Finikiyada coğrafi biliklər
Finikiya dənizçiləri
Aralıq dənizi
sahillərini öyrənmiş, ilk dəfə
Cəbəllütariq boğazından
Atlantik
okeanına çıxmış, Avropa və Afrika sahilboyu ölkələrində olmuşlar. Bəzi məlumatlarda
finikiyalıların Baltik dənizinə qədər getdiyini, buradan kəhraba apardığını sübut edir. Bundan
başqa finikiyalı dənizçilər ilk dəfə ekvatoru kəsib keçmişlər və ilk dəfə günəşi şimalda
görmüşlər.
[6][7]
Qədim Hindistanda coğrafi biliklərin yaranması
Qədim hindlilərin coğrafi biliklərinin ilk ümumiləşmiş forması onların müqəddəs kitabələrində
saxlanır. Hindlilərin ən qədim salnaməsi olan
Riqveda
kitabında (Himinlərin elmi) poetik
formada Sindxu (Hind) çayı və onun qolları təsvir olunur. Müqəddəs himinlər toplusu olan
Vedalar
kitabında "Bxavana darza" (Dünyanın güzgüsü) adlı hissə dünyanın qurluşunun
təsvirinə həsr edilmişdir.
Mahabharataın
altıncı kitabının "Coğrafiya" bölməsində olan 300
şeirdə okeanlar, dənizlər, dağlar və çayların adı var.
Ramayana
kitabında b.e.ə III əsrdə
hindlilərə məlum olan Yer kürəsi təsvir olunur.
[8]
Dostları ilə paylaş: |