ISDN texnologiyası
ISDN (Integrated Service Digital Network) texnologiyası təxminən 20 il bundan əvvəl yaranıb. Əsas spesifikasiyalar Beynəlxalq Elektrorabitə İttifaqının (ITU) I.122 tövsiyələrində ifadə olunub. Sonradan digər normativ sənədlər də meydana çıxdı. ETSI (European Telecommunications Standards Institute) tərəfindən göstərilən səylər nəticəsində EuroISDN Avropada faktiki standart olur, onu Avropa telekommunikaya provayderlərinin və avadanlıq istehsalçılarının əksəriyyəti dəstəkləyir. ISDN şəbəkələrinin üstünlükləri aşağıdakılardır:
informasiyanın yüksək etibarlıqla ötürülməsini təmin edən tam rəqəmsal şəbəkə.
müxtəlif təbiətli informasiyanın yüksək ötürmə sürəti.
telefoniya üçün funksiyaların geniş çoxluğu, səsin yüksək keyfiyyəti.
dünyada geniş yayılması və əlyetənliyi.
Bununla yanaşı ISDN şəbəkələri bəzi nöqsanlardan da azad deyil, məsələn: müxtəlif istehsalçıların ISDN-avadanlıqlarının uzlaşması problemləri; mərkəzi kommutatorların modernləşdirilməsinin və yeni rəqəmsal infrastrukturun qurulmasının mürəkkəbliyi; servisin sifarişinin mürəkkəbliyi; əhəmiyyətli ilkin maliyyə qoyuluşlarının zəruriliyi. ISDN terminləri
"B" (Bearer) kanalı – səsin, verilənlərin, videonun ötürülməsi üçün 64 Kbit/san buraxma qabiliyyətli kanal. O, "təmiz" təqdim olunur, yəni onun bütün buraxma zolağı informasiyanın ötürülməsi üçün açıqdır, çağırışlar, siqnalizasiay və digər sistem informasiya D-kanalı ilə ötürülür.
"D" (Delta) kanalı – idarəedici siqnalların ötürülməsi üçün buraxma qabiliyyəti 16 (BRI) və ya 64 (PRI) Kbit/san olan xidməti kanal. "D" tipli bir kanal 2 və ya 30 (Evropa) B-kanalına xidmət edir və çağırışların tez generasiyası və silinməsi, daxil olan çağırışlar haqqında informasiyanı ötürmək imkanını təmin edir. BRI (Basic Rate Interface) – buraxma qabiliyyəti 144 Kbit/san (EuroISDN) olan standart baza interfeysi; o, iki "B" kanalını və bir "D" kanalını birləşdirir. BRI interfeysinə səkkizə qədər müxtəlif ISDN-qurğusu qoşmaq olar. Bu zaman hər qurğuya fərdi nömrə verilir (multiple subscriber numbers). ISDN-in çox vacib xüsusiyyəti ondan ibarətdir ki, BRI-rozetka qurmaq üçün operatora adətən yeni telefon cütü çəkmək lazım deyil – ümumi istifadəli telefon xətti istifadə edilir.
Son istifadəçilərin və ISDN kommutatorunun qarşılıqlı əlaqə qaydasını müəyyən edən BRI interfeysinin fiziki səviyyəsi kimi adi burulmuş cüt istifadə edilir, o, verilənlərin ötürülməsinin dupleks rejimində işləyir (U-interfeys). Binaların daxilində iki burulmuş cütdən ibarət kabel istifadə edilir (S/T- interfeys), o, səkkizə qədər son ISDN-qurğusu qoşmağa imkan verir. Buna görə daxili məftillərin xarici xəttə qoşulması üçün xüsusi qurğu lazımdır (hər bir BRI-interfeysə bir qurğu).
PRI (Primary Rate Interface) – bu interfeys bir neçə B-kanalını birləşdirir (Avropada – ümumi buraxma zolağı 2,048 Mbit/san olan 30 B-kanalını). BRI-dən fərqli olaraq o yalnız bir son qurğunu dəstəkləyir. Buna baxmayaraq, məsələn, ISDN-i dəstəkləyən lokal ATS-i və ya marşrutizatoru qoşaraq PRI-ni bir neçə BRI-interfeyslərə bölmək olar. Hazırda ofislərə PRI-servis təqdim etmək üçün bir (SDSL) və ya iki (HDSL) telefon cütündə rəqəmsal abonent xətti geniş istifadə edilir.
SS7 - 7 nömrəli Ümumi kanal siqnalizasiyası sistemi. O, ITU tərəfindən nitqin və verilənlərin inteqrasiyası imkanlarını artırmaq, telefoniyada kompüter sistemlərinin səmərəli istifadəsi, birləşmələrin tez qurulması və çağırışların keyfiyyətli marşrutlanması, vahid verilənlər bazalarının istifadəsi, ölkədən və ya regiondan asılı olmadan rabitənin müxtəlif növlərinin inteqrasiyası və tam uzlaşması (telefoniya, şanvari rabitə, verilənlərin ötürülməsi), nəticədə servisin keyfiyyətcə yeni səviyyəsinin alınması üçün işlənmiş və standartlaşdırılmışdı. SS7 yeddisəviyyəli ISO OSI modelinin üç aşağı səviyyəsini əhatə edir və iki altsistemdən ibarətdir: Message Transfer Part (MTP) siqnal məlumatlarının ötürülməsinə cavab verir, səhvlərin aşkarlanması və düzəldilməsi funksiyalarını və bir sıra əlavə funksiyaları həyata keçirir; UP (User Part) – daha yüksək səviyyənin altsistemidir – istifadəçinin dəstəklənməsinə cavab verir, bu altsistemə ISDN-şəbəkəyə cavab verən ISUP (Integrated Services User Part) hissəsi, telefoniyaya cavbdeh TUP (Telephone User Part) hissəsi və başqaları daxildir.
Dostları ilə paylaş: |