|
|
səhifə | 17/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| meyxanalarda belə bəyənilməyən divar kağızlarından ibarət olan bir təmirə, guya, sərf etdiyi pulu ödəmək üçün Qoriodan qabaqcadan bir qədər məbləğ alıb bu mənzilin üç otağını təzələmişdi. Bəlkə də, hələ o zaman ehtiramla cənab Qorio adlanın Qorio ata bu qədər yüngül bir səxavət göstərərək tələyə
düşdüyü üçün madam Vokedə onun haqqında belə bir rəy yaranmışdı ki, guya, o, əməli işlərdən qətiyyən
başı çıxmayan axmaq bir adamdır. Qorio ticarəti atmış olsa da, heç şeydə özünə korluq verməyən varlı tacir kimi özü ilə bərabər çoxlu paltar və gözəl şeylər gətirmişdi. Madam Voke yarımholland kətanından tikilmiş on səkkiz dəst köynəyi məftuniyyətlə seyr edirdi. Köynəklərin bu keyfiyyətli maldan tikilməsi daha bir şeylə diqqəti cəlb edərdi: sabiq vermişel fabrikantı bu köynəklərin yumşaq yaxalığına nazik zəncirlə birləşdirilmiş bir cüt sancaq taxar, hər sancağın başında isə iri brilyant görünərdi. O, adətən, bənövşəyi frak geyər, hər gün pikedən tikilmiş ağ jiletini dəyişər, bu jiletin altında isə breloklarla bəzənilmiş ağır, qızıl zənciri tərpədən yoğun, armuda oxşayan qarnı yırğalanardı. Yenə qızıldan
tütün qabının üstünə bir medalyon qondarılmışdı. Medalyonun içində hansı bir qadınınsa saçları
saxlanırdı. Bu da Qorionun aşiqanə macəralarda günahkar olduğunu göstərirdi. Bir dəfə ev sahibəsi ona “qoca arvadbaz” dediyi zaman Qorionun dodaqlarında öz ehtirasından məmnun qalan bir şəhərlinin şən təbəssümü görünmüşdü. Onun “şkafları” (Qorio bu sözü loru dildə söyləyirdi) başdan-başa gümüş qablarla dolu idi. Dul arvad Qorioya lütfkarlıq göstərib bu qabları açıb şkaflara düzdükcə mat-mat baxır, gözləri alışıb-yanırdı. Burada hər şey: çığırtma və tökmək üçün qızıllanmış gümüş qaşıqlar, ədviyyat qabları, qab-qacaq, sous qabları, buludlar, qəlyanaltı servizləri, bir sözlə, Qorionun ayrılmaq istəmədiyi az-çox qəşəng, bahalı şeylər vardı. Bu hədiyyələr ona ailə həyatının təntənəli hadisələrini xatırladırdı. Qorio bir boşqab və qapağı bir-biri ilə öpüşən iki qumru quşu şəklində xörək kasasını çıxararkən, madam Vokeyə: “Görürsünüzmü, – deyərdi, – bu, toyumuzun il
Dostları ilə paylaş: |
|
|