234. Yanlış yazılmış sıra sayı hansı variantdadır?
A) XX–ci əsr
B) 3–cü cərgə
C) 2–ci dərs
D) beş mərtəbə
E) 9–cu bina
235. Şifahi nitqin xüsusiyyətlərindən biri yanlışdır.
A) şifahi nitqin leksikasında hamıya aydın olmayan terminlərə daha çox yer verilir
B) şifahi nitqin tempi çox sürətlidir
C) şifahi nitqdə cümlələr qısa və quruluşca sadə olur
D) şifahi nitqdə intonasiya, fasilə, vurğu və s. köməkçi vasitələrdən istifadə olunur
E) şifahi nitqdə ümumişlək sözlərə daha çox yer verilir
236. Filologiyanın dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarını öyrənən təcrübi sahəsi hansıdır?
A) nitq mədəniyyəti
B) fonetika
C) üslubiyyat
D) morfologiya
E) leksikologiya
Dostları ilə paylaş: |