” – fənnindən Təqdimat “Azərbaycan dilində kommunikasiyanın tərkib hissələri”


Plan 1. Ünsiyyət, kommunikasiya və işgüzar kommunikasiya



Yüklə 34,41 Kb.
səhifə2/5
tarix01.04.2023
ölçüsü34,41 Kb.
#124654
1   2   3   4   5
Nağıyev Əkbər Azərbaycan dili

Plan 1. Ünsiyyət, kommunikasiya və işgüzar kommunikasiya
Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Heç bir insan birliyi oradakı adamlar arasında təmas yaradılmadan birgə fəaliy-yəti həyata keçirə bilməz və onların arasında qarşılıqlı anlama baş verməz. Ünsiyyət insanlar arasında birgə fəaliyyət təlabatından doğan təmasın çoxplanlı inkişaf pro-sesidir. Başqa sözlə, insanların öz münasibətlərini aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndiməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir.
Ümumipsixoloji baxımdan nəzərdən keçirdikdə, əvvəla, ünsiyyət iki və daha çox şəxs arasında baş verir; ikincisi, həmin proses az-çox dərk edilmiş olur; üçüncüsü, ünsiyyət insanlar arasında informasiya mübadiləsi olmaqla bərabər qarşılıqlı təsir prosesi, real gerçəkliyi əks etdirmək vasitəsidir; dördüncüsü, ünsiyyət dinamik pro-sesdir, onun müxtəlif forma və vasitələri vardır. Deməli, ümumipsixoloji baxımdan ünsiyyəti fəaliyyətin xüsusi bir növü hesab etmək olar. Ünsiyyət prosesində insanlar arasında fikir, bilik, rəy, təcrübə və hisslər mübadiləsi gedir, onlar bir-birinin inam və əqidəsinə təsiri olan müxtəlif tipli məlumatları əsasən başqaları ilə ünsiyyət pro-sesində əldə edir, öz bilik və təsəv­vürlərini başqalarına aşılayırlar. Aydındır ki, ün-siyyət həyat tələbatlarından doğur və demək olar ki, insanın ictimai həyatının gedi-şini tənzim edir. Təsadüfi deyildir ki, tədqiqatçılar ünsiyyəti insanların bir-birini an-laması başa düşməsi prosesi (S.L.Rubinşteyn), fikirlərin təəssüratların başqalarına verilməsi prosesi (L.S.Vıqotski), insanların başqalarına olan tələbatı (Y.L.Kolo­­minski) və s. hesab etmişlər.
Kommunikasiya termini mənşəcə latın dilindən ’’ məlumat’’,’’ əlaqə’’ anlamında olan ‘’ kommunication’’ sözü ilə baglıdır ▪ İfadənin özü latın dilində: Komunikation - yəni icmarıc və ya ötürülmə anlayışını verir. Daha sadə dildə başa düşülməsi üçün bu sözü sadəcə ünsiyyət kimi də qəbul edə bilərik. Amma bu adi, gündəlik həyatı-mızda istifadə etdiyimiz ünsiyyət deyil. Adı gedən anlayış özündə məlumatın ötürül-məsi, qəbulu, fakt və emosiyanı birləşdirir. Ünsiyyətin əsas məqsədi qərarların qəbu-lu üçün işgüzar məsələlərin müzakirəsi və həllindən ibarətdir. Bu səbəbdən də çox əhəmiyyətlidir. Əgər biz ünsiyyəti düzgün qura bilsək o zaman uğur qazanmaq ehti-malımız da daha böyük olacaqdır. Prosesin 3 tərəfi (buna tərkib hissəsi də demək olar) var: Kim danışır, Kimə danışılır və Nə danışılır. Burada ən önəmli məsələ-lərdən biri qarşımızdakına və ya bizi dinləyənlərə bunu hansı formada çatdırmağı-mızdır, yəni bunu necə deyirik. Qısaca demiş olsaq ünsiyyət özünü Emosional tərkib hissəsi kimi də qabarıq şəkildə göstərir. Əyani bir misal. Düşünün ki, kimsə sizinlə açıqla, hirslə, yüksək tonla və qərəzlə danışır. Sizcə ünsiyyətin bu forması zamanı bütün məlumatlar gəlib sizə çatacaqmı?! Əlbəttə ki, xeyr. Müəyyən andan sonra siz qarşınızdakına sadəcə olaraq qulaq asmadığınızın fərqinə varacaqsız. Söylədikləri-min doğruluğuna əmin olmaq istəyirsinizsə bir anlıq uşaqlığınızı xatırlayın. Əminəm ki, valideyniniz sizi danlayarkən və ya işdə rəhbərlik sizi uzun-uzadı tənbeh edərkən (ortada yüksək ton da varsa) bu hissləri yaşamısınız. Məhz bu səbəbdən kiminlə da-nışacağımızı, nə danışacağımızı və necə danışacağımızı çox diqqətlə seçməliyik. El-mi ədəbiyyatda kommunikasiya anlayışına təriflər verilir.Məsələn, ensiklopedik sözlükdə deyilir; Kommunikasiya; 1) Əlaqə, rabitə yolu bir məkanın digəri ilə əlaqə-si ; 2) təmas, informasiyanin bir insandan digərinə ötürülməsi- idrak- əmək fəaliyyəti prosesidir. Dilin əsas vəzifəsi kommunikativlikdir.İnsan kommunikasiya (ünsiyyət) prosesində dil vasitəsi ilə yalnız informasiya mübadiləsi etmir, eyni zamanda fikir-ləşir, onu əhatə edən təbiətin varlığın sirlərini dərk edir. Bu dilin kommunikativ vəzi-fəsidir.Həmin vəzifə başlıca olub dilin varlığını təyin edir.Kommunikativ vəzifənin rolu o dərəcədə böyükdür ki dilin yaranması və inkişafı bu vəzifə ilə müəyyən-ləşdirilir.Alimlərin müəyyən etdiklərinə görə insanın bütün vaxtının 70 faizini ün-siyyət təşkil edir.Kommunikativ proses sadəcə olaraq ‘’ məlumatların ötürül-mə“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni müəyyən ehti-yac və tələbat əsasında meydana Qloballaşma şəraitində zamanın tələblərinə uyğun Azərbaycan dilinin düzgün, səlis istifadəsi, eləcə də bu dildə ixtisasından asılı olma-yaraq rəvan nitq hazırlanması, fikirlərin qüsursuz çatdırılması üçün onun fonetik, leksik və qrammatik qayda-qanunlarını, normalarını dərindən bilərək yazılı və şifahi nitqə düzgün tətbiq etmək zəruridir. Fənn praktik məşğələlər formasında tədris edi-lir. Praktik məşğələlər formasında tədris edilən “Azərbaycan dilində işgüzar və aka-demik kommunikasiya” fənni tələbələrə Azərbaycan dilinin qrammatik normalarını tətbiq edərək, təmiz, düzgün, dəqiq, yığcam, ümumiyyətlə, kamil nitq vərdişlərini yaratmağa, eləcə də işgüzar ünsiyyət etikasını aşılamağa xidmət edir.



Yüklə 34,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin