqdan çıxır)

MURAD: – Atam nə deyir ana? Niyə mən yalan deyirəm? Niyə Sahilə çirkindi? Vəfasızdı? Yaxşı ki, özünüz gedib gör­dü­nüz. Sahilə gözəl deyildi ay ana?

KƏMALƏ: – Narahat olma ay bala. Allah qardaşıyın üzü­nü qara eləsin. Bir az ona hirslənib, hirsindən də nə danışdığını bilmir. Hə oğlum, indi mənim bir az səninlə ciddi söhbətim var.

MURAD: –Nə ciddi söhbət?

KƏMALƏ: – İndi mən deyim sən də bircə-bircə eşit. Sahi­lənin ata-anası əvvəlcə bir az o yan-bu yan danışırdılar. Xeyli söhbətdən sonra bildirlilər ki, Sahilə Samirlə bir yerdə qala bil­məz. Biz də yalandan dedik ki, guya bizim başqa bir yerdə də evimiz var. Murad gilin toyundan bir neçə vaxt sonra Samiri də evləndirib köçürdərik o birinə. Bu söhbətimizdən sonra razılaş­dı­lar, biz də üzüyü taxdıq qızın barmağına. (Muradı öpərək) Allah sizi xoşbəxt eləsin oğlum. Oğullu-qızlı olasınız. Qoşa qarıyasınız!

MURAD: – Sağ ol ana.

KƏMALƏ: –Bax, oğlum, mənim sənə əsas tapşırığım od­ur ki, indi Sahilə ilə söhbət zamanı birdən evdən söz-zad düşsə, ne­cə ki, mən sənə dedim, o cür də Sahiləyə danışarsan. Oldu ağıllı ba­lam?

MURAD: – Oldu ana. Bəs axı bizim ayrı evimiz yoxdu. Bir neçə vaxt keçəndən sonra nə deyəcəyik?

KƏMALƏ: – Əşi! Sən elə şeyləri bilməzsən ay bala! Son­ra­sını anan bilir! Çətini qız bizim qapıdan içəri girincəkdi. Yaxşı sən dur get o biri otaqdakı telefonla zəng vurub bir qızla danış. Görüş təyin edib görüşün. Gör hələ bizdən sonra nə danışıbdılar. Mən də atanla gedim toy üçün lazım olan şeyləri alım. Şənbə gününə nə qalıbdı ki, ay bala? (Otaqdan çıxırlar)

IV şəkil
Axşam tərəfidi. Muradla Sahilə qol-qola gəlirlər. Yolun kə­na­rında olan uca bir ağacın altında oturacaq var.

MURAD: –Sahilə, istəyirsən gəl oturaq bu ağacın altın­da­kı stolda.

SAHİLƏ: – Hə, oturaq. Gəzməkdən ayaqlarım ağrıyır. (Sto­l­­da otururlar)

MURAD: –Artıq bu gün həftənin dördüncü günüdü. To­yu­mu­zun vaxtına nə qaldı ki? İnanırsan Sahilə, vaxt azaldıqca elə bil ürəyim daha da titrəyir, daha da tələsir. Yəqin sən də mə­nim gü­nümdəsən hə?

SAHİLƏ: – Hə Murad. Murad, deyirəm görən bütün se­vən­­lər bizim kimi olur?

MURAD: – İnanmıram bizim kimi olalar.

SAHİLƏ: – Niyə?

MURAD: – Çünki biz bir-birimizi Leyli Məcnundan da çox sevirik. Heç kim də inanmıram bizim kimi bir-birini sevə. Ya­lan deyirəm? (Sahilə gülümsəyir) Sahilə, sən güləndə daha da gözəl olursan. Az qalırsan ki, gülüşünlə adamın ağlını başından alasan. (Musiqi çalınır. Murad oxuyur)
Gülüşündən məst oluram,

Səndən ayrı tez soluram.

Eşq odunda qovruluram,

Məcnun mənəm, Leyli sənsən.


Sadiq olsaq andımıza,

Tanrı çatar dadımıza.

Mindik sevgi atımıza,

Məcnun mənəm, Leyli sənsən.


İşığısan gözlərimin,

Taqətisən dizlərimin.

Şirinisən sözlərimin,

Məcnun mənəm, Leyli sənsən.

Sənsiz qalsam, vallah gülüm,

Bilinməzdi ayım, ilim.

İnan mənə ay sevgilim,

Məcnun mənəm, Leyli sənsən.


Könlüm dedi divanədi,

Sevdiyim yar bir dənədi.

Leyli-Məcnun əfsanədi,

Məcnun mənəm, Leyli sənsən.


SAHİLƏ: – Murad, o gün ki, sən zəng vurub mənə dedin at­am gil elçiliyə gəlir, düzü vallah heç inanmadım. Elə bildim ye­nə zarafat edirsən. Sən and içəndə həyəcandan ürəyim nanə yar­pağı kimi elə tir-tir əsirdi ki, az qalırdı titrəyib yerə yıxılım. Özü­mü ancaq divana çatdırdım. Murad, deyirəm insanın ta­le­yin­də olan o anlar həqiqətən də hər kəs üçün böyük xoşbəxt­likdir.

MURAD: – Hə mənim əzizim. Doğrudan da böyük xoş­bəxt­­likdi. Yaxşı, bəs onda elçilərin gələcəyinə niyə inanmırdın ki? Elə bilirdin səni aldadıram?

SAHİLƏ: – Yox Murad. İnanmırdım ki, Yusif müəllim sən məktəbli ola-ola evlənməyinə razı ola. Bir də atam gilin razılaşıb “hə” deyəcəyinə inanmırdım.

MURAD: – Niyə inanmırdın ki?

SAHİLƏ: – Bilirsən Murad, yəqin ki, bizdə olan söhbəti anan gil sənə danışıb?

MURAD: – Hə danışıb. Nə olsun ki?

SAHİLƏ: – Heç nə. O, olsun ki, o olsun ki, Samirə görə in­an­mırdım məni sənə verələr. Özün bilirsən də Murad, axı bi­zim ailə çox mərifətli, mədəni ailədi.

MURAD: –Niyə biz mərifətsiz ailəyik.

SAHİLƏ (duruxa-duruxa): – Yox ey, yox!!! Elə demək is­tə­­mirəm! Bilirsən, axı Samir çox içəndi! Həm də deyirlər ki, gu­ya o, çox söyüşkəndi. Biz də elə şeylər eşitməmişik. Ona görə in­anmırdım ki, məni sənə verələr. (Murad pərt halda Sahiləyə ba­xır) Murad, nə yaxşı sizin ayrı bir eviniz oldu! Əgər olma­say­dı mütləq-mütləq atam gil, anam gil məni sənə vermə­yə­cək­di­lər. Onda biz neyləyərdik? Yəqin ki, hər ikimiz həsrətdən ya ölərdik, ya da xəstələnib yatağa düşərdik! (Qulaqlarını dartır) Qulaqlara qurğuşun. Düzünü de Murad, mənsizliyə dözə bilərdin?

MURAD: – Əlbətdə ki, yox. Sənsiz bir an belə mən bu hə­yatda yaşaya bilməzdim.

SAHİLƏ: – Ona görə də Allahın bu qismətinə min şükür. Bu dəqiqə biz hər ikimiz dünyanın ən xoşbəxt, ən bəxtəvər sev­gi­liləriyik! Düz demirəm?

MURAD: – Düz deyirsən Sahilə, düz deyirsən.

SAHİLƏ: – Doğrudan indi yadıma düşdü. Murad, bəs sizin o biri eviniz haradadı?

MURAD: – Şəhərdə.

SAHİLƏ: – Bilirəm ey şəhərdə. Hansı tərəfdə?

MURAD: – Anam deyib ki, onu indi deməyim. Allah qoy­sa toydan sonra birlikdə gedərik, görərik. Olar mənim əzizim?

SAHİLƏ: – Olmasına olar. Ancaq bəs “anam deyir”? Niyə sən ana uşağısan ki, hər şeyə “anam deyir” deyirsən? Sən artıq kişisən ey, kişi.

MURAD (özünü yığışdırmış halda tutula-tutula): – Yox, yox ey, yox ey! Elə demək istəmirdim Sahilə! Anam deyir ki, toy­dan sonra ola bilsin biz köçüb həmin evdə qaldıq. Belə de­mək istəyirdim. Olmaz niyə?


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə