40. Hansı nitq «təmiz nitq» hesab olunur?
A) dialekt və şivə elementləri olmayan nitq
B) terminlərlə zənginləşdirilən nitq
C) neologizmlərdən ibarət olan nitq
D) obrazlı ifadələrlə zəngin olan nitq
E) qısa, yığcam nitq
41. Nitqdə zərb–məsəllərdən, frazeoloci vahidlərdən istifadə edilməsi nə ilə bağlıdır?
A) nitqin zənginliyi ilə
B) nitqin elmiliyi ilə
C) dilin statusu ilə
D) nitqin konkretliyi ilə
E) nitqin ardıcıllığı ilə
42. Biri yazılı ədəbi dil nümunəsi kimi verilə bilər:
A) mühazirələr
B) plakatların dili
C) nitqlər
D) nəğmələr
E) çıxışlar
43. Biri şifahi ədəbi dil nümunəsi kimi verilə bilər:
A) reklamlar
B) bədii əsərlər
C) elmi kitablar
D) mühazirələr
E) publisist kitablar
44. Orfoqrafik və orfoepik normalar nəyin əsasında yaranır?
A) fonetik və qrammatik normaların
B) leksik normanın
C) söz yaradıcılığının
D) şifahi ədəbi dilin
E) üslubların
Dostları ilə paylaş: |